Hər bir dərs- müəllimin yaradıcı əsəridir

Hər bir dərs- müəllimin yaradıcı əsəridir

 

Hacıqabul rayonu: Azərbaycan tarixi aylığı- Tarix müəlliminin pedoqoji mühazirəsi. Müəlim Zakir Əliyev

Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.

 

Hacıqabul rayonunda 2014cü ilin fevralında keçirilən"Azərbaycan tarixi” aylığı"Tarix müəlliminin ən yaxşı pedaqoji mühazirəsi”Hər bir dərs – müəllimin yaradıcı əsəridir Dərs-təhsil,təlim və tərbiyə prosesinin başlanğıc nöqtəsidir.Məktəb öz inkişafının hər bir mərhə-ləsində dərsin keyfiyyətində özünün yüksək səviyyəsinə çatır.Dərs müəllimin şəxsiyyəti,intellekti və hissinin seyrində ,müəllim ömrünün   füsunkar yaradıcılıq məqamlarında yaranır.Əsl müəllim özünün böyük istedadınıIlhamla dərsə həsr edir,45 dəqiqə ərzində müəllim həm yanır, həm də yandırır.       Dərsdə şagirdin sevinc içərisində yanan parlaq,füsunkar gözlərini görəndəMüəllim özünün XOŞBƏXTLİK ZİRVƏSİNİ YAŞAYIR.      

Hər bir dərs müəllimin yaradıcılığı olmalıdır. Müəllim dərsə hazırlaşarkəntəkcə dərslikdən deyil, həm də əlavə ədəbiyyatdan, mənbəələrdən istifadə etməlidirİKT-dən əlavə məlumat toplamalı və təqdim etməlidir.Müasir dərsin əsas tələblərindən biri budur ki,müəllim əvvəlcədən təlim metodlarını,təlim üsullarını,resurslarınımüəyyən etməli,dərslərin interaktiv təlim əsasında qurmalı,şagirdləri daha da fəallaşdırmaq üçün innovativ üsullardan istifadə etməlidir.Müasir dərs canlı olmalıqarşılıqlı anlaşma və hörmət əsasında qurulmalı,şagirdlərin potensial imkanlarıüzə çıxarılmalı,reallaşmalıdır.Müəllim  dərsi elə qurmalıdır ki,təlim məqsədlərinənail olmaq üçün kiçik bir məqam və imkandan maksimum istifadə edə bilsin.       Müəllim üçün dərs həm proses,həm nəticə və həm də dəyər olmalıdır.Dərsyaradıcı olmalıdır.Müəllim öz pedaqoji məharətindən elə istifadə etməlidir ki,şagirdlərin yaradıcılq qabiliyyətlərini reallaşdıra bilsinlər,şagirdlər məntiqi surətdədüşünə bilsinlər,qeyri-adi şəraitdə nəticə çıxardıb qərar verə bilsinlər.       Bu günkü dərs müxtəlif variantlı təlim metod,üsullar,yeni tipli dərsliklər,işdəftərləri ,müxtəlif metodiki və didaktik materiallr, biliyin müxtəlif formalarını vəfəaliyyətin bütün növlərini özündə birləşdirən çalışma və tapşırıqların verilməsiəsasında şagirdlərin idrak  fəallığını tələb edir.        Müəllim dərslərə hazılaşrkən konkret dərs planı hazılamalıdır:dərsin təşkiliüçün xüsusi plan aşağıdakıları nəzərdə tutmalıdır:       

1.Təlim nəticələrinə görə dərsin əsas məqsədi müəyyələşdirilməlidir;       
2.Dərslərin tipləri dəqiqləşdirilməli,ona uyğun calışmalar hazırlanmalıdır;       
3.Təlim formaları və üsulları müəyyənləşdirilməlidir;       
4.Dərsin məqsədindən və təlim materialının məzmununu həyata keçirmək üçün resurslar müəyyən edilməlidir.  5.Qiymətləndirmə vasitələri elə müəyyən edilməlidir ki, təlim nəticələrinin reallaşdırılması üzərində monutorinqi həyata keçirə bilsin.        
6.Dərsdə əldə edilmiş bilik və bacarıqları daha da möhkəmləndirmək məqsədilə ev tapşırıqları hazırlanmalıdır.

Müasir dərs reproduktiv üsulla şagirdlərə cadəcə ötürülməsi deyil, şagirdlərin bilik və bacarıqları interaktiv üsulla, məntiqi,tənqidi vəyaradıcı təfəkkürə əsaslananDərs kimi başa düşülməlidir.            
Müasir interaktiv-fəal dərsin aşağıdakı mərhələləri vardır:
1.Motivasiya;
2.Tədqiqatın aparılması;
3.Məlumatın mübadiləsi;
4.Məlumatın müzakirəsi;
5.Ümumiləşdirmə və nəticə;
6.Yaradıcı tətbiqetmə;
7.Qiymətləndirmə və refleksiya.        
Dərslərin maraqlı keçməsi üçün müxtəlif dərs tipləri- ənənvi və interaktivtipli təlim üsullarından səriştəli şəkildə istifadə edirəm,şagirdlərin maraq və meyl-ləri nəzərə alınmaqla onların maksimum bilik və bacarıqlar almasına çalışıram.       
Bununla yanaçı müasir fəal-interaktiv təlimin ənənvi təlimdən fərqli üstün-lükləri var:-        
Dərsdə motivasiya yüksəlir;-        
Dərsdə rəqabət və əməkdaşlıq yaranır;-        
Öyrənənlər-şagirdlər təlim prosesinin mərkəzində dayanır;-        
Inkişafetdiricilik;-        
Nəticəyönümlülük;-        
Demokratik təlim mühiti yaranır.Hər bir dərs müəllim əməyinin məhsuludur.Dərsin müvəffəqiyyəti daha çoxmüəllimin profesional və şəxsi keyfiyyətindən asılıdır.Müəllim və şagirdvahid bir tam təşkil etməlidir.Müəllim dərs prosesində həm istiqamətverici vənəzarətedici rəl oynamalıdır, həm də şagirdə tərəfdaş olmalıdır və onunla əmək-daşlıq etməlidir.       Digər təlim strategiyaları kimi, dərsin təşkilinə verilıən əsas prinsiplərinimüəllim həmişə özünə rəhbər və çixiş nöqtəsi kimi götürməlidir və müəllim bütündərslərdə  bu prinsiplərin əsas götürülməsinə çalışmalıdır:        
1.Pedaqoji prosesin tamlığı- təlimin inkişafetdirici,öyrədici və tərbiyəediciməqsədləri kompleks şəkildə həyata keçirilməlidir;        
2.Şagirdyönümlülük- şagird pedaqoji prosesin mərkəzində dayanır.Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatının ödənilməsinə, onların istedadvə qabiliyyətlərinin inkişaf etdirilməsinə yönəldilir;        
3. Təlimdə bərabər imkanların yaradılması- bütün şagirdlərə eyni təlim şəraitiyaradılmalıdır;         4.İnkişafyönümlülük- şagirdlərin idrak fəallığı izlənilir,nailiyyətləri təhlil edilir,bilik və bacarıqlarının inkişaf səviyyəsi tənzimlənilir;        
5.Fəaliyyətin stimullaşdırılması-şagirdlərin təlimə marağının artırılması üçünOnların fəaliyyətindəki bütün irəliləyişlər qeydo olunur və dəyərləndirilir;        
6.Dəstəkləyici mühitin yaradılması-dərs prosesi müvafiq maddi –texniki baza ilə təmin edilməl,sağlam mənəvi-psixioloji mühit təşkil edilməlidir.         
Bu günkü dərs və tədris prosesi təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət əsasında qurulur.Bu baxımdan "Azərbaycan tarixi” fənninintədrisi müstəsna rol oynayır.”Azərbaycan tarixi”nin tədrisi şagirdlrin mənəvi tərbiyəsində,vətəndaşlıq mövqeyinin müəyyənləşməsində olduqca əhəmiyyət kəsbedir. "Azərbaycan tarixi” ölkəmizin ərazisində uzaq və yaxın keçmişdə yaşamışinsanların həyatını,onların həyatında baş vermiş hadisələri, həmin hadisələrinsəbəb və nəticə əlaqələrini öyrənən elmdir.          Məktəbdə Azərbaycan tarixinin tədrisi dərin və əhatəli biliyə ,bacarıq vəvərdişlərə , yüksək intelektə ,geniş dünyagörüşə malik olan, onu daim inkişaf etdirməyə şalışan şəxsiyyət formalaşdırmağa; öz soykökünə,adət-ənənələrə,milli-mənəvi dəyərlərə əsaslanan,şərəfli tarixi keçmişinə dərindən yiyələnən,ailəsini,vətənini,millətini sevən və onu daim ucaltmağa çalışan VƏTƏNDAŞ tərbiyyəetməyə xidmət edir.          Beləliklə, bu gün”Azərbaycan tarixi” fənninin tədrisi digər fənnlərin tədris-Indən kəskin fərqlənir və bu fənnin tədrisi şagirdlərin şəxsiyyət və vətəndaş kimiyetişdirilməsində yaradıcı,,tərbiyəedici, inkişafetdirici funksiyasını özündəehtiva edir.Bununla da "Azərbaycan tarixi” dərsləri yaradıcı olmalı və hər birtarix müəllimi bu dərslərə  MÜQƏDDƏS bir dərs kimi yanaşmalıdır.                                                          

Haciqabul rayonu,S. Gülmalıyev adına UDULU kənd tam ortaməktəbinin tarix müəllimi Zakir Əliyev         




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 9 may 2014 22:38
    Allah elminizə bərəkət versin.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.