TQDK-da müzakirə ((video)

TQDK-da müzakirə ((video)

 

Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün "Ümumi tarix” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan "Ümumi tarix” dərslik komplektinin müzakirəsi olmuşdur. 
Müzakirədə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin Humanitar fənlər bölməsinin müdiri Ramiz Hüseynov iştirak etmişdir. 
Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və "Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.
Seminarda Bakı şəhərindən BDU-nun dosenti Kərəm Məmmədov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Faiq Babayev, Avropa Azərbaycan Məktəbinin sosial fənlər kafedrasının müdiri Hafiz Cabbarov, 72 nömrəli liseyin müəllimi Aydın Allahverdiyev, 47 nömrəli tam orta məktəbin müəllimi Məlahət Məmmədova, Ağdam rayon 33 nömrəli tam orta məktəbin müəllimi Maarif Muradov, 157 nömrəli tam orta məktəbin müəllimi Ruslan Ağamalıyev, 248 nömrəli orta məktəbin müəllimi Nərgiz Məmmədova, həmçinin TQDK-nın regional bölmələri ilə internet vasitəsi ilə videobağlantı əsasında Naxçıvandan Kəngərli rayon Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin müəllimi Dadaş Qasımov, Göyçaydan 2 nömrəli tam orta məktəbin müəllimi Naibə Əhmədova, Ağcabədidən 1 nömrəli tam orta məktəbin müəllimi İlhamə Əliyeva, "Skype” vasitəsilə Biləsuvar rayonundan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına liseyin müəllimi Müşfiq Dadaşov gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər. 
Mənbə derslik.edu.az






Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 9 mart 2014 21:40
    TESEKKURLERRRRRRR

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.