Aristotel və Makidoniyalı İsgəndər haqqında rəvayətlər

Aristotel və Makidoniyalı İsgəndər haqqında rəvayətlər

Ya adını, ya da əxlaqını...
Makidoniyalı İsgəndər əxlaqsız, ancaq çox gözəl adı olan bir adama deyir:
- Ya adını dəyiş, ya da əxlaqını.
Aristotelə iki sual
Heç vaxt qəhqəhə çəkib gülməyən, cəmiyyətin naqisliklərindən və xoşagəlməz hallarından uzaq olmağı həyat tərzinə çevirən Aristotellə iki sual verirlər. Birinci sual:
- Siz insanların hansı hərəkətlərindən təəccüblənirsiniz?
Aristotel bir-bir sadalayır:
• Uşaq olanda darıxırlar, böyüməkçün tələsirlər. Ancaq sonradan da uşaqlıq dövrünün xiffətini çəkirlər
• Pul qazanmaq üçün sağlamlıqlarını itirirlər. Sonra sağalmaq üçün pul xərcləyirlər.
• Gələcək necə olacaq deyə narahatlıq keçirirlər və bu günü unudurlar. Nəticədə, nə bu günü, nə də gələcəyi normal yaşayırlar.
• Elə yaşayırlar ki, elə bil heç ölməyəcəklər. Elə ölürlər ki, elə bil heç yaşamayıblar.
Növbə ikinci suala çatır: – Yaxşı bəs, siz nə məsləhət verirsiniz?
Aristotel yenə sadalayır:
Özünüzü kiminsə gözündə ucaltmağa çalışmayın. Sadəcə imkan verin ki, sizi sevsinlər, əziz tuta bilsinlər. İnsan ömründə ən vacib olan həyatda çox şeyə sahib olmaq deyil, az şeyə ehtiyac duymaqdır.
Gülər üz
Aristotel dərs keçəndə tələbələrindən birinə çətin məsələni ən xırdalığına qədər izah edəndən sonra soruşur:
– Başa düşdün?
– Bəli, – tələbə dillənir.
– Başa düşməyinlə bağlı hansısa əlamət görmürəm axı.
– Necə bir əlamət?
– Gülər üz, əzizim, gülər üz. Əgər başa düşsəydin sevinərdin.
Aristotel və Makidoniyalı İsgəndər haqqında rəvayətlər

İki kölə
Makidoniya hökmdarı Filip oğlu İsgəndərin müəllimi olan Aristotelə əsəbiləşir:
– Guya nolacaq ki, sən olmasan! Sənin əvəzinə bir kölə tutaram, oğlumun tərbiyə və təhsili ilə məşğul olar.
Bu sözləri eşidən məşhur filosof hökmdara özündənrazı halda cavab verir:
– Düzdür, yaxşı fikrə düşmüsünüz. Belə olsa iki köləniz olar.
Cəza
Makidoniyalı İsgəndərə deyirlər ki, "filankəslər sizin haqqınızda nalayiq sözlər danışır, onlara layiq olduqları cəzanı verib niyə susdurmursunuz?”
Hökmdar bu sözləri deyənlərə deyir:
– Əgər belə etsəm, onda həmin adamların dedikləri yalanlar həqiqətə çevrilər – haqlı olarlar.
Ədalət, yoxsa cəsarət?
Makidoniyalı İsgəndər müəllimi Aristoteldən soruşur?
– Dövləti idarə etmək üçün ədalət əsasdır, yoxsa cəsarət?
Müəllimi cavab verir:
– Ədalət olan yerdə cəsarətə ehtiyac yoxdur.
Ən böyük müsibət
Makidoniyalı İsgəndərə sual verirlər:
– Ən böyük müsibət nədir?
Hökmdar da cavab verir:
– Yaxşı adamın pis adama möhtac olmasından böyük müsibət yoxdur.
İnsanlıq
Əxlaqsız bir adama mərhəmət göstərdiyinə görə Aristoteli qınayanlara o belə deyirdi:
– Mən ona əxlaqsız olduğuna görə yox, insan olduğuna görə hörmət edirəm.
İtirdiyin vaxta heyfislənirəm
Bir gün Aristotel tələbəsini qumar oynayarkən tutur və möhkəm əsəbiləşir. Tələbəsi əməlinə bəraət qazandırmaq üçün müəlliminə deyir:
– Axı mən elə də yüksək məbləğdən qumar oynamıram.
Aristotel daha da qəzəblənir:
Mən pula yox, itirdiyin vaxta heyfislənirəm.
Yalançının qazancı
Aristoteldən soruşurlar:
– Yalan danışmaqla nə itiririk ki?
Aristotel belə cavab verir:
– Həqiqəti.
Tərcümə edən və toplayan: Fərid Hüseyn
Qafqazinfo


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 22 oktyabr 2014 02:57
    Lamiye seni alqiwliyiram ve tebrik elirem.Bilirsen niee??? Cunki derliyin yoxdu.ancag Mawallah olsun ki,dersliyi olanlardan az caliwmirsan-arawdirmirsan.Sene bol-bol ugurlar,nailiyyetler arzu edirem.Lamiye.paylawdigin revayetler cox maragliydi.heqiqeten.coxsagol.

    --------------------

  2. 22 oktyabr 2014 12:15
    Sitat: Melisa Can
    Lamiye seni alqiwliyiram ve tebrik elirem.Bilirsen niee??? Cunki derliyin yoxdu.ancag Mawallah olsun ki,dersliyi olanlardan az caliwmirsan-arawdirmirsan.Sene bol-bol ugurlar,nailiyyetler arzu edirem.Lamiye.paylawdigin revayetler cox maragliydi.heqiqeten.coxsagol.

    Çox sağ ol.Arzular qarşılıqlıdı.İnşallah nəticəsi yaxşı olar.)

    --------------------

  3. 22 oktyabr 2014 14:56
    Inwallah.Allah zehmet yerde qoymur.ozun de bilirsen.)

    --------------------

  4. 23 oktyabr 2014 03:16
    tesekkurler

  5. 24 oktyabr 2014 01:23
    superdi.coooooox beyendim.ela idi ve bu meqalenin cox hissesini bilirdim.tesekkurler.yorulmayasiniz

  6. 27 oktyabr 2014 22:49
    Cox maraqlidir Superrr... Tesekkur edirem

    en cox xosuma gelen metn:Aristotele verilen 2 sual. Aristotel bu suallara cox gozel cavab verdi

  7. 29 oktyabr 2014 03:15
    cox xowuma geldi. twkler. ugurlar smile

  8. 29 oktyabr 2014 10:37
    Sitat: poli
    tesekkurler

    Sitat: milicka
    superdi.coooooox beyendim.ela idi ve bu meqalenin cox hissesini bilirdim.tesekkurler.yorulmayasiniz

    Sitat: Player
    Cox maraqlidir Superrr... Tesekkur edirem

    en cox xosuma gelen metn:Aristotele verilen 2 sual. Aristotel bu suallara cox gozel cavab verdi

    Sitat: esmira2012
    cox xowuma geldi. twkler. ugurlar smile

    çox sağ olun

    --------------------

  9. 29 noyabr 2014 23:36
    tesekkur edirem ela alinib aferin wink

    --------------------

  10. 27 dekabr 2014 18:43
    maraqli idi.chox xowuma geldi

  11. 22 iyul 2017 16:30
    müəllim çox sağ ol maraqli idi belə rəvayətləri daha çox yerləşdirin

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.