Avtomobil adlarının mənaları

Avtomobil adlarının mənaları

 

Avtomobil adlarının mənaları


"Mitsubishi"- Yaponiyanın nəgəng şirkətlərindən olan "Mitsubishi" adını qədim yapon savaşçıları olan samurayların emblemindən alıb. Emblem Mitsu (üç) və bishi (almaz) kəlmələrinin birləşməsindən yaranıb. 

"Mercedes-Benz" - avstraliyalı tacir Emil Jelinek 1897-ci ildə yarış qazanan maşınına qızı Mersedesin adını qoyub. Bunun şərəfinə şirkətin yaradıcıları olan Qottlieb Daimler və Karl Benz istehsal etdikləri maşına "Mercedes" adını qoydular. 

"Mazda"- Şirkətin emblemində qanaqlarını açan at təsvir edilir. Bu işadə Zərdüştlərin xeyir tanrısı Ahura Mazdadan alınıb. 

"Hyundai"- Koreya dilində "modern, çağdaş" deməkdir. 

"Kia" - Koreyanın ikinci böyük avtomobil şirkətinin adı "Asiyada doğulan" deməkdir. 

"Cadillac" - 1902-ci ildə qurulan şirkət öz adını ABŞ-ın Detroyt şəhərini quran və 16-cı əsrdə yaşayan fransız səyyah Antoine de la Mote Kadillakdan götürüb. 

"Pontiac" - məşhur ABŞ markası adını 1700-cü illərdə yaşayan hindu polis rəisi olan Pontiak Obvandiyaqdan alıb. 

"Jeep" - hərbi məqsədlərlə istehsal edilən ilk yolsuzluq maşının adını çizgi filmindəki (Teməl Rəis) "Eugene the Jeep" adlı heyvandan aldığı iddia edilir. Sonradan bütün markaların bu tip maşınları Cip adlanmağa başlayıb. 

"Dacia"- Rumıniyanın ən böyük avtomobil şirkəti olan "Dacia" eyni zamanda ölkənin də antik adıdır. 

"Lexus" - Latın dilində "qanun" mənası daşıyır. 

"Škoda" - Çexiya şirkəti olan avtoistehsalçı adını qurucusu olan Emil von Škodadan alıb. "Škoda" bir zamanların ən böyük silah istehsalçılarından da olub. Çex dilində mənası "zədəli" deməkdir. 

"Audi" - latın dilində "eşitdim, duydum" mənası daşıyır. 

"Aston Martin" - İngiltərənin idman maşını istehsalçısı olan "Aston Martin" adını qurucularından biri olan Lionel Martinin istehsal etdiyi yarış masınlarını sınaqdan çıxardığı Aston təpəsindən alıb. 

BMW - BMW-nin açılışı "Bayerische Motor Werke" (Bavyera Mühərrik Fabriki) deməkdir. 

FIAT - İtalyan avtomobil firmasının adının mənası "Fabbrica Italiana Automobili Torino" (Torino İtaliya Avtomobil Fabriki) deməkdir. 

"Nissan" - 1934-cü ildə Jidosha-Seizo co. və Nihon Sangyo co. şirkətləri birləşib. Bu iki adın birləşməsinin yapon dilində qısalması "Nissan" adlanıb. Eyni ildə şirkət "Nissan Jidosha Kabushiki Gaisha" (Nissan Mühərrik şirkəti) adını alır. 

"İnfiniti" - "Nissan"ın ABŞ bazarı üçün istehsal etdiyi lüks maşın markasıdır. Adı ingilis dilində "ucsuz, bucaksız" mənasına gəlir. 

"Ford" - Adını yaradıcısı Henri Forddan alıb.

"Opel" - Adını yaradıcısı olan Adam Opeldən alıb.

"Porsche" - şirkət "Volkswagen"in məşhur tısbağa modelini dizayn edən mühəndis Ferdinand Porşenin oğlu Ferri Porşedən tərəfindən qurulub. 

"Jaguar" - İngiltərənin lüks maşın istehsalçısı olan şirkət adını Cənubi Amerikadakı yırtıcı heyvan pantera olan "Jaguar"dan alıb. İlk dəfə şirkətin adı "SS Jaguar" adlanıb. İkinci dünya müharibəsindən sonra SS yığışdırılıb. 

"Ferrari" - adını şirkətin qurucusu və məşhur yarışçı olan Enzo Ferraridən alır.

"Bugatti" - lüks avtomobil firması adını Ettore Bugattidən alıb. 

"Peugeot" - ilk qəhvə dəyirmanı və velosiped markası olan şirkət adını Emille Pujodan alıb.

"Hummer" - avtomobilin adı yüksək hərəkət qabiliyyəti çox funksiyalı vasitə mənasına gələn "Humvee"dən götürülüb. 

"Land Rover" - müflüs olan İngilis "Rover" şirkətinin "Tata"ya satdığı yolsuzluq maşınıdır. Rover "səyyah" mənasına gəlir. Suv markası "Range Rover".

"Rolls-Royce" - əl işi olan nadir lüks maşınları ilə fərqlənən avtomobil markası adını yaradıcıları olan Steven Rolls və Henri Roysdan götürüb. 

"Volkswagen" - alman dilidə "xalq maşını" mənasını daşıyır. 

Avtomobil adlarının mənaları

 



https://avto.lent.az/



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 6 yanvar 2015 19:00
    melumat ucun tesekkur ancaq mence bunun tarixle elaqesi yoxdu

  2. 6 yanvar 2015 19:58
    təşəkkürlər bunda tarixə aid nə var ki

  3. 6 yanvar 2015 20:12
    Əziz dostlar! Bildiyiniz kimi saytımız intellektual bolmesi fealiyyet gorsedir. Bu rubrikada intellektual movzular yerləşdirilir. Xəmsə, Breyin Rinq və s. oyunlara hazırlaşanlara dəstək olmaq üçün. Onun üçün bu məqalə intellektuallığı inkişaf etdirmək üçün maraqlıdır....

  4. 6 yanvar 2015 21:21
    Təşəkkürlər.Çox sağ olun belə bir məlumat axtarirdim. Cox xeyri oldu winked

    --------------------

  5. 7 yanvar 2015 00:26
    Duzdu Melisa))cix saqolun ellernize saqliq!maraqli geldi mene

  6. 7 yanvar 2015 09:47
    Hörmətli yoldaşlar adminstrator söylədiyi kimi sizə lazım deyilsə,ehtiyyacı olanlar var az -çox məqaləni oxuyubsunuzsa dünya görüşünüz artmışdır......Əməyə hörmət duyuram............

    --------------------

  7. 7 yanvar 2015 10:48
    Çox sağ olun....

    --------------------

  8. 7 yanvar 2015 16:13
    Çox maraqlıdır. Tarix saytında belə şeyləri yerləşdirmək olmaz ki? Bu bizə daha da kömək edir, dünyagörüşümüz artır. Müəllifə təşəkkürlər! Çox maraqlı mövzudur. wink

  9. 8 yanvar 2015 20:14
    Sitat: administrator
    Əziz dostlar! Bildiyiniz kimi saytımız intellektual bolmesi fealiyyet gorsedir. Bu rubrikada intellektual movzular yerləşdirilir. Xəmsə, Breyin Rinq və s. oyunlara hazırlaşanlara dəstək olmaq üçün. Onun üçün bu məqalə intellektuallığı inkişaf etdirmək üçün maraqlıdır....

    Breyn Rinq-də iştirak edənlər bu saytdan istifadə edirlər?

  10. 9 yanvar 2015 13:32
    Maraqlidir....

  11. 11 mart 2015 10:51
    Çox maraqlı idi.Xoşuma gəldi amma "Hummer" avtomobil şirkətinin adı çəkic sözündən götrülüb.

  12. 14 avqust 2015 13:21
    maraqli idi

    Sitat: tenatem
    maraqli idi

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.