Müəllimlər üçün mükafatlandırma sistemi də hazırlanacaq

Müəllimlər üçün mükafatlandırma sistemi də hazırlanacaq

 

Müəllimlər üçün mükafatlandırma sistemi də hazırlanacaq
Müəllim nüfuzunun yüksəldilməsi, onların maddi təminatı, tədris prosesinin keyfiyyətinin qaldırılması, Təhsil Nazirliyinin diqqət mərkəzindədir və müəllimlərin attestasiya məsələsi isə həmin siyasətin tərkib elementi olacaq. Nazirliyin məlumatına görə, attestasiya attestasiya xatirinə deyil, Təhsil Nazirliyinin qarşısında duran vəzifələrin həyata keçirilməsində istifadə edilən vasitə olmalıdır. Bu baxımdan qeyd olunan mövzuları əhatə etməklə, attestasiyanın mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı nazirlik orta məktəb müəllimləri üçün nəticələrə əsaslanan diferensial əməkhaqqı və mükafatlandırma sistemi hazırlanmasını zəruri hesab edir.

Təhsil Nazirliyinin məlumatına görə, müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması sahəsində müasir tələblərə uyğun mexanizmlər yaradılacaq. "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq, bütün ümumi təhsil müəllimləri üçün fəal (interaktiv) təlim texnologiyaları və inklüziv təhsil üzrə məqsədli ixtisasartırma təmin ediləcək, hər bir müəllimin İKT bacarıqlarına yiyələnməsi üçün çevik sistem yaradılacaq. Azərbaycanda müəllimlərin təkmilləşdirilməsi beynəlxalq standartlarla uzlaşdırılacaq, müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sistemi inkişaf etdiriləcək.

Məktəblərin idarə olunmasında, təhsil ocaqlarında müsbət atmosfer yaradılmasında valideynlərin rolunun artırılması ilə bağlı islahatlar da "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan istiqamətdə aparılacaq. Təhsildə idarəetmənin təkmilləşdirilməsi davam etdiriləcək, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük veriləcək. Bu, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılması, ictimaiyyətin (valideyn, şagird, tələbə, yerli icma və s.) geniş cəlb olunması vasitəsilə təhsil ocaqlarının dövlət-ictimai xarakterdə idarə edilməsi, digər müasir idarəetmə texnologiyalarının tətbiqi və s. kimi istiqamətlərdə islahatyönlü tədbirlərlə gerçəkləşdiriləcək.





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 2 avqust 2013 23:47
    Bu qocalari cixarin, cavanlar gelsin. Bezdik bu qoca, savadsiz muellimlerin elinden, her terefden tehsile qaranliq lekediler, onlarin elinden minlerle savadli genc kadr issiz - avaradi. Tebii qocalardan ve savadsiz cavanlardan da istisnalar var .

  2. 3 avqust 2013 12:25
    Salam. Kecmesek de imtahanda ishtirak etdiyimize gore nese sened tipli bir shey verecekler bilmirsiz? Zehmet olmasa cavablandirin

  3. 5 avqust 2013 22:37
    beli beli Julia cox haklidir metodlarin itiribler onlar yalniz ferdi hazirliga yaralidirlar wexsen bizim mekdebde hamsi yawi 64-63-62 yeni bele mellimlerdi tek-tuk cavan mellim vare adam bezir sifetderin turwudub ele girirlerki sinfe adamin derse 2qr maragi qalmir ureyim doluymuwe bu barede :)

    --------------------

  4. 9 avqust 2013 19:35
    Julia xanim goca muellimlere garshi deyesen alergiyaniz var. Onlarin ekseriyyeti kurikulumu xoshlamir. Zaman-zaman siradan cixacaglar.Ancag gelin gorek tehsilimizde savadli cavan kadrlar coxdurmu? Savadli cavanlari barmagla gostermek olar, onlarda oz peshelerini sevenlerdi. Bizim mektebde yeni telim kursuna geden cavan muellimler bu usuldan istifade ede bilmediler. Bunun sebebini bilirsinizmi? Acig fikirli oldugunuza gore teshekkur.

  5. 6 may 2014 17:11
    əziz julia, heç deyilsə o qoca dediyin müəllimlər sinfi ələ alır ,şagird ruhundan anlayırlar ,cavanlar isə təsadüfən bu peşəni seçənlərdir.

  6. 16 fevral 2015 20:53
    Julia unutma sende qocalacaqsan.Bu gün cavansan öyünmə.Dahi Üzeyir beyde Meşedi İbadı yazanda bele düşünürdü.Sonradan oda yaşlaşanda yazdığından peşman oldu.

  7. 18 fevral 2015 12:34
    Mence bizim qocalmis,sifeti qirismis ,lakin savadli ve ureklerinde muellimlik hissi olan muellimlere ehtiyacimiz var.Inandirim sizi ki,bizim mektebde o qeder cavan, savadli muellimler var.Amma onlardan hec biri urekle ders kecmir.Sanki onlari gucle tutub otuzdurublar muellim stuluna...Dediyim odur ki, gelin qoca ,lakin esl muellim olan muellimlerimizin qedrini bilek..... love

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.