"Şifahi Tarix-Nəsillərarası dialoq"

"Şifahi Tarix-Nəsillərarası dialoq"

 

25 may 2013-cü il tarixində Bakı Biznes Mərkəzində Almaniya Xalq Universitetləri Beynalxalq Əməkdaşlıq İnstitutunun Cənubi Qafqaz və Türkiyə üzrə nümayəndəliyinin təşəbbüsü ilə "Demokratiyanı Öyrənmə" İctimai Birliyi tərəfindən "Şifahi Tarix-Nəsillərarası dialoq" mövzusunda beynalxalq konfrans təşkil olunmuşdur. Sözügedən mövzuda Bakıda ilk tədbir 27-28 aprel 2013-cü ildə keçirilmişdir. Tədbirdə Özbəkistan Respublikasının "Şifahi Tarix Mərkəzi"nin nümayəndələri də iştirak etmişdir. Konfransda Azərbaycanda Şifahi Tarix metodunun tətbiqi və mövcud təcrübəsindən, elmi araşdırma metodlarından, Şifahi Tarixin vətəndaş təhsilinin bir hissəsi, nəsillərarası dialoqun bir vasitəsi. və s. mövzuda təqdimatlar və müzakirələr aparılırdı. Konfransda Milli Elmlər Akademiyasının nümayəndələri, Kurikulum Mərkəzininin nümayəndələri, B
akı, Sumqayıt məktəblərindən gələn müəllimlər (əsasən tarix müəllimləri), Gürcüstandan olan nümayəndə və s. iştirak etmişdir. Konfransın yekununda Azərbaycanda "Şifahi Tarix Mərkəzinin" yaradılması qərara alındı. Onun məqsəd və vəzifələri müəyyən olundu. 

"Şifahi Tarix-Nəsillərarası dialoq"

"Şifahi Tarix-Nəsillərarası dialoq"

"Şifahi Tarix-Nəsillərarası dialoq"

"Şifahi Tarix-Nəsillərarası dialoq"

"Şifahi Tarix-Nəsillərarası dialoq"

"Şifahi Tarix-Nəsillərarası dialoq"

"Şifahi Tarix-Nəsillərarası dialoq"

"Şifahi Tarix-Nəsillərarası dialoq"

"Şifahi Tarix-Nəsillərarası dialoq"

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 may 2013 20:09
    Böyük məmnuniyyətlə iştirak etmək istərdim.

    İnshallah həyata keçən zaman Sizi dəvət edərik Sərvət müəllim !

  2. 27 may 2013 17:19
    İnşallah  Servet  müəllim gələn konfranslarda  sizdə iştirak edərsiz.

  3. 28 may 2013 00:32
    Bütün iştirakçılara uğurlar diləyirəm !

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.