Şimali Azərbaycan fevral inqlabı dövründə

                                                   

Şimali Azərbaycan fevral inqlabı dövründə

 

 

 Şimali Azərbaycan Rusiyada fevral inqlabı və inqlabdan sonraki dövrdə.

     XX əsrin rübundə Rusiya imperiyasının dərin böhran 1917 ilin fevralında burjua-demokrat inqlabının baş verməsi ilə nəticələndi.Fevral inqlabı qalib gəldi,Rusiyada Romanovlar monarxiyası devrildi,hakimiyyətə burjuaziya nümayəndələrindən təşkil olunmuş Müvəqqəti hökümət gəldi.Lakin Fəhlə Deputatları Sovetinin təşkil edilməsi ilə ölkədə ikihakimiyyətlik yarandı.Mütləqiyyətin devrilməsi xəbəri Azərbaycanda 1917 il martın əvvəlində fəhlələrin izdihamlı çıxışları ilə qarşılandı.Bakıda əvvəlki hakimiyyət orqanları ləğv edilir,çar məmurları vəzifələrindən uzaqlaşdırılır,məhbuslar azad olunurdular.Gizli fəaliyyət göstərən siyasi partiya da yenidən mübarizəyə qoşulurdu.İmperiyanın digər yerlərində olduğu kimi Bakida da Fəhlə və əsgər deputatları Sovetləri yaranmağa başladı.Bakı Sovetində martda və apreldə keçirilmiş seçkilərdə mühüm yerləri menşevik,eser,daşnak və bolşeviklər tutdu.Bu qurum Azərbaycan xalqının milli mənafeyinə tamamilə yabancı idi,çünki onun tərkibində demək olarki azərbaycanlı yox idi.

     1917 ilin martın 9 Müvəqqəti hökümət Xüsusi Cənubi Qafqaz Komitəsəni təsis etdi.Onun Bakıda yerli orqanı olan "İctimai təşkilatların İcraiyyə Komitəsi” martın 17 yaradıldı.Komitənin sədri ilk olaraq B... sonra isə Frolov seçildi.Tezliklə bir çox şəhərlərdə (Gəncə,Nuxa,Göyçay,Lənkəran və b.) bu cür komitələr yaradıldı.

     İnqlabdan sonra siyasi həyatda yenidən fəallaşan milli partiyalar mühüm rol oynayırdılar.M.Ə.Rəsulzadənin,M.H.Hacinskinin və A.Kazımzadənin başçılıq etdiyi "Musavat” partiyası Rusiyada burjua respublikasının  qurulmasını istəyirdi.Gəncə bəylərindən ibarət N.Yusifbəyov,Ş.Rüstəmbəyov və H.Ağayevin təşəbbüsü ilə "Türk Ədəmi Mərkəziyyət Federalistlər partiyası təşkil olundu.Yeni partiya Rusiyanı federativ,demokratik respublika şəklində qurulmasını və Azərbaycana onun tərkibində ərazi muxtariyyəti verilməsini bəyan etdi.Gəncədə keçirilən mitinqlərdə "Yaşasın Azərbaycan Demokratik Respublikası” "Azərbaycan-muxtariyyəti” şuarları irəli sürüldü.Federalistlərin proqramı "Musavatçıların proqramı”ilə eyni idi.Bu özünü xüsusilə 1917 il aprel 15 Bakida keçirilmiş Qafqaz müsəlmanlarının qurultayınd göstərdi.Qurultayda ilk dəfə rəsmi olaraq muxtariyyət ideyası irəli sürüldü.Hər iki partiyanın eyni platformadan çıxış etməsi 1917 ilin iyununda onların "Türk Federalist Musavat partiyası”adı altında birləşməsi ilə nəticələndi.

     Fevral inqlabından sonra Bakıda erməni "Daşnaksütyün” partiyası da öz fəaliyyətini genişləndirmişdi.Daşnaklar müharibənin davam etdirilməsini tələb edirdilər.Bununla onlar "Böyük Ermənistan” dövlətini yaratmağı planlaşdırırdılar.

     27 mart 1917 ildə milli ....vahid rəhbərlik etmək məqsədi ilə Bakıda Müsəlman Milli Şuraları yaradıldı.Onun İcraiyyə Komitəsinin sədri M.H.Hacinski,müavini isə M.Ə.Rəsulzadə seçildi.Şuranın tərkibində müsəlman bolşevikləri olan N.Nərimanov,M.Əzizbəyov və b.vardı.Bu şuralar milli burjuaziyanın gələcək siyasi hakimiyyətin ..... oldu.

     Milli-azadlıq hərəkatı yeni mərhələyə qədəm qoymuşdu.Konkret iqtisadi tələblərin irəli sürülməsi,milli dövlətçilik ideyası ətrafında bütün təbəqələrin birləşdirilməsi bu dövrün cəhətləri idi.

    

Şimali Azərbaycan fevral inqlabı dövründə

 

 

Rusiya imperiyasında yaşayan türkdilli xalqlar muxtariyyət ideyasına musavatçılardan fərqli baxırdılar.Onların ən qətiyyətli nümayəndələri olan tatar burjuaziya və onların lideri Əhməd Salikov türk xalqlarına unitar Rusiya dövləti tərkibində yalnız mədəni muxtariyyət verilməsinin tərəfdarı idi.Lakin 1917 il mayın 1-də Şəmsi Əsədullayevin xərci ilə Moskvada tikilmiş binada keçirilmiş ümumrusiya müsəlmanlarının qurultayında M.Ə.Rəsulzadənin başçılıq etdiyi federalistlər unitaristlərə qalib gəldilər.İclas iştrakçıları Rusiyanın demokratik federativ respublika kimi saxlanmasına və türk xalqlarına milli-ərazi muxtariyyəti verilməsinə tərəfdar çıxdı.

     Fevral inqlabından sonra Müsəlman Milli şurasında rəhbərlik uğrunda mübarizə başlamışdı.Bura daxil olan "Hümmət” təşkilatı bolşevik təsiri altına düşərək öz fəaliyyətini genişləndirmişdi.Təşkilatın sədri N.Nərimanov seçilmişdi.Azərbaycanın cənubundan gəlmiş fəhlələr arasında inqlabi iş aparmaq üçün 1917 ilin martında azərbaycanlı bolşeviklərdən Bakıda sosial-demokrat "Ə......”təşkilatı yaradıldı.Təşkilatın yaranmasında Əsədulla Qafarzadənin böyük rolu vardı.

    

Şimali Azərbaycan fevral inqlabı dövründə

 

 

Bakının neft mədənlərində Volqaboyu quberniyalardan gələn fəhlələr arasında siyasi iş aparmaq üçün 1917 ilin avqustunda bolşeviklər Hənifə Terequlovan rəhbərliyi ilə "Birlik” təşkilatını yaratdılar.Hər üç təşkilat ölkənin müstəmləkə vəziyyətini nəzərə almadan xalqı sosialist inqlabına çağırırdı.Bütünlüklə Rusiyadan asılı olan bu təşkilatlar Azərbaycanda milli-azdlıq hərəkatına rəhbərlik edə bilməzdilər.

     Bu dövrdə siyasi nüfuzu sürətlə artan partiya "Musavat” partiyası idi.M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi partiya gələcək müstəqil Azərbaycanı uğrunda mübarizə aparırdı.Rusiyanın tərkibində Azərbaycana mədəni-muxtariyyət verilməsi və milli-azdlıq hərəkatına rəhbərlik etmək uğrunda mübarizə aparmaq məqsədi ilə "Rusiyada müsəlmançılıq partiyası” və Gəncədə "İttihadi-islam” partiyası yaradılmışdı.

     Ümumiyyətlə 1917 ildə Azərbaycanda milli-azdlıq hərəkatı uğrunda mübarizə üç istiqamətdə aparılırdı:

                    1)Müvəqqəti hökümətin müstəmləkəçilik siyasətinə qarşı

                    2)Ölkədə 2-ci hakimiyyətə nəzarət edən Bakı Sovetinin siyasətinə qarşı

                    3)Rusiyanın sədaqətli müttəfiqi olan ermənilərə və onların soyqırım siyasətinə qarşı

     Beləliklə Fevral inqlabı Azərbaycanda milli-azdlıq hərəkatına təkan verdi.Milli ziyalıların rəhbərliyi altında aparılan milli-azadlıq hərəkatı 1918 ilin mayın 28-də XIX əsrin əvvəlində itirilmiş olan dövlətçiliyimizin bərpa olması ilə nəticələndi.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 28 may 2012 21:02
    28may butyn Azerbaycanlarin bayramidi!Eziz xalgim!Seni tebrik edirem!

  2. 3 sentyabr 2012 22:16
    Eziz xalgim!!! Seni tebrik edirem!!!!

  3. 21 noyabr 2013 16:26
    oxxx tesekuler

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.