İlham Əliyev

[/b]

İlham Əliyev[/b]
 

Əziz Tarix infoçular ! Sizlərə gənc respublikamızın dördüncü prezidenti İlham Əliyev haqqında məqalə təqdim edirəm. 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çalışan İlham Əliyev ölkəmizin iqtisadi inkişafında böuük rolu olmuşdur. Buyurun ardına gəlin ! 
[/b]İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərində 6 nömrəli orta məktəbdə oxumuşdur. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olmuş, təhsilini başa vurduqdan sonra 1982-ci ildə həmin institutun aspiranturasına daxil olmuşdur. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi almışdır. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləmişdir. 
1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışmışdır və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olmuşdur. Eyni zamanda, 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin Prezidentidir. Bu sahədəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir.
İlham Əliyev

 İlham Əliyev 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilmişdir. 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvar ayında AŞPA sədrinin müavini və Büro üzvü seçilmişdir. 
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir. 
2008-ci il oktyabrın 15-də İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 
İlham Əliyev


Prezident İlham Əliyev Azərbaycanın və bir çox xarici ölkələrin nüfuzlu orden, medal və fəxri adlarına layiq görülmüşdür:
• Heydər Əliyev ordeni (Azərbaycan Respublikası);
• Beynəlxalq münasibətlər və sülh naminə İhsan Doğramacı mükafatı (Türkiyə); 
• Rumıniya Ulduzu Ordeni (Rumıniya);
• Kral Əbdüləziz Ordeni (Səudiyyə Ərəbistanı Krallığı);
• Şərəf Ordeni (Gürcüstan);
• "Şərəf Legionunun Böyük Xaçı” Ordeni (Fransa);
• Şeyxülislam Ordeni (Azərbaycan Respublikası);
• Rusiya Pravoslav Kilsəsinin "Prepodobnıy Serqiy Radonejskiy” birinci dərəcəli Ordeni;
• "Böyük Kordon” Şərəf Ordeni (Beynəlxalq Hərbi-İdman Şurası);
• MDB ölkələrinin İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının "Şərəf Ordeni”;
• FİLA-nın Şərəf Zalının ən yüksək "İdman Əfsanəsi” ordeni;
• Polşa Respublikasının "Xidmətlərə görə” Böyük Xaç Ordeni; 
• Bakı Dövlət Universitetinin Fəxri doktoru (Azərbaycan);
• Linkoln Universitetinin Fəxri Doktoru (ABŞ);
• Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Fəxri Doktoru;
• L.N.Qumilyov – Avrasiya Milli Universitetin Professoru (Qazaxıstan);
• Bilkənt Universitetinin Fəxri Doktoru (Türkiyə);
• Vergilər üzrə Milli Akademiyanın Fəxri Doktoru (Ukrayna);
• Ploesti Neft və Qaz Universitetinin Fəxri Doktoru (Rumıniya);
• Milli və Dünya İqtisadiyyatı Universitetinin Fəxri Professoru (Bolqarıstan);
• Kyung Hee Universitetinin Fəxri Doktoru (Cənubi Koreya);
• İordaniya Universitetinin Fəxri Doktoru (İordaniya);
• Korvinus Universitetinin ictimai elmlər üzrə fəxri doktoru (Macarıstan);
• M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru (Rusiya Federasiyası)

 

 

İlham Əliyev

 

İ. Əliyevin prezidentlik dövründəki (2003- cü ildən hal-hazıra qədər) əsas xidmətləri:
• Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafi Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında fərman imzalanmışdır;

• Azərbaycanda 1 milyon iş yeri açılmışdır;
• "Heydər Əliyev” ordeni təsis edilmişdir;
• "Azərbaycan Respublikasının Milli Ensiklopediyasının nəşri haqqında” və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrin həyata keçirilməsi haqqında” sərəncamlar imzalanmışdır;
• Təbrizdə Azərbaycan konsulluğu açılmışdır;
• Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsi işə salınmışdır;
• Bakıda Dünya azərbaycanlılarının II və III qurultayları keçirilmişdir;
• "Azəri-Çıraq-Günəşli” yataqlarının "Mərkəzi Azəri" hissəsində ilk neft hasilatına başlanmışdır;
• Qaçqın və məcburi köçkün ailələr üçün qəsəbələr salınmış, çadır şəhərcikləri ləğv edilmişdir;
• Bakı şəhərində nəhəng körpülərin salınması işinə başlanılmışdır;
• Ölkənin hər yerində nəhəng infrastruktur layihələrin - Olimpiya idman-komplekslərinin inşası böyük vüsət almışdır;
• Tarixi "İpək yolu”nun bir hissəsi olan avtomobil yollarının Azərbaycan hissəsində nəhəng təmir və yenilənmə işlərinə başlanılmışdır;
• Ölkədə dövlət əhəmiyyətli obyektlərin genişmiqyaslı təmiri və bərpası işlərinə başlanılmışdır;
• Paytaxt Bakının içməli su təchizatını yaxşılaşdırmaq üçün 262 kilometr uzunluğunda Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmişdir.

İlham Əliyev

 

Məqalədə azerbaijans.com saytından götürülmüş məlumatlardan istifadə edilmişdiR[/b]




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 25 iyun 2012 21:50
    allah prezidentimizi qorusun

  2. 9 iyul 2012 05:42
    Ehsen,heyranan prezidentimize,onu coox sevirik.Bizim xos rifahimiz ucun calisir,olkemizi durmadan gozelesdiriq,Baki ,New yorkdan secilmir,hele gozel heykel ve abideler.suppperrdir.Sukurler olsunki yemek ucun coreyimiz var.Cox sagol,cenab Prezident,

  3. 26 oktyabr 2012 19:21
    duzdu sultan suleymanin dediylerine mende qowuluram yemeyi coreyimiz var o besti artixlamasiynan ama birce qarabagimizda alinsaydi lap yaxwi olardi o vicdansiz ermenilerin elindedi eslinde ermeni kimdi biz bu deyqe hucum elesey alariq qarabagi prosto yenede rusya ve amerika nece deyeller bax ay rusiya tretiy liwniy ozuvu ne salmisan ee sen ortaya

  4. 5 fevral 2013 23:58
    c.ilham eliyev atasi kimi xalq ucun dunyaya gelmisdir. o,bize ders vesaitlerini pulsuz verir. men i.e cox sevirem smile

  5. 10 mart 2013 23:40
    BARJAsda 44 milyon dollarlq 9 lks dair alan/sah 11 yandak adamn, Azerbeycan Respublika bas lham Aliyevin oulu Haydar Aliyev olduu ortaya xd. Ken il 10 min Azrbaycan vtndann illik glirin brabr miqdarda ev satn alan Aliyevin nvs(n)i, mlak rekordular siyahsna adn yazdrma bacard. Palmiye Adasndan alnan dniz sfr malikanlr haqqnda Bak hr hans bir rh edilmdi. lham Aliyevin illik glirinin 228 min dollar olduu qeyd edildi. Transparency International agentliyi trfindn 2009-cu ild ediln aradrmaya gr, Azrbaycann 180 lk arasnda 143n srada itirak etmsin baxmayaraq nv Aliyevin, dnya kbar cmiyytinin rabet gstrdiyi Palmiye Adasndan 9 lks ev sahib olmasnn sual iarlrini artrd ifad edildi. lham Aliyevin qzlar Leyla v Arzu Aliyevin d Barjasda lks mlak srmaylri olduu aqland. Aliyev ailsinin Barjasdak cmi mal varlnn 75 milyon dollar olduu bildirildi.

  6. 11 mart 2013 19:55
    cooox twk-ler!!! laughing

  7. 9 aprel 2013 21:29
    men sehriyar beyin fikrine qatilmiram prezidentin her iki qizi ailelidir biz bilirikki Agalarovun ,Qurbanovun adi evvelden bugune kimi milyarderlerin arasinda onde olub ele bir fakti deyimki Agalaravun serveti 2 milyarddir hal-hazirda,mence prezidentin qizlari hemde milyarderlerin ailesindedirler bunud nezer alaq

  8. 21 aprel 2013 18:19
    maraqli idi

  9. 19 sentyabr 2013 16:51
    her olkeye bele prezident nesib ola bilmir ona gore oz prezidentimizi her zaman sevek

    --------------------

  10. 27 may 2014 21:51
    Bizim pirezdent bizim ucun cox yaxsi isler gorub onun sayesin Azerbaycanda coxlu idman kompileksleri parklar,evler var.

  11. 8 avqust 2014 21:23
    prezidentimize halal olsun.. Azerbaycan ve Turk prezidentlerinden yer uzunde yoxdu.Allah can sagligi versin.. Ilham Eliyev sayesinde cox wukurki bugun cox guclu ordumuz var.Men fereh hissi yawiyiram bugunki gunumuze.)

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.