Azərbaycan qalaları

Azərbaycan qalalar

Azərbaycan qalaları

 



Azərbaycan qalaları


Tarixən bir çox xalqlar yadellilərin hücumundan qorunmaq üçün yaşadıqları ərazinin ətrafına sədd çəkmişlər.Buna misal olaraq köçəri türklərin hücumlarının qarşısını almaq üçün çəkilmiş 4450 km uzunluğunda Böyük Çin səddini göstərmək olar.
Azərbaycanın müxtəlif bölgələrində də müdafiə məqsədi ilə tikilmiş sədlərə - istehkam qalalarına və ya onların qalıqlarına rast gəlmək olar. Dağ və qaya zirvələrində yerləşən qalalar düşməni uzaqdan görə bilmək üçün inşa edilirdi.Şəhərə gələn yolları nəzarətdə saxlamaq və düşmən həmlələrini dəf etmək üçün qala divarları üzərinə bürclər tikilirdi.Qalanın girişi darvazaları daim keşikçilər tərəfindən qorunurdu.

Azərbaycan qalaları

 



ŞUŞA QALASI
Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarları uzun müddət bu şəhəri yadelli basqınlarından qorumuş, alınmazlıq simvolu olmuşdur.
Şuşa qalasının nə zaman tikildiyi barədə dəqiq məlumat yoxdur.Mənbələrdə bildirilir ki, monqol – tatarların Azərbaycana ikinci yürüşü zamanı (XIV əsr)bu qala dağıdılmışdı.
Şuşa qalası yüksək dağlıq ərazidə yerləşir.Qarabağ xanı Pənahəli xan bu ərazinin hərbi – müdafiə baxımından çox əlverişli olduğunu nəzərə alaraq 1753 – cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir.Qala bərpa olunduqdan sonra Qarabağ xanlığının mərkəzi buraya köçürülür.Bundan sonra qala uzun müddət mənbələrdə Pənahabad adlandırılır.
Bərpadan sonra Şuşanın müdafiə gücü xeyli artır.1795 –ci ildə Ağa Məhəmməd şah Qacarın Qafqaza yürüşü zamanı qala uzun müddət mühasirədə saxlanılsa da, onu ələ keçirmək mümkün olmur.
Şuşa qalası Azərbycan memarlığının ən gözəl tikilməsində, əsasən, yerli daşlardan və əhəng yumurta sarısı qatışığından istifadə edilib.Qalanın dairəvi mühafizə bürcləri, üç qapısı və şəhəri xarici aləmlə əlaqələndirən körpüsü var.

Azərbaycan qalaları

 



Çıraqqala 
VI əsrdə Sasani hökmdarı Qubad şah şimal tayfalarından qorunmaq üçün "Gilgilçay səddi” və ya "Gildivar” adlanan sədd tikdirmişdi.Gilgilçayın töküldüyü yerdən Babadağa qədər məsafəni əhatə edən bu sədd 60 km uzunluğunda idi.Sədd boyu bir neçə qala tikilmişdi.Onlardan biri də Çıraqqala idi. 
Çıraqqala Şabran rayonun 20-25 kilometrliyində Çanaqqaya adlanan sıldırım qayanın zirvəsində yerləşir.Bu qalanın adını izah etmək üçün "Dədə Qorqud” filmini yada salmaq kifayətdir.Filmin sonunda Dədə Qorqud deyir: "Bir tonqal qalayanda elimiz şənliyə toplaşır, iki tonqal qalayanda basqınlardan qorunmağa yığışır, üç tonqal qalayanda hamı kotanla işləməyə gəlir”.
Beləliklə Çıraqqaya ən hündür nöqtədə yerləşdiyindən tonqallar da onun üstündə yandırılırdı ki, ətrafda yaşayan hər kəs onu görsün.Qalanın adı da məhz bununla bağlı olmuşdur.
Çıraqqala o zamanlar 12 bürcdən ibarət idi, lakin günümüzə onlardan cəmi üçü gəlib çatmışdır.
[/i]



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 aprel 2015 18:40
    ƏZİZ VƏ HÖRMƏTLİ HAMLET MÜƏLLİM XƏBƏRİMİ QƏBUL ETMƏNİZLƏ ƏLAQƏDAR SİZƏ ÖZ TƏŞƏKKÜRÜ BİLDİRİRƏM .BUNU OXUYAN ŞAGİRDLƏRDƏ QƏDİM AZƏRBAYCANDA OLAN QALALAR,ONLARIN TARİXİ,HARADA OLDUQLARINI BİLƏRLƏR.
    TARİX İNFO YA ÜRƏKDƏN TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM,HƏMÇİNİN SİZƏ

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.