"Bir çox hallarda tarix qərəzli şəkildə təhrif edilir"

"Bir çox hallarda tarix qərəzli şəkildə təhrif edilir"
"Bir çox hallarda tarix qərəzli şəkildə təhrif edilir". Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov cümə axşamı Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Tarixin tədrisi vasitəsilə Mədəniyyətlərarası Dialoq: ən yaxşı təcrübələr və çətinliklər" mövzusunda panel iclasında çıxışı zamanı deyib. Nazir bildirib ki, bütün bəşər tarixində tarix fənninin tədrisi zamanı birtərəfli qaydada təhrif edilmə adi hal alıb: "Təəssüflər olsun ki, bizim regionda da belə hallar istisna deyil. Bütün bu məsələlərin əksəriyyəti sivilizasiyalararası dialoq məsələsini gündəmə gətirir". Cabbarovun sözlərinə görə, tarix xalqlar arasında körpüləri birləşdirməli, maneələr yaratmamalıdır: "Tarix fənninin gözəl, düzgün tədrisi üçün gəncləri bu prosesə cəlb etməliyik, bu işə daha maraqla yanaşmalıyıq".


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 30 may 2013 19:17
    İNŞAHLAH HAMLET MUELLİM  "ŞİFAHİ TARİX" ADLI  LAYİHƏ İLƏ BİZ TARİX MUELLİMLƏRİ ÇALIŞARIQ DÜZGÜN FORMADA  FORMADA KÖRPU SALAQ.

  2. 22 mart 2016 10:53
    Mustafa Kamal Atatürkün tarixçilərə bir məşhur uyarısı var. O, deyirdi: " Tarix yazmaq, tarix yaratmaq qədər məsuliyyətli işdir. Yazan Yaradana sadiq qalmazsa, Tarix insanları çaşdıran mahiyyət kəsb edəcək!"- yəni yalana çevriləcəkdir. Tarixi emosiyasız yazmaq, emosional tədris etmək lazımdır. "Şifahi tarix" təhqiqatdakı şahid ifadəsi kimidir. O, subyektiv və qərəzli ola bildiyindən həqiqəti müəyyən edən yeganə sübut sayılmır. Tarixin şifahi təqdimatı da respondentin mənəvi-intellektual keyfiyyətlərindən çox asılıdır. Bu səbəbdən "Şifahi tarix" tarixi öyrənməyin ən doğru yolu deyil, yollarından biridir.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.