Azərbaycanda demokratik dəyərlər

 Azərbaycanda demokratik dəyərlər


Azərbaycanda demokratik dəyərlərin formalaşması tarixindən

 

 

  Azərbaycan xalqının tarixən demokratik ənənələri olmuşdur  və uzun müddət inam yeri olan atəşpərəstlik, islam dini mənəvi dəyərlərin formalaşmasına təsir göstərmişdir. Ədaləti, insan haqqını hər şeydən  uca tutan xalqın qarşısında hökmdarlar belə geri çəkilmişlər. Despotik dövlətlərdə taleyi dəyişməz hesab edən insanlardan fərqli olaraq, Zərdüşt sosial şərlə mübarizənin mümkünlüyünü irəli sürərək demişdir: "bir ruh və birdə insan öz yolunu özü müəyyən etməli”dir. Zərdüştə görə insana seçim  verilmişdir, o  şərin və ya xeyrin tərəfində dura bilər.

   Ədalətli cəmiyyət həm xalqın, həm də filosovların arzusu olmuşdur. Tusi yazır: " bir cəmaət qələbə çalıb hakimiyyət başına keçsə, nizam – intizam yaradıb əhali ilə xoş rəftar etsə, ədalətli olsa ... onların dövləti uzun yaşayar”. Xalqı " ədalət, fəzilət və hikmət qanunları əsasında idarə etmək lazımdır”, çünki,dövlətin əsas vəzifəsi " xeyirli işlərlə məşğul olmaq, şər işlərin qarşısını almaqdır”. Filosov deyir: " əhali arasında nizam – intizam olsa, bu uzun müddət onlara bəsdir”, yəni, nəinki hakim təbəqə, həm də əhali qanun çərçivəsindən kənara çıxmamalıdır.

   Azərbaycanlılarda belə bir məsəl var :” məsləhətli don gen olar.  Ta qədim dövrdən el – oba, hökmdarlar məsləhətsiz iş görməzdilər. Nizamülmülk " Siyasətnamə " əsərində yazır : "... şah bir iş görmək istədikdə qocalar və tərəfdarları ilə məsləhətləşməli”dir. Bununla əlaqədar oğuzlarda ciddi intizam var idi. Vətənin müdafiəsi ilə bağlı bütün məsələlərə " xanlar xanı " Bayandur xanın çağırdığı hərbi məclisdə baxılırdı. Sonra məclisin qəbul etdiyi qərara uyğun hərəkət edilirdi.

   Türklərdə qadının özünəməxsus yeri olmuşdur. Qadın hüquqlarına hörmət edilir, ailədə, cəmiyyətdə onlarla hesablaşırdılar. Ağbirçəyin hüququ heç də ağsaqqalın nüfuzundan az olmamışdır. Oğuzlarda ana haqqı tanrı haqqına bərabər tutulurdu. Evi talan olunan Salur Qazan düşmənlə üz – üzə gələndə var – dövlətindən, arvadından, oğlundan keçir, lakin anasından keçmir. Oğlu Uruz da atasından geri qalmır. Düşmən qarşısında anası tanınmasın deyə səslənərək ona deyir: "mənim ətimdən onlar bir yeyəndə, sən iki ye.... səni tanımasınlar” . Qadına ən yüksək qiymət Qurani – Kərimdə verilmişdir. Bəqərə surəsinin 228 – ci ayəsində deyilir : " Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi qadınların da onlar ( kişilər ) üzərində hüquqları vardır ". Bununla qadınlarla kişilərin hüquqlarının bərabər olduğu bildirilir. Hələ Toğrul dövründə səlcuqlarda da dövlət məsələlərinə müdaxilə edən, hətta xüsusi orduları olan oğullarına – şah və sultanlara  təsir göstərən gəlcuq qadınlarına böyük hüquqlar verilmişdir.

   Uşaq tərbiyəsi, uşaq hüququ azərbaycanlı ailəsinin əsas diqqət mərkəzində olmuşdur. Bilirik ki, uşaqların hüququ valideynlərin məsuliyyətindən asılıdır, lakin cəmiyyətdə görkəmli şəxslər də bu işdən kənarda qalmamışlar. Uşağa qarşı zorakılığın əleyhdarı olan Tusi yazır : " uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə etmək lazımdır " və " hər dəqiqə başına vurmaq lazım deyildir ". Ata – anasız, yiyəsiz, tək qalan uşaqların mənafeyini müdafiə edən Qurani  Kərim insanlara xəbərdarlıq edərək deyir : " Yetimlərin mallarını ... öz mallarınıza qatıb yeməyin. Şübhəsiz ki, bu böyük günahdır ".

   XVIII əsrin II yarısında  Azərbaycanda Xanlıqlar dövründə xanın qeyri – məhdud hakimiyyətinin qarşısını almağa cəhd göstərən orqanlar mövcud idi. Divan və ya Xan Şurası adlanan bu məclislər mühüm dövlət vəzifələrini tutan şəxslərdən ibarət olub xanın bu və ya digər qərar çıxarmasına təsir göstərə bilirdi. Xanın bu məclisin qərarını dəyişmək və ələlxüsusda onu pozmaq ixtiyari yox idi.

  Şərqin tarixində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyəti dövründə Konstitusiya qəbul edilməsə də, 1918 – ci il mayın 28 – də elan olunmuş İstiqlal Bəyənnaməsinə görə müstəqil olan Azərbaycanda hakimiyyət xalqa məxsus idi. Azərbaycan Xalq Cumhuriyyəti " öz sərhədləri daxilində millətindən, dinindən, ictimai vəziyyəti və cinsindən asılı olmayaraq bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verir "di.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 5 yanvar 2012 15:33
    Qadinlar haqqinda fikirlerinizle tam raziyam cox deyerli fikirlerdir amma bu o demek deyil ki diqerleri ile razi deyilem sadece qadinlarla baqli fikirler cox xoshuma geldi

  2. 5 yanvar 2012 19:25
    Debatda biz ishtirakcilara defelerle deyirdik, hemishe qarshi terefe tolerant yanashin, yeni fikirleri tekzib edin.Yazdigim ne varsa Quran ayesi deyil. Yeni onlari tekzib etmek olar. Men bundan daha memnun olaram. Cunki, ferqli fikirlerinizi oyrenmek menim ucun cox maraqli olardi.Men debatciyam, bilirem ki,heqiqet mubahisede ashkara cixir.Ve Sizden acizane xahish edirem,ne fikriniz varsa soyleyin,onu saxlamayin,eksine men buna cox shad olaram.

  3. 10 noyabr 2013 11:50
    muelife tesekuler

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.