Gülüstan müqaviləsi

Gülüstan müqaviləsi

Gülüstan müqaviləsi

         1812-ci ilin mayında Osmanlı imperatorluğu ilə Buxarest sülh müqaviləsini imzalayan Rusiya hökumətinin Cənubi Qafqazda əl-qolu daha da açıldı. Rusiya əsas diqqəti cənub sərhədinə yönəldərək İrana ciddi zərbələr endirdi. Bu zərbələr, o cümlədən Lənkəran məğlubiyyəti İranı sülh danışıqlarına başlamağa məcbur etdi. Mənbələrdə deyildiyi kimi, “İran dövləti ruslar tərəfindən tutulmuş torpaqların geri qaytarlımasına ümidini itirdi”.

         1813-cü il yanvarın axırlarında Fətəli şahın nümayəndəsi Mirzə Səfi Qacarların sülh danışığına hazır olduğunu bəyan etdi. Sentyabrın 27-də Qarabağda-Zeyvə çayı sahilindəki Gülüstan kəndində Rusiya ilə İran arasında sülh danışıqları başlandı. Danışıqlarda İranı diplomat Mirzə Əbülhəsən xan Şirazlı, Rusiyanı isə baş komandan Nikolay Rtişşev təmsil edirdi.

         Sülh danışıqlarında bu torpağın əsil sahibəlrinin nümayəndələri iştirak etmirdilər. Onun taleyini başqa dövlətlər həll edirdilər. Gülüstan danışıqları  sentyabrın 22-də 11 maddəlik müqaviəl layihəsinin hazırlanması ilə başa çatdı. 1813-cü il oktyabrın 12-də tərəflər təntənəli surətdə Gülüstan sülh müqaviləsini imzaladılar. Müqavilənin 2-ci maddəsinə görə, “tərəflər hal-ahzırda hakimiyyətləri altında olan ərazilərə yiyələndilər”. İran bu müqavilənin 3-cü maddəsinə əsasən “Qarabağ, Gəncə, Şamaxı, Dərbənd, Quba, Bakı və Lənkərn xanlıqları”nın, həmçinin “bütün Dağıstan, Gürcüstan (Şuragil əyaləti ilə birlikdə), İmeretiya, Quriya, Minqreliya və Abxaziyanın artıq Rusiyaya məxsusluğu”nu tanıyırdı.

         Göründüyü kimi, dünya tarixində özgə torpaqlarının bölüşdürülməsində analoquna az-az təsadüf edilən Gülüstan sülh müqaviləsi öz ədalətsizliyi  və antihumanistliyi ilə fərqlənirdi. Bu müqavilə dünyanın ən qədim və sivilizasiyalı xalqlarından olan Azərbaycan türklərinin tarixi taleyində çox mənfi rol oynadı, onun xanlıqlar formasında olsa da, qədim dövlətçilik ənənələrinin ləğvinin, ərazilərinin iki hissəyə bölünməsinin başlanğıcını qoydu.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 29 yanvar 2012 18:51
    men bele bir sayt axtarirdim sagolun mumkunse daha genis ve daha basqa melumatlar verin.sagolun gozluyecem

  2. 16 aprel 2012 00:02
    teqdimat olsaydi cox yaxsi olsrdi

  3. 24 iyul 2012 11:08
    ox sagolun ki bel geni mlumatlari yrnmy rait yaradirsiz

  4. 12 fevral 2013 17:51
    sabina_ismayilova,Hamlet muallimin eli deydiyi is hemise cox gozeldir twk smile

  5. 19 aprel 2013 20:44
    cooox tewekkurler xebere gore daha genis olsa...........lap ela olardi yenede ela! winked

    --------------------

  6. 19 aprel 2013 22:21
    tesekkur edirem

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.