Xəmsə sualları

 Xəmsə sualları

 

 

 "Mənə dəniz verin”[/b]

 10.       Bu türk siyasətçi 1938-ci il iyun ayının 20-də Türkiyənin Antalya şəhərində anadan olub (Dəniz Baykal)

 20.       "Fənərbaxça” klubuna ölkə çempionluğunu qazandırmış ilk yerli məşqçi odur

 (Mustafa Dənizli)

 30.       Bu film operator kimi Mirzə Mustafayevin kinoda ilk işidir.                                   (Mavi dənizin sahilində)                                              

 40.       Rauf Əhmədovun bu filmində Xəzər sahilində yaşayan yerli əhalinin balıqçılıq sənətindən bəhs edilir.                                                                                                                         (Dəniz borcu qaytarır)

 50.       Aleksandr Belyaevin "Batmiş gəmilər adası” romanında hadisələr bu dənizdə cərəyan edir.(Sarqas dənizi)

 

 

 

"Qırmızı”

 10.       Neşr  olunmasi  10 ilden bir nezerde tutulmush ve ilk defe 1989-cu ilde neshr olunmush bu kitab nece adlanir.                                                                                                                                 (Qirmizi kitab)

 20.       Bu adda hem Avstriada hem de ABŞda futbol komandası var.                                         (Red Bull)

 30.       Onun qirmizisi insanı rahatladır və nəfəs yollarını açır,bronxit və qrip kimi xəstəliklərdə faydalıdır ve ürək xəstəliklərinə qarşı qoruyur.                                                                                                 (Biber)

 40.       Gerbinde Terezi,Yelkenli gemi ve elinde qilinc olan aslan tesvir olan bu olkenin bayraqi qirmizi rengdedir.

 (Tunis)

 50.       Orjinal adi Lucky Luke olan bu cizgi romani Belcikali karikaturcu Morris terefinden yaradilib. (Red Kit)

 

 

 

"O qızı tapın”

 10.       Anası Fantinanın ölümündən sonra bu yetim qızı acınacaqlı həyatdan Jan Valjan xilas etmişdir. Kozetta

 20.       ”Altıncı” əsərinin müəllifi olan bu xanim həm də yazıçı Anarın qızıdır.                             (Günel Anarqızı)

 30.       Həsən Seyidbəylinin " Xidmət lifti” hekayəsinin motivləri əsasında çəkilmiş Liftçi qız filmində Liftçi qızın adı nə idi?                                                                                                                            (Lalə)

 40.       Bu 9 yaşlı qırmızı saçlı hörüklü qızcığaz  özündə bütün uşaqların xüsusiyyətlərini cəmləşdirir. Valideynlərsiz bir Villada yaşayan və istədiyi hər şeyi etməyə qadır olan bu qızcığazın adını deyin.

 (Peppi)

 50.       1994-cü ildə çəkilmiş bu filmin  əsas qəhrəmanları Əfsanə və Elməddindir.                      (İtgin gəlin)

 

 

 

            "...ss...”

 10.       1973-cü ildə yaranmış bu hard-rok qrup özünün "Detroyer”, "Rock and Roll Over”, "Love Gun”, "Dynasty” kimi albomları ilə məşhurdur.                                                                       (Kiss) 

 20.       O, 1973-cü ildə Vyetnam müharibəsinin başa çatmasındakı səylərinə görə Nobel sülh mükafatına layiq görülmüşdür.                                                                                                                        (Henri Kissincer)

 30.       Tirren və İonik dənizlərini bu coğrafi obyekt ayırır.                                                            (Messina boğazı)           

 40.       Marenqo döyüşündə qələbədə əsas pay sahibi olan bu fransız marşalı əvvəl İtaliyada, sonra isə Portuqaliyadakı fransız ordularının komandanı idi.                                                             (Andre Massena)

 50.       Bu ingilis astronomu özünün yarandığı  reflektor-teleskopla 1846-cı ildə  Neptunun 1, 1851-ci ildə isə Uranın 2 peykini kəşf etmişdir.                                                                                            (Uilyam Lassel)

 

  

            "Dağlar”

 10.       Bu dağ silsiləsində 8000 m-dən artıq 11 dağ var.                                                                (Himalay)

 20.       Nikol Kidman, Rene Zelveger, Cud Lou, Natali Portman kimi aktyorların çəkildiyi və Entoni Minqellanın rejissoru olduğu bu filmdə hadisələr ABŞ vətəndaş müharibəsi dövrünə təsadüf edir.      (Soyuq dağ)

 30.       Böyük Fransa İnqilabı zamanı yakobinləri təmsil edən solçu demkratlar Konventdəki iclas zamanı yuxarı skamyalarla oturduqlarından bu fransız mənşəli sözlə adlandırılırdılar.                              (montanyarlar)

 40.       1956-cı ilin sonlarında Fidel Kastro öz 11 silahdaşı ilə birlikdə bu dağlarda gizlənərək partizan müharibəsinə başlamışdılar.                                                                                                (Syerra-Maestra)

 50.       Teyde vulkanı (3718 m) bu ölkənin ən yüksək zirvəsidir.                                                   (İspaniya)

 

                       

 

Yalniz 3 hərf

 10.       2005-ci ildə ingilis dilinə tərcümə olunan və ABŞ-da ilin on ən mühüm bədii nailiyyəti  sayılan bu əsərin müəllifi Orhan Pamukdur.                                                                                                   (Qar)

 20.       1816-cı ildə Əbu Qasım Təbrizinin yağlı boya ilə çəkdiyi eserinde bu musiqi aletini ifa eden qiz tesvir olunub.                                                                                                                                 (Tar)

 30.       Bu element  Mendeleyevin dövri sistem cədvəlində 5-cidir.                                              (Bor)

 40.       Bu musiqi janrina yamayka dilinde Rege deyilir.                                                                (Rok)

 50.       Salam Qədirzadənin yazdığı bu hekayənin baş qəhrəmanı Əzim adlı şəxsdir                      (Bığ)

 

 

 

            " Bomba mövzu”

 10.       Qalaların mühasirəsi zamanı əvəzolunmaz sayılan bu artillerik silah  14-16-cı əsrlərdə geniş istifadə olunurdu.                                                                                                                                 (bombarda)

 20.       Bu ispan vaxtilə "atom bombasının incəsənətə təsiri” adlı institut yaratmaq istəyirdi          (S.Dali)

 30.       Adolf Hitler ömrünün son günlərini məhz burada keçirmişdi.                                            (Fürerbunker)

 40.       17-ci əsrin sonlarında I Pyotr tərəfindən artilleriya qoşunlarında yaranmış yeni vəzifə belə adlanırdı.                 

 (bombardir)

 50.       Blokbaster termini kinomatoqrafiyada bu filmin ekranlara çıxmasından sonra yarandı.     (Çənələr)

 

 

 

            "...vest...” (İlk 4-ü səhvən pers gedib)

 10.       Yazıçı Rik Riordanın qəhrəmanı olan bu oğlan Poseydonun oğlu idi.                                (Persi Cekson)

 20.       Latınca deyin: "aydın görürəm”                                                                                          (perspektiv)

 30.       Milli Basketbol Liqasında çıxış edən bu komandanın hazırki sahibi Donald Sterlinqdin

                                                                                                                                      (Los-Anceles Klippers)

 

40.       2001 və 2003-cü illərdə ekranlara çıxmış və yaradıcılarına milyonlarla dollar xeyir gətirmiş bu qorxu filminin rejissoru Viktor Salvadır.                                                                                         (Cipers Klipers)

 50.       O, aldığı patentlərin sayına görə yalnız Edissondan geri qalır.                                           (Corc Vestinhaus)

 

 

1/3 FİNAL

 

"Məşhur azərbaycanlılar”

 

10.         "Məhəbbət və ölüm” baletinin muəllifi olan bu məşhurumuzun adını deyin. Polad Bulbuloqlu

 20.       Uşaqlıqdan ata-anası tərəfindən oruc tutub  namaz qılmağa məcbur edilən bu şairin yazdığı ilk şeir elə həmin illərə təsadüf etmişdir.                                                                                              ( M.Ə.Sabir)

 30.       Realnı məktəbinin inşasini öhdəsinə götürmüş, şəhər kənarında –indiki Semaşko xəstəxanasını tikdirmiş, Bakı su kəməri üçün xeyli pul vermiş olsa da  o şəhər camaatı tərəfindən  xəsis sözü ilə damğalanmışdır.

                                                                                                                                          (Musa Nağıyev)

 

40.       O 13 yaşında atasını itirdikden sonra kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb, Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.                                                                                   (Hezi Aslanov)

 50.       Bu məşhurumuz həm də "Kamal”  təxəllüsü ilə musiqilər bəstələmişdir.                (Kəmaləddin Heydərov)

 

 

 

"Nağıllar aləminə səyahət”

 

10.       1974-cü il mart ayının 28-də Bakı şəhərində dünyaya gəlmiş Anar Rizvan oğlu Cəbiyevi biz daha çox bu adla tanıyırıq                                                                                                        (Anar Nağılbaz)

 

20.       "Çəkməli pişik”, "Qırmızı papaq”, "Yatmış gözəl”, "Uzuqulaq dərisi”, "Zoluşka”  nağılları ona məxsusdur.                                                                                                                                 (Şarl Pyerro)

 

30.       "Soyuq ürək”, "Durna xəlifə”, "Yalançı şahzadə haqqında nağıl”,”Cırtdan burun” kimi nağılların müəllifi olan bu şəxs 1802-ci ildə Ştutqartda  anadan olub                                              (Vilhelm Qauf)

 

40.       Biz on daha çox digər janrlı əsərlərin müəllifi kimi tanısaq da onun "Ulduz oğlan” nağılı da var.                                                                                                                                   (Oskar Uayld)

 

50.       Andersenin bu nağılında kiçik uşaq Yalmara həftənin hər günündə 1 hekayə danışan sehrbaz qocadan danışılır.                                                                                                        (Ole-Lukoye)

 

           

 

            "sar...”

 

10.       Yunanca deyin: "əti didirəm, dağıdıram”                                                                            (sarkazm)

 

20.       Rusiya tabeliyində olan Mordoviya Muxtar Respublikasının paytaxtı bu şəhərdir.            (Saransk)

 

30.       Bu qədim ispan rəqsi 17-18-ci əsrlərdə Qərbi Avropada geniş yayılmışdı.                         (sarabanda)

 

40.       Zevs və Laodamiyanın oğlu olan bu Troyalı qəhrəman Patrokl tərəfindən döyüşdə öldürülmüşdü.(Sarpedon)

 

50.       İtalyan sosialist hərəkatının liderlərindən biri olan bu şəxs 1964-71-ci illər aralığında İtaliyanın prezidenti olmuşdur.                                                                                                                             (Cüzeppo Saraqat)                       

 

            "Yaşıl mövzu”

 

10.       1971-ci ildə əsası qoyulan bu təşkilat ətraf mühitin qorunmasını qarşısına məqsəd qoyub.            (Qrinpis)

 20.       Afrikanın ən ucqar qərd nöqtəsi Almadi burnu bu yarımadada yerləşir.                                     (Yaşıl burun)

 30.       "Al yelkənlər”, "Dalğalarda qaçan”, "Parlayan dünya” və s kimi əsərlərin müəllifi olan bu rus yazıçısı 1880-ci ildə anadan olub.                                                                                                          (Aleksandr Qrin)

 40.       1819-20-ci illərdə gələcək dekabristlər Trubetskoy, Tolstoy və Vsevolojski tərəfindən Peterburqda əsası qoyulan bu cəmiyyətin üzvləri arasında Fyodr Qlinka,Puşkin, Qnediç kimi yazıçı və şairlər var idi.                                                                                                                                                                          (Yaşıl lampa)

 50.       Böyük Vətən müharibəsindən sonrakı dövrdə SSRİ-nin ən yaxşı hücumçularından biri olan bu futbolçu 5 qat SSRİ çempionu və 3 qat kubokunun qalibidir.                                                                       (Aleksey Qrinin)





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 9 oktyabr 2012 11:39
    prosto super

  2. 8 dekabr 2012 20:51
    basa dusmedim

  3. 18 yanvar 2013 17:10
    Salam bu coooooooooooox gozel suallardir,men dostumla sual cavab edende bu suallari ona verecem. wink

  4. 1 may 2017 16:37
    maraqli suallardir

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.