Döyüşlər və sülh

Döyüşlər və sülh

 

XVII – XIX ƏSRLƏRDƏ OSMANLI İMPERİYASINA AİD DÖYÜŞLƏR
 
TARİX
DÖYÜŞLƏR
NƏTİCƏSİ
1678
Cigirin döyüşü
Rus ordusu məğlub olaraq Cigirin qalasını tərk etdi
1683
Kalenberq döyüşü
Osmanlı qoşunu avstriyalılara məğlub olaraq Budapeştə çəkildi
1687
II Moxaç döyüşü
Osmanlı qoşunu avstriyalılara məğlub oldu
1691
Salankalın döyüşü
Osmanlı ordusu avstriyalılara məğlub oldu Belqrada çəkildi
1711
Prut döyüşü
I Pyotrun başçılığı ilə rus ordusu mühasirəyə düşdü
1770
Larqa döyüşü
Osmanlı qoşunu ruslara  məğlub oldu
1770
Kaqul döyüşü
Osmanlı qoşunu ruslara məğlub oldu
1770
Xilos (Çeşmə) 
Rus donanması qalib gəldi
1787
Banat döyüşü
Avstriya qoşunu osmanlılar tərəfindən darmadağın edildi
1789
Rımnık döyüşü
Birləşmiş rus-Avstriya qoşunları osmanlıları ağır məğlubiyyətə uğratdı
1827
Navarin döyüşü
Osmanlı qoşunu ağır məğlubiyyətə uğradı
1853
Sinop döyüşü
Rus donanması qalib gəldi
 
 
 
XVII ƏSR – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ OSMANLI İMPERİYASINA AİD SÜLH MÜQAVİLƏLƏRİ
 
MÜHARİBƏLƏR
 
SÜLHLƏR
 
ŞƏRTLƏRİ
 
1677-1681
 
Baxçasaray
Ÿ  Osmanlı dövləti, Kiyev də daxil  olmaqla, yalnız Solsahil Ukraynasının Rusiyanın  tərkibində qalmasını qəbul etdi (Osmanlı dövləti Andrusova barışığının şərtlərini təsdiq etdi)
 
1697-1699
 
Karlovitsa
Ÿ  Macarıstan, Xorvatiya, Transilvaniya Avstriyaya verildi
Ÿ  Sağsahil Ukraynası və Podolya Polşaya, Dalmasiya və Moreya  isə Venesiyaya verildi
Ÿ   
1700
İstanbul
Ÿ  I Pyortun 1697-ci ildə işğal etdiyi Azov qalası Rusiyaya keçdi
1711
Prut
Ÿ  I Pyort Azov qalasını Osmanlı dövlətinə qaytardı
1716-1718
Pojarevatsk
Ÿ  Serbiya və Bosniyanın şimal hissəsi Avstriyaya verildi
Ÿ   Moreya osmanlı dövlətində qaldı
 
1735-1739
 
Belqrad
Ÿ  Avstriya Belqrad şəhərini, Serbiyanı və Bosniyanın şimal hissəsini Osmanlılara geri qaytardı
Ÿ  Təkcə Azov qalası Rusiyada qaldı
Ÿ  Rusiyanın ticarət gəmiləri Azov və Qara dənizdə üzə bilməzdi
Ÿ  Osmanlı ilə ticarət əlaqələri saxlamaq üçün bu dövlətin gəmilərindən istifadə olunmalı idi
 
1768-1774
 
Kiçik
Qaynarca
Ÿ  Krımda Kerç və Yeniqala Rusiyaya keçdi
Ÿ  İlk dəfə olaraq Qara dəniz sahilində Kinburn Rusiyaya keçdi
Ÿ  Rus gəmilərinə Qara dənizdə üzmək ixtiyarı verildi
Ÿ  Rus ticarət gəmiləri Bosfor və Dardanell boğazlarından sərbəst keçmək huququ qazandılar
Ÿ  Rusiya Valaxiyanı və Moldaviyanı öz himayəsinə aldı
 
1787-1791
 
Yassı
Ÿ  Cənubi Buqdan tutmuş Dnestr çayına kimi Qara dəniz sahilləri Rusiyaya keçdi
Ÿ  Rusiya Qara dənizin şimal sahillərində qəti surətdə möhkəmləndi
Ÿ  Osmanlı dövləti Krım barəsindəki iddialarından birdəfəlik əl çəkdi və Krımın Rusiya imperiyasına mənsub olmasını təsdiq etdi
 
1805
Ÿ  Müqavilədə rus hərbi gəmilərinin Bosfor və Dardanell boğazlarından  keçmək hüququ təsdiq edilirdi
 
1806-1812
 
Buxarest
Ÿ  Bessarabiya Rusiyaya keçdi, Dunay çayında rus gəmilərinin üzmək huququ təsdiq edildi
Ÿ  Serbiyaya özünüidarə hüququ verildi
Ÿ  Moldaviya və Valaxiya Osmanlı imperiyasına  qatılıdı
Ÿ  Osmanlılar Cənubi  Qafqazın  böyük  bir hissəsinin Rusiya tərəfindən  işğal olunmasını  təsdiq etdi
 
1828-1829
 
Ədirnə
Ÿ  Yunanıstan  müstəqillik əldə etdi, Valaxiyaya, Moldaviyaya və Serbiyaya daxili muxtariyyət verildi
Ÿ  Rus ticarət gəmilərinin boğazlardan (Dardanel və Bosfordan) sərbəst keçmələri təmin olundu
Ÿ  Rusiya  Osmanlı dövlətindən Axalsıx paşalığının bir hissəsini  qoparmağa nail oldu
Ÿ  Osmanlı dövləti  bütün Cənubi  Qafqazın Rusiya tərəfindən işğalını  tanıdı
 
1853-1856
 
Paris sülhü
Ÿ  Rusiya Qara dənizdə hərbi donanmaya, qalalara sahib olmaq hüququndan məhrum edildi
Ÿ  Bessarabiyanın cənub hissəsi Osmanlı imperiyasına verildi
Ÿ  Rusiya Qarsı Türkiyəyə, müttəfiqlərsə Sevastopolu Rusiyaya geri qaytardı
Ÿ  Dardanel boğazı və Qara Dəniz bütün ölkələrin ticarət gəmiləri üçün açıq elan olundu
1871
London konfransı
Ÿ  Rusiya yenidən Qara dəniz sahillərində qalalar tikmək və orada hərbi donanma saxlamaq hüququ aldı
 
 
 
1877-1878
 
 
San-Stefano (Yaşılköy)
Ÿ  Bolqarıstanın şimal hissəsi, Çernoqoriya, Serbiya və Rumıniya müstəqil dövlət elan edildi
Ÿ  Şimali Dobruca Rumıniyaya verildi
Ÿ  Osmanlı dövləti Çernoqoriyanın və  Serbiyanın müstəqilliyini tanındı
Ÿ  Qars vilayətini və Bessarabiyanı Rusiya ələ keçirdi.
San-Stefano sülhünə Berlin konqresində (1778) yenidən baxıldı. Berlin konqresinin qərarına əsasən
Ÿ  Bolqarıstan üç hissəyə parşalandı, Şimali Bolqarıstan müstəqil oldu, Cənubi Bolqarıstana sultanın hakimiyyəti altında muxtariyyət verildi
Ÿ  Çernoqoriya və Rumıniya tam müstəqil oldu
Ÿ  Makedoniya və Şərqi Bəyazid Osmanlı dövlətinə qaytarıldı
Ÿ  Qars, Ərdahan və Batum Rusiyaya keçdi
Ÿ  Bosniya və Hersoqovinanın idarəsi Avstriyaya verildi
1913
London sazişı
Ÿ  Osmanlı imperiyası Balkanlarda və Egey dənizində olan torpaqlarının çoxundan əl çəkdi
Ÿ  Albaniya müstəqil knyazlıq elan edildi 
 

Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 mart 2015 15:33
    Tesekkurler xebere gore...

    --------------------

  2. 10 noyabr 2015 13:10
    tesekurler

  3. 6 fevral 2016 16:28
    istanbul sulhleri 1590 sefevi osmanli


    1724 seevi osmanli

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.