Versal-Vaşinqton sistemi

 

Versal-Vaşinqton sistemi



 

 

A n l a y ı ş l a r

Ə t r a f l ı   i z a h a t

Vestmin statusu

1931-ci ildə B.Britaniyada dominionlara daxili və xarici siyasətdə tam müstəqillik verilməsi haqqında qanun

“Azad İrland dövləti”

1921-ci ildə ingilis-irland müqaviləsinə əsasən İrlandiya “Azad İrland dövləti” adı altında Britaniyanın dominionu elan olundu

Veymar Respublikası

Veymar şəhərində qəbul edilmiş konstitusiyadan (1919) sonra 1919-1933-cü illər ərzində Almaniyada mövcud olmuş parlamentli prezident respublikası.

Naiblik (regentlik) sistemi

1919-cu ildə Macarıstanda sovet hökümətinin devrilməsi nəticəsində Mikloş Xortinin başçılığı ilə yaradılmış yeni hökümət

“Ağ əllər” təşkilatı

1929-cu ildə Serb-xorvat-sloven krallığında monarxiyapərəst qüvvələrin yaratdığı təşkilat. Dövlət çevrilişi edərək hakimiyyəti tam şəkildə kral Aleksandrın əlində cəmləşdirdilər və bundan sonra dövlət Yuqoslaviya krallığı adlandı

Sanasion rejimi

(sağlamlaşdırma)

1926-1935-ci illərdə Polşada Yuzef Pilsudskinin başçılığı ilə mövcud olmuş hökümət. “Sanasion” iqtisadiyyatın sağlamlaşdırılmasını nəzərdə tuturdu

“Böyük üçlük”

1919-cu ildə Paris sülh konfransında aparıcı rol oynayan üç dövlət – ABŞ, B.Britaniya və Fransa

“14 maddə”

8 yanvar 1918-ci ildə ABŞ prezidenti V.Vilsonun

I Dünya müharibəsinin başa çatdırılmasını nəzərdə tutan sülh müqaviləsinin şərtləri

Ratifikasiya

(paraflama)

Dövlət başçısının digər dövlətdə , yaxud beynalxalq təşkilatla bağladığı müqavilənin öz ölkəsinin ali məclisi tərəfindən təsdiq edilməsi

Versal sistemi

1919-1920-ci illərdə Paris sülh konfransının gedişində I Dünya müharibəsi zamanı qalib gəlmiş dövlətlərin məğlub olan dövlətlərlə imzaladığı sülh müqavilələrinin ümumi sistemi

Mandat sistemi

1919-cu ildə Paris sülh konfransının gedişində keçmiş alman müstəmləkələri və osmanlı mülklərinin qəyyumluğa götürülməsi formasında bölüşdürülməsi

 

 

 

A n l a y ı ş l a r

Ə t r a f l ı   i z a h a t

Millətlər Cəmiyyəti

1919-cu ildə Paris sülh konfransının gedişində xalqlar arasında əməkdaşlığı inkişaf etdirmək, sülh və təhlükəsizliyi qorumaq məqsədi ilə yaradılmış beynalxalq təşkilat (1919-1939).

Təzminat

(reparasiya)

Qalib dövlətə dəymiş zərəri ödəmək üçün məğlub olmuş tərəfin öhdəsinə götürdüyü ödənc

Millətçilik

Bir millətin digər millətdən üstün tutulması siyasəti

Şovinizm

Milli müstəsnalığın təbliği, bir millətin mənafeyinin başqa millətlərin mənafeyinə qarşı qoyulması

Versal-Vaşinqton sistemi

1919-1920-ci Paris və 1921-1922-ci il Vaşinqton konfranslarının qərarlarının əsaslarını təşkil edən prinsip

Daus planı

1924-cü ildə ABŞ bankiri Çarlz Dauesin hazırladığı plan əsasında Almaniyadan alınan təzminatın ümumi həcmini azaltmamaq şərtilə illik ödənişin həcmi xeyli aşağı salınması

Reyn təminat paktı

1925-ci ildə Lokarno konfransı zamanı Almaniya, Belçika, Fransa, B.Britaniya və İtaliya arasında imzalanmış təminat müqaviləsi

Brian-Kelloq paktı

1928-ci ildə Parisdə ABŞ, Fransa, B.Britaniya, Almaniya, Yaponiya və s. ölkələrin müharibələrdən imtina etməyi, bütün münaqişələri və mübahisəli məsələləri dinc yolla həll etməyi öhdəliyinə götürülməsi haqqında müqavilə. Beynalxalq siyasi şəraitin yumşadılması mühüm rol oynamışdır.

Təcridçilik

(İzolyasiya)

XX əsrin 20-ci illərində ABŞ-ın Avropa və dünya işlərindən kənarda durmaq siyasəti

 

 

Beynalxalq ziddiyyət

Ə t r a f l ı  a ç ı q l a m a

Mandat sistemi

1919-cu ildə Paris sülh konfransında Millətlər Cəmiyyəti qalib dövlətlərin xeyrinə məğlub ölkələrin əlindən alınmış torpaqları yenidən öz aralarında bölüşdürməsi mandat sistemini təşkil etdi. Mandatların İngiltərə və onun dominionlarına, Fransaya, Yaponiya və Belçikaya verilməsi müəyyən olundu. Üç mandat kateqoriyası- A,B,S təsis edilmişdir.

A-kateqoriyaası :

  • Keçmiş Osmanlı imperiyasının ərəb ərazilərinə tətbiq olunurdu. Ərəb ölkələri xalqlarının tezliklə müstəqillik əldə etməyə imkan verən inkişaf səviyyəsinə olduqları qənayətinə gəlinmişdi.

B-kateqoriyası :

  • Almaniyanın Mərkəzi Afrikadakı müstəmləkələrin (Şərqi Almaniya Afrikası,Toqo və Kamerun) daxil idi. Onlara tezliklə müstəqillik verilməsi nəzərdə tutulmurdu

S-kateqoriyası :

  • Almaniyanın Sakit okeanda, Cənub-Qərbi və Cənub-Şərqi Afrikadakı torpaqları daxil idi. Həmin ərazilər faktiki olaraq mandatı olan dövlətlərin : Yaponiya, Avstraliya, Yeni Zellandiya və Cənubi Afrika ittifaqının nəzarətinə keçirdi.

Versal-Vaşinqton sistemi

Paris və Vaşinqton konfranslarının qərarları Versal-Vaşinqton sisteminin əsaslarını təşkil etdi. Onun yaradılması müharibədən sonra gərginliyin azalmasına imkan verdi. Lakin bu sistemin müəyyən çətinlikləri və ziddiyyətləri də var idi.

Ziddiyyətlər :

1)       Sistemi yaradanlar mərhəmətli olmadılar. Onlar bir çox dövlət və xalqların həmin sistemə qarşı çıxmaları üçün şərait yaratdılar. Bu da şovinizmin və millətçiliyin güclənməsinə səbəb oldu

2)       Sistemi yaradanların özləri bəzən onun prinsiplərini pozmağa başladılar. Sərhədlərin müəyyən edilməsində bu özünü daha qabarıq göstərdi

3)       Sovet Rusiyası bu sistemdən kənarda qaldı

4)       Versal-Vaşinqton hüquq normaları dünyanın müstəmləkəçilik prinsipləri əsasında parçalanmasının bir daha möhkəmlətdi. Bu da milli-azadlıq müharibəsinin aradan qaldırmağa imkan vermədi

5)       ABŞ-ın Versal müqavilələrinə bitərəf münasibəti, onu təstiq etməməsi, Millətlər Cəmiyyətində iştirak etməkdən imtina etməsi

6)       Sistemi yaradanlar Paris konfransının qərarlarının iqtisadi nəticələrinə tam etinatsızlıqla yanaşdılar




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.