Papirus

Papirus

Kağızdan öncə

     Papirus çox illik ot bitkisidir. Şimali Afrika və Siciliya adasının çayqırağı və batağlıq boyu bitir. Hündürlüyü 3 metrə yaxındır. Onun yumşaq hissələrindən şirin şirə hazırlayırlar. Gövdəsinin aşağı hissəsini qızardarağ qida kimi istifadə edirdilər. Papirusun kökünü mis və dəmirin əridilməsində yanacağ kimi istifadə edirdilər. Papirusun qabığından sandal (başmağ), gövdəsinin liflərindən parça hazırlayırdılar və bu parça kətandan daha yaxşı hesab olunurdu. Papirusun gövdəsindən balıqçılıqda, ovçuluqda və hətta gəmilərin hazırlanmasında istifadə olunurdu. Roma tarixçisi Plininin məlumatına görə, misirlilər bu bitkidən hazırlanmış gəmilərdə Seylon adasına qədər üzürdülər. Məhşur səyyah Tur Heyerdalın fikrincə misirlilər bu gəmilə Atlantik okeanını keçirdilər. Bunu sübut etmək üçün Heyerdal papirusdan hazırlanmış “Ra” adlı qayıqda, Atlantik okeanını qət etmişdi.

Papirus

     Papirusdan kağızı əvəz edəcək material kimi də istifadə etmişdilər. Bunun üçün gövdənin özəyini götürüb nazik uzun hissələrə kəsib lövhə üzərinə düzüb, üzərini Nilin lilli suyu ilə isladıb, üzərinə üfuqi şəkildə digər qatının hissəsini düzürdülər. Su quruduqdan sonra yapışqan il hissələri bir-birinə yapışdırırdı. Daha sonra onu yenə isladıb, çəkiclə döyüb, hamarlaşdırmaq üçün isə fillərin ayağları altına qoyaraq presləyib qurudurdular. Papirusun gövdələri cavan idisə bu material kağıza oxşar açıq sarı rəngdə olurdu, yox əgər gövdə yaşlı idisə tünd sarı material alınırdı. Misirdə tünd sarı rəngli papirusdan, Romada isə açıq sarı papirus istifadə olunurdu. Hazır papirusları kəsərək bir-birlərinə yapışdırıb, onu yumurulayırdılar. Adətən belə yumurulanmış papirus 20 yarpaqdan ibarət idi və 10 m. uzunluğunda idi. Bəzən onlar 50 m. çatırdı. II Ramzesin dövrünə aid tapılmış papirus vərəqləri 46 m. uzunluğu, 40 sm. enliyində idi. Bu papirus hal-hazırda Londonda Britaniya muzeyində saxlanılır.

Papirus

     Papirus üzərində qamış çubuqları ilə yazırdılar. Onun köməyi ilə kök və nazik xətlər çəkmək olurdu. Hər bir yazanın yanında xüsusi torbası var idi. Onun içərsində belə qamışlar saxlanılırdı. İş zamanı ehtiyat qamışları yazan şəxs qulağının üzərində saxlayırdı. Papirus üzərində qara və qırmızı mürəkkəblə yazırdılar. Adətən mətni yazmaq üçün qara mürəkkəbdən istifadə edirdilər. Mətində başlıqlar və əsas yerlər qırmızı mürəkkəblə yazırdılar. Yumurlanmış papirusu oxumaq üçün onu kənarlarından iki əllə tutulur və yavaş-yavaş açırdılar. Əgər papirusu 2-ci dəfə oxumaq istəyirdinsə bu halda yumurlanmış hissəni yenidən fırlamaq lazım idi,yeni müasir dövrdə ki,kimi elə bil video kasetə yenidən baxmaq üçün fırlayırsan.

Papirus

     Papirus çox bahalı idi və onun istehsalatı birbaşa fironun əlində cəmlənmişdi.

     Papirus sözünün mənası “pa-p-pur”“çaydan”,bəzi alimlərin fikrincə isə “papoirro” – “hökümdara məhsus” deməkdir.

     Müasir “papirus” – misir sözü, bir çox xalqın dilində qalmaqda dəvam edir. Yunanlar, Almanlar, Polşalılar, Belaruslar kağıza “papirro, papero” deyirlər. Papiros sözüdə məhz bu sözdən götürülməsi güman olunur.

    

Papirus

Misir yazısı ieroqlif adlanırdı. Onun 13 işarəsi samit hərifləri bildirir, 700 – isə tam məna verirdi. Misirlilər sağdan sola yazırdılar. Yazı yazmaq üçün uşaqları beş yaşından örgədirdilər. Tam təhsil 12 il çəkirdi. Yazmağı ancaq varlı ailənin uşaqları örgənirdi. Məktəblər firon sarayında və böyük məbətlərdə fəaliyyət göstərirdi.

     Yazı yazmaq və oxumaq misirdə müqəddəs hesab olunurdu. Yazı yazanların himayadarı müdrüklik allahı Tot hesab olunurdu.

Papirus

Papirus

Papirus

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.