Altay müəllimin dediklərindən.......

Altay müəllimin dediklərindən.......

 

 

Deməli, bir gün iki Amerika kommunistu Bob və Jon qərara gəlirlər ki, lənətə gəlmiş kapitalizmdən qurtulub SSRİ-yə köçsünlər.
Kapitalist Amerika mediyasına ideologiyaları səbəbiılə inanmaslar da, hər ehtimala qarşı qərara gəlirlər ki, ehtiyatlı tərpənib hələlik vətəndaşlıqlarını təhvil verməsinlər və SSRİ-yə bir-bir köçsünlər. Qərara alınır ki, Bob birinci getsin və oradakı vəziyyəti Jona yazsın. Əgər yaxşıdırsa, Jon da köçsün. Yox, əgər Amerikada SSRİ haqqında yazılanlar düzdürsə, Jon Bobun geri qaytarılması üçün burada, Amerikada vay-şüvən qaldırsın. [/b]
Həm də düşünürlər ki, birdən doğrudan Amerika mətbuatının KQB-nin SSRİ-dən çıxan məktubları yoxlaması və tənqidi məktubları müsadirə etməsi haqqında dedikləri doğru olar, buna qarşı da bir plan qurmalıdırlar. [/b]
Belə bir tədbir görürlər ki, Bob vəziyyətin yaxşı, yaxud pisliyindən asılı olmayaraq Jona yazacağı məktubda SSRİ-ni ancaq tərifləsin, amma əgər vəziyyət doğrudan yaxşıdırsa, məktubu qara qələmlə, pisdirsə qırmızı qələmlə yazsın.[/b]
Nə isə, Bob köçür SSRİ-yə, 3 ay burada yaşadıqdan sonra ilk məktubunu göndərir. Məktub aşağıdakı məzmunda olur:[/b]
"Əziz qardaşım Jon! Mən burada çox xoşbəxtəm. Bura çox gözəl bir ölkədir. Burada azadlığın həddi-hüdudu yoxdur, həyat standartları çox-çox yüksəkdir. Amerika mətbuatının yazdıqları ağ yalandır. Yalnız bircə problem var ki, qırmızı qələm tapılmır":)[/b]

 


Şimali Koreyada biri dükana girir və soruşur:
-Yenə də süd yoxdur?
-Bura ət dükanıdır, südün olmadığı dükan üzbəüzdədir:)


SSRİ-nin altı paradoksu:

1) Heç kim işləmir, amma plan artıqlaması ilə dolur
2) Plan dolur, amma piştaxtalar həmişə boşdur
3) Piştaxtalar boşdur, amma acından ölən yoxdur
4) Heç kim acından ölmür, amma hamı narazıdır
5) Hamı narazıdır, amma heç kim etiraz etmir
6) Heç kim etiraz etmir, amma həbsxanalar siyasi dustaqlarla doludur:)


-Müəllim diktatura nədir?
-İcazə verilənin də qadağan olunduğu ölkə:)


"- Niyə Sovet hökumətindən ağıllı, savadlı, bacarıqlı adamlar imkan düşən kimi xaricə gedirdi?
- Bilirsən bala, Sovet hökumətində ən yaxşı mallar məhz eksport üçün istehsal olunurdu":)


Diktator eşidir ki, ölkədə bur qoca arvadın 100 yaşı olub, tez bundan bir şou düzəltmək istəyir və gedir onunla görüşə. 
Nə isə, gəlib görüşüb bir az danışandan sonra deyir ki, bəs, nə arzun varsa, de yerinə yetirim. Qoca cavab verir ki, qadan alım, mənim 100 yaşım var, bu dünya ilı bağlı nə arzum olacaq ki. Sən belə elə, mən öləndə elə elə ki, bunu hamı bilsin, hamı xəbər tutub yasıma gəlsin. [/b]
Diktator söz verir ki, baş üstə, bundan asan nə var ki, deyərəm rəsmi kanalda və rəsmi qəzetdə bu barədə məlumat verilər.[/b]
Qoca qayıdır ki, yox a kişi, sən nə təhər padşahsan ki, dünyadan xəbərin yoxdur. Rəsmi kanal və rəsmi qəzet desə, heç kim mənim ölməyimə inanmayacaq:)[/b]


Diktator Somozanın ailəsi 50 il Nikaraquanın başına oyun açıb (idarə edib deməyə adamın dili gəlmir). 1974-cü ildə Somozanın iikinci oğlu təkrar prezident "seçilir”. Aşağıdakı onun həmin il bir Amerika jurnalistinə verdiyi telemüsahibədən parçadır (indi baxdım): 
"-Ölkənin milli hava nəqliyyatı şirkəti Sizindir?[/b]
-Bəli
-Siz həm də ölkənin milli dəniz yolları şirkətinin sahibisiniz?
-Bəli 
-Ölkənin əsas dəniz limanı da Sizindir? 
-Bəli
- Həm də Sizin ailənin adını daşıyır?
Bəli, onu mən özüm tikdirmişəm.
-Siz bu ölkədə Mersedes-Benzin əsas diler kompaniyasıının sahibisiniz?
-Bəli 
-Ölkənin əsas televiziya və radio şirkəti də sizin ailəyə məxsusdur?
-Bəli
-Nikaraquanın bank və sığorta kompaniyalarının səhmlərinin əsas hissəsi də Sizindir?
-Bəli... " :)
1979-da bu adam devrilir və qaçır. Mayamiyə uçur, amma Prezident Karter onun təyyarəsinin enməsinə icazə vermir. Somoza məcbur olub Paraqvay diktatorunun yanına gedir. Lakin 1980-ci ildə üsyançı sendenistlərin göndərdiyi bir diversant dəstəsi onu yaşadığı evin qabağında güllələyir. [/b]


1) Kartof bura rus işğalı ilə gəlib. İndi sual olunur ki, niyə Gədəbəy kartofu ölkədə ən yaxşısı sayılır. Sadə cavabı var, çünki orada ilk kartofu məhz almanlar əkib. Zarafat filan deyil, o vaxtdan 1 əsr keçib, hələ ondan yaxşısını becərə bilməmişik:)

2) Qaloşu da bura rusları gətirib. Ona qədər çarıqlı məmləkət sakinləri palçığa bata-bata gəzirdilər. Sonra rusların bu möcüzəli, üstü qara, parıldayan, içi qırmızı ixtirası Məmmədhəsən əmini palçığın cəngindən qurtardı. Avropalı olmasa idi, Məmmədhəsən əmi çətin qaloşu ixtira edərdi. İndi problem ondadır ki, Avropa və Amerika despotiyadan yaxa qurtardığı kimi çoxdan palçıqdan da yaxa qurtarıb, ona görə də qaloşu çoxdan tarixin arxivinə göndərib. Bizdə isə palçıq, despotizm kimi indi də durur, ona görə qaloş da hələki aktualdır:)






Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 mart 2013 22:44
    Altay muellim de esl soz ustasdr )))

  2. 28 mart 2013 11:05
    HMMMMMMMMMMMMMMMMMMM OLA BILER feel

  3. 30 mart 2013 14:24
    Super melumatlar idi twk edirem sizlere

  4. 30 mart 2013 20:41
    Cox yaxsi melumatlar var idi . Tesekkur edirem wink

  5. 4 aprel 2013 18:40
    ox maraql idi .tkkr edirm winked

  6. 5 aprel 2013 00:52
    maraqlidi cox sagolun smile wink

  7. 16 aprel 2013 19:07
    cox uzundur amma yenede maraqlidir tongue

  8. 24 may 2013 15:24
    heee nem belede eziyet cekmisiz TWK

    --------------------

  9. 31 may 2013 15:34
    xoşuma gəldi
    wink

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.