Kürəkçay müqaviləsi

ANDLI ÖHDƏLİK
(Rus dilindən tərcümə)

Aşağıda adı çəkilən mən, qadir Allah, böyük peyğəmbərimiz Məhəmməd (s) qarşısında İ.Ə. (imperator əlahəzrəti) - nə; özümün həqiqi və əsl lütfkar [hamisi böyük Aleksandr Pavloviçə, Bütün Rusiyanın mütləq hökmdarına və bütün Rusiya taxt-tacının təyin olunacaq İ.Ə. vəliəhdə sədaqətlə və ürəkdən qulluq edəcəyimi və hər şeydə itaət göstərəcəyimi, öz canımı, son damla qanıma qədər əsirgəməməyi istəyirəm və buna borclu olduğum haqda söz verir və and içirəm...

Traktatın layihəsi

Qadir Allah naminə!
Biz, yəni Şuşalı və Qarabağlı İbrahim xan və Bütün Rusiya qoşunlarının infanteriya generalı, Qafqaz müfəttişliyinin infanteriya müfəttiıi kn. Pavel Sisianov olduqca mərhəmətli böyük İ.Ə. Aleksandr Pavloviçin verdiyi tam səlahiyyət və ixtiyarla Allahın köməyi ilə Şuşalı və Qarabağlı İbrahim xanın bütün ailəsi, nəsli və ölkəsi ilə Bütün Rusiya imperiyasının və indi bəxtiyarlıqla hökmranlıq edən böyük İ.Ə. Aleksandr Pavloviç və onun yüksək varislərinin əbədi təbəəliyini qəbul etməsi məsələsinə başlayaraq aşağıdakı şərtləri bağladıq, qərara aldıq və imzaladıq:

Birinci maddə

Mən, Şuşalı və Qarabağlı İbrahim xan öz adımdan, varislərim və vəliəhdlərim adından Persiya və ya hər hansı bir dövlətin hər cür vassallığından və ya hər hansı ad altında olsa da, hər cür asılılığından təntənəli surətdə həmişəlik imtina edirəm və bütün dünya qarşısında bununla bildirirəm ki, mən özüm və varislərim üzərində Bütün Rusiyanın böyük İ.Ə.-nin və onun yüksək varislərinin və vəliəhdlərinin ali hakimiyyətindən başqa heç bir dövləti hakimiyyətini tanımıram, həmin taxt-taca sədaqət vəd edirəm, çünki onun sadiq quluyam və bu haqda, adətə görə, müqəddəs Qurana and içməliyəm.

İkinci maddə

İ.Ə.zati-aliləri (xan) həzrətlərinin belə səmimi söz verməsini qəbul edərək, özünün və vəliəhdlərinin adından İmperator sözü ilə vəd edir və söz verir ki, onlar zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xandan və onun varislərindən öz sadiq təbəələri kimi mərhəmət və nəcib havadarlığını heç vaxt əsirgəmə-yəcəklər, buna sübut olaraq İ.Ə. zati-alilərinin (xanın) və onun varislərinin ölkəsinin bütövlüyünün saxlanılmasma öz imperator zəmanətini verir.

Üçüncü maddə

Zati-aliləri Şuşalı və Qarabağh İbrahim xanın Bütün Rusiya imperatorlarının və onların vəliəhdlərinin öz üzərində ali və yeganə hakimiyyətini belə səmimiyyətlə qəbul etməsi müqabilində qərara alınır ki, adı çəkilən xan, ondan sonra isə böyük oğlunun və bu qayda ilə nəslin yaşca sonrakı böyüyü irsən xanlığa keçərkən Gürcüstan Baş hakimi tərəfındən xanlıqda bərqərar olmaq haqqında dövlət möhürü ilə təsdiq edilmiş imperator fərmanından ibarət investitura aldıqdan sonra Bütün Rusiya imperiyasının təbəəliyinə sadiq olmasına, özü və varisləri üzərində Bütün Rusiya imperatorlarının ali və yeganə hakimiyyətinin tanınmasına təntənəli surətdə and içməlidirlər. Andın forması traktata əlavə olunur ki, indi hakim olan Şuşalı və Qarabağlı İbrahim xan bu mərasimi Gürcüstan Baş hakiminin və bu qətnaməni başa çatdıran inf. - gen. knyaz Sisianovun iştirakı ilə yerinə yetirsin.

Dördüncü maddə

Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim və varislərimin Bütün Rusiya imperiyasına sadiq təbəəliyimiz və həmin imperiyanın işıqlı ali və yeganə hakimiyyətini qəbul etməyinüz haqda mənim mövqeyimin təmizliyini göstərmək üçün Gürcüstan Baş hakimi ilə qabaqcadan qarşılıqlı razılıq olmadan qonşu hakimlərlə əlaqə saxlamağa, onlardan elçilər gələrsə və ya məktub göndərilərsə, onlardan məzmunca tutarlı olanları Baş hakimə göndərməyə və ondan icazə istəməyə, dəyəri az olanlar haqda isə məlumat verməyə və Gürcüstan Baş hakimi tərəfındən mənim yanıma təyin edilmiş şəxsə məlumat verməyə və onunla məsləhətləşməyə söz verirəm.

Beşinci maddə

İ.Ə.- i Şuşalı və Qarabağh İbrahim xanm ölkəsi üzərində özünün ali və yeganə hakimiyyətinin tanınmasmı razılıqla qəbul edərək, özünün və varislərinin adından söz vərir: 1) həmin ölkənin xalqlarını böyük Rusiya imperiyasının sakinlərindən az da olsa ayırmayaraq öz təbəələri sayacaqdır. 2) İbrahim xan zati-alilərinin və onun ocağından olan varislərin və arxasının Qarabağ xanlığı üzərində hakimiyyəti dəyişilməz saxlanılacaqdır. 3) Daxili idarəetmə ilə bağlı hakimiyyət işləri, məhkəmə və divanxana işləri, bununla yanaşı ölkədən yığılan gəlir zati-alilərin (xanın) səlahiyyətində qalacaqdır. 4) Zati-alilərinin və onun sülaləsinin, eləcə də onun ölkəsinin qorunması üçün Şuşa qalasına 500 nəfərlik Rusiya qoşunu qərargah və başqa zabitləri ilə, [habelə] toplarla birlikdə yeridiləcək, ciddi müdafıə üçün isə Gürcüstan Baş hakimi şərait və ehtiyaca görə bu dəstəni gücləndirəcək və zati-alilərinin ölkəsini Bütün Rusiya imperiyasına məxsus olan bir ölkə kimi hərbi qüvvə ilə müdafiə edəcəkdir.

Altıncı maddə

Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim sadiq təbəəlik istəyimin əlaməti olaraq söz verirəm: 1) istər indi, istərsə də sonralar yuxarıda adı çəkilən qoşuna lazım olan buğda və darı yarmasmı [Gürcüstan] Baş hakiminin müəyyən etdiyi qiymətlə tədarük edəcəyəm, çünki onların Yelizavetpoldan gətirilməsi ya çox çətindir, ya da tamamilə qeyri-mümkündür. 2) Qoşunların Şuşa qalasında yerləşməsi üçün qoşun rəisinin bəyəndiyi evləri ayıracaq və lazımi qədər odunla təmin edəcəyəm. 3) Şuşa qalasına Yelizavetpol tərəfdən yoxuşu sahmana salacaq və yolu arabaların gedişi üçün yararlı edəcəyəm. 4) Hökumət Şuşa qalasından Cavada gedən yolu qaydaya salmaq istəsə, onda bu iş üçün lazım olan işçilər hökumətin müəyyən etdiyi məzənnə ilə mənə verilməlidir.

Kürəkçay müqaviləsi
 
Yeddinci maddə

İ.Ə.-nin zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xana və onun varislərinə böyük ehtiram və mərhəmət əlaməti olaraq onu və varislərini üzərində Bütün Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, bayraq onun yanında saxlanmalı və bu ölkə üzərində əlahəzrət tərəfindən bəxş edilmiş xanlıq və hakimiyyət rəmzi kimi müharibəyə gedəndə özü ilə aparılmalıdır.

Səkkizinci maddə

Mən, Şuşalı və Qarabağlı İbrahim xan, İ.Ə.-nin yüksək razılığı ilə özümün gəlirimdən həmişəki kimi istifadə etməyə icazəm olduğundan I.Ə.-nin Tiflisdə yerləşən xəzinəsinə ildə 8.000 çervon bac vərməyi öhdəmə alıram, bac iki müddətə, yəni bir hissəsi fevralın 1-də, o biri hissəsi isə sentyabrın 1-də, özü də bu traktatın İ.Ə. tərəfındən təsdiqi zamanı birinci hissənin, yəni 4.000 çervonun ödənişi ilə başlanır. Bundan başqa Asiya qayda-qanunu ilə and içməklə yanaşı, mən böyük oğlum Məmmədhəsən Ağanın ikinci oğlu Şükürallahı həmişəlik Tiflisdə yaşamaq üçün girov verməliyəm.

Doqquzuncu maddə

İ.Ə. özünün xüsusi mərhəməti ilə, Tiflisdə sədaqət bildirmək üçün saxlanılmalı olan zati-aliləri (xamn) nəvəsinin dolanışığı üçün Rusiya pul vahidi ilə gündə 10 gümüş manat iltifatla bəxş edir.

Onuncıı maddə

Bu müqavilə əbədi müddətə bağlamır və bundan belə həmiəlik heç bir dəyişikliyə uğramamalıdır.

On birinci maddə

Bu traktın İ.Ə. tərəfindən onun dövlət möhürü vurulmuş Ali Fərman ilə təsdiqi bu sənədin imzalanmasından 6 ay keçənədək və ya mümkün olsa, daha tez olmalıdır.
Yuxarıdakılarm həqiqətə uyğun olduğunu [bildirmək] üçün aşağıda imza edənlər Yelizavetpol dairəsinin düşərgəsində, Kürək çayı yaxınlığında, miladın 1805-ci ilinin yazında, mayın 14-də (müsəlman təqvimi ilə 1220-ci il səfər ayırda) bu maddələrə qol çəkərək öz möhürlərini vurdular.
Məlumat üçün bildirək ki, biz bu sənədin tərcüməsini 2007-ci ildə Bakıda, akademik S. Əliyarlının redaktəsi ilə nəşr edilmiş "Azərbaycan tarixi üzrə qaynaqlar kitabından əxz etmişik və tərcüməçilər kimi orijinaldan, yanlış olaraq, "İran” kimi tərcümə edilmiş "Persiya” kəlməsini olduğu kimi saxlamağa üstünlük vermişik. Sənəddəki "Gürcüstan” termininə gəldikdə, burada heç bir səhv yoxdur. Məsələ burasndadır ki, Tiflis xanlığı işğal edildikdən sonra onun ərazisi ruslar tərəfindən məhz belə (Грузия) adlandırılmağa başlanmışdı.
Tarixi ədəbiyyatda Kürəkçay müqaviləsi kimi bəlli olan bu sənəd XIX yüzilin başlanğıcında Rusiya-Azərbaycan siyasi münasibətlərinə dair mühüm rəsmi qaynaqlardan biridir. Onun mətni ilk dəfə general Sisianovun çar I Aleksandrın adına 22 may 1805-ci il tarixli «tam sədaqətli» raportunda olduğu kimi gətirilmişir. Raportun mətni isə öz növbəsində «Qafqaz Arxeoqrafıya komissiyasınm topladığı aktlar»ın II cildində çap edilmişdir
(bax: Акты собранные Кавказскои Архоаграфическои Комиссей, т. II. Под ред. А. Берже. Тифлис, 1868, sənəd 1436, səh. 702-705).



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 1 dekabr 2014 10:51
    Çox sağ ol Günel.Axarıncı olsun

    --------------------

  2. 1 dekabr 2014 13:02
    ela idi Gunel tesekkurler

    --------------------

  3. 2 dekabr 2014 14:05
    Milicka,cox sagol.tarixde bir nece muqavile var ki,onlari mutlek bilmesin,esas Kurekcey,Turkmencay,Gulustan-dir.Ezietine gore minnetdaram..

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.