"Şah İsmayıl" ordeni

"Şah İsmayıl" ordeni

 

Azərbaycan Respublikasının ali hərbi ordeni olan "Şah İsmayıl" ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilirlər.
"Şah İsmayıl" ordeni aşağıdakılara görə verilir:
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;- Azərbaycan Respublikasınınərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusixidmətlərinə görə;
- görkəmli sərkərdəlik fəaliyyətinə görə;- respublikada fövqəladə halların nəticələrinin arddan qaldırılmasında xüsusi xidmətlərinə görə."Şah İsmayıl" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "İstiqlal" ordenindən sonra taxılır.


"Şah İsmayıl" ordeni

 


"Şah İsmayıl" ordeni düzgün səkkizguşəli ulduzşəklindədir, gümüşdəndir. Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında "Şah İsmayıl" yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur.
Təltif dəstinə aşağıdakılar daxildir:
- boyundan asmaq üçün 27 mm enində, qırmızı çalarlı lenti olan, 50 mm qabarit ölçülü orden;- paltara bərkidilmək üçün elementi olan, beşguşəli 27 mm x 47,5 mm ölçüdə qırmızı çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilən, 35 mm qabarit ölçülü orden;2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Şah İsmayıl" ordeninə həsr olunmuşdur

"Şah İsmayıl" ordeni

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.