Moskva müqaviləsi

Moskva müqaviləsi

 

Moskva müqaviləsi ( 1921-ci il 21 mart)- RSFSR və Türkiyə arasında "Dostluq və qardaşlıq" haqqında müqavilə.
 
[/b]
Sülh müqavilələri:
     Moskva müqaviləsi(1921-ci il 21 mart)
      .Moskva müqaviləsi-Rusiya Sovet Federativ Sosialist Respublikası və Türkiyə arasında "Dostluq və qardaşlıq haqqında” müqavilə.
Tərəflər arasında müqavilə bağlanması təşəbbüsü Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Kamal Atatürkün RSFSR Xalq Komissarları Sovetinin sədri Vladimir İliç Leninə 1920-ci ilin 26 aprel tarixli məktubunda irəli sürülmüşdü.Müəyyən diplomatik hazırlıqdan sonra 1921-ci il 26 fevralında Moskvada Sovet- Türkiyə danışıqları başla-
mış,müqavilə hazırlanmışdı.Müqaviləni Martın 21-də Rusiya tərəfindən RSFSR Xalq Xarici İşlər naziri G.Çiçerin və ÜRMİK-in üzvü Cəlaləddin Qorxmazov; Türkiyə tərəfdən Türkiyə Böyük Millət Məslisi höküməti tərəfindən xarici işlər naziri Yusif Kamal bəy,
doktor Rza Nuri bəy və Əli Fuad paşa imzalamışdır.
        Moskva müqaviləsi 16 maddə və 2 əlavədən ibarətdir.Birinci maddə tərəflər hər birinin zorla qəbul olunmağa məcbur edidiyi heç bir sülh müqaviləsini və ya başqa beynəlxalq aktları tanımaması prinsipi ilə razılaşırdılar. Bu maddədə Türkiyənin şimal-şərq sərhədi də müəyyənləşdirilirdi(sərhədlər və ona aid məsələlər I (A) və II(B)
əlavələrində və hər iki tərəfin imzaladığı əlavə xəritədə ətraflı təsvir olunmuşdu.
      İkinci maddədə gostərilirdi ki,Türkiyə Batum şəhəri və limanı və müqavilənin birinci
maddəsində göstərilən sərhədlərdən şimalda yerləşən və Batum dairəsinin tərkib hissəsini təşkil edən ərazilər üzərində suverenliyi iki şərtlə- həmin yerlərin əhalisinin yerli muxtariyyətə,arzusuna müvafiq torpaq qanunu müəyyən etmək imkanına malik olması ; Türkiyə mallarının Batum limanı vasitəsilə gömrüksüz və manesiz keçməsi, ona azad tranzit təmin olunması şərtilə Gürcüstana güzəştə getməyə razıdır.
    Üçüncü maddə Azərbaycanın Naxçıvan bölgəsi ilə bağlı idi.Həmin maddədə göstəri-
lirdi ki,razılığa gələn tərəflər Naxçıvan vilayətinin hazırkı müqavilənin I (C) əlavəsin-
də göstərilən sərhədlərdə Azərbaycanın protektoratlığı altında muxtar ərazi yaradıl-
masına razıdırlar, bu şərtlə ki,Azərbaycan bu protektoratlığı üçüncü dövlətə güzəştə
getməməlidir.
    Dördüncü maddəyə görə,tərəflər xalqların azadlıq və istiqlaliyyət hüququnun,həmçi-
nin onların öz arzularına uyğun idarə forması seçmək hüququnu qeyd-şərtsiz etiraf
etdiklərini bidirirdilər.
       Beşinci maddədə boğazların açılmasının və oradan bütün ölkələrin ticarət gəmilər-
inin azad keçməsinin təmin edilməsi üçün Qara dəniz və boğazların büynəlxalq sta-
tusunun qəti şəkildə hazırlanmasını sahilboyu dövlətlərin nümayəndələrindən ibarət
gələcək konfransın öhdəsinə verməyə razılaşırdılar.Bir şərtlə ki,onun çıxardığı qərar
Türkiyənin tam suverenliyinə,həmçinin öikənin və onun paytaxtı İstanbulun təhlükə-
sizliyinə zərər yetirməsin.
       Altıncı maddədə hər iki ölkə arasında o vaxtadək baölanmış bütün müqavilələrin,
qarşılıqlı surətdə,onların mənafelərinə uyğun olmadığı etiraf edilir,ona görə də bu
müqavilələrin ləğv olunduğu və düçdüyü bildirilirdi.
     Yeddinci maddəyə görə,RSFSR höküməti kapitulyasiya rejiminin hər bir ölkənin
azad milli inkişafı ilə , həmçinin onun suveren hüquqlarının tam həyata keçirilməsilə
bir araya sığmadığını etiraf edərək,bu rejimə hansısa aidiyyəti olan,hər cür funksiya
və hüquqların öz qüvvəsini itirdiyini və ləğv olunduğunu hesab edirdi.
      Səkkizinci maddə ilə hər iki tərəf öz ərazisində digər ölkənin və ya onun ərazisinin bir hissə-
sində hökümət roluna iddia edən təşkilat və ya qrupların yaranmasına və ya olmasına
həmçinin digər ölkəyə qarşı mübarizə məqsədi güdən qrupların olmasına yol vermə-
məyi öhdəsinə götürürdü.Rusiya və Türkiyə qarşılıqlı şərtlərlə Qafqazın sovet respubli-
kalarına münasıbətdə də üzərinə belə öhdəlik götürürdü.
         Doqquzuncu maddədə tərəflər hər iki ölkə arasında əlaqələrin fasiləsizliyini təmin
etmək üçün qarşılıqlı razılıq üzrə dəmir yolu,teleqraf və digər əlaqə vasitələrini saxlamaq və mümkün qədər inkişaf etdirmək məqsədilə ,həmçinin adamların və mal-
ların heç bir maneə olmadan hər iki ölkə arasında sərbəst hərəkətini təmin etmək üçün bütün tədbirləri görməyi öhdələrinə götürürdülər.
        Onuncu maddə ilə hər iki tərəfin digər tərəfin ərazisində olan vətəndaşlarına olduğu ölkənin (onların azad edildiyi milli müdafiə üzrə təəhhüdləri istisna olmaqla)
qanunlarından irəli gələn bütün hüquq və vəzifələr şamil edilirdi.
        On birinci maddədə tərəflər onlardan hər birinin digər tərəfin ərazisində olan vətəndaşlarına daha əlveriçli şərait prinsipi tətbiq etməyə razı olduqlarını bildirirdi.
        On ikinci maddəyə görə,1918-ci ilədək Rusiyanın tərkib hissəsi olan, RSFSR hökü-
mətinin bu müqaviləyə əsasən Türkiyənin suverenliyi altında olduğunu etiraf etdiyi
ərazilərin hər bir sakini Türkiyəni sərbəst tərk etmək və özü ilə əmlakını,mülkiyyətini
və ya onların dəyərini götürmək hüququna malik olmalı idi.
     On üçüncü maddə hərbi əsirlər məsələsinə həsr olunmuşdu.
     On dördüncü maddədə tərəflərin yaxın zamanlarda konsul mübadiləsi  həmçinin hər iki ölkə arasında hazırkı müqavilənin preambulasında qeyd edilən dostluq müna-
sibətləri yaratmaq üçün bütün iqtisadi,maliyyə və digər məsələləri tənzimləyən zəruri
sazişlər bağlamağa razı olduqları göstərilirdi.
     On beşinci maddə ilə Rusiya Cənui Qafqaz respublikalarına münasibətdə onların
Türkiyə ilə bağlayacağı müqavilələrdə hazırkı müqavilənin bilavasitə onlara aidiyyəti
olan maddələrin ,bu respublikaları hökmən tanımaq üçün zəruri addımlar atmağı
öhdəsinə götürürdü.
     On altıncı maddə müqavilənin ratifikasiya olunmasını,ratifikasiya fərmanlarının
mübadiləsinin Qarsda həyata keçirilməsini nəzərdə tuturdu.Müqavilə,on üçüncü maddə istisna olmaqla,ratifikasiya fərmanları mübadilə olunduğu andan qüvvəyə minməli idi
     Moskva müqaviləsi RSFSR MİK tərəfindən 1920-ci il iyulun 20-də,Türkiyə Böyük
Millət məclisi tərəfindən isə 1921-ci il iyulun 21-də ratifikasiya olunmuş, onların mübadiləsi sentyabrın 22-də həyata keçirilmişdi.Moskva müqaviləsinə uyğun olaeaq,
1921-ci ilin oktyabrında Qars müqaviləsi(1921) bağlanmışdı.
 
[b]   Hacıqabul rayonu,UDULU məktəbi,müəllim Z.Əliyev. 

 
Yükləmək ücün qeydiyyatdan keçin!




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 27 sentyabr 2014 19:44
    Neye Gore 13cu madde istisnaydiki bu muqavileye?

    --------------------

  2. 28 sentyabr 2014 06:57
    Çox sağ olun,Zakir müəllim zəhmətinizə görə

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.