Monqolların qərb yürüşləri və onların nəticələri

Monqolların qərb yürüşləri və onların nəticələri

Monqolların qərb yürüşləri və onların nəticələri

«Monqol Dünya Müharibəsi» (1207-1293) və onun tərkib hissəsi kimi monqolların Qərb yürüşləri (1220-1260) dünya siyasi xəritəsində önəmli dəyişikliklər etdi. Monqol işğalları Asiyada Hindistan, Filippin, Ərəbistan, Yava adası istisna olmaqla kök saldı, Şərqi Avropa bütünlüklə, Mərkəzi Avropa isə qismən «Asiya cəngavərlərinin» əlinə keçdi. Bu zamanlar dünyanın bilinən 64 milyon km torpaqlarından 44 milyon km monqol idarəsi altında idi. İşğalların ən ucqar nöqtələri qərbdə Vyana və Adriatik dənizi sahilləri, şərqdə isə Yava adası idi. Vyana və Yava arasındakı ərazilər 10000 km-n artıq məsafəni təşkil edir. Bu qədər nəhəng imperatorluğu tarixdə nə Romalılar, nə Osmanlılar və nədə ki, ingilislərə nəsib olmuşdu. Ancaq monqollar bu böyük ərazini bir əsrdən çox saxlaya bilməmişlər və sürətlə itirərək Türk aləmi içində əriyib getmişlər.

 




Köçəri monqol-türk tayfalarının birləşdirilməsi, mərkəzləşdirilmiş dövlətin yaranması, ölkədə qanun-qayda yaradılması və monqolları dünyanın işğalına aparan yollara çıxarılması birbaşa Çingiz xanla bağlı olmuşdur. Çingiz xanı tarixin möhtəşəm hərbi bilicisi və rəhbəri adlandırırlar. Onunla müqayisədə Makedoniyalı İsgəndər və Sezar azdəyərlidir. Bundan əlavə son illərdə Qərbdə aparılmış araşdırmalardan sonra Çingiz xan II - minilliyin 1-li adamı seçilmişdir.

[/b]

[b]Monqolların qərb yürüşləri və onların nəticələri

Çingiz xanın ilkin fəaliyyəti Monqolustanın birləşdirilməsi oldu. Bu birləşdirmə tayfalararası çəkişmələrə son qoydu, lakin bu vəziyyət yalnız bir şərtlə qorunub saxlana bilərdi ki, feodal hərbi-köçəri əyanları mövcud şəraiti müharibələrin kəsilməsində deyil, onun daha da genişlənməsində, davam etdirilməsində maraqlı olsunlar. Çingiz xan dərk edir ki, yalnız işğalçı müharibələr onun əyanlar üzərində hakimiyyətini saxlaya bilər, xəyanətlərdən qoruyar, qiyamların və ara müharibələrin qarşısını alar, eləcə də onun yaratdığı dövləti tez dağılmaqdan xilas edərdi.


İlkin olaraq ilk beşillik dövründə (1206-1211) işğallar məhdud xarakter daşıyırdı: 1207-ci ildə xanın böyük oğlu Cuçi Sibirə yürüş edərək «meşə tayfaları»nı və yenisey qırğızlarını tabe etdi. 1208-ci ildə Subedey-batur, Çingiz xanın ən görkəmli sərkərdələrindən biri, İrtış çayı sahilində merkitləri və naymanları məğlub etdi. 1211-1215-ci illər ərzində isə Şimali Çin işğal olundu.

Monqolların qərb yürüşləri və onların nəticələri

Qərb istiqamətində ilk önəmli hərbi əməliyyatlar 1219-cu ildən Mərkəzi Asiya istiqamətində aparıldı. Monqolların bu yürüşü nəticəsində Xarəzmşahlar dövləti süqut etdi, İran, Qafqaz , Cənubi Rusiya və s. ölkələr talan edildi.


1235-ci ildə Uqedey xanın Qaraqorum yaxınlığında təşkil etdiyi böyük qurultayda Qərb istiqamətində yeni yürüş etmək qərarı alındı. Bu yürüş Avropa ölkələrini əhatə etməli idi.

Avropaya yürüş Çingiz xanın nəvəsi Cuçinin oğlu - Batuya həvalə edildi. O, Ali baş komandan təyin edildi. 1236-1242-ci illər ərzində türk-monqol ordusu demək olar ki, bütün Şərqi Avropanı və qismən də Mərkəzi Avropanı ələ keçirdilər. Yalnız Böyük xan Ugedeyin ölüm xəbəri monqolları Qərbi Avropaya hazırladığı yürüşdən əl çəkdirdi. Monqol ordusunun hissələri Vyana, Adriatik dənizi sahilləri və Mərkəzi Avropanın digər bölgələrinə yaxın cəmləşməsi, eləcə də, bütün Avropanın istila edilməsi heç bir güclü maneəyə rast gəlməməsinə baxmayaraq Batu xan yeni monqol xanının seçilməsi üçün qurultayda iştirakının vacibliyini saydı. Lakin bununla monqolların Qərb istiqamətində yürüşləri bitmədi. Qaraqorum qurultayından 18 il sonra Munke xanın təşkil etdiyi qurultay Qərb istiqamətində istila olunmamış ölkələri – Müsəlman Şərqini, Bağdadı yeni hədəf seçdi. Hülakü xanın başçılıq etdiyi monqol ordusu 1258-ci ildə Abbasilər xilafətinin varlığına son qoydu. Avropa yürüşünün nəticəsində olduğu kimi bu yürüşün sonunda da yeni monqol dövlətinin əsası qoyuldu. Bu yürüş monqolların Qərb istiqamətində təşkil etdiyi sonuncu yürüş oldu.

Monqolların qərb yürüşləri və onların nəticələri

Monqol imperatorluğunun böyük əraziləri əhatə etməsi və burada gedən proseslər tarixin növbəti mərhələsində önəmli dəyişiklik oldu. Bu imperiya bir çox xalqlar və tayfaları birləşdirdi. Onların ictimai-iqtisadi və mədəni inkişafı kəskin surətdə fərqli idi. Başqa dillərə, xüsusi mədəniyyətə malik olan bu xalqlar Monqol imperiyasının tərkibinə zorla daxil edilmişlər. Bu süni birləşmə möhkəm qala bilməzdi.


İlk məğlubiyyətlərdən sonra Monqol imperiyası dağılmağa başladı. Monqollar üzərində ilk böyük qələbə məhz elə Qərb yürüşləri dövründə Misir məmlükləri qazanmışdılar (1260-cı ildə Ayn əl-Cəlut). Ümumi monqol birliyi bu zamandan başlayaraq dağılmağa başladı.

Monqol yürüşləri vahiməli izlər saxlamışdır: dağılmış şəhərlər, viran edilmiş istehsal təsərrüfatı, öldürülmüş dinc sakinlər, qula çevrilmiş uşaq və qadınlar, mədəniyyət abidələrinin dağıdılması və s. Ağır zərbə almış bu ölkələr uzun müddət ərzində özlərinə gələ bilməmişlər. Lakin monqol dövrü yalnız dağıntılar və siyasi çevrilişlərlə yadda qalmamışdır. Xüsusilə XIX-XX əsrlər tarixçilərinin araşdırmaları göstərmişdir ki, monqol yürüşləri bir çox elmi-mədəniyyət yeniliklərinə yol açmış, Şərqlə Qərb arasında yaxın münasibət yaratmışdı.Praktiki olaraq, monqol yürüşlərinə məruz qalmış ölkələr, ilk vaxtlarda məruz qaldıqları vəhşilik, dağıntılar tez bir arada görünməmiş beynəlxalq ticarətlə, mədəniyyətin inkişafı ilə və texniki proqreslə əvəz olunurdu. Avropada aristokratik cəngavərliyi dağıda bilən monqollar bu ölkələrin Çin və İslam dünyası ilə müqayisədə daha kasıb olmasını gördülər. Bunu görən monqollar Avropadan qayıtdılar, yürüşü dayandırdılar və bir çox hissəsində möhkəmlənməyərək geri döndülər. Sonralar da buraları tutmaq üçün yeni cəhdlər etmədilər. Beləliklə, Avropa Monqol imperiyası hüdudlarından kənarda qaldı, lakin öz tacirləri və səfirləri vasitəsilə zəngin Şərq bilgilərini monqolların sayəsində Avropa əldə edə bildi. Əldə olunmuş yeni bilgilər Avropa intibahına əsas oldu. Avropa kitab çapını, barıtı, kompası və Şərq hesabını öyrəndi. İngilis alimi Rojer Bekon monqolların qələbələrini yalnız hərbi üstünlükləri ilə deyil, həm də «elmi təsirləri» ilə bağlayırdı. 

Monqolların qərb yürüşləri və onların nəticələri

Monqollar Avrasiyanın bir çox xalqlarını dövlətçiliyin əsasları, demokratiya, plüralizm, din azadlığı, qanuna tabeçilik, konstitusiyanın aliliyi prinsipləri, hərb məharəti nəzəriyyəsi, mütərəqqi vergi sistemi, qitələrarası poçt rabitəsi məsələləri ilə tanış etmişdir. Monqollar həm də öz-özünə tənzimlənən və inkişaf edən dövlət quruluşu yaratmışdı. Bu quruluşun mövcudluğu üçün daimi sərt nəzarət tələb olunmurdu, cəza tədbirlərinin həyata keçirilməsinə ehtiyac yox idi. Tamamilə savadsız olan, monqol dilindən savayı ayrı bir dil bilməyən Böyük Xaqan uyğur müəllimlərin köməyi ilə övladlarının savad almasına nail olmuşdu, monqol zadəgan uşaqlarının maariflənməsi üçün var qüvvəsi ilə çalışırdı. İtalyan səyyahı Marko Polonun yazdığına görə, Monqol imperiyası zəngin ölkə idi. İnkişaf etmiş sənayesi vardı, yaxşı avadanlığı olan emalatxanaları fəaliyyət göstərirdi. Şaxtalarından kömür və filiz çıxarılırdı, bərəkətli tarlalarından bol məhsul götürülürdü. Xubilay xanın dövründə kağız pullar və digər qiymətli kağızlar buraxılmağa başlanmışdı, müasir kreditləşdirmə sisteminin əsası qoyulmuşdu. Marko Polo ipək və makaron istehsalının sirlərini öyrənməklə yanaşı, Venesiyaya qiymətli kağızlar – veksellər buraxılışı ideyasını da aparmışdı. Beləliklə də Avropanın və bütün dünyanın veksel buraxılışı ilə tanışlığının əsası qoyulmuşdu.Monqol imperiyası tabe etdikləri bir çox xalqları və sivilizasiları bir araya gətirərək yeni dünya qaydası şəklində qurdular. Monqol yürüşlərinə qədər heç kim Avropada Çin haqqında, Çində isə Avropa haqqında eşitməmişdi. Ancaq monqolların sayəsində Qərblə Şərq arasında yaradılmış ticarət və diplomatik əlaqələr bu günə kimi saxlanmışdır.Beləliklə, XIII-XIV əsrlərdə bütün dünyaya səs salacaq tarixi yazan monqollar, dünya sivilizasiyasının formalaşmasında, onun zənginləşdirilməsində və gələcək nəsillərə ötürülməsində həlledici rola malik oldular.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 19 noyabr 2013 21:27
    elaaaaaa elebildim xezine tapdiim derslikde olmiaan 1coox weyleri burdan oyrendiim coox sagooluuuun  feel   biiiiz indi hulakiler dovletin kecdiiiy ve onnan soraki dersdeyiiik

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.