Tarixdə "17 dekabr"

17 dekabr

1903 - Tarixdə ilk təyyarə havaya qalxıb. Rayt qardaşlarının hazırladığı bu model 56 saniyə havada qala bilib və 260 metr uçub

Tarixdə "17 dekabr"



 

1926 - SSRİ-də ilk dəfə əhalinin siyahıyaalınması keçirilib. Bu siyahıyaalmaya görə, Azərbaycan SSR-in əhalisi 2 313 700 nəfər, o cümlədən 1 212 400 kişi, 1 101 300 qadın olub. 649.500 nəfər şəhərdə 1 664 200 isə kənddə yaşayırdı

Tarixdə "17 dekabr"
 

 

 

1946 - Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulmuş Milli Hökuməti devirən İran silahlı qüvvələri Təbriz, Ərdəbil, Urmiya, Mərənd və digər şəhərlərdə kütləvi həbslər və qırğınlar həyata keçiriblər. İran hökumət qüvvələri hələ dekabrın 9-da Təbrizə daxil olmuş və dekabrın 12-də Pişəvəri hökumətinin üzvləri - Azərbaycan Demokrat Firqəsinin rəhbərləri həbs edilmişdi. Bunun ardınca bütün Cənubi Azərbaycanda milli hərəkat fəallarına divan tutuldu, yüzlərlə insan həlak oldu, minlərlə güneyli soydaşımız didərgin düşdü. Bu qanlı aksiyanın pik nöqtəsi dekabrın 17-nə təsadüf etdi. Cənubi Azərbaycan türklərinin mühacir təşkilatları 17 dekabrı "GüneyAzərbaycanda milli soyqırım günü" kimi qeyd edirlər.

Tarixdə "17 dekabr"

 

 

2002 - Tbilisidə Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin görüşünün yekunu olaraq iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Tarixdə "17 dekabr"
 

 

 

2004 - Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilib. Ölkə üzrə 2730 bələdiyyəyə ümumilikdə 21600-dan çox bələdiyyə üzvü seçilib. 1999-cu il seçkilərindən sonra yeni yaşayış məntəqələrinin yaranması, habelə yerlərdə ərazi-inzibati bölgüsündə aparılmış dəyişikliklər nəticəsində 130-dək yeni bələdiyyə yaranmışdı. 30-dan çox partiya təmsilçisinin iştirak etdiyi seçkilərdə 39 minədək bələdiyyə üzvlüyünə namizəd qeydə alınmışdı ki, onların da yarıdan çoxunu (21 min nəfər) YAP nümayəndələri təşkil edirdi.

Tarixdə "17 dekabr"

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 17 dekabr 2011 16:57
    Maragli tarixi melumatlardir.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.