Bunlar maraqlıdır....

Bunlar maraqlıdır....

 

Bir gün Əmir Teymur əsgərini yanına çağırır. Əsgər onun hüzuruna çox gec gəlir. Teymur əsəbləşib ondan belə gec gəlməsinin səbəbini soruşur. 
Əsgər deyir:
- Ey hökmdar, yolda gələrkən, qarşıma yaşlı müəllimim çıxdı. Onu ötüb keçməmək üçün onun arxasıyca yavaş addımlarla gəlməli oldum. Ona görə gecikdim.
Teymur bunu eşidib əsgəri mükafatlandırır və deyir:
- Müəlliminə belə hörməti olan əsgər vətəni üçün ən faydalı əsgərdir.

Bunlar maraqlıdır....

 

Ən çox övladı olan Ginnes rekordçusu Valentina Vassilyeva adlı rus qadın. 1725-1765-ci illər ərzində onun 69 övladı olub. 16-ı əkiz,7-i üçəm, 4-ü isə dördüz olub.


Bunlar maraqlıdır....

 

1981 doğumlu Dünyanın ən güclü hackeri sayılan Albert Gonzalez. O 36.000.000 kredit kartının şəxsi məlumatlarını oğurlayaraq ümumilikdə Amerikan dövlətinə 400.000.000 dollar dəyərində ziyan vurmuşdur. Gonzales 25 mart 2010-cu ildə federal həbsxanada 20 il azadlıqdan məhrum edilmişdir


Bunlar maraqlıdır....

 

Həyatında çox qadın olan Çaplin 4 dəfə evlənib və 11 uşaq atası olub. 12-ci uşağı məhkəmə vasitəsi ilə ona sırımağa çalışsalar da, ekspertiza aktyorun uşağın atası olmadığını təsdiq edib. Aktyorun sonuncu övladı o 73 yaşında olanda doğulub.


Bunlar maraqlıdır....

 

Fransa kralı XVI Lyudovik kral olandan bəri 1 şeydən qorxurdu. Öncəgöürücü bir qadın ona xəbər vemişdir ki, o ayın 21-də öləcək. Bu xəbər krala çox təsir edir. O, kral olduğu illər ərzində hər ayın 21-də bütün işlərini təxirə salır, öz otağında tənha əyləşir, heç kimlə görüşmür, və dövlət işləri ilə maraqlanmırdı. O, hər ayın 21-də belə etməklə özünü ölümdən qoruyacağını düşünürdü. Amma qorxduğu başına gəldi. Fransa Burju inqilabında yakobinçilərin təkidi ilə 1791-ci ilin 21 iyul tarixində kral XVI Lyudoviki və onun xanımı Mariya Antuanettunu həbs edirlər. Bundan bir il sonra, 1792-ci ilin 21 sentybar tarixində Fransa respublika elan olunur və kral hakimiyyəti ləğv olunur. Dəhşətli məqam bundan ibarətdir ki, 1793-cü ilin 21 ynavar tarixində XVI Lyudovik və onun xanımını başlarının kəsməklə edam edirlər.


Bunlar maraqlıdır....

 

Çin səddini tikib qurtarana qədər qarda, şaxtada, aclıqdan, susuzluqdan, soyuqdan və ağır əməkdən ildə 400 mindən çox insan həlak olmuşdu. Məhz buna görə də həmin dövrdən Çində belə bir xalq məsəli yaranıb:
- "Hər kərpicin sayı qədər insan udan bu divarlar dünyanın ən uzun qəbiristanlığıdır".


Bunlar maraqlıdır....

 

Sirr dolu simvol - SVASTİKA....

[b][/b]
Svastika— ən qədim, ən çox yayılmış qrafik simvollardan biridir. II Dünya Müharibəsinə qədər svastika simvolundan, demək olar ki, dünyanın hər yerində istifadə olunurdu.
1945-ci ildən faşist Almaniyasının məğlubiyyətindən sonra bir çox ölkələrdə svastikadan bir simvol kimi istifadə qadağan olunmuşdur. Keçmiş SSRİ-də müharibədən sonrakı illərdə uşaqlara və yeniyetmələrə belə başa salırdılar ki, guya svastika simvolu kiril əlifbasının 4 ədəd "Г” hərfindən təşkil olunmuşdur. Bu da, 4 əsas qəddar faşizm ideoloqlarının soyadlarının baş hərfləridir. Yəni – Hitler(Гитлер), Hebbels (Геббельс), Himmler (Гиммлер), Нerinq (Геринг)…
Əvvəllər svastika simvolu geniş yayılmış simvollardan biri olmuşdur. Bu simvol mistik simvollardan biri olmuş və mistik məna daşımışdır. Bəzi mütəxəssislər bu simvolu 4 əsas ünsürün göstəricisi kimi izah etməyə çalışmışlar. Yəni – hava, su, od, torpaq… Amerika və İngiltərə mütəxəssisləri isə bu qərara gəlmişlər ki, svastika simvolunun abbreviaturası latın əlifbasının "L” hərfi ilə başlayan 4 sözün birləşməsi kimi başa düşülməlidir. Yəni – "light” – işıq, günəş, "love” – sevgi, məhəbbət, "life” – həyat, "luck” – tale, uğur, xoşbəxtlik…
Svastika simvoluna arxeoloji qazıntılar zamanı tapılmış qədim əşyaların üzərində, qədim xalçaların üzərində daha çox rast olunur. XX əsrin 15-17-ci illərində Rusiyada "Müvəqqəti hökümət”in rəhbəri Kerenskinin dövründə dövriyyəyə buraxılan 250 manatlıq pul əskinazlarının üzərində də svastika simvolu həkk olunmuşdur. Hətta sonuncu rus imperatoru II Nikolayın avtomobilinin üstündə də svastika simvolu var idi.
Svastika qədim simvol olmaqla bərabər, sirri açılmamış bir simvoldur. Yəni- bu simvolun nə demək olduğu, nəyə işarə olduğu hələ də dəqiqliyi ilə açıqlanmamışdır. Bu simvolun hansı məna daşıması haqqında isə mütəxəssislər müxtəlif cür versiyalar irəli sürürlər...


Bunlar maraqlıdır....

 

Özünüzə sağlamlıq və var-dövlət deyil, yaxşı bəxt arzulayın.
Titanikdə də hamı sağlam və varlı idi, lakin bəxti gətirənlər sağ qaldı.- Uinston Çörçill


Bunlar maraqlıdır....

 

Hacı Zeynalabdin Tağıyev ona yaxınlaşan bir neçə pul dilənən uşaqdan yalnız rus olanlara pul verir. Yanındakı adam buna təəccüblənir. Azərbaycanlı olan uşağa nə üçün pul vermədiyini soruşur. Hacının cavabı isə çox konkret olur: 
- Mən öz millətimi dilənçiliyə öyrətmərəm!Və bundan sonra H.Z. Tağıyev həmin azərbaycanlı uşağı himayəsinə götürərək oxutdurur.








Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 13 may 2014 06:45
    maraqli melumatlar idi,tekce 2-sini bilirdim.sagolun

    --------------------

  2. 13 may 2014 11:44
    Hörmətli Nazrina ! Düzgün toplanmış faktlardır. Məlumatlar üçün təşəkkür edirəm......

  3. 13 may 2014 18:28
    Tewekkurker.Cox maraqli melumatlardi.

  4. 14 may 2014 22:57
    HER  BIRINIZE   TEŞEKKÜR  EDİRƏM.....ÇOX  SAG  OLUN.....

  5. 6 yanvar 2015 13:28
    maraqli melumatdi wink tesekkur

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.