"T" hərfi ilə başlayan anlayışlar

"T" hərfi ilə başlayan anlayışlar

                                                T

 

Tağ – Roma memarları bir-birinə sıx birləşdirilmiş daşlardan qövs şəkilli örtüklər tikməyi öyrəndilər.Bu örtüklər tağ adlanırdı.

Tandem – siyasi cütlük.

Tanhu – hun tayfa ittifaqının başında duran şəxs.”Tanhu” sözü sonralar türk xalqlarında "yabqu”,”kağan”.”xaqan” şəklində işlənmişdir.

Tanxo – Mərkəzi Asiya dövlətlərində kiçik toraq mülkiyyəti forması,yalnız  hərbi xidmət müqabilində verilirdi.

Taliban – tələbə sözünün cəm şəkili.Əfqanıstanda 90-cı illərdə mövcud olmuş dini siyasi cərəyan,hərəkat.

Tarixi məzmuə - şer şəklində yazılan süjetli əsər.Tarixi hadisələri göstərir.

Tayfa – Eyni ərazidə yaşayan,eyni dildə danışan,eyni adət-ənənlərə malik olan bir neçə qohum qəbilənin(soyun) birliyi.

Taypin – Tyanqo(çincə) – "İlahini böyük səadət dövləti” deməkdir.Bu ideyanın ardıcıllarını taypinlər adlandırırdılar.

Temirxan – Şura – Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında indiki Bunyaks şəhəri.

Termidor – Fransada Yakobinçilərin tətbiq etdikləri inqilabı təqvimə əsasən "isti ay”deməkdir (iyul,avqust).Yakobinçilərin bu islahatına əsasən,yeni təqvimin başlanğıc günü 1792-ci il 22 sentyabrından,yəni Respublika elan olunduğu gündən başlanrdı.

Termlər(yunanca) – "Termos” sözündən olub,isti demədir.Romada imperatorun əmri ilə tikilən isti və soyuq hovuzları olan hamamlar.Termlərin qapıları ütün azad admlar üçün açıq olurdu.Romalılar vaxtlarının çoxuu burada keçirirdilər.

Terror – qorxuya salma,sui-qəsd.

Terror aktı – dövlət xadimlərinin,yaxud ictimai xadimlərin həyatna qəsd.

"Təcridolunma” – Çində və Yaponiyada xarici ölkələrlə,xüsusən Qərb ölkələri ilə əməkdaşlığa məhdudiyyət qoyulması.

Təfsir – izah,şərh etmə.

Təhsildar – Oğuz dövlətində şəhərlərdən vergiyığan məmur.

Təkəldusçuluq – Azərbaycanda yayılan tikmə sənət növü.Bu cür tikişlər mavi,qırmızı,qara rəngli parça üzərində tikilir.İstehsal şəhərləri Şəki və Təbriz şəhəridir.

Təkfir(ərəbcə) – kafir adlandırma,dinsizlikdə təqsirləndirmə.

Təqdir etmək – bəyənmək,qiymətləndirmək.

Təngə - Mərkəzi Asiyada pul vahidi,gümüş sikkə.

Tənzimat(türkcə) – islahat deməkdir.

Tərh – dövlətə və ya feodala lazım olan malın bazar qiymətindən aşağı qiymətə verilməsi. 

Təriqətçilər – Rusiyada rəsmi xristian kilsəsinə tabe olmayan,köhnə ayin və mərasimlərə əməl edən dindarlar.

Təsnifat – elmi biliklərin ayrı-ayrı sahələr üzrə bölünməsi.

Təzminat(reparasiya) – Beynəlalq hüquqda dəymiş ziyanı ödəmək,(adətən pulla) nəzərdə tutulur.Sülh müqaviləsi və başqa beynəlxalq aktlar vasitəsi ilə həyata keçirilir.

Tigin – Göytürk imperatorluğunda Xaqan ailəsinə daxil olan şahzadələr bu titulu daşıyırdı.

Timar(türkcə) – Osmanlı imperatorluğunda şərti irsi torpaq sahibliyi.Hərbi xidmətə görə dölət torpaq fondundan verilirdi.

Tiran(yunanca) – "bütün hakimiyyəti əlində cəmləşdirmiş hökmdar mənasını verir.Qədim yunan şəhər-dövlətlərində və klassik feodalizm dövründə İtaliya şəhər-dövlətlərində hökmdar.

Tiryək – çox təhlükəli,zəhərli narkotik maddədir.Onun çəkilməsi insan orqaniznini məhv edir.

Toxa – sümükdən,buynuzdan və daşdan ucluq bərkidilmiş,torpağı yumşaldan əkinçilik aləti.

Toxar yazısı – hind əlifbasının variantlarından biri.

Toxmacar – meşə və ya meşə şitilliyinin səpin bölməsində toxumlardan alınmış bitkilər.

Toxunulmazlar – hindistanda heç bir əsas kastaya daxil olmayan,murdar hesab edilən adamlar.

Totalitarizm(latınca) – "totalis” – "bütün,tam” demək olub,avtoritar dövlət forması mənasını daşıyır.Dövlətin cəmiyyətin üzərində tam nəzarəti.

Toyon – Yakutlarda tayfa başçısı,knyaz.

Töycü – kəndlilərin öz təsərrüfatlarından əldə etdikləri ərzaq və digər məhsullardan feodala verdikləri ödənişlər.

Traqediya(yunanca) – "keçilər mahnısı”.Faciyə.Traqediyalarda qəhrəmanlar arasında gedən kəskin mübarizə,onların iztirabları.şücaəti,çox vaxt isə ölümü təsvir olunurdu.

Traybalizm – Afrikada özünü tayfalararası düşmənçilikdə göstərən tayfaarası ədavət.

Tred-yunion(ingiliscə) – peşə və ittifaq sözlərindəndir.Peşələrə görə ittifaq deməkdir(həmkarlar ittifaqı).

Triumf – Qədim romada qalib sərkərdənin öz qoşunu,ələ keçirdiyi qənimət və əsirlərlə birlikdə dörd ağ at qoşulmuş arabada şəhərə daxil olması.

Triyera – qədim yunanların döyüş gəmisi.Hər bir hərbi gəminin sağ və sol tərəflərində üç sıra avar olduğundan,onları triyera adlandırırdılar.Hə gəmidə 180 nəfər avarçəkən,20-30 döyüşçü olurdu.

Troya atı – qədim yunan əfsanəsinə görə.yunanlar taxtadan düzəltdikləri nəhəng atın içərisində seçmə döyüşçüləri gizlədərək onu Troya şəhərinin divarı qarşısına gətirib qoymuşlar.Troyalılar onu şəhərə gətirmişlər.Gizlincə atın içindən çıxan yunan döyüşçüləri şəhərin qapısını açmış,yunan qoşununu şəhərə buraxmışdılar.nəticədə troya yunanların əlinə keçmişdi.Məcazi olaraq "bədbəxtlik gətirən hədiyyə” mənasında işlənir.

Tümən – İranda pul vahidi.XIX əsrdəki kursla 1,5 – 2 manata bərabərdir.

Türk – bu sözün iki müxtəlif mənaı vardır: 1)güclü;qüvvətli;2)doğan,törəyən,”çoxalan”.

Türklər – qədim zamanlardan Mərkəzi Asiya,Sayan- Altay dağlarının şimal-qərb bölgəsi,Yenisey çayları boyu ərazilərdə yaşamış xalq.Müasir dövrdə türklər Asiya,Avropa və Afrikada yaşayırlar.

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 15 mart 2012 02:23
    Teshekkurler ...

  2. 15 avqust 2012 15:48
    twk maraqlidr smile

  3. 21 avqust 2012 20:47
    t herfi ile verilen anlayislar cix maraqlidir iclerinde bilmediklerim var idi sayta qoydugunuza gore tewekkurler.

  4. 9 sentyabr 2012 00:19
    cox sagolun eziyyetinize deyer. smile

    men burda yeniyem hele hecneden basim cixmir kimse komk ede biler??? recourse

  5. 9 sentyabr 2012 16:49
    MENDE INDI GELMISEM. XAIS EDIREM BASA SALIN. wink

  6. 12 dekabr 2012 19:43
    Men size minnetdaram.

    Sen ne elemek isteyirsen ki? He Tugba.

  7. 12 may 2013 18:24
    tugba kimi mende burda tezeyem heleki hec neden basim cixmir mene komek ede bilersiz.fexriyye sen mene komek ede bilersin

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.