Tarixi hekayə

Tarixi hekayə

 

Keçmış  zamanlarda ,Səfəvilər  dövlətində hündür  dağ və sıx  meşələrin  olduğu  yerdə, uçulmuş  bir  koma  vardı.Bu  komada  qoca  bir  qarı  yaşayırdı.O, bütün  ömrünün  yarısını  bu  komada  keçirmişdi.Əvvəllər  heç olmadığı  qədər  varı, pulu, şanı-şöhrəti və  xoşbəxt ailəsi  olsa da, bütün  bunlardan əsər  əlamət  qalmamışdır.Səfəvi-Osmanlı  müharibələrində  əvvəlcə  var-dövlətini, daha  sonra  itirmiş bu qadın, özünü  təkliyə, tənhalığa  qərq etmişdi.Birbaşına  yaşayıb ölüb gedəcəyi günü gözləyirdi.Bundan sonra  illər  ötdü.....
Bu  qoca  lap  əldən  düşmüşdü. Amma  qəlbində  hələ də  böyük  bir arzusu  var  idi. Bu,  sülh  əminamanlıq  və  insanların xoşbəxt  yaşamasını  görmək  arzusu  idi. Daha  sonra isə  haqqa  qovuşmaq....Hər  gecə  dualarında  bunu arzulayırdı. Beləcə, sakit, səssiz tənhalığı  və  ürək ağladan  hıçqırtısı  ilə  yuxuya  gedirdı. Səhərlər də  bu  arzuyla  ayağa  qalxır  və  nə  vaxtsa  bunun  olacağına  inanırdı.  
Allah    gecə-gündüz  dua  edən, Allahdan  əminamanlıq  diləyən, xoşbəxtlık  istəyən  bu  qocanın   səsini  eşitdi. Növbəti  səhər  açıldı. Tanrının  şəfqəti, ətrafa  nur  saçan  günəşin  işığıyla  dolu, bir  səhər...Artıq  Səfəvi və  Osmanlı  dövlətləri  müharibə  etmək  istəmir, sülhün  yaxşı  şəraitin yaranacağına  ümid  edirlər. Buna  səbəb  isə  Tanrının  hər  iki  qardaş dövlətin  hökmdarlarlarının  qəlbinə  saldığı nəhayət  sülh  toxumlarıdır.     
1639- cu  il  mayın  17 si...
Qəsri-Şirin  müqaviləsi  və  iki  böyük  türk  dövlətində  sülhün  əminamanlığın  yaranması...Bu  böyük  müqavilə  hər şeyin  yenidən  başlanacağına  təkan  verdi. Artıq  hər  sey  yaxşıya  doğru  irəliləyirdi. Kənd  təsərrüfatı  günü-gündən  inkişaf  edirdi, şəhərlər  bərpa  olunur, iqtisadiyyat  inkişaf  edirdi.Bu  vaxt  Səfəvilər  dövləti  4  bəylərbəyliyə  bölünürdü. Kəndlərdə  və şəhərlərdə  yaşayan  uşaqlar  da  xoşbəxt  böyüyürdülər.....  
Beləliklə, qoca  qarının  arzusu  həyata  keçirdi. Nəhayət, həyatdan  küsmüş  bu  insanın da  üzü  güldü. Bir  anlıq  müharibəni  xatırladı. Gözləri  doldu  və  yaşarmış  gözlər, sakit  bir  təbəssümlə  dünyaya  ömürlük  bağlandı.Azərbaycanımızda  sülh  bərqarar  oldu...
 

  Yükləmək ücün qeydiyyatdan keçin!
 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 7 oktyabr 2014 12:30
    Kocurdum.indi imkan olmadi.oxumaga.oxuyub telden fikrimi bildirecem.tewekkurLer..)

    --------------------

  2. 9 oktyabr 2014 21:15
    Natiq muellim cox sagolun.yazdiginiza gore,tesekkur edirem.Men beyendim siz de beyenin fellow

  3. 10 oktyabr 2014 00:56
    Hamlet muellim ,tesekkurler.cox duygulu bir hekaye idi.cox sag olun.Hamlet muellim ,men bura Albaniya haqqinda menbeler adli xeber qoymusdum.ancaq siz vermemisiniz .men xeberin yalniz qisa bir hissesini qoymusdum ki,eger uygundursa boyuk ve daha maraqli hisselerini daha sonra yerlesdirim.neye gore xeberi sayta vermediyinizi bilmek isterdim.sag olun!

  4. 11 oktyabr 2014 20:26
    Bagislayin bu hekayeni men yazmisam.sadece Yazdigim hekayeni Muellimime verdim .yazmaq ucun...Ama bu menim beynimin mehsuludu.Siz de cox sagolun yazdiginiza gore Hamlet bey

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.