Təbriz

Təbriz

 

Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Təbriz qədim dövrlərdən etibarən strateji mövqeyinə və əlverişli iqlim şəraitinə görə qədim Şərqdə şöhrət qazanmışdır.Ən qədim dövrlərdən mühüm ticarət yolları Cənubi Qafqaz, İberiya və Qafqaz Albaniyasından Cənuba doğru – Mesopotamiya və Hindistana gedən ticarət yolları bu şəhərdən keçib getmişdir. Qərbdən uzanan ticarət yolları da Kiçik Asiyanı keçərək Təbriz şəhərində Beynəlnəhreyn və Hindistandan gələn yollarla birləşmişdir. Beləliklə Təbriz şəhərinin inkişaf etməsinə təsir göstərən mühüm amillərdən biri ticarət yolları olmuşdur. Hələ Manna dövləti dövründə bu şəhər mühüm mərkəzlərdən biri olmuşdur. Bu ərazidə əkinçilik və maldarlıqla yanaşı sənətkarlıq da inkişaf etmişdi. Ziviyə, Həsənli və Yanıqtəpədən əldə edilən arxeoloji materiallar bu ərazidə sənətkarlığın yüksək inkişaf etdiyini göstərir. Assur mixi yazılarında şəhərin adı Tavreş kimi çəkilir və burada nəhəng qalanın olması qeyd edilir. Təbriz şəhəri Polibi, Diodor və Ptolomeyə görə Ovront dağının (Səhənd)ətəyində yerləşir. Müasir Təbriz, Mərənd və Xoy şəhərlərinin yerləşdiyi ərazi Manna dövründə Sanqbitu adlanırdı. Bu ərazi Urmiya gölünün Şimal və Şimal-Qərb ərazisini əhatə edirdi. Xəzər dənizi ilə Urmiya gölü arasındakı ərazi – Təbriz və Miyanə rayonları Zikirtu adlanırdı. Sanqbitu və Zikirtu rayonları öz dövrlərinə görə inkişaf etmiş rayonlar idi. Bunu arxeoloji qazıntılar və yazılı məlumatlar da təsdiqləyir. Belə ki, Assur hökmdarı II Sarqonun Urartu dövlətinə yürüşü zamanı bu ərazi onun ordusunu un və şərabla, habelə yük və minik heyvanı ilə təmin etmişdi.
[/b]

Təbriz

 

[b]Təbriz şəhərinin tarixinin öyrənilməsi üçün Assur hökmdarı II Sarqonun (e.ə. 722-701) e.ə. 714-cü ildə Manna ərazisinə soyğunçu hücumunun və onun bu hücum haqqında verdiyi məlumatların böyük əhəmiyyəti vardır. Bu hücum zamanı yazılmış II Sarqonun kitabəsi, Manna və habelə Təbriz şəhərinin tarixinin öyrənilməsinə dair ən qiymətli sənəddir. Həmin kitabədə deyilir: "Tarmakisdə əhəmiyyətli istehkamlar vardır. Burada yaradılan səddlər möhkəmdir. Həmin səddlər böyük xəndəklər vasitəsi ilə dövrəyə alınmışdır. Dövlət qoşunlarının əlavə qüvvəsi də burada saxlanılır. Eyni zamanda onların atları da burada bəslənilir. Ətraf rayonların əhalisi mənim qorxumdan buraya toplanmışdı. Mən bura hücum edən zaman əhali buranı tərk edərək susuz çöllərə qaçmağa məcbur oldu (susuz çöl dedikdə Muğan nəzərdə tutulur). Mən bu mahalı ələ keçirdim. Müdafiə istehkamı halına salınmış yaşayış yerləri arasında döyüşlərə başladım. Daxildə olan yaşayış yerlərinə od vurdum, qala sakinlərinin külli miqdarda olan ərzaqlarını yandırıb məhv etdim. Bundan başqa həmin qala ətrafında olan 30 kəndi də yandırdım."
Erkən orta əsr ermənidilli mənbələrdə Təbriz şəhəri həm də Davrij adlandırılır. Bu sözün mənası qrabarca (qədim erməni dili) qisasçı deməkdir. Ermənidilli mənbələrdə göstərilir ki, Arşakilər sülaləsindən olan Ərdəvan Ermənistan hökmdarı Böyük Xosrov ilə bir nəsildən (Ermənistan, Qafqaz Albaniyası və Atropatenada Arşakilər sülaləsinin kiçik qolları hakimiyyətdə olmuşlar. Böyük Xosrov da Ermənistanı idarə edən Arşaki əsilli hökmdardır. Tarixşünaslıqda arşakilərin türk və parf mənşəli olması haqqında fikirlər var. Ayrıca parfların da türk mənşəli olması haqqında təkzibedilməz faktlar var.) və dost olduğuna görə biri digərinin müttəfiqi imiş. Sasani sülaləsinin banisi Ərdəşir əvvəl Ərdəvanın vəziri imiş. Lakin çox keçmədən o, Ərdəvana xəyanət edib onu öldürmüş, taxt-taca özü sahib olmuşdur. Bu xəbəri eşidən Ərdəvanın dostu və müttəfiqi Böyük Xosrov Ərdəşirdən qisas almaq üçün onunla on il müharibə etmişdir. Bu müharibədə bəzi hallarda Ərdəşirin üstün gəlməsinə baxmayaraq nəticədə Böyük Xosrov onu məğlub edərək Hindistana qədər qovmuşdur. Bu hadisədən sonra Böyük Xosrov eramızın 253-cü ilində Azərbaycanda bir şəhər salaraq onun adını Davrij qoymuşdur. Hər halda bu məlumat yarıməfsanəvi olsa da hələ Sasanilər dövründə Təbrizin bir şəhər kimi varlığını göstərir. Orta əsr müəlliflərndən Yaqut Həməvi və Həmdullah Mustofi Qəzvini Təbriz şəhərinin əsasının qoyulması tarixini Abbasilər sülaləsindən olan Harun ər-Rəşidin bacısı Zübeydə xatunun adı ilə əlaqələndirirlər. Zübeydə xatun isitmə xəstəliyinə tutulmuş, guya Təbrizə gəldikdən sonra sağalmış və bununla əlaqədar olaraq o, bu yerdə şəhər salmaq əmrini vermişdir. "Təb" fars dilində isitmə, "riz" isə rixtən felindən olub tökmək deməkdir. Deməli, fars müəlliflərinin iddialarına görə Təbrizin lüğəti mənası isitməni müalicə edən deməkdir. Lakin bütün tarixi faktlar birmənalı şəkildə bu fikri rədd edir. Ən azından Təbriz bu sözün ilkin forması deyil....

Təbriz

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 6 dekabr 2012 18:30
    maraqlidir........

  2. 9 dekabr 2012 12:17
    ola biler ki maraqlidir ama biz hele de onu gormemisik/

    gorenler varrrrrrrrrrrrrrrrrrrrrrrrr neyse zarafat edirem gozel yerdir ............................

    sabah aciq dersimiz varrrr

  3. 9 dekabr 2012 12:53
    Chox maraqli melumatdir smile

  4. 30 sentyabr 2015 13:02
    Maraqlidir.eynen mene lazim olandir.amma azdir feel

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.