Özün oyna (svoyak)-2

Özün oyna (svoyak)-2

 

 

"İtaliya”

10.       İtaliyanın hal hazırki prezidenti odur     (Georgi Napolitano)

20.       Sumqayıt şəhəri ilə qardaşlaşmış bu iki italiyan şəhərinin adını deyin.     (Genua və Bari)

30.        20 – ci əsrin 80 – ci illərində İtaliyanın himni qismində Cüzeppe Verdinin bu operasından bir parça da 

             səsləndirilirdi.    (Nabukko)

40.       İtaliyaya gələn bütün turistlər məşhur Trevi fontanına qəpik atmaqla bu sözün mənasının tezliklə dəyişəcəyinə inanır.                                                                                                 (Çao) 

50.       İngiltərədə qurulsa da bu avtomobil şirkəti öz adını bir İtalyan pilotunun adından götürmüşdür. (Askari)

  

"Onlarla döyüşmək mənasızdır”

 10.       2010-cu il 20 dekabrda Berlində kecirilən Ümumdünya Boks Assosasiyası versiyası üzrə birinci ağır çəkidə Kubalı Xuan Pablo Ernandes bu azərbaycanlı həmyerlimizi döyüşün ilk 143-cü saniyəsində nokauta salmışdır.                                                                                                                 (Əli İsmayılov)

20.       1972ci illdə "Əjdahanın qayıdışı” filmində bu iki idmançının iştirak etdiyi döyüş səhnəsi bu gün də karate filmləri klassikasından sayılır.   (Çak Norris və Brus Li)

30.       O öz boksçu karierasına 12 yaşında velosipedi oğurlandıqdan sonra başlamışdır.       (Məhəmməd Əli)

40.       O Atabəylər dövlətinin hökmdarlarından biri olmuş və qeyri adi qüvvəsinə görə onu dünyanın pəhləvanı adlandırmışlar.                                                                                            (Məhəmməd Cahan Pəhləvan)

50.       Rejissoru Ağanağı Axundov olan bu Aplikasiya filmi 1970-ci ildə Nizami Gəncəvinin eyniadlı nağıl-novellasının motivləri əsasında çəkilmişdir.  (Fitnə)

 

 "Onlar heç vaxt qocalmır”

 10.       O 1976-2001-ci illərdə "Qaya” dövlət ansamblının solisti olmuşdur.    (Cavan Zeynallı)

20.       Bu isvecrə futbol klubu ev oyunlarını Uankdorf stadionunda keçirir.    (Youngboys)

30.       2008-ci ildə 13 Oskara namizəd olan bu film onlardan yalnız 3-nə layiq görülmüşdür.

(Benjamin Battonun qəribə hekayəsi)

40.       1950-ci ildə Şəkidə anadan olmuş bu şəxs 1975-ci ildə Ü.Hacıbəyov  adına Azərbaycan dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirmişdir.  Cavanşir Quliyev)

50.       2011-ci il Martın 13-də Los-Anceles şəhərində keçirilən "Hollivudun Gənc Aktyorlar Mükafatı”  mərasimində Oskarla təltif olunmuş ilk Azərbaycanlının adını deyin.    (Timur Oduşev)

 

            "...ost...”

 10.       O, 1863-cü ildə Baden-Badendə olarkən yerli kazinolardan birinə baş çəkmiş və özünün "Oyunçu” romanının əsas motivlərini də oradan götürmüşdür.     (Dostoyevskiy)

20.       O, 1476-cı ildə Hazırki Belorusiya ərazisi olan Mereçevşina kəndində anadan olmuşdur.    (Kostyuşko)

30.       1643-cü ildə ingilis publisisti Vud oranı "İngiltərə ilə ticarət üçün ən əlverişli yer” adlandırmışdı. (Boston)

40.       Yunanca deyin: "sümük”    (osteon)

50.       Texasın inzibati mərkəzi məhz bu şəhərdir    (Ostin)

 

"Qarışıq mövzu”

10.       Bu sözün mənası Yunancadan tərcümədə boşluq,fəza və qarma-qarışıqlıq deməkdir.   (Xaos)

20.       Bu sözə ilk dəfə 1949-cu ildə Billboard jurnalında rast gəlinmişdir.       (RnB-Rythm adn blues)

30.       Qırmızı və mavi rəngin qarışığından əmələ gələn bənövşəyi rəngin türkcə qarşılığı bu sözdür. (Menekşe)

40.       Bu qida rasionunun hazırlanması üçün Baımcan, kələm, bibər, göy pomidor, kərəvizin sapı, sarımsaq, yerkökü, nanə və sirkə lazımdır.     (Həftəbecər turşusu)

50.       Kanadada dünyaya gəlmiş, ingilis, fransız dillərində albomlar buraxan  müğənnin 1988-ci ildə Evrovisionda İsveçrəni təmsil elədiyi musiqinin bəstəsi bu türk əsilli bəstəkara məxsusdur.   (Atilla Şərəftuğ)

 

"Bağçada güllər”

10.       Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri olan bu qadın siyasətçinin adını deyin.

 (Lalə Şövkət)

20.       Bu tikiş növü ilə daha çox qadın üst geyimlərinə, baş geyimlərinə, ev məişət əşyalarına, at yəhərinə və daha xırda məmulatlara bəzək vurulurdu.    Güləbətin)

30.       .Bu Azərbaycanlı yazıçısının qələmə aldığı "Çiçəkli dağ” pyesi əsasında "Bir qalanın sirri” filmi çəkilmişdir.                                                                                                   (Məmmədhüseyn Təhmasib)

40.       Dəqiq həndəsi siluetli, orijinal, yaxşı yadda qalan, funksionallıqla estetik təsirliliyi özündə birləşdirən bu tikilinin inşası 1980-ci illərin əvvəllərində başa çatmışdır.     (Gülüstan sarayı)

50.       "O bir Güldür... Onsuz bütün ətirlər ətrini itirər. Dünya Gülü, Axirət Gülü və Cənnət Gülü...kaş  Bir dəfə o Gülün ətrini duysaydıq... Bir dəfə onu röyada belə görsəydik... O, hər zaman arzulanan bir Güldür..” Fiyuzat jurnalından götürülmüş bu sözlər kimə həsr olunmuşdur .    (Məhəmməd Peyğəmbərə)

 

            "Gecə qara cücə qara”

10.       Birillik və çoxillik bitki olan bitkinin ən çox yayıldığı ərazilər Şimal yarımkürəsi və xüsusən də Rusiyadır                                                                                                                                                         (qarabaşaq)

20.       Yeni Qvineya, Bismark arxipelaqı, Fici, Süleyman, Yeni Hibrid, Yeni Kaledoniya adaları bu adalar qrupuna aiddir.                                                                                                                                          (Melaneziya)

30.       "Müxtəlif motivlər”, "Satira və lirika”, "Əsgər nağılları” kimi şer kitablarının müəllifi olan Aleksandr   Mixayloviç Qlikberqi biz daha çox belə tanıyırıq.       (Saşa Çerniy)

40.       Sanskritcə deyin: qara       (Krişna)

50.       Beliz, Qvatemala, Honduras, Sent-Visent ərazilərində yaşayan və ümumi sayı 100 minə qədər olan xalq belə adlanır                                                                                                                          (qara kariblilər)

 

"...son...”

10.       Latınca deyin: "səs çıxarmaq”.         (Sonata)

20.       Bu söz fransızcadan tərcumədə oğlan deməkdir.       (Qarson)

30        Danışıq zamanı sait səslərinin çox təkrar olunması belə adlanır     (Assonans)

40        Tarixdə ən böyük  əskinas olan  100000 ABŞ dollarının üzərində ABŞ-ın bu prezidentinin şəkli təsvir olunmuşdur.                                                                                                           (Vudro Vilson) 100 000 dollarlıq əskinas 1934-cü ildə buraxılmışdır

50.       O uzun bir vaxt suda qala bilməz, qırmızı rəngli üzərində ağ xətt olan ayaqqabısı var, məqsədi DR.Robotnikin planlarını alt üst etməkdi.Mavi rəngli bu qəhrəmanın adını deyin. (Sonic)

 

"Ana”

10.       1920-ci ildə Cəlil Məmmədquluzadə tərəfindən qələmə alınmış bu kitabın adı belə idi. (Anamın kitabı)

20.       Sonuncu versiyaya görə bu dahinin anası Kicik qafqazda yaşamış Katerina adlı qadın olmuşdur.

( Leonardo Da Vinçi)

30.       Qalınlığı 1.3 metrə qədər çatan, Venesuella, Boliviya,Kolumbiyada yaşayan bu canlı yaquar,insan,timsah,meymun, quş və s. heyvanlarla qidalanır.   (Anakonda)

40.       1931-ci ildə Nefçala şəhərində dünyaya göz açmış bu müğənni "Badamlı, Nuş olsun, Naz-naz” və s. dillər     

əzbəri olmuş mahnıları ifa etmişdir. Anatolu Qəniyev)

50.       Məşhur musiqiçi və rəqqasə olmağına baxmayaraq psixi problemlərdən əziyyət çəkən bu xanımın övladları kiçik yaşlarından "Sidney internatda” böyüməli olmuşlar.    Hanna Çaplin)

 

            "Əlillər”

10.       1921-ci ildə dənizdə çimərkən poliomielit nəticəsində paralic olan bu  ABŞ prezidenti ömrünün sonunadək əlil arabasına hərəkət etməyə məcbur oldu      (Franklin Ruzvelt)

20.       O, 1918-ci ilin aprelində mina partlaması nəticəsində oturmaqdan əziyyət çəksə də, özünün ən məşhur əsərlərini bundan sonra yazdı.        (E. Heminquey)

30.       İsrail və ərəb dövlətləri arasında baş vermiş "6 günlük” müharibədə İsrail qoşunlarına o başçılıq edirdi.                                                                                                                                                         (Moşe Dayan)

40.       Onun ömrünün son 10 ilində gözləri tutulsa da, o qızlarına öz  mexanika və riyaziyyat mövzusunda olan əsərlərini diktə etmişdi.       (Leonard Eyler)

50.       DÇ-30-un finalında fərqlənmiş bu futbolçunun 1 əli protez idi    (Kastro)

 

"Sizə məktub var”

10.       Bu Azərbaycan şair, yazıçı və publisisti ”Məktub yetişmədi”  adlı hekayənin müəllifidir. (Abdulla Şaiq)

20.       Yaradıcısı Dmitri Grişin olan bu Elektron-məktub servisinin səhmlərinin 30 faizi  2007-ci ildə Cənubi Afrika şirkəti olan Naspersə satılmışdır.                                                                           (mail.ru)

30.       Kinoşunas Ayaz Salayevin fikrinə görə Mövzunun adı ilə səsləşən filmin ərsəyə gəlməsinə səbəb Anarın Amerikada çap olunmuş bu hekayəsi olmuşdur.                                                  (Mən sən o və telefon)

40.       Bu Amreikan Rock Qrupu öz adını Paulo Cuelhonun " Əlkimyagər” romanında rast gəlinən və xüsusi mənası olan bir sözə əsasən  seçmişdir.                                                                 (Maktub)

50.       Dünyanın ən böyük iri məktubunu  16-cı əsrdə İran şahı məhz bu şəxsə  gönndərmişdir.

(Sultan Süleyman Qanuni)

 

"İtlər”

10.       Bu onları yetişdirənin adını daşıyan yeganə köpək irqidir.   (Doberman)

20.       Onun Akita-uni cinsi Yaponiyada sadiqlik remzi hesab olunur.    (Hatiko)

30.       Türklər onu "qızıl gül” , koreyalılar "ilbiz”, finlər "yatmış pişik”, çinlilər isə  "siçan balası” adlandırırlar(@)

40.       Ortalama ömrü 11-13 il olan bu it cinsinin digər adı "Hyuski”dir.   (Sibir Qurdu)

50.       Yunanca deyin. "Ağ it”.       (Kinosorq)

 

"Qadın böyük qüvvədir”

10.       Bu filmin çəkilişlərinə görə aktrisa Çarliz Teron çəkisini 15 kq  artırmalı olmuşdur.          (Monster)

20.       Bu azərbaycanlı qadın1998-ci ildə Hərbiçilərin Dünya Çempionatında qızıl medala layiq görülmüşdür. 

(Zülfiyyə Hüseynova)

30.       Viktor Huqo demiçdir: "Qadınlar zəifdir, onlar isə güvvətlidir”. Kimlər?     (Analar)

40.       Paşa ləqəbli bu qadın üsyançı  1898-ci ilin avqust-sentyabr aylarında Təbrizdə qadınları

ətrafına toplayaraq Möhtəkirlərin taxıl anbarlarını üzə çıxarıb taxılı əhaliyə paylayırdı.     (Zeynəb paşa)

50.       O, 2009-cu ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş ilk qadın olmuşdur.     (Elenor Ostrom)

 

"Şahzadə”

10.       "Hər şeydən çox mən insanların qəlbində kraliça kimi yaşamaq istəyirəm". bu sozler kime   mexsusdur. (Şahzadə Diana)

20.       Tom ve Eduard kimi personajlarin yaradicisi kimi tanidiqimiz bu meshurun esl  adi Samuel Klemensdir.  (Mark  Tven)

30.       Bu filmin 12-13 yashli personaji Muradin sevdiyi nağıl ele həmin  filmin adi ile səsləşir.(Ağ atlı oğlan)

40.       Bu  futbolçu  bir  Ganali bir iş adamının  Almaniyaya uqursuz ishgüzar seferi neticesinde dunyaya gelmishdir.                                                                                                               (Kevin- Prince Boateng)

50.       Bu adda Kanadada merkezi  Şarlottaun sheheri  olan  ada yerleshir.    (Sahzade Eduard adasi)

 

            "...nord...”

10.       2002-ci ildə Dubrovkada bu teatrda baş vermiş terror aktında 130-a yaxın adam həlak olmuşdu.            (Nord-Ost)

20.       İsveçdə aparılmış sorğulara əsasən o, XX əsr İsveç futbolunun ən güclü futbolçusu seçilmişdir.            (Q.Nordal)

30.       Avropa qitəsinin ən ucqar şimal nörtəsi məhz odur.                                                                       (Nordkin burnu)

40.       Skandinav və Kola yarımadalarının şimalında yerləşən bu isti cərəyan Barens dənizinin cənub-qərb hissəsini donmağa qoymur       (Nordkap cərəyanı)

50.       Bu isveç hərbi konstruktoru X. Maksimlə birlkdə sualtı qayıq, əl pulemyotu yaratmaqla bərabər Avropada ən böyük silah alverçilərindən biri hesab olunurdu.    (Torsen Nordenfeld)

 

"Meşələr”

10.       1979-80-cı illərdə futbol üzrə Çempionlar kubokunun sahibi məhz bu ingilis klubu olmuşdur.                                                                                                                                                                   (Nottingem Forest)

20.       Bu dəstənin rəhbərlərindən biri olan Samir Mehdiyev 2010cu ildə Pakistan İslam Respublikasında saxlanılaraq Azərbaycana təhvil verilmişdir.                                                       (Meşə qardaşları)

30.       Məhz bu şotland ilk dərialtı iynənin ixtiraçısı sayılır, amma bədbəxtlikdən onun arvadı bədəninə iynə ilə morfi yeritmiş ilk şəxs kimi tarixə düşdü.                                                              (Aleksandr Wood)

40.       Bu rus mənşəli amerikan aktrisası XX əsrin 50-60-cı illərində Hollivudun ən məşhur aktrisalarından biri idi. Məşhurluğu isə ona "Vestsayd hekayəsi” filmindəki iştirakı gətirdi.            (Natali Vud)

50.       Bu amerikan mühəndisi triod, lampa detektoru və onun gücləndiricisi və s kimi ixtiraları ilə kinonun inkişafına öz töhfəsini vermişdir.                                                                           (Forest Li)

 

            "İspan şəhərləri”

 10.       Mənbələrdən birinə görə bu şəhər X əsrdə ərəblərin Əl-Məcirid qalasının əsasını qoyması ilə əsası qoyulub.                                                                                                                                 (Madrid)

20.       İspaniyanın "Erkules” klubu bu şəhəri təmsil edir.                                                          (Alikante)

30.       Pablo Pikasso bu şəhərdə anadan olub.                                                                 (Malaqa)

40.       İspaniyanın Estremadura vilayətinin mərkəzi bu şəhərdir.                                             (Merida)

50.       1941-ci ildə bu şəhərdə baş vermiş yanğın 2 gün davam etmiş və şəhərin yarıdan çoxu yanıb kül olmuşdu, yenidən tikilən şəhər tamamilə yeni forma aldı.                                                          (Santander)

          

  "...bul...”

10.       Kuba mənşəli buamerikan müğənni, reper və prodüser 1981-ci ildə Mayamidə  anadan olub.            (Pitbull)

20.       "Adidas” şirkəti tərəfindən 2010-cu ildə hazırlanmış bu top DÇ-2010-un rəsmi topu idi.                   (Jabulani)

30.       O, öz xatirələrində yazırdı:” Mənim sevgilim otağımdakı kitablar və yaşıl lampadır”             (Bulqakov)

40.       Qədim Yunanıstan şəhərlərində inzibati vəzifəni həyata keçirən rəsmi orqanlar belə adlanırdı.   (bule)

50.       E.ə I əsrdə yaşamış bu qədim Roma şairi haqqında məlumatı biz Qoratsiy və Ovidiyin şerlərində tapa bilərik.                                                                                                                                  (Albiy Tibull)

 

            "4 çarx”

10.       "Yuventus” futbol klubunun sahibi olan Anyellilər ailəsi bu avtomobil şirkətinin sahibləridir.            (FİAT)

20.       1927-ci ildə əsası qoyulan bu şirkətin yaradıcıları Assar Qabrielson və Qustav Larsondur.     (Volvo)

30.       SEAT, Lamborcini, Bentli, Şkoda, Audi kimi avtomobil şirkətlərinin səhmlərinin əsas hissəsi bu avtokonsernə məxsusdur.                                                                                                  (Folsvagen)

40.       Mixail Şumaxer ilk dünya çempionluğunu bu komandanın tərkibində qazanıb.                      (Benetton-Ford)

50.       "Formula-1” yarışlarının əcdadı sayılan bu turnir hər il eyni bir fransız şəhərində keçirilirdi.

(Le-manda 24 saat)

 

 "Asta yeri kəmər düşər belindən”

10.       2005-ci il 11 mart tarixində həyata keçirilmiş bu əməliyyat nəticəsində cinayətkar dəstənin başçısı, DİN-in Cinayət-Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı və dəstənin digər üzvləri həbs olunmuşdur.                                                                                        (Qara kəmər əməliyyatı)

20.       1768 kmlik bu kəməri "qızıl kəmər” və "xilasedici kəmər” də adlandırırlar.      (Bakı-Tbilisi-Ceyhan)

30.       1507-ci ildə düzəldilmiş və zəngin daş-qaşla bəzədilmiş I Şah İsmayılın kəməri bu muzeydə saxlanılır.  

(Topkapı muzeyi)

40.       1942-ci il noyabrın 19-da Qazax rayonunda anadan olmuş və 1992ci ildə avtomobil qəzasında dünyasını dəyişmiş bu şair doğulduğu kəndin adını özünə soyad götümüşdür.                 (Aslan Kəmərli)

50.       Peşəkar boks üzrə ilk rəsmi kəmər almış Azərbaycanlının adını deyin.              (Azad Əzizov)

 

"Müqəddəs mövzu”

 

10.       1904-cü il Yay Olimpiya oyunları bu ABŞ şəhərində keçirilmişdir.         (Sent-Lyuis)

20.       İngiltərədə bu futbol komandasını "müqəddəsilər” kimi tanıyırlar.                    (Sautgemton)

30.       1979-cu ildə müstəqillik qazanmış bu dövlətin ən yüksək zirvəsi Sufrier vulkanıdır (1234 m)                                                                                                                                             (Sent- Visent və Qrenada)

40.       O, 1829-39-cu illərdə Boliviyanın prezidenti olmuşdur.                           (Andres Santa-Kruz)

50.       XIX əsr bu fransız kimyaçısı  alüminiumun sənayedə alınması, termik dissosiasiya, platinin   təmizlənməsi və metr və kiloqram etalonlarının hazırlanması üçün lazım olan iridium və platin qarışığının hazırlanması kimi töhfələri ilə məşhurdur.                                                                               (Anri Sent-Kler Devil Etyen)

 

 

            "Kiçik mövzu”

 

10.       Filoloqların fikrincə ən aşağı səviyyədə fransız dilini öyrənmək üçün bu əsər kifayətdir. 

(Kiçik şahzadə)

20.       Vilhelm Qaufun bu hekayəsində Nikeya şəhərindən olan oğlanın macəralarından danışılır.                                                                                                                                                           (Kiçik Muk)

30.       1920-38-ci illərdə Çexoslovakiya, Rumuniya və Yuqoslaviyanın yaratdıqları və Fransanın dəstəklədiyi hərbi-siyasi blok belə adlanırdı.                                                                                          (Kiçik Antanta)

40.       Puşkin bu əsəri "kiçik faciə” adlandırırdı, səbəbi isə cəmi 2 personajının olması idi. (Motsart və Salyeri)           

50.       ABŞ-ın Arkanzas ştatının inzibati mərkəzi məhz bu şəhərdir.                                        (Little Rock)




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 4 sentyabr 2012 20:12
    maraqliydi love

  2. 24 noyabr 2012 21:47
    coooox maraqli idi TESEKKURLER.... smile

  3. 5 dekabr 2012 11:03
    mARAQLIDR.tEWEKKURLER

  4. 22 dekabr 2012 11:03
    maraqli idi coox sagolun

  5. 22 dekabr 2012 13:38
    tesekkurler cok guzelllllllllll

  6. 22 dekabr 2012 18:25
    marqli idi twk wink

  7. 1 yanvar 2013 15:51
    #7.
    size maktub var movzusundaki ,,iran sahi,,sozunu ,,sefevi sahi,,sozu ile evez elemelisen .cunki 16 ci esrde iran ve ya bir fars dovleti olmayib.o eraziler tarix boyuTURKLER terefinden idare olunub!!!

  8. 8 yanvar 2013 18:32
    tesekkurler smile

  9. 8 yanvar 2013 21:58
    teekkurler,maraqli idi.

  10. 18 mart 2013 13:53
    cox yaxsidir.suallar cox maraqliydi winked smile wink

  11. 19 may 2013 09:57
    chox sag olun.chox maraqliydi

    --------------------

  12. 9 dekabr 2013 16:35
    uffffffffff bezdim testler ders elinden bir qurtulus yoxdu uzr isteyirem ifademe gore


  13. 1 avqust 2014 08:46
    twkleeer)))

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.