Lulubi dövlət qurumu haqqında

Lulubi dövlət qurumu haqqında

Lulubi dövlət qurmu.
Aratta dövlət qurmundan sonra III miniliyin ikinci yarısında Urmiya cənubunda Lullubi tayfa birliyi,qərb və cənub-qərbində Kuti dövlət qurmu meydana gəldi.Qədim tayfalar ilə bağlı ilk yazılı məlumat şumer dastanlarında və mixi yazılarında verilir.Su və turukki tayfaları Lulubi tayfa birliyinə daxil olmuşlar.Lulubilər xırda dövlət qurumları ilə birləşərək işğalçı Akkad dövlətinə qarşı mübarizə aparıdılar.Lullubilər əsasən maldarlıqla məşğul olurdular.Bu tayfa birliyinin özlərinə məxsus dini inamları var idi.(Səma,günəş,məhəbət,məsuldarlıq allahları)
E.ə XXIII əsrdə Lullubi tayfa birliyi dövlət qurumuna çevrildi.Lulubilər həmçinin Asssuriyanın Nuzi şəhərində məskən salmışdılar.Onlar hürri tayfaları ilə yaxın əlaqə saxlayırdılar.Hürrilər Lullubiləri "nulu"- özgə,yad adlandırıdılar.Lullubilər ön Asiyada igid döyüşkən və cəsur tayfalar kimi məşhurlaşmışdılar.Eyni dövrdə Şərqi Anadoluda məskunlaşan hetlər qudrətli dövlət yaratmışdılar.
Lullubilər Hürri və Het dövlətlərində muzdlu döyüşçü kimi orduda xidmət edirdilər,Zamua vilayəti Lullubilərin məskəni idi.Sonralar Azərbaycanın ilk dövləti Mannanın əsasını təşkil edirdi.Lullubi dövlət qurmunun ən güclu hökumdarı Anibani olmuşdur. Anibani (e.ə 2170-2150)
Onun qələbələri "Daş sütün" Qələbə kitabəsində mixi yazılarla həkk olunmuşdur.(e.ə XXIII)
Lulubilər Mesopotamiya ilə yaxın əlaqələr saxlayır,mal mubadiləsi edirdilər.Onlar mal-qaranı taxıla dəyişdiridilər.
Turukki tayfaları hər iki dövlət qurumunda (lulubi,kuti) məskunlaşmışdılar.Bu dövlət qurumları e.ə III miniliyin sonlarında parçaladı.Xırda vilayətlərə parçalandı.Türükkilər müstəqil oldu.Sular isə E.ə 2003-cü ildə Elam dövləti ilə birləşərək III Ur Şumer sulaləsini suquta uğradarak müstəqil oldular.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.