Əbülfəz Elçibəy

Əbülfəz Elçibəy
 

Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəy (Əliyev) haqqında kiçik bir məlumat bazası. Əbülfəz Əliyev Sosializm zəncirinə qarşı mübarizə aparan Azərbaycanın ən dəyərli evladlarından biri kimi əbədi Azərbaycan tarixinə düşmüşdür.

 

Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il 24 iyunda Ordubad rayonunun Kələki kəndində anadan olmuşdur.Ordubad şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1962-ci ildə SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləmişdir. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilmiş, 1964-cü ilin oktyabrına kimi Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışmışdır. 1965-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına daxil olmuş və 1969-cu ildə "Tulunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1968-1975-ci illərdə BDU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləmişdir. 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla onu həbs etmiş, 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum etmişdir. Dustaqlıq dövründə Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir. Həbsdən buraxıldıqdan sonra 1976-cı ilin dekabrında Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlamışdır. 1992-ci ilə qədər böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlmişdir.
Ə. Elçibəy 1989-cu ildə yaranmış Azərbaycan Xalq Cəbhəsinin, 1995-ci ildən ömrünün sonuna qədər Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri olmuşdur. 1992-ci ilin iyununda Ə.Elçibəy ilk dəfə demokratik səsvermə yolu ilə Azərbaycan Respublikasının prezidenti seçilmişdir. 1993-cü ildə hakimiyyətdən uzaqlaşaraq doğulduğu Kələki kəndinə getmişdir. 1997-ci ilin noyabrında "Bütöv Azərbaycan Birliyi” ictimai-siyasi təşkilatını yaratmış və ona rəhbərlik etmişdir. 1997-ci ildə Ə.Elçibəy həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçilmişdir. 
Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də Ankarada vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ə. Elçibəyin prezidentlik dövründəki (1992-1993) əsas xidmətləri:
•  Sovet respublikaları arasında rus ordusu birinci olaraq Azərbaycandan çıxarıldı;
•  Azərbaycanın Milli Ordusu yaradıldı;
•  Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı;
•  Dövlət Ləl-Cəvahirat Fondu yaradıldı;
•  Ali və orta ixtisas təhsili məktəblərinə qəbul ilk dəfə olaraq test üsulu ilə keçirildi;
•  Təhsil sahəsində özəl müsəssisələrin açılmasına icazə verildi və tezliklə bir çox belə müstəqil təhsil ocaqları     yarandı;
•  Uzun müddət müzakirə obyekti olmuş latın əlifbasına keçidə nail olundu.

 

Əbülfəz Elçibəy
 

Əbülfəz Elçibəy
 

Əbülfəz Elçibəy

 

 

Məqalədə azerbaijans.com saytından götürülmüş məlumatlardan istifadə edilmişdir.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 23 iyun 2012 23:35
    ALLAX REHMET ELESIN !!!

  2. 9 iyul 2012 05:45
    olen adama rehmet duser,ama men hec xoslamamisin bu insani..Heyder Eliyev,Ilham Eliyev hara,Elcibey hara..

  3. 22 avqust 2012 19:50
    Allah rehmet elesin.

  4. 13 oktyabr 2012 20:09
    ELCIBEY siyasetci olmasada esas odurki vetenperver olub.


  5. 26 oktyabr 2012 18:44
    ayaz mutellibov,elcibey,Heyder Eliyev ve Ilham Eliyev prezidentlerimizin hamsi yaxwidi xususende HEYDER ELIYEV o bizim ucun cox wey eliyib ILHAM ELIYEVDE hemcinin ama birce AYAZ mutellibov hecne elemiyib cunki o qirxaq olub tarix 11 ci sinfi oxuyun goreceysiz

  6. 28 oktyabr 2012 12:51
    Tarixi xesiyytlri muqayis ednde onlar haqqinda etrafli melumatli olmaq lazmdir. Elibey siyasti olub ve yegane prezident olub ki, xalq ucun etdiyini xalqa gore edib, oz imperiyasini qurmaq ucun yox. Elibyin siyasi faliyyetinin neticsi musteqil - azad Azrbaycan oldu.Digerleri ise monopoliya, biznes imperiyasi, diktatorluq, sexsiyyetperstis ve s. Tek 11-ci sinif tarix melumatlar ile siyasi dusuncemizi formaladirmaq yanlisliqdir. Sizce tarix kitabnda yaxn 10 il erzind hansi problemler oz eksin tapib, sizce buna yol vererlermi ?!

  7. 7 dekabr 2012 16:45
    Allah rehmet elesin cox xosum gelir bu insandan winked

  8. 7 dekabr 2012 19:16
    Allah rehmet elesin. Ancaq men bu insani tanimirdim. Artiq tanidim.

  9. 16 yanvar 2013 23:00
    ALLAH REHMET EYLESIN ELCEBEY OLMASAYDI INDI MUSTEQIL AZERBAYCAN OLMAZDI HALAL OLSUN ELCIBEYE ALLAH MIN DEFE REHMET EYLESIN

  10. 22 yanvar 2013 16:27
    Allah ona qeni-qeni rehmet elesin

    O canini qoydu dovletimizcun,amma mektebde hazirladigim aciq dersde onun haqqinda bir nece cumle demeye qadaga qoyurlar

  11. 22 yanvar 2013 20:57
    Allah rehmet elesin.teessuf olsun ki bele bir insanin adi cox gec-gec xatirlanir ve cox teessufler olsun ki hetta aramizda onu tanimayanlar da var.onun xalqimizcun etdiyi parlaq iwleri bilmemek bir yana qalsin adini cekende "o kim olub?" sualini ewitmek bele meni kederlendirir..bezen tarix saxtalawdirilsa da,bezen dahi insanlar zamanin bir doneminde unutdurulsa da wexsiyyetler hec vaxt unudulmur.sadece fani olan bu dunyada oz layiqli yerini tutmurlar..hemcinin M.E.Resulzade de..cox tessufler olsun....

  12. 10 mart 2013 23:45
    Zehranur,
    Kehkewanim,
    samilqaqa,
    sebine,
    melekangel,
    Kazim

  13. 11 may 2013 16:50
    Ebulfez beyin heyat yoluna nezer salsaz onun esl vetenperver qeyretli bir insan olduqunu gorersiniz.O vetencun canini qanini veren bir kisi idi.Amma gorurem onu tanimayanlar da var.Yaziq bu millete ki Azerbaycan tarixinde ne qeder xidmetleri olan bu dahi insani tanimiram deyenler de var.Elcibeyin Azerbaycanda hakimiyyeti dovrunde tehsil sahesinde ne qeder yenilikler oldu.Test usulunun tetbiqi Latin qrafikasina kecid ozel tehsil ocaqlarinin yaranmasi hele milli pulun dovriyyeye buraxilmasi ve s................Amma teesufler olsun ki demokratik bir dovletde Ebulfez Eliyevin adi Azerbaycanin Musteqillik tarixinde obyektiv sekilde gosterilmir.Allah ona qeni-qeni rehmet elesin qebri nurla dolsun.Ondan neqeder danissaq bitmez.O sexsi menafeyini yox milletini xalqini dusunurdu.

    Mən həmişə Dahi şəxslə qürur duymuşam. Vətən üçün nə gərəkirsə onu Əbülfəz Elçibəy etmişdir. Sovet dövründə onun qalın zəncirlərinə qarşı açıq aşkar çıxış etmək, Üçrəngli bayreağı təbliğ etmək və s. bu dahinin adı ilə bağlı olmuşdur. Bir kərə Bakı yoylarının birində Universitet müəllimi Əbülfəz müəllimə söz veriləndə o bəy və gəlinlərin saqliqina xoşbəxtliyinə çox deyildiyini söyləyərək gələcək müstəqil Azərbaycan Respublikasının şərəfinə badə qaldırıb ! Bu hadisənin elə axşamı onu həbs edirlər. Lakin onu 2 gün sonra azad edirlər. Onu azad edən şəxs isə Heydər Əliyev olmuşdur. 
    Hörmətli Zəhra xanım ! Mənim şəxsən  Elçibəyə böyük hörmətim var. Vətənpərvər, qorxmaz ! Ancaq mən bir çoxlarının onun lider olması Və prezident olmasını düzgün düşünmürəm. Onun şəxsi keyfiyyətləri göstərdi ki o prezident kimi siyasət apara bilmədi. Bəli testi manatı və s o gətirdi. Ancaq nəzərə alın ki bu hakimiyyətin ilk ayları idi bunu kim olursa həmin zamanda edəcəydi. Sadəcə o lider olsaydı ən azından hakimiyyətini qoruyub saxlayırdı. Düzgün strategiyası olmadı. Büdcənin az olduğu vaxtda onu xalqa xərclədi. Bəli deyecəksiz ki bunun nəyi pis idi? Pis o idi ki hələ vaxtı deyildi o zaman gərək ilk öncə əsas problemlər həll edilməli idi. O və onun ətrafı bunu edə bilmədi. Mən Elçibəyi müqayisə etmək fikrim yoxdur Ona bir daha deyirəm böyük hörmətim var. Allah rəhmət eləsin ! Təki çoxlarımız onun qədər Vətəni sevən olsun !

  14. 3 iyul 2013 15:45
    ALLAH rehmet elesin xalqimiz uchun odenilmez xidmetleri olmushdur,, azeri xalqi bele ogullari ile fexr etmelidir!!!

  15. 11 oktyabr 2013 18:59
     Əbülfəz Elçibəyi her seyi ustesinden gelerdi yanindaki qoca qurtlar olmasaydi.allah rehmet elesin torpagi nurla dolsun.

    --------------------

  16. 7 noyabr 2013 14:32
    ebulfez elcibey her seyin ustesinden gelmeazdi

  17. 10 noyabr 2013 12:09
    maraqlidr.aa yesilsu76 da menim seklimden qoyub.

  18. 15 noyabr 2013 19:26
    ayy bala birinisi men birinci bu sayta daxil olmusam.

  19. 8 may 2014 19:08
    yaxşı ki o var imiş yoxsa indi nə mən nə də bu 9 milyondan əsər əlamət yox idi

  20. 23 iyul 2014 22:38
    Allah rəhmət eləsin. Elçibəy yaxşı insan olub.

  21. 25 oktyabr 2014 00:41
    Allah rəhmət eləsin.

    --------------------

  22. 1 noyabr 2014 02:27
    Sitat: Sultan suleyman
    olen adama rehmet duser,ama men hec xoslamamisin bu insani..Heyder Eliyev,Ilham Eliyev hara,Elcibey hara..

    men bele fikirlewiremki bir nece il sonra Azerbaycan Dovletini prezodenti deiwilenden sonra deyolecek ki indiki prezident hara O vaxdki prezident hara.Vallah,fikire hormet edirem ancag haksiz fikir kimi qebul edirem.Ebulfez Elcibeyin 11ay hakimiyeti dovrunu yaxwi-yaxwi tehlil edin.hazirca Melli veribdi oxuyun.!
    Neyi pis olubki.rus ordusunu Azrbaycandan cixardib.Milli Ordu yaradib.eeh.muselman anlamir.axi.

    --------------------

  23. 1 noyabr 2014 22:42
    Zehranur,seninle raziyam.Duz deyirsen.Kas...... sad
    Sitat: Zehranur
    Allah rehmet elesin.teessuf olsun ki bele bir insanin adi cox gec-gec xatirlanir ve cox teessufler olsun ki hetta aramizda onu tanimayanlar da var.onun xalqimizcun etdiyi parlaq iwleri bilmemek bir yana qalsin adini cekende "o kim olub?" sualini ewitmek bele meni kederlendirir..bezen tarix saxtalawdirilsa da,bezen dahi insanlar zamanin bir doneminde unutdurulsa da wexsiyyetler hec vaxt unudulmur.sadece fani olan bu dunyada oz layiqli yerini tutmurlar..hemcinin M.E.Resulzade de..cox tessufler olsun....

  24. 25 iyun 2015 22:29
    ruhun şad olsun bəyim

    Sitat: Sultan suleyman
    vab yaz
    FIDAN NACduz deyirsen ağ ayılar hara boz qurd hara

  25. 27 iyun 2015 12:08
    Allah rehmet elesin xalqin vetenperver oglu olub

  26. 11 dekabr 2016 16:12
    Əbülfəz Elçibəyi qəbul edə bilməyən insanın varlığı sual altındadır

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.