Tarix.info-çulara Müraciət

 Tarix.info-çulara Müraciət


Tarix.info-çulara Müraciət

 

 

           Müasir dövrdə tarix mövzusu haqqında kitablara və məqalələrə münasibət ötən əsrdən fərqli yanaşılır. Tarixlə geniş maraqlar dövrü artıq keçmişdə qalmışdır. Cəmiyyət neqativ informasiyalardan yorulmuş, çoxsaylı qiymətləndirmə və nəticələr insanları bir istiqamətdə formalaşdırmağa vadar etmişdir. Btün bunlarla yanaşı bir çoxları həmin dövrdən ötrü "darıxmış”, o dövrü bütləşdirmişlər. Onların fikrincə, o zamanlar tarix sadə və birtərəfli idi, anlaşıqlı və möhkəm idi, insanda vətənə məhəbbət və qürur formalaşdırırdı. Məhz buna görə çoxsaylı düşmən əhatəsində olmasına baxmyaraq ölkə sosial inkişafın zirvəsinə qalxırdı. Bunun məntiqi nəticəsi insanların heç də vətən tarixinə olan bağlılığı ilə ölçürmürdü, komminizmə olan yanaşma, mütləq düzgünlüq istəyi, total düşüncə və xalqımızın milli xarakterinə uyğun olmayan təriqətçiliklə ölçülürdü. Əsl tarixçi daha çox fakt bilən hesab olunurdu. Onun faktları heç analiz edə bilməsi, müqayisə apara bilməsi və s. izahata ehtiyac duyulmurdu. Belə "tarixçilər”in bilikləri rəsmi mənbələrdən alınan informasiyadan kənara çıxmırdı.

         Təbii ki, illuziyalardan ayrılmaq həmişə çətindir. Əgər ayrılmasan – demək yenə süni yaşamalısan, nağıllar aləmində qalmalısan, gözlərini yumub qulaqların tutub müasir dünyada gedən həqiqətlərdən kənarda qalmalısan.

         İlluziyalarla vidalaşmaq da çətin mərhələdir. Uzun illər marksizm-leninizm ideyalarına məhkum olanlar yeni konsepsiyada vətən tarixinə yeni yanaşmada özlərində güc tapa bilmir. 1985-1991-ci illər tarixin demifologizasiyası kommunizmin məhfinə gətirib çıxardı. Azərbaycan tarixi sosialist ünsürlərdən yaxa qurtararaq minlərlə maraqlı süjetlərə dağıldı. Digər tərəfdən insanlarda bir-birlərinə anlaşılmayan fikirlər peyda oldu. Dünən ağ görünən bu gün qara idi, qürurçuluq indi biabırçılıq idi. Bəs onda nə ilə indi qürurlanaq? Niyə tarix bu cür dəyişir? Və ümumiyyətlə tarix nə deməkdir?

         Son onilliyik dövrü bir qanunauyğunluğu anlamağa imkan verdi: ictimai inkişafın döngələrində Azərbaycan tarixinə maraq yüksəlmişdir. Bu cür Azərbaycan Xalq Cumhuriyyəti dövründə, Stalin represiyaları dövründə, II Dünya müharibəsi dövründə, Qorbaçov yenidənqurmaları dövründə də olmuşdur. Bu vaxtlar az qala hər kəs tarixçilərə çevrilmişdir. Bu fenomenin səbəbi nədir? Cəmiyyət tarixdə nə axtarır?

         İlk baxışdan bu sualların cavablarını çoxsaylı misallar və tarixi mülahizələrlə izah oluna bilər. Misal kimi Yeni İqtisadi Siyasəti, Sənayeləşdirməni, Kollektivləşdirməni göstərmək olar. Tarixi dönəmlərdə ciddi yeniliklər Türkmənçay müqaviləsi ilə başladı, Fevral inqilabı və Oktyabr çevrilişi buna yeni aspektlərdən yanaşdırdı, Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra isə vətəndaş tarixi inqlab-partiya tarixi ilə əvəz olundu. Sonra bu partiya tarixi də parçalanmağa başladı: əvvəl Stalin az qala Tanrıya çevrilmişdir, onu bütləşdirmişdilər. Xruşşov isə "Tanrı”nı tənqid etdi. Qorbaçov isə heç onun adını belə unutdurdu. Senzura ləğv olundu, demokratik fikirlər ortaya çıxırdı. Sosializm ideyaları sosializmi məhvə aparan yolda gunahlandırıldı. Belə çıxdı ki, yenidənqurmadan bu günə kimi tarixçilər hər biri öz düşüncəsi ilə tarixi yazmağa çalışmışdılar, siyasi dönəmləri araşdırmayaraq, onu analiz etməyərək. Belə nəticə olur ki, tarix heç də yalnız ideologiya deyil? Bəs tarix nədir axı?

         Tarix ictimaiyyəti özünüdenfikasiya etmək üçün vacib üsuldur. Çox çətin dönəmlərdə aydın oldu ki, bizim Azərbaycan zəngin var-dövlətə malikdir, tarix bizi özümüzü yenidəndərk etməyə kömək etdi, bizə anlatdı, biz kimik, hara gedirik. Biz dəyişiklərə hazır olduq, bütün bunlara uyğunlaşdıq.

         Cəmiyyət bütün sistem kimi daima informasiya mənbəyində ehtiyac duyur. Bu informasiya uzunmüddətli olmalıdır. Bax budur informasiya. Cəmiyyətin üç vacib proyeksiyası burada özünü əks etdirməlidir: genezis (nəsli keçmişi), müasir duruşu və ehtimal gələcəyi. Tarixi hadisə baş verərkən ona ən doğru yanaşma yalnız 30-50  ildən sonra verilə bilər. Tarixi hadisə dərhal analiz olunmur. Beləliklə tarix-insanın sosial yaddaşıdır. Yaddaş məntiqdir, düşüncədir, analitikdir. Bunlardan məhrum olan insan "canı ölüyə” taydır. Yaddaşdan məhrum olan cəmiyyət asanlıqla istənilən manipulyasiyaların qurbanı olur.

         Tarix yalnız keçmişi öyrənən elm deyil, o bu günü də öyrənir. Tarix bizim özümüzdə yaşayır. Tarix kitabını, eləcədə bu məqaləni oxuyan 17-25 yaşlı oxucular üçün, oxumağa sərf etdikləri vaxt çox görünə bilər. Bu zamanda insan yeni iş yeri tapa bilər və ya itirə bilər, dostluqu itirər, məhəbbət qazanar və s. Lakin bir gün insan həyatı təxminən 8 min günlük insan həyatı ilə müqayisədə çox görünməyə bilər. Məhz bu günlər Sizi indiki kimi etmişlər, olduğunuz kimi, intellektli, vərdişkar. Həyatınızda nə qədər çətin məqamlar yaransa belə, Siz yenə də başqa insan olmayacaqsınız. Bu cür cəmiyyət də olur – onun adər ən-ənələri, milli xüsusiyyətləri, iqtisadiyyat dərhal dəyişilməyə vadar edilə bilməz. Sovet ateizmi islama kölgə salsa da, milli bayramlarımızı, milli musiqi alətlərimizi qara kölgə ilə bağlasa da , xalqımız dəyişilməz qaldı. Biz bu sahədə möhkəmlik nümayiş etdirdik. Doğrudur bir çoxlarına hələ də bir sıra suallar qaranlıq olaraq qalmışdır: Niyə bizim kimi varlı ölkədə insanlar arkı kasıb yaşayır? Nə edək? Kimdir taxsırkar? Bizə Qərb lazımdıır, yoxsa Rusiya? Bu sualların cavablanmasını analiz etmirəm, onu Sizlərin düşüncəsinə buraxıram. Lakin SSRİ-nı çox tərifləyən "ağsaqqallar” bir maqamı unutmamalıdırlar ki, SSRİ-nin ilk 20 ili və Azərbaycan Respublikasının ilk 20 ili. Bu iki tarixi dövrü istərsəniz iqtisadi həyatını, istərsəniz sosial həyatını, mədəniyyətini və s. müqayisə edin. Bu gün yazılan bu gün qurulan tarix gələcəyimizə işıqfordur. İstərsəniz qırmızıda qalın-dayanın, istərsəniz yaşılda keçin-davam edin. Ölkəmizdə aparılan islahatlar göstərir ki, keçmişdən bir başa qopmaq çətindir. Bunula belə biz dayanmırıq, var gələcəyimizə ümid!

         Lakin bir sualda yaranır? əgər XX əsrin 20-80-cı illərində tarix saxtalaşdırılıbsa, qarantiya varmı ki, yeni tarix saxtalaşdırılmayacaq?

         Zaman, çox təəssüf ki dönməzdir, biz  fantast olub dünənə baxa bilmirik, hələ sabahı demirəm. Tarix tam dərkolunmazdır-əgər güzgü kimi ona yanaşarsansa. Hətta tarixi mənbələr: şəkil, alətlər və s. keçmiş həyatı canlı göstərmir, onu təsəvvür etdirir. Mənbələr onlara verilmiş suallara cavab verə bilir, əlavə məlumat əlçatmaz olaraq qalır.

         Beləliklə ictimaiyyətdə gedən dəyişikliklərlə tarixdə də dəyişikliklər müşaiyyət olunur. Tarixi olduğu kimi oxumaq, görmək, qulaq asmaq bir işdir, analiz aparmaq, nəticə çıxarmaq bir işdir.

         Əziz tarixsevərlər ! Əziz tarix.info-çular !

         Sayt vasitəsilə Sizlərə çatdırmaq istədiyim tarixi məlumatların ən doğrusu olmasını isbat etməyə çalışmıram. Mən sadəcə tarixə yanaşılan arqumentləri təqdim etməyə çalışıram. Analiz etmək və onu dərk etmək Sizlərin ixtiyarındadır.

 

 

Vaxt tapıb bu məqaləni oxuduğunuza görə Sizlərə minnətdaram !

Allah yolunuzu açıq etsin !

 

Tarix.infoda qalın

Tarixi birgə yaşadın!

 

 Hörmətlə Hamlet Əliyev




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 16 dekabr 2011 22:48
    Qelbi yanan, oz vetenini,onun tarixini ve umumiyyetle besher tarixinin oturulme ve indiki nesle sherh edilmesi haqqinda bir insanin daxili dushunceleri. Hormetli Hamlet muellim 1980-ci illerin sonunda diger fenn muellimleri mene deyirdiler: indi ne kececeksiniz? Tarix dagildi.Dedim,xeyr tarix dagilmadi,70 ilde olan hadiselere baxish deyishdi. Eger besheriyyetin butov tarixini biz 24 saat gotursek,quldarliq,feodalizm,kapitalizm birlikde 24 saatin cemi 4 deqiqesini teshkil edirse, 70 il ne qeder eder? Sadece olaraq insanlarin baxishlari tedricen deyishir.Axi tefekkuru bir gunde,bir ilde deyishmek mumkun deyil.Musa peygember yehudileri 40 il Sena yarimadasinda herledi ki, Misir yadlarindan cixsin.Bizde ise hele ne kecib ki,cemi 20 il.Hele qabaqda 20 il de var.Amma bir shey menim ucun aydindir.Hec vaxti bir shexsin(hetta o filosof olsa bele),bir partiyanin(hetta o kommunist partiyasi olsa bele)dediyi hele heqiqet deyil.Tarix ele bir elm sahesidir ki,hakimiyyetde olan quvve daim onu oz meqsedine yoneltmeye calishmishdir.Lakin,cox shukur ki,bu uzun cekmir.Ona gore cox duzgun deyirsen: Hadiseni duzgun yazmaq ucun o hadiseden gerek uzaqlashasan.Sehv etmiremse, Sma Tszyanin talehini xatirla.
    Ikincisi, veten tarixine munasibet deyishdi.Qan yaddashi ishe dushdu.Yadimiza dushdu ki,biz turkuk.Tariximiz sen deme turk tarixidir.Bir vaxti Iqrar Eliyev aparib kokumuzu farslara baglayirdisa,hele o vaxti deyirdim ki,goresen farslarin bize ne dexli.Indi ise qayidiriq oz irsimize.Ola biler ki,o tariximiz hele lazimi seviyyede yazilmayib.Ne olsun.Zaman kecer ki,bu catishmazliqlar aradan qalxar.Lakin bu tarix saxtalashdirilacaq yoxsa yox,bu bizden asilidir.Defelerle demishik ki,bizim tarixi konsepsiyaya ehtiyacimiz var.Biz birdefelik tarixi hadiselere,kokumuze,milletin adina,terminlere,olkermizde ermenileri movcudluguna(axi XIX esre qeder erazimizde ermeni olmayib) ve saire vahid baxishlari mueyyenlishdirmeliyik. Indiki vaxtda bu cox vacibdir.
    Yaxshi sual verirsen.Tarix nedir,biz tarixi ne ucun oyrenirik?
    Tarixin ne oldugunu bilirik.Hemishe deyirem,tarixi ona gore oyrenmirik ki,bash veren hadiseleri oyrenek,ona gore oyrenirik ki,sehvlerimizi oyrenib sonra onlari tekrar etmeyek.Meger biz tarixden ders gotururukmu? Mene ele gelir ki,yox.Onda oz-ozume deyirem :Tanri bizi qorusun.
    Hamlet muellim gel bunu buraxaq alimlerin ixtiyarina.Orta mektebde ise bizim ishimiz tek tarix dersini tedris etmek deyil,hem de genc nesli terbiye etmekdir.En yaxshi terbiye metodu ise shexsi numunedir.Daima duz danishaq,yersiz herekete yol vermeyek,shagirdler arasinda ferq qoymayaq,onlarin sevgisini,inamini qazanaq.Bu zaman istediyimize nail olacagiq.Meni yerimden oynatdiginiz ucun Size teshekkur edirem.

  2. 16 dekabr 2011 23:00
    Nizami muallim bundan gozel ve cox deyerli sherh Sizden gozleye bilmezdim. Teshekkur edirem. Heqiqeten oxuduqca Sizin sherhinizi muallimlik peshesinin necede qiymetli ve cox mesuliyyetli olduqunu bir daha anladim.Gozel sitatlar getirdiniz. Sizinle tanish olduquma ve Sizin virtual alemdeki muhazirenizle paylashmaqima gore Tanriya cox saqol deyirem. Allah her kesi fikrini paylashan ve onu anlaya bilen insanlarla rastlashmaqina yardimci olsun. Bir daha saqolun !

  3. 17 dekabr 2011 01:35
    daha bura rey yazmaqa ehtiyac yoxdur.Butun lazim olan fikirler Nizami m terefinden yazilib .

  4. 20 dekabr 2011 15:43
    allah zehmetini itirmesin,bu yolda sene ugurlar

  5. 2 may 2013 12:48
    bize bele weraiti kim yaradibsa cox sagolsun minnetdariq

    --------------------

  6. 4 may 2013 10:30
    men de her kese minnetdarligimi bildirirem,twkr wink

  7. 12 may 2013 14:56
    duzdur Hamlet Eliyev tarix info cox yaxsidir.superrrrr

  8. 8 iyul 2013 20:42
    saytdan indi qeydiyyatdan kecdim...cox super saytdir Hamlet muellime tewekkur edirem

  9. 20 dekabr 2013 15:33
    SALAM ,ADMIN ZEHMET OLMASA DEYERDIZ ,QEYDIYYATDAN KECERKEN ISQ YAZILAN BOLMEYE NE YAZMALIYA?

  10. 21 dekabr 2013 23:01
    mende raziyam butun lazim olan deyerli fikirler nizami muellim terefinden yazilib....mende meqalee deyildiyi kimi raziyam:TARIXE MARAQ AZALIB

    --------------------

  11. 28 dekabr 2013 19:46
    Məqalədə deyilənlər tamamilə doğrudur.Amma səhvləri düzəltmək hələdə gec deyil. Bu isə biz tarixçilərin və tarix sevərlərin borcudur.Məncə gerçək tariximizin araşdırılıb öyrənilməsində "Tarix.info" bu gün tarixi dildə desək əsl "inqilab"a imza atdı və tarixçilərin əsl"Mayakı"na çevrildi. Uğurlar!

  12. 30 dekabr 2013 00:23
    cox saqolun bele deyerli melumatlara gore

  13. 21 aprel 2014 11:17
    fikirlerinizi cox beyendim Hamlet muellim cox sagolun.

  14. 6 iyun 2014 18:50
    deyerli melumata gore sag olun.

  15. 29 dekabr 2014 23:50
    [melumataquote=poli]deyerli melumata gore sag olun.[/quote]

  16. 30 dekabr 2014 02:24
    ozum Moskvada yasasamda ureyim Azerbaycandadir.Evveler o.la bilsin gorxub susmusug.eyer tarix yazanlar ucun maraglidirsa oxusunlar.Buda bir tarixdir.Ulu babalarimdan olan Memmed Sefi Iran sahindan gacib 18 ci esrde simali Azerbaycana gelir.O evvller meselerde gacag kimi yasayir.Sonra Celilabad rayonunun Zopun kendinde meskunlasir.Babalarim orda meskunlasanda oralar mase olub.Onlar bu kendin birinci sakinleri olublar.Bunu hami tesdig edir.Kendin adi fars sozudur,meglub olunmuslar demekdir.Bu yerler evvller doyus yerleri olub.Kendin adini yegin babalarima gore verilib yegin onlar kim terefindense meglub olublar.Babalarimin bu yerleri secmeyi tesadufi deyil.Memmed Sefinin oglu Agai Sefi sonra Al Sefi olardan toreyenler Seyx Kazim olur.Onlar cox hormetli alicenab hamiya yaxsilig eden adam olublar.Seyx Kazim 60 70 yaslarinda olanda kendin arxasindaki dagin basini gazmaga baslayir b u 19 cu esrin ikinci yarisinda bas vverir.O deyir ki yuxuda meni mecbur edirler.Bu isine gore o car Rusiyasi terefinden tegiblere meruz galir turmede cekdiyi ezablardan xestelenir.amma isini davam etdirir.fehle tutur.deyir birinci cixan gizili size verecem ,evvelce Sefevilerin bayrag baslari tapilir.sonra cirag ve gedim esys tapilir.O deyir sabah gizil tapilacag,ve fehlelerin pulun verecem ve isimizi davam edeceyik.fehleler Iranli olurlar.onlar o gece yatmirlar gazib gizili tapib gacirlar.Sabahi babam celib gorur fehleler yoxdur gizil kupunun yeri galib.sonra o rehmete gedir o lende vesiyyet edir ki orada bir das var onun altinda gapi var ,amma her adam onu tapa bilmez ancag allaha yaxin olan adamin nevelerimden onun uzune cixa biler.gizili ogurlasalarda tapilan esyalar cirag ve elem tuglari bu gune kimi galir.Seyx Kazimin oglu Iskender, Iskenderin oglu Seyx Agababa olub.Omenim atamdir,1911ci ilde anadan olub.hami bizi Sefevi nesl kimi taniyib seyx nesli Imam Museyi Kazim neslindenik babalarimiz deyib neslimizin hazirki numayendeleri hamisi ali savadli, din adamlari sair olanda var indiye kimi agsaggallig titulunu goruyub saxlayib babamizin gazdigi dagin zirvesi ise insanlarin inanc yeridir.butun rayon ora ziyarete gelir Asura gunu bir nece kendin ehalsi ve rayonun butun yerlerinden bura minlerle insan bura yigisirSeyx Kazim ocagi kimi meshurdur.Memmed Sefi olende usaglarina deyib ki menim Iranda bir balaca gardasim galdi onu axtarsaz ya SVALAN dagi yaxinliginda Salavat kendinde ya da Resd vilayetinde axtarin.....Iller kecir.1990 ci ilde Iran yolu acilir.xerite ile gelib o ogagi axtaran var.sonra biriki defe gece gazmaga cehd gosterseler de bas tutmmadi.ondan sonra hamini bu sual narahat etmeye basladi hegigetende babam orani yuxuda gormusdu gazirdi ya babalarin vesiyyeti olub amma gardasim da butun nesilde gorxur ve hec kim orani gazmaga curet ede bilmez yazdigarimi kendimiz ve yaxin kendler hamisi bilir Celilabadin tarixi kitabinda muellim Mahmudaga Gasimov yazib orda bunlar yazilib.Amma men bir seyi bilmek isteyirem.Babalarim hansi sahdan ve niye gore gaciblar

  17. 2 yanvar 2015 19:02
    Sitat: 987456
    Qelbi yanan, oz vetenini,onun tarixini ve umumiyyetle besher tarixinin oturulme ve indiki nesle sherh edilmesi haqqinda bir insanin daxili dushunceleri. Hormetli Hamlet muellim 1980-ci illerin sonunda diger fenn muellimleri mene deyirdiler: indi ne kececeksiniz? Tarix dagildi.Dedim,xeyr tarix dagilmadi,70 ilde olan hadiselere baxish deyishdi. Eger besheriyyetin butov tarixini biz 24 saat gotursek,quldarliq,feodalizm,kapitalizm birlikde 24 saatin cemi 4 deqiqesini teshkil edirse, 70 il ne qeder eder? Sadece olaraq insanlarin baxishlari tedricen deyishir.Axi tefekkuru bir gunde,bir ilde deyishmek mumkun deyil.Musa peygember yehudileri 40 il Sena yarimadasinda herledi ki, Misir yadlarindan cixsin.Bizde ise hele ne kecib ki,cemi 20 il.Hele qabaqda 20 il de var.Amma bir shey menim ucun aydindir.Hec vaxti bir shexsin(hetta o filosof olsa bele),bir partiyanin(hetta o kommunist partiyasi olsa bele)dediyi hele heqiqet deyil.Tarix ele bir elm sahesidir ki,hakimiyyetde olan quvve daim onu oz meqsedine yoneltmeye calishmishdir.Lakin,cox shukur ki,bu uzun cekmir.Ona gore cox duzgun deyirsen: Hadiseni duzgun yazmaq ucun o hadiseden gerek uzaqlashasan.Sehv etmiremse, Sma Tszyanin talehini xatirla.
    Ikincisi, veten tarixine munasibet deyishdi.Qan yaddashi ishe dushdu.Yadimiza dushdu ki,biz turkuk.Tariximiz sen deme turk tarixidir.Bir vaxti Iqrar Eliyev aparib kokumuzu farslara baglayirdisa,hele o vaxti deyirdim ki,goresen farslarin bize ne dexli.Indi ise qayidiriq oz irsimize.Ola biler ki,o tariximiz hele lazimi seviyyede yazilmayib.Ne olsun.Zaman kecer ki,bu catishmazliqlar aradan qalxar.Lakin bu tarix saxtalashdirilacaq yoxsa yox,bu bizden asilidir.Defelerle demishik ki,bizim tarixi konsepsiyaya ehtiyacimiz var.Biz birdefelik tarixi hadiselere,kokumuze,milletin adina,terminlere,olkermizde ermenileri movcudluguna(axi XIX esre qeder erazimizde ermeni olmayib) ve saire vahid baxishlari mueyyenlishdirmeliyik. Indiki vaxtda bu cox vacibdir.
    Yaxshi sual verirsen.Tarix nedir,biz tarixi ne ucun oyrenirik?
    Tarixin ne oldugunu bilirik.Hemishe deyirem,tarixi ona gore oyrenmirik ki,bash veren hadiseleri oyrenek,ona gore oyrenirik ki,sehvlerimizi oyrenib sonra onlari tekrar etmeyek.Meger biz tarixden ders gotururukmu? Mene ele gelir ki,yox.Onda oz-ozume deyirem :Tanri bizi qorusun.
    Hamlet muellim gel bunu buraxaq alimlerin ixtiyarina.Orta mektebde ise bizim ishimiz tek tarix dersini tedris etmek deyil,hem de genc nesli terbiye etmekdir.En yaxshi terbiye metodu ise shexsi numunedir.Daima duz danishaq,yersiz herekete yol vermeyek,shagirdler arasinda ferq qoymayaq,onlarin sevgisini,inamini qazanaq.Bu zaman istediyimize nail olacagiq.Meni yerimden oynatdiginiz ucun Size teshekkur edirem.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.