Tarixdə "12 dekabr"

12 dekabr

627 - Nineviya vuruşması. Bizans imperatoru II İrakli Sasanlı hökmdarı II Xosrova qalib gəlib

Tarixdə "12 dekabr"

 

 

1096 - Mərmərə dənizi sahilində I Səlib yürüşünün əsas döyüşü baş verib

Tarixdə "12 dekabr"
 

 

 

1574 - Türk sultanı III Murad hakimiyyətə gəlib

Tarixdə "12 dekabr"

 

 

1642 - Holland dənizçi Abel Tasman Yeni Zelandiyanı kəşf edib

Tarixdə "12 dekabr"

 

 

1727 - Rusiya ilə Səfəvi dövləti arasında Nabur sülh müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Cavad, Salyan, Şeşpara, Rustov, Quba əraziləri Rusiyanın nəzarətinə keçib. Bundan öncə bağlanan Peterburq müqaviləsi ilə (12 sentyabr 1723) Səfəvilər Xəzərsahili bölgələri Rusiyaya güzəştə getmişdi.

Tarixdə "12 dekabr"

 

 

1905 - İranda inqilab başlanıb.Əhalinin "bəstə oturması” ilə başlayan çıxış  Rusiyadakı 1905-ci il inqilabının təsiri altında və tarixə Məşrutə (Konstitusiya) inqilabı adı ilə düşən hadisələr tədricən (1908-ci ildən) Cənubi Azərbaycanda milli hərəkata çevrilib. Səttərxanın başçılıq etdiyi inqilab 1911-ci ilin dekabrında Rusiyanın İran rejiminə köməyi ilə yatırılıb. Təbrizə daxil olan rus qoşunları inqilabçılara divan tutublar.

Tarixdə "12 dekabr"

 

 

1911 - Hindistanın paytaxtı Kəlküttədən Dehliyə köçürülüb

Tarixdə "12 dekabr"
 

 

 

1925 - Rza Pəhləvi (ata) İran taxtına sahib olub

Tarixdə "12 dekabr"

 

 

1939 – "Qış müharibəsi” dövründə Finlandiya ordusu Tolyavari döyüşündə SSRİ ordusunu məğlubiyyətə uğratmışdır. BU finlərin sovet ordusu üzərində qazandığı ilk qələbə döyüşü idi.

Tarixdə "12 dekabr"

 

 

1945 - Məşrutə inqilabının ildönümündə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında yeni inqilab qələbə çalıb. Cənubi Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvərinin başçılığı altında Milli Hökumət qurulub. Bu hadisə tarixə "21 Azər hərəkatı” kimi düşmüşdür. Hərəkata dəstək verən sovet qoşunları İranı tərk edəndən sonra şah rejimi Milli Hökumət üzərinə hücuma keçdi. Pişəvəri hərakatı və 1946-cı ilin dekabrında süqut etdi. Azərbaycan SSR-ə mühacirət edən Pişəvəri 1947-ci ilin yayında müəmmalı avtomobil qəzasında həlak oldu.

Tarixdə "12 dekabr"

 

 

1979 - Rodeziyanın adı dəyişdirilərək, Zimbabve adlandırılıb

Tarixdə "12 dekabr"

 

 

1991 -  Pakistan Azərbaycanın müstəqilliyini tanıyıb

Tarixdə "12 dekabr"
 

 

 

1992 - Azərbaycanın ilk səfiri etimadnaməsini İranın xarici işlər naziri Əli Əkbər Vilayətiyə təqdim edib

Tarixdə "12 dekabr"

 

 

1999 - Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirilib. Seçkilər nəticəsində ölkə üzrə 2660-dək bələdiyyə (21 mindən çox bələdiyyə üzvü) formalaşdı. Ən böyük bələdiyyəyə 19, ən kiçik bələdiyyədə 5 üzv seçilmişdi.

Tarixdə "12 dekabr"

 

 

2002 – Bakıda "Həzi Aslanov” metrostansiyasının açılışı

Tarixdə "12 dekabr"

 

 

2003 - Azərbaycan xalqının ümummilli lideri, eks-prezident Heydər Əliyev ABŞ-ın Klivlend Klinikasında uzun sürən xəstəlikdən sonra vəfat edib. Azərbaycanda 7 günlük matəm elan olunub.

Tarixdə "12 dekabr"

 

 

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 19 aprel 2012 21:07
    Muellim xronologiya bolmesinde maraqli melumatlara rast geldim.Belkede var men tapa bilmedim. Xronologiyani bizim eradan evvelki dovrleride yerleshdirses yaxshi olar.

  2. 19 aprel 2012 21:08
    analamdim Herodot xronologiyada ne b e a bu ne demekdir

  3. 12 dekabr 2012 14:18
    ALLAH HEYDER ELIYEVE REHMET ETSIN

  4. 14 dekabr 2012 15:07
    allah rehmet elesin

  5. 27 sentyabr 2013 11:44
    merakli melumatlardi

  6. 14 dekabr 2013 18:16
    xowum gelir de bele bilgilerden

    --------------------

  7. 14 dekabr 2013 21:35
    çox maraqlıdır.təşəkkür.

  8. 12 dekabr 2014 16:50
    tesekkurler

    --------------------

  9. 12 dekabr 2014 19:39
    çox sağ olun məlumata görə.Allah H.Əliyevə rəhmət eləsin

    --------------------

  10. 13 dekabr 2014 18:29
    salam leyla mesaj sene yazmaq olmure

    menem lale mesaj yaz burda mesajlarda yox

    menem lale mesaj yaz burda mesajlarda yox

    --------------------

  11. 13 dekabr 2014 20:14
    Məndə də açılmır.Bilmirəm niyə what

  12. 19 dekabr 2014 21:09
    bilirəm rəyim çox gecikmiş olacag.nə edim ki, telefonla yaza bilmirəm.Heydər Əliyev dahi şəxsiyyət olub.Bu danılmaz faktdır.bir necə gün əvvəl yaşadığım Xırdalan şəhərinin Heydər Əliyev muzeyində Ümumilli liderimizin həyatı,iqtisadi töhfələri-nə həsr edilmiş ədəbi-gecə hazırlanmışdı.Mən orda tarixşilərimizdən o qədər şeylər örgəndim ki, bəlkə də heç indiyə qədər olar hakda heçnə eşidməmişdim.Onun siyasi mövqeyi, AZərbaycan xalqına dayağ olması,Azərbaycanın dirçəlməsinin birbaşa səbəbinin Heydər Əliyev olması,və mənimüçün ən əsas bütün fəaliyyətdən üstün duran "Atəşkəs müqaviləsi " -nin imzalanması. və daha nələr-nələr.Fikrimi çatdıra bilmirəm.Bir sözlə desək Allah Heydər Əliyevə rəhmət eləsin. request

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.