Gələrsən-görərsən qalası

 

Gələrsən-görərsən qalası

 

 

 

Kişlilər bu qalaya Qız, gah da Qızlar qalası deyirlər. Qız "alınmazlıq" və "məğlubedilməzlik" anlamını ifadə edir. Bu qala barəsində məlumat verən yeganə mənbələr Kərim ağa Fatehin və Hacı Seyid Əbdülhəmid Əfəndinin əsərləridir. Həmin mənbələrdə bu qala "Qızlar" adı ilə deyil, "Gələrsən-Görərsən" adı ilə xatırlanır. Hadisələri diqqətlə izlədikdə "Gələrsən-Görərsən" adının Qızlar qalasına sonradan, daha doğrusu, 1743-cü il hadisələri ilə əlaqədar olaraq verildiyi anlaşılır. Şah Təhmasibin 1551-ci ildəki məlum hücumundan qorunmaq üçün şəkililərin həm Kişin özündə yerləşən Kiş qalasında, həm də Qızlar qalasında müdafiə olunduqlarını hər iki mənbə aydın şəkildə təsdiq etməkdədir.
"Gələrsən-Görərsən" qalası Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından biri olan Damarçın çayının sol sahilində, Qaratəpə dağının üzərində yerləşir. Qaratəpə dağının arxasında isə yüksək dağlar sıralanır. Qalanın belə bir yerdə salınmasının əsas məqsədi odur ki, qalaya öndən, arxadan və çay tərəfdən qaya sıldırım olduğuna görə hücum etmək mümkün deyil. Qala ilə Kiş kəndi arasındakı ərazi Qala düzü də adlanır. Lev Tolstoyun "Hacı Murad" povestinin qəhrəmanlarının başına gələn hadisələr bu qalada cərəyan edir.
Mənbələr göstərir ki, Şəki xanı Dərviş Məhəmməd xan 1551-ci ildə qalada müdafiə olunmuş və Kiş qalası alındığı zaman qaçmağa cəhd etmiş və şahın adamları tərəfindən qətlə yetirilmişdir. Yenə həmin mənbələr 1743-cü ildə Nadir şahınŞəkiyə hücumu ilə əlaqədar qalanın adını çəkir. 1743-cü ildə Hacı Çələbi xan Şəkini müstəqil xanlığa çevirdi. Yenidən Şəki şah ordusu ilə qarşılaşmalı oldu. Nadir şahın qoşunları qalanı fasilələrlə mühasirədə saxlayır. Mühasirədə yaşamaq şəkililər üçün çətin olsa da, onlar uzun müddət düşmənlə mübarizə aparmış və ona sərt müqavimət göstərmişlər. "Gələrsən-Görərsən" adı da bu hadisələrlə bağlıdır. Belə rəvayət edirlər ki, üzbəüz duran qoşunlar uzaqdan-uzağa, qışqıra-qışqıra danışa bilirlərmiş. Bir dəfə Nadir şah özü danışığa girir və soruşur: "O necə qaladır ki onu almaq olmur?". Ona cavab verirlər: "Gələrsən-Görərsən". Elə o vaxtdan qala belə adlanır. Hazırda qala dağılmış vəziyyətdədir və ciddi təmir işlərinin aparılması lazımdır. Qalanın müxtəlif hissələri dağılmış vəziyyətdə, bir-birinə yaxın ərazilərdə yerləşir. İndi qalaya ekskursiyalar təşkil olunur və turistlərə açıq şəkildə bura daxil olmağa icazə verilir.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 9 fevral 2013 23:39
    sagol Ayan.tesekkurler

  2. 20 fevral 2013 20:26
  3. 24 fevral 2013 14:04
    mragliydi amma sekiller cox olsaydi, lap super olardi, tesefur daha cox olardi smile

  4. 10 mart 2013 20:15
    wekiller kaw ki , cox olardi(((yene de tewekur)))

  5. 26 mart 2013 20:53
    beyendim ee men bunu

    --------------------

  6. 10 aprel 2013 11:54
    TWKLER )) MARAQLI MELUMTA GORE fellow

  7. 21 aprel 2013 18:11
    maraqli melumat idi

  8. 26 aprel 2013 17:19
    cox sagolun

  9. 31 oktyabr 2013 10:50
    MARAQLİDİR COX SAGOLUN. XUSUSİLE RADİODA HEZİN MUSİQİ VERİLEN DERSLER.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.