Makedoniyalı İsgəndər

Makedoniyalı İsgəndər

BUNLARI BİLMƏK MARAQLIDIR!!!!!!!!!!!!

Plutarx .İsgəndər Zülqərneyn (parçalar)

...Bir dəfə yaxın adamları sürətli qaçışı ilə seçilən İsgəndərdən soruşurlar ki, o, Olimpiya oyunlarının qaçış yarışlarında iştirak etmək istərdimi? İsgəndər belə cavab verir: " Əgər rəqiblərim şahlar olacaqsa,istəyərəm”.
Aristotel İsgəndərin müəllimi idi.
...Həkimliyə olan marağı İsgəndərə başqalarından daha artıq Aristotel təlqin etmişdi.Şah müxtəlif müalicə üsulları və rejimi təyin etməklə,xəstələnən dostlarının daima köməyinə gələrdi.
...İsgəndər Aristotelə heyran idi,öz sözləriylə desək,müəllimini atasından az istəmirdi və deyirdi ki, o , Filippə həyatı üçün ,Aristotelə isə ləyaqətlə yaşadığına görə borcludur.
...Daranın qənimət alınmış şeyləri arasında qiymətli bir mücrü tapdılar,onu şaha gətirdilər.İsgəndər dostlarından soruşdu ki,bu mücrüyə nə qoysun.Müxtəlif şeylər təklif olundu,ancaq şah qərara gəldi ki,onun içində " İlliada”nı saxlasın.
...İsgəndər Misiri alanda burada bir yunan şəhəri saldırıb,ona öz adını vermək istəyir.Memarın məsləhəti ilə o, gələcək şəhər üçün yer də ayırtdırır,onu hasara aldırır.Amma gecə qəribə bir yuxu görür.Görür ki, ağ saçlı bir qoca onun yanında dayanıb aşağıdakı şeri oxuyur:
Geniş coşğun dənizdə bir ada var.
Faras çağırır onu adamlar.
İsgəndər həmin dəqiqə qalxıb Farasa yollanır.O vaxt Faras ada idi,sonralar torpaq töküb materiklə birləşdirdilər.İsgəndər gördü ki,bura doğrudan da gözəl və səfalı yerdir.Bərxəz kimi yaxşı körfəzi və limanı olan geniş torpaq sahəsi var.Elə buradaca o, memarlara yeni şəhərin planını hazırlamağı tapşırdı.Təbaşir olmadığından memarlar arpa unuyla qara torpaq üstə hərbi meydana bənzəyən şəhər planı cızdılar.İsgəndər onu çox bəyəndi ,amma birdən bir sürü quş bulud kimi göyün üzünü aldı ,onlar yerə qonub cizgiləri pozdular.Şah bu əlamətdən narahat oldu,amma falçılar izah edəndə ki, onun əsasını qoyduğu şəhəri gəlmə adamlar abad edəcək,İsgəndər rahatlandı.Sonra o, gözətçilərə tikintiyə ciddi nəzarət etməyi tapşırıb Ammon məbədinə getdi.Yol uzaq,ağır və yorucu idi.Yolçular ən çox suyun yoxluğundan və cənubun qum tozanağından ehtiyat edirdilər.Deyilənə görə ,keçmişlərdə belə bir külək Kambizin qoşunlarının dövrəsində nəhəng bir sədd əmələ gətirib ,50 min döyüşçünü qum altında məhv edibmiş.Bundan hamı xəbərdar idi.Amma İsgəndəri qərarından döndərmək qeyri-mümkün idi.Çünki tale onun niyyətlərinə himayədarlıq edib onu inadkar böyütmüşdü.O, nəinki bircə dəfə də düşmənə məğlub olmamışdı,heç vaxt zaman və məkanla razılaşmamışdı.Və bu da onu ağlasığmaz niyyətlərə sövq etdirirdi.
... Dara ilə yenidən vuruşmaq üçün İsgəndər yürüşə çıxdı və onu təqib etməyə başladı.Təqib ağır və uzun çəkdi.On bir gün ərzində onlar üç min stabi yol getdilər.Döyüşçülərdən çoxu suyun çatışmazlığı üzündən tamam əldən düşmüşdü.Belə günlərin birində İsgəndər qatır üstə tuluqda su aparan makedoniyalılara rast gəldi.Günorta çağı idi.İsgəndər susuzluqdan yanırdı.Dəbilqəni cəld su ilə doldurub şah üçün gətirdilər.İsgəndər makedoniyalılardan soruşdu ki,suyu kimin üçün aparırlar.Onlar belə cavab verdilər:”Oğlanlarımız üçün aparırıq,amma biz oğlanlarımızı itirsək də ,eybi yoxdur,təki sən yaşayasan,çünki bizim başqa oğulllarımız da doğula bilər”. Bu sözləri eşidən İsgəndər dəbilqəni aldı,amma ətrafına boylanıb görəndə ki, onu əhatə edən bütün atlılar suya baxırlar, o, bir qurtum da içmədən suyla dolu dəbilqəni geri qaytardı.O, su gətirənlərə təşəkkür edib dedi: "Mən suyu tək içsəm ,onlar ruhdan düşər”.
Şahın iradəsini və alicənablığını görən süvarilər atlarını mahmızlayıb dedilər ki,qoy İsgəndər tərəddüd etmədən onları irəli aparsın.Nə qədər ki, belə bir şahları var, onlar yorğunluq və susuzluq hiss edə bilməzlər və hətta ölməyə belə haqları yoxdur.
...Hamı eyni qeyrətlə hərəkətə gəlsə də,yalnız altmış süvari İsgəndərlə birgə düşmən düşərgəsinə girə bildi.Ətrafa səpələnmiş bol qızıla və gümüşə əhəmiyyət vermədən ,təqvişə düşmüş qadınlara və uşaqlara xətər yetirmədən makedoniyalılar arabalarını döyüş meydanından qaçan Daranın ardınca çapdılar.Nəhayət , onlar bədəni nizə zərbələriylə dəlik-deşik olan Daranı tapdılar.Şah su istədi və Polistrat soyuq su gətirdi.Dara yanğısını söndürüb dedi: "Mənim bu xeyirxahlığın əvəzini çıxa bilməməyim bədbəxtliyimin zirvəsidir,amma İsgəndər sizi mükafatlandırar.İsgəndəri isə mənim anama ,arvadıma və uşaqlarıma göstərdiyi xeyirxahlığa görə allahlar mükafatlandırar.Ona mənim salamlarımı çatdırın ”. Bu sözlərdən sonra Polistratın əlini əlinə alıb elə o andaca öldü.
İsgəndər meyidə yanaşdı, qəlbən kövrələrək plaşını çıxarıb onun üstünü örtdü.Sonralar Bessi tapıb edam etdirdi.İki nəhəng düz ağacının başlarını əyib, Bessi ona bağladılar.Sonra ağacları buraxdılar və onlar düzələndə Bess parça-parça oldu.
Beləcə İsgəndər şahına xəyanət edən Bessi edam etdirdi.Bu tarixi məqalədən gördüyümüz kimi İsgəndər güclü,qüdrətli bir şah idi.O, düşmənini öldürən xəyanətkarı belə bağışlamayan bir şah idi,insan idi.....

Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 6 noyabr 2014 02:19
    Milicka, demek isteyirem ki, cox sag ol.Gozel ve maraqli meqaledir.Zehmetine gore tesekkurler lol

    Revane, onsuz da butun melumatlar kitabdan goturulur.Axi, tarixi biz yaza bilmerik........ feel
    Sitat: RevaneMemmedli
    melumat ucun tesekkur ancaq mene ele gelir kitabdan goturulub recourse

  2. 7 noyabr 2014 02:23
    fikirlerinize gore tesekkurler.duzdur kitabdan goturulub,Polinin dediyi kimi tarixi biz qowa bilmerik,her sey kitabdan oyrenilir.insallah tezlikle sinif dersliklerinde olmayan meqaleler,melumatlar yerlesdirecem.calisacam ki,ele melumatlar olsun sagirdlerimizin,genclerimizin maraq obyektine cevrilsin.cox sag olun

  3. 12 noyabr 2014 19:25
    Sitat: milicka

    bizi duwunduyunuz cun saolun

    bizi duwunduyunuz cun saolun smile

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.