Manna dövləti

[/b]

[b]Manna dövləti

Manna dövləti

 

Təbii-coğrafi şərait. Azərbaycanın cənub torpaqları yayda quruyan çayların və kiçik dağ irmaqlarının kəsib keçdiyi dağlıq ərazidən ibarətdir. Dağ silsilələrinin bölük-bölük etdiyi yaylaqlar, göz işlədikcə uzanan dağ çəmənləri üstünlük  təşkil edir. Ölkəni İran yaylasından Zaqros dağ silsiləsi ayırır. Şimalda  yerləşən Talış dağları Xəzərdən gələn soyuq havanın, Zaqros dağalrı isə yayda  quru tropik havanın qarşısını kəsdiyindən əlverişli iqlim şəraiti yaradır. Ölkə boyu uzanan münbit çay vadiləri və dərələr təsərrüfat üçün əlverişli şərait yaradır. Ölkənin mərkəzində dumduru suyu ilə məşhur olan, əhalinin müqəddəs saydığı Urmiya gölü yerləşir. Mənbəyini uca dağ ətəklərindəki buzlaqlardan götürən Acıçay, Cağatu və Tatay çayları Urmiya gölünə tökülür. Bu çayların münbit və məhsuldar vadilərində əhali sıx məskunlaşmışdı.

Üyksəklilklərin gilli-daşlı, vadilərin gilli-qara, düzənliklərin qonur-boz torpaqları dəmyə və suvarma əkinçiliyi üçün yararlıdır. İran yaylasının şimal-qərb ətəklərində alp çəmənlikləri köçmə maldarlığın inikşafına imkan yaratmışdır.

Bu torpağın zəngin faydalı qazıntılıar var. Zəncan ətrafındakı dəmir və mis, Qaradağda və Miyana yaxınlığında qurğuşun mədənləri və gümüş yataqları hələ lap qədimdən məlum idi. Zəncan, Avşar, Xoy və Astara bölgələrindəki qızıl yataqları bu əraziyə qonşu dövlətlərin diqqətini çəkmiş, bu torpaqları ələ keçirmək uğrunda qanlı mübarizələrə səbəb olmuşdu. Bol və keyfiyyətli metalın olması metalişləmə və metal məmulatların istehsalı inkişafnıa təkan vermişdir.

Manna dövlətinin yaranması və inkişafı. Azərbaycanın cənub ərazilərinin İkiçayarasının quldar dövlətlərinə yaxın olması burada quldarlıq quruluşunun və dövlətin yaranmasına təkan vermişdir. Miladdan əvvəl I minillyin başlanğıcında Urmiya gölü ətrafında qüdrətli bir Azərbaycan dövləti- Manna dövləti yarandı. Bu dövlətin tam təşəkkülü miladdan əvvəl IX əsrin axırlarına təsadüf edir. Manna adına ilk dəfə Assuriya padşahı III Salmanasarın mixi yazılı kitabələrində  miladdan əvvəl 843-cü il hadisləri ilə əlaqədar rast gəlinir. Assurlar bu ölkəni «Manneylər ölkəsi», urartulular isə «Manna ölkəsi» adlandırırdılar. Manna adı mənşəcə yerli türk tayfalarından birinin adını bildirirdi.

         Hələ miladdan əvvəl XI əsrdə bu ərazidə müstəqil siyasət yeridən Zamua, Gilzan, Alateye, Surikaş, Gizilbunda, Uişdiş, Zikirtu, Andia kimi vilayətlər də yaranmışdı. Hələlik birləşməmiş, dağınıq olan bu vilayətlər tez-tez qonşu Assuriya və Urartu (Van) dövlətlərinin hücumlarına məruz qalırdılar.  Bu dövlətlərlə kəskin mübarizə şəraitində birləşməyə, vahid dövlət yaratmağa ehtiyac var idi. Artıq miladdan əvvəl IX əsrdə müstəqil vilayətlər birləşərək Manna dövlətini yaratdılar. Dövlətin siyasi əsasını Zamua-Lullubilər ölkəsi təşkil etdi. Bu vilayət ətrafında digər vilayətlərin  birləşməsi nəticəsində yaranmış mərkəzləşmiş dövlət qonşuların hücumlarından  qorunmaq iqtidarında idi.

         Yeni yaranmış dövlətdə siyasi çəkişmələr ara vaermirdi. Bunun da səbəbi vilayət hakimlərinin əksəriyyətinin  hökmdar hakimiyyətinə qarşı çıxması idi. Sərbəstliyə can atan canişinlər dövlətin xarici siyasətini dəyişmək üçün tez-tez qiyam qaldırır, sui-qəsdlər təşkil edirdilər.  Bu qiyamlar çox vaxt hökmdarın taxtdan salınmasına səbəb olurdu. Qiyamçılar bu zaman özələrinə sərf edən şəxsləri hakimiyyətə gətiridilər. Belə qiyamlara çox vaxt hökmdarın oğlu və ya qardaşı başçılıq edirdi.

         Buna baxmayaraq ölkədə mərkəzi hakimiyyətin güclənməsi tərəfdarları da çoxalırdı. Bir çox əyanlar və əhali padşahın müstəqil xarici və daxili siyasət yeritməsini müdafiə edir, canişinlərin özbaşınalıqlarına son qoyulmasını istəyirdilər. Onlar çalışırdılar ki, ölkənin iqtisadiyyatı  inkişaf etsin, mərkəzləşmiş dövlət yaransın ki, xarici hücumlardan qorunmaq asan olsun.

         Uzun çəkişmələrdən sonra müstəqil və güclü, vahid dövlətin yaranması tərəfdarları qalib gəldilər. Onların nümayəndəsi olan İranzu padşah taxtına əyləşdi. Qətiyyətli  və uzaqgörən İranzu canişinlərin müqavimətini qıraraq onları mərkəzi hakimiyyətə tabe etdi. Onun zamanında özünün ən parlaq və çiçəklənmə dövrünü yaşayan Manna  Yaxın Şərqin ən qüdrətli dövlətlərindən birinə çevrildi.

         İndi təcavüzkar Van (Urartu) dövlətinə qarşı mübarizə də asanlaşdı. Bir zaman işğalçı yürüşlərə məruz qalan Manna indi Van dövlətinə hücumlar da etməyə başladı. Ağıllı və uzaqgörən padşah İranzu bu dövrdə Ön Asiyada özünün yüksəliş dövrünü keçirən Assuriya ilə müttəfiqlik münasibətləri yaratdı. Van padşahlığının barışmaz düşməni olan Assuriya ilə Mannanın mənafeyi uyğun gəlirdi. Bu mənafe uyğunluğu Assuriyanın Mannaya hücum etməsinin qarşısını almaqla bərabər, onu Van padşahlığının təcavüzündən qorumağa vadar edirdi. Assur hökmdarı III Tiqlatpalasar Mannanın Mazamua vilayətini  tutsa da, daxili müstəqilliyinə toxunmamışdı. Çünki bu zaman Assuriya Urartu ilə müharibə aparır, Mannanın yardımından faydalanırdı. Bunun nəticəsi olaraq Manna öz sərhədlərini Arazdan şimala doğru genişləndirmiş, geniş bir ərazini əhatə etmişdi. 

         Manna dövlətinə açıq döyüşdə gücü çatmayan Van padşahı hiylə və xəyanət yoluna üstünlük verdi. Mannanın bir sıra vilayət hakimlərini şirnikləndirib öz tərəfinə çəkə bildi. Van padşahının təhriki ilə miladdan əvvəl 719-cu ildə Zikirtu vilayəti ilə birlikdə Şuandahul və Durdukka şəhərləri də qiyam qaldırırdılar. Assuriya çarı II Sarqon işə qarşıdı və qiyamçılar məğlub edilərək  tabeçiliyə qaytarırdılar.

         İranzunun vəfatından  sonra mərkəzi hakimiyyət  zəiflədi. Manna əleyhdarları yenidən  baş qaldırırdılar. Atası İranzunun siyasətini davam etdirmək istəyən miladdan əvvəl 718-ci ildə hakimiyyətə gəlsə də, miladdan əvvəl 716-cı ildə sui-qəsdçilər tərəfindən  öldürüldü. Azanın qardaşı Ullusunu hakimiyyətə keçirərək Van  padşahlığı ilə müttəfiqliyə başladı. Səhv siyasətin acı nəticələrini görmək uzun vaxt tələb etmədi. Van padşahı dərhal Mannanın 22 qalasını işğal  işğal etdi. Buna cavab olaraq Assur çarı II Sarqon  miladdan əvvəl 716-cı ildə Mannaya yürüş etdi. Azanın qatillərindən biri ələ keçirilərək edam edildi. Səhv siyasət yürüdüldüyünü anlayan Ullusunu Assuriyanın siyasi üstünlüyünü qəbul etmək məcburiyyətində qalaraq Van padşahlığı ilə mübarizədə ona yardımçı olmağa boyun oldu. II Sarqonla müqavilə bağlayan Ullusunu özündən əvvəlki padşahlara nisbətən Assuriyadan daha çox imtiyazlar aldı. Van padşahı I Rusanın təhriki ilə miladdan 715-ci ildə canişin Dayaukki qiyam  qaldıraraq mərkəzi hakimiyyəti tanımaqdan  imtina etdi. II Sarqonun köməyi ilə qiyam yaradıldı, I Rusa  məğlub qaçdı.

         Uauş (Səhənd) döyüşü.  Miladdan əvvəl 714-cü il əvvəl Assuriya hökmdarı Van padşahlığının işğallarına qarşı son qoymaq məqsədi ilə  qoşunlarını Mannanın Uişdiş vilayətinə yeritdi. Uauş (Səhənd) dağının ətəyində şiddətli döyüş baş verdi. Bu döyüşdə Assuriya və Manna qalib gəldilər, qaçmağa üz qoyan Urartu əsgərlərini təqib edərək Van ərazisinə daxil olurdular. Məğlub olan Van padşahı I Rusa özünü öldürdü.  Van dövləti zəiflədi, Mannaya hücumlar ara verdi. Bundan istifadə edən Ullusunu zəbt olunmuş qalaları geri qaytardı, dikbaş canişinləri özünə tabe edərək dövlətinin ərazisini genişləndirdi.

         Manna dövlətinin zəifləməsi və süqutu. Bu hadisələrdən sonra Mannanın mövqeyi xeyli gücləndi. II Sarqonun varisləri dövründə bundan istifadə edən padşah Ahşeri Assuriyanın siyasi üstünlüyünü  tanımaqdan imtina etdi. Miladdan əvvəl 675-650-ci illərdə hakimiyyətdə olmuş Ahşerinin bu siyasəti Mannaya baha başa gəldi. Mannanıı öz təsiri altına almağa cəhd edən Assuriya padşahı Mannaya qoşun yeritdi. Ölkə dağıntılara məruz qaldı. Ahşeri də məğlub olub yenidən tabeçiliyi qəbul etdi. Öz mülklərini, torpaqlarını itirən torpaq sahibəlri Ahşeriyə qarşı çıxıb üsyan etdilər. Ahşeri öldürüldü. Onun yerini tutan oğlu Ualli Assuriya ilə ittifaqı bərpa etdi. Miladdan əvvəl 616-cı ildə Assuriya Midiya və Babillə mübarizədə təklənəndə Manna qüvvələri ona köməyə gəldi.  Miladdan əvvəl 605-ci ildə Assuriyanın süquta uğraması, Midiyanın yüksəlişi Mannanın vəziyyətini ağırlaşdırırdı. Midiyanın aramsız hücumlarına tab gətirə bilməyən Manna miladdan 590-cı ildə dağıldı və ölkəmizdə müstəqil dövlətçiliyə yenidən son qoyuldu. Azərbaycanın cənub torpaqlarında gərgin mübarizələr şəraitində 300 il mövcud olmuş Manna ən qədim zamanlardan başlayan dövətçilik ənənələrinin olduğunu sübut edən qiymətli faktdır.

         Mannada idarəçilik.  Mannada hakimiyət irsi olub qeyri-məhdud xarakter daşyırıdı. Hkmdarlar adətən türk mənşəli şəxslər olurdu. Bunu hökmdarların adları da sübut edir. İlk vaxtlar padşahın hakimiyyəti bir qədər məhdud idi. Bu məhdudiyyət Ağsaqqallar Şurası tərəfindən gəlirdi. Hökmdar nəslinin nümayəndələri, adlı-sanlı adamlar və vilayət canişinlərindən ibarət bu Şura kifayət qədər nüfuzlu idi.  Bu qurum Azərbaycan dövlətçiliyində türk xalqlarına məxsus məşvərət mədəniyyətinin movcud olduğunu sübut edir.

         Lakin mərkəzi hakimiyyətin getdikcə güclənməsi Ağsaqqallar Şurasının səlahiyyətlərinin azalmasına səbəb oldu. Bu Şura artıq dövlət işlərinə çox da müdaxilə edə bilmir, hökmdardan asılı olaraq fəaliyyət göstərirdi.

         Vilayətləri idarə edən canişinlər hökmdar tərəfindən təyin olunsa da, bəzilərinin hətta irsi hakimiyyət hüququ var idi. Belə hüquqa malik olanlar vaxtı ilə həmin vilayətlərdə mövcud olmuş siyasi qurumların başçıları idilər.

         Ordu. Mannanın güclü ordusu var idi. Döyüşçüləri özlərinənəməxsus  paltarlar geyirdilər. Bu geyim uzun olub, ətəyə qədər genişlənirdi. Parçadan və dəridən hazırlanan geymin üzərinə dəmir lövhəciklər tikilirdi. Manna döyüşçüsünün geyimi qədim İkiçayarası geyimlərinə bənzəyirdi. Döüşçünün kürəyini sol çiyinə bənd edilmiş heyvan dərisi örtürdü. Geyimə dəri və parçaya bənd edilmiş deşikləri olan tunc lövhəciklər də daxil idi. Döyüşçülər  başlarına tuncdan, yaxud dəmirdən hazırlanmış dəbilqə  qoyurdular. Dəbilqənin arxasında  lələkləri və ya tükdən olan daraqları sancmaq üçün lüləcik olurdu. Formasına görə şiş və daraqlı olan dəbilqələr var idi. Döyüşçünün silahlarına ox və kaman, tunc və dəmirdən hazırlanmış xəncər, həmçinin tunc toppuzlar daxil idi.

         Ərazi-inzibati quruluş. Manna dövləti inzibati quruluşuna görə vilayətlərə bölünürdü. Hər bir vilayət canişin tərəfindən idarə olunmaqla mərkəzi hakimiyyətə tabe idi. Mannanın ən böyük və məşhur vilayətləri ilə tanış olağın:

         Uişdiş vilayəti indiki Mrarağa şəhərinin yerləşdiyi bölgələri əhatə edirdi. Uişdiş canişini Zikirtu və Andia canişinləri ilə birlikdə  Van (Urartu) padşahının təhriki ilə Manna hökmdarı Azaya qarşı qiyamda iştirak etməli idi. Lakin Assuriyanın köməyi ilə burada mərkəzi hakimiyyətə tabeçilik bərpa edilmişdi.

           Misi vilayəti: Mannanın cənub torpaqlarını əhatə edirdi. Vilayətdə yaşayan cəngavər tayfalar atçılıq və dəvəçiliklə məşğul olur, qaramal və davar saxlayırdılar. Misi vilayəti Ullusununun hakimiyyəti dövründə Mannaya birləşdirilmişdi. Ərazisi olduqca geniş olan bu vilayətin canişini özünü müstəqil aparmağa çalışırdı.

           Allabria vilayəti: Urmiya gölü hövzəsində yerləşirdi. Mənbələrdə Allabria çarlığı haqqında  geniş məlumatlar verilir. Allabria çarlığının adı ilk dəfə e.ə. IX əsrin ortalarında çəkilir. Bu mənbədə Assuriya çarı III Salmanasarın Allabrianın qala-şəhərlərindən birini ələ keçirməsindən, oranın var-dövlətini talamasından sjhbət açılır. Allabria canişini də Van padşahlığının təhriklərinə uyaraq tez-tez mərkəzi hakimiyyətə qarşı çıxırdı.

          Gizilbunda vilayəti: «Dağlıq ölkə» adını daşıyan bu vilayət Mannanın şərq torpaqlarında yerləşirdi. Mənbələr e.ə. IX əsrdə assurların bu vilayətə yürüşləri, Gizilbundanın mübarizə apararaq öz müstəqilliyini qoruyub saxlaması haqqında məlumat verir. Assuriya çarı III Salmanasar Gizilbunda əhalisini «öz güclərinə güvənən, başının üstündə hökmranlıq tanımayan» adamlar adlandırır.

           Andiya vilayəti: Mannanın şərq sərhədlərində, Qızılüzən çayı hövzəsinin orta və aşağı hissəsində yerləşən ən uzaq vilayətdi. Onun adı ilk dəfə III Salmanasarın hakimiyyətinin sonlarına aid kitabələrdə çəkilir. Digər Assur hökmdarı III Adadnaririnin işğal etdiyi ölkələr arasında  «Günəşin batdığı böyük dənizədək» uzanan Andiyanın da adı çəkilir. Bu dəniz Xəzər dənizi hesab olunur. Manna özünün ən qüdrətli dövründə Andiyanı assurlardan geri almış və onu özünün təsir dairəsinə daxil etmişdi.

           Sanqibuti vilayəti Urmiya hövzəsinin şimal-şərq hissəsində Manna ilə Urartunun sərhəddi hüdudunda yerləşirdi. Vilayət iki hissədən Subi və Baradan ibarət idi. Sanqibuti vaxtaşırı olaraq gah Mannaya gah da Van (Urartu) padşahlığına tabe olurdu. II Sarqonun kitabələrində bu vilayətin yaxşı möhkəmləndirilmiş at tövlələri, arpa dolu anbarları olan Tarun və Tarmakis qalalarının adı çəkilir. Bara vilayətində hökmdar sürüləri saxlanırdı.

 

                                   Şəhərlər.

Manna əhalisi ulu babaları kimi qalalar ucaltmaq, möhkəm müdafiə qurğuları tikmək işində mahir idilər. Onlar öz məskənlərini əsasən düşmən əli çatmayan, asan müdafiə olunan, sıldırım qayalıqlarda əhatə olunan hündür yerlərdə salırdılar. Sonralar bu məskənlər qalın divarlarla əhatə olunan əsl qalalara çevrilirdi. Bu qalalarda əhili demək olar ki, yaşamırdı. Onlarda müəyyən qədər qoşun saxlanılır, hücum və mühasirə təhlükəsi yarananda ətraf yerlərdəki mal-qara buraya sürülürdü. Ətraf kəndlərin əhalisi də çox vaxt bu qalalara sığınırdı. Belə qalaların ən məşhurlarından biri Zibia qalasıdır. Bu qalanın adı Assur mənbələrində çəkilir. Hündürlüyü 90 m olan bu qala öz möhtəşəmliyi və alınmazlığı ilə hamını heyran qoyurdu.

Həsənli şəhər-qalası da müdafiə tipli qalalardandır. Qalanın ətrafına qabarıq bürcləri olan hasar çəkilmişdi. Xüsusi bürclərdə qalanan tonqallar yaxınlaşan yaxınlaşan təhlükəni digər qalalara xəbər verirdi. Həsənli qalası düşmən hücumlarına daha çox məruz qalmışdır. Qala bir neçə dəfə dağılmış, sonra yenidən bərpa olunmuşdu. Belə hücumların birində qalanın müdafiəsi sarsılmış, tikililər məhv olmuşdur. Adamlar yanıb həlak olmuş, qaladakı var-dövlət də yanmış, ya da talan edilmişdir. Yalnız 100 ildən sonra burada həyat yenidən başlanmış, qala əvvəlki görkəmində bərpa edilmişdi.

İzirtu. Mannanın paytaxtı olan İzirtu yaşayış məqsədilə salınmış qüdrətli şəhər- qalalardan biridir. Olduqca böyük ərazini əhatə edən şəhər əlverişli mövqedə yerləşirdi. Bu qalaya yalnız Ziviyə və Armait qalalarını dağıtdıqdan sonra yaxınlaşmaq olardı. Şəhərdə iç qala, saraylar, məbədlər və digər memarlıq qurğuları var idi. Onu bu möhtəşəmliyinə və gözəlliyinə görə «padşah şəhəri» adlandırırdılar. Padşahın sarayı öz böyüklüyü və və yaraşığı ilə fərqlənirdi. Saray otaqlarının divarlarına şirələnmiş kərpicdən üzlük çəkilir, yerə daş tavalar döşənirdi. Qapılar dabanlıqlara söykənən ox ətrafında fırlanırdı. Sarayların üstü sərv ağacından yonulmuş tirlərlə örtülürdü. Bu tirlərdən ətrafa xoş ətir yayılırdı.

      Mannadakı möhtəşəm qala-şəhərlər burada yüksək mədəniyyətə malik cəmiyyətin qurulduğunu sübut edən faktlardan biridir.

 

                               Əhalinin məşğuliyyəti.

Mannanın əlverişli təbii şəraiti, münbit və bərəkətli torpaqları təsərrüfatın inkişafına səbəb olan əsas amillərdən idi. Dövlətin iqtisadi həyatında əkinçilik və maldarlıq mühüm yer tuturdu. Burada bir neçə növ arpa, buğda, darı kimi dənli bitkilər yetişdirilirdi. Mannada tarlalar dəmir kotanla şumlanır, dəmir toxa ilə becərilirdi. Taxılı dəmir oraqla biçir, iki və ya dörd təkərli araba ilə daşıyırdılar. Bir sıra vilayətlərdə taxıl saxlanılan böyük anbarlar var idi. Yaxşı iqlim,sıx suvarma kanalları şəbəuəsi barlı-bəhrəli bağlar və üzümlüklər salmağa imkan verirdi. Həsənlidən tapılmış şərab anbarları, onların içərisində torpağa basdırılmış şərab küpələri bu sahənin inkişafından xəbər verir. Maldarlıq əsasən dağətəyi və dağlıq bölgələrdə yaxşı inkişaf etmişdi. Bu ərazilərdə qaramal, qoyun və at saxlanılırdı. Köçmə maldarlıq üstün idi. Mal-qara yayda dağlarda, qışda isə vadilərdə bəslənirdi. Van padşahlığının Mannaya yürüşləri də yaylaq maldarlığı ilə bağlı idi. Çoxlu qənimət ələ keçirmək məqsədilə bu yürüşlər ya mal-qara dağlara sürülənə qədər, ya da yaylaqdan qayıdandan sonra edilirdi. Dəvəçilik haqqında mənbələrdə az xatırlanır. Amma dəvədən əsasən yük heyvanı kimi istifadə edildiyi məlumdur.

Həsənlidən tapılmış qızıl camın üzərində allahları döyüşə aparan qatır və öküz qoşulmuş cəng arabalarının təsviri heyvandarlığın bu sahəsinin də inkişaf etdiyini göstərir. Allahların və vəfat etmiş adamların şərəfinə qoyun qurbanı kəsilərdi. Mannada atçılığa böyük əhəmiyyət verilirdi. Təsərrüfatda atçılığın rolunun artması yaylaq maldarlığı ilə əlaqədar idi. Bunu şərtləndirən əsas amil mal-qaranın çoxalması, otlaqların genişlənməsi, maldarların yaşayış məskənindən daha çox uzaqlaşması idi. Nəticədə at köç yurdlarını yaşayış məskənləri ilə birləşdirən əsas nəqliyyat vasitəsinə çevrilmişdi.

 

                                Mədəniyyət.

Mannanın zəngin maddi və mənəvi mədəniyyəti olmuşdur. Burada memarlıq sənəti inkişaf tapmışdır. Qədim memarlıq ənənəsi müvəffəqiyyətlə davam etdirilmişdir. Bunu Mannadakı qala-şəhərlər, onların müdafiə qurğuları, möhtəşəm saraylar sübut edir. Arxeoloji qazıntılar zamanı tapılmış əşyalar üzərindəki şəkil aə naxışlar Manna təsviri sənətinin gözəl nümunələridir.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 8 yanvar 2012 17:16
    bezi tarixi faktlar qeyd edilmiyib. mes: sarqonun yuruwleri , boyuk yuruyuwu

  2. 6 avqust 2012 14:14
    WOW men Manna haqqinda bilirdim amma burda laapp ccooxx melumat var . cox saq ollun Muellim ....

  3. 17 avqust 2012 23:10
    Tesekkurler,Allah sizden razi olsun.Insallah. winked

  4. 22 avqust 2012 19:46
    hara baxirsan midyanin kalewliklerinen soz gedir angry

  5. 1 oktyabr 2012 16:57
    tewekkur melumatlara gore,muhazirelerime elave edecem

  6. 1 oktyabr 2012 21:18
    Coxx gozeldir ALLAH razu olsun

  7. 2 oktyabr 2012 16:57
    Maraql idi. Allah sizden razi olsun!!!!!!!!!!!!!!!!!

  8. 9 noyabr 2012 16:56
    tkkur mende ele bunu atarirdim...

  9. 9 noyabr 2012 17:19
    cox sag olun

  10. 11 noyabr 2012 11:52
    Maraqlidi tewekkurler

  11. 3 aprel 2013 12:50
    cox etrafli melumatlardir.hec kitabda bu qeder yoxdu.

  12. 3 aprel 2013 14:18
    cox sagolun smile

  13. 7 may 2013 13:54
    Qəşənggggg çox sag olun.Referat yazimda komek oldunuz.Allah razi olsun! smile

  14. 7 fevral 2014 11:22
    cox sagolun super

  15. 7 fevral 2014 12:52
    manna cox qedim ve maraqli dovletdiii :) twkler.. :)

    --------------------

  16. 13 aprel 2014 18:09
    Manna dövləti haqqında məqalə geniş və maraqlı olsa da, bir sıra mühüm məqamlar unudulmuşdur. İranzunun mərkəzləşdirilmiş dövlət yaradılması sahəsindəki fəaliyyəti,ölkənin xarici siyasətində yaranmış Assurya və Urartu meylli qrupların niyyətləri, e.ə.VIII əsrin II yarısından Mannada hakimiyyətin irsi xarakter daşıması,II Sarqonun Manna ilə əlaqədar niyyətləri,Manna ərazisində II Sarqonun şərəfinə qoyulan abidə, iskitlərin Manna ərazisinə yürüşləri,Mannada çoxallahlılıq, sənətkarlıq sahələri, Ziviyyə tapıntıları, Mannanın əsas vilayəti olan Zamua haqqında və sair məlumatlar məqalədə əks olunmamışdır.Uratu dövlətinin eyni zamanda Van dövləti adlandırılmasını da yolverilməz hal hesab edirəm. Hesab edirəm ki, məqalənin yenidən işlənməsinə ciddi ehtiyac vardır.

  17. 3 may 2014 16:48
    fellow maraqli faktlardir

    xosuma geldi

    bos-bos danismayin butun faktlar burda var angry angry angry

  18. 12 oktyabr 2014 01:17
    Hamlet muellim,size ne qeder derin minnetdarligimi bildirsem de,inanin ki bu olduqca az olar.genis ve aydin bir meqale yazmisiniz,yorulmayasiniz.Allah sizin kimi genis dunyagoruslu,savadli,vetenini seven,xalqina hormet besleyen muellimleri Azerbaycan xalqinin,Azerbaycan dovletinin,Azerbaycan tarixinin basindan eskik etmesin.omrunuz uzun,basarilariniz daimi olsun.sizin fealliliginiza baxib ozumden utaniram.men de geleceyin tarixcisi kimi feal olmaliyam.ancaq vaxt tapa bilmirem.insallah bundan sonra daha feal olacam ve tez-tez xeberler yerlesdirmeye calisacam.sag olun.

  19. 21 mart 2015 14:38
    meni basa salin burada niye muellime tesekkur edirler

  20. 21 mart 2015 14:46
    Sitat: Ayka57
    meni basa salin burada niye muellime tesekkur edirler

    Çünki məlumatı müəllim yerləşdirib...... Adı isə Hamlet müəllimdir , yəni bizim saytın Administratoru

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.