Balkan müharibəıləri

Balkan müharibəıləri

Uzun illər boyu  bir-biri ilə düşmənçilik edən Bolqarıstan və Serbistan 1912-ci ildə Rusiyanın, həmçinin digər Antanta dövlətlərinin yardımı ilə müttəfiqlik haqqında müqavilə bağladılar. Tezliklə Bolqarıstana və Serbistana Yunanıstan və Qaradağ da qoşuldu. Rusiya onların hamısını Osmanlı imperiyasına qarşı  qiyamlara və terrorçuluq hərəkətələrinə sövq etdi. Antanta dövlətləri Balkan ittifaqına Avropa müharibəsi baş verəcəyi təqdirdə müttəfiq kimi baxırdılar. Rusiyanın və digər Antanta ölkələrinin bu hərəkətlərinə qarşı Almaniya və Avstriya-Macarıstan çıxdı.

 

            1912-ci ilin oktyabrında Balkan dövlətləri Türkiyəyə qarşı mübarizəyə başladılar.  Qısa müddətdə Türkiyə orduları məğlub edildi. Bolqar orduları İstanbula daxil oldular, yunanlar Saloniki, serblər isə Makedoniyanın böyük bir hissəsini, Şimali Albaniyanı və Yeni Bazar sancağını tutdular.

1912-ci ilin noyabrında gələcək sülhün şərtləri haqqında danışıqlıqlar başlandı. Danışıqlıqlar çox uzun sürdü və çətin gedirdi. Onun kəsilməsi ilə yeni Balkan və hətta Avropa müharibəsinin başlanması təhlükəsi yarandı. Qalib dövlətlərin hər birinin böyük iddiaları var idi. Serbistan dənizə çıxışı əldə etməkdən ötrü Şimali Albaniyanı almağa çalışırdı. Bu məsələdə Serbistan Avstriya-Macarıstanın qəti müqavimətinə rast gəldi. Avstriya-Macarıstan Serbistandan bu iddialarından əl çəkməyi tələb edərək onu müharibə ilə hədələdi, hətta orduya qismən səfərbərlik də keçirdi. Bosna böhranı dövründə olduğu kimi, rus hökuməti qorxaraq yenə də Avstriya-Macarıstanla münaqişədə Serbistanı müdafiə etmədi. Serbistan geri çəkildi. Lakin dənizə çıxmaq iddialarını həyata keçirtmək üçün etdiyi cəhdlər 1913-cü ilin payızında Avstriya-Macarıstanla və Almaniya ilə yeni münaqişəyə gətirib çıxartdı. Serbistanın iddialarına qarşı çıxan və Almaniyanın köməyinə ümid bəsləyən  Avstriya-Macarıstan onu yeni müharibə ilə hədələdi. Bu dəfə də Rusiya və Serbistan geri çəkilməyə məcbur oldu. Rusiya üçüncü dəfə diplomatik-siyasi məğlubiyyətə uğradı.

            Balkanlarda sülhün qurulması uzun çəkdi. Türkiyə ərazilərinin itirilməsi ilə barışmadı. Balkan ittifaqının üzvləri Türkiyənin ərazisini Avropada yalnız İstanbulla məhdud-laşdırmaq, Bosfor və Dardanel boğazlarının sahilində ona kiçik bir zolaq vermək istəyirdilər. Türkiyə hökuməti bu şərtləri qətiyyətlə rədd edirdi. Nəticədə 1913-cü ilin yanvarında hərbi əməliyyatlar başlandı. Lakin Osmanlı orduları məğlub oldu və Türkiyə sülh istədi.

 

İkinci Balkan

  müharibəsi

 Albaniyanı ala bilməyən serb hökuməti Yunanıstanın dəstəyi ilə Makedoniya bölüş-dürülərkən Serbistanın payının artırılmasını bolqar hökumətindən tələb etdi. Serbistan və Yunanıstan Bolqarıstana qarşı ittifaq bağladılar. Böyük dövlətlərin Balkan işlərinə qarışması vəziyyəti daha da ağırlaşdırdı. Almaniya və Avstriya-Macarıstan Balkan ittifaqını dağıtmaq, Serbistanı və Yunanıstanı Bolqarıstana qarşı qaldırmaq, Rusiya isə Balkan ittifaqından Almaniya, Avstriya-Macarıstan və Türkiyəyə qarşı istifadə etmək  niyyəıtində idi. 

1913-cü il iyunun 29 -da Bolqarıstan Serbistana qarşı hərbi əməliyyatlara başladı. Beləliklə, ikinci Balkan müharibəsi başlandı. Yunanıstandan başqa, Rumıniya da Serbistana qo-şuldu. Rumın hökuməti Balkan yarımadasında Bolqarıstanın güclənməsindən qorxurdu. Antibolqar koalisiyasına Türkiyə də qoşuldu. Türkiyə itirmiş olduğu əraziləri geri qaytarmağa ümid edirdi.

Müharibədə Bolqarıstan məğlubiyyətə uğradı. 1913-cü il avqustun 10-da Buxarestdə sülh müqaviləsi bağlandı. Sülh müqaviləsinin şərtlərinə görə, Bolqarıstan Rumıniyaya Dobrucanı, Serbistana Makedoniyanın böyük hissəsini güzəştə getdi, Türkiyəyə isə Ədirnəpolu qaytardı. Yunanıstan Balkan müharibələri nəticəsində Egey dənizindəki bütün adaları, Cənubi Makedoniyanı, Saloniki və Epiri aldı.

Balkan müharibəsinin ciddi beynəlxalq nəticələri oldu. Albaniya Osmanlı imperiyasının tərkibindən çıxdı. Onun ərazisində nüfuz dairələri uğrunda İtaliya ilə Avstriya-Macarıstan arasında mübarizə kəskinləşdi. Balkan müharibələri Osmanlı imperiyasının bu regionda mövqelərini zəiflətdi. Osmanlı imperiyası ilə paralel olaraq, Avstriya-Macarıstanın da zəifləməsi prosesi getdi.

Balkan müharibəıləri
 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 18 avqust 2013 14:28
    cox gozeldi tesekkur

  2. 5 noyabr 2013 20:00
    muharibeler qurtarmaq bilmir

  3. 6 noyabr 2013 21:07
    dedim de muharibeler qurtarmaq bilmir

    ayda qurtarmayacaq bu muharibeler

  4. 7 noyabr 2013 20:22
    Alahim qurtarda ne olar love love

  5. 16 noyabr 2013 21:12
    BU nedir?mende basqa hec kim bu xebre rey vermeyib.cox gozel 

  6. 2 may 2014 19:00
    hmm twk.........

    --------------------

  7. 11 iyun 2014 22:33
    cox sag olun

    --------------------

  8. 19 iyul 2014 15:53
    cox sagolun

  9. 26 oktyabr 2014 22:21
    Sitat: yesilsu76
    <span style="font-weight: bold; font-style: italic; color: rgb(151, 192, 86);">BU nedir?mende basqa hec kim bu xebre rey vermeyib.cox gozel </span>

    Yaxwiki bu Yewilsu 76 cixib saytdan.eseb kecirdirem onun reylerin oxuyanda.menasiz.ve yersiz.

    --------------------

  10. 30 dekabr 2014 23:17
    Məlumatlara görə sağolun! smile

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.