ARATTA

ARATTA

Qərbi Azərbaycanın təbii sərvətləri .Qərb və şimal -qərb şəhərləri ,Urmiya gölü sahilləri , yəni Zaqros dağlarının şimal ətəklərinin dağətəyi məntəqələri və Toros dağları arası ərazilər qədimdən sıx meşəliklərdən ibarət olub , quruculiq üçün çox əlverişli olmuşdur .Bu ərazi şumer kitabələrində "ƏRTƏTƏ və ya "ARATTA"adlanmışdır .
Şumer kitabələri vasitəsilə bəzi əfsanələr dövrümüzə
dək gəlib çatmışdır .
Bunlardan biri ƏRTƏTƏ hökmdarı ,Uruk şəhər -dövlətinin padşahı "EN - MERKAR haqqında hekayədir .Bu dastanda oxuyuruq:
".... En -Merkar , Günəş allahının oğlu Oto ,Günəş allahının qızı İnannadan - yəni öz bacısından belə bir xahiş edir ki , qoy Aratta camaatı Uruk üçün bacardıqca çox qızıl -gümüş toplasınlar, qoy onlar lacivərd daşı gətirsinlər ,qoy müqəddəs Uruk şəhəri və sənin məskun olduğun "İnşan " üçün qiymətli daş-qaş və lacivərd gətirsinlər. Qoy tiksinlər ...və s.
Məskən saldıqları Müqəddəs Kiprin daxilini ,qoy Ərət adamları məharətlə tiksinlər ki , mən orada dua və ibadət edə bilim .Qoy Ərət (Ərtətə) Uruka təslim olsun ,Qoy Ərtətə əhalisi dağlardan qiymətli daş-qaş toplayıb böyük məbəd tiksinlər və mənim əzəmətli türbəmi bina etsinlər ...."
Şumer dastanları :
1 En Merkar və Aratta hökmdarı
2 En -merkar və Harrum dağı
3. En -Merkar və Luqalbanda
4.En - Merkar və Suksişirana .

Ərtətə hakimi Uruk şahının xahişini rədd edib ona belə cavab göndərir:
".....Mən ,Günəş yanında ən təmiz və gözəl hökmdaram .Allah müqəddəs İnanna bütün səmavi qanunlarını yaymaq və səmavi qanunlar ölkəsi yaratmaq üçün məni Ərətə göndərmişdir .Mən dağ darvazalarını möhkəmlədərəm ,nəinki Uruka tabe olaram. Ona de ki Ərət Uruka tabe olmayacaq ."

Başqa bir şumer dastanı olan "En- merkar və Luqalbanda "dastanında da Aratta hökmdarı xatırlanır .:
"....Uruk şahı En -merkar Ərtətəni təslim edib onun var dövlətini ələ keçirib Urukda möhtəşəm sayar və Allah İnannaya məbəd tikdirmək məqsədiylə ,başda Luqalbanda olmaqla Ərtətəyə 8 pəhləvan göndərir .Luqalbanda xəstələnir .Dostları onun yanında bir qədər azuqə qoyub ,yollarına davam edirlər .Qayıdarkən sağalmış Luqalbanda da onlara qoşulur və birlikdə Uruka qayıdırlar və s .
Bütün bu əfsanə və rəvayətlərin məzmunundan belə aydın olur ki İkiçayarası dövlət birlikləri Ərtətəni ələ keçirmək üçün çox çalışmışlar .
Şumer ,Akkad və İkiçayarasının digər dövlətlərinin qurmaq, tikmək və yaratmaq arzusu ,zəngir təbii sərvətlərə malik olan Ərtətənin işğalına gətirib çıxarmışdır .

Hazırladı.....İntiqam Əsədov......Təbriz ."Mədəni irs " jurnalı


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.