Monqol yürüşləri

Monqol yürüşləri

Qədim dünyanın xəritəsinə baxanda iki sivilizasiya qütbləri – Şərqdə Çin və Hindistan, Qərbdə isə yunan və Roma dünyası arasında türk-monqol xalqlarının məskunlaşdığı uzun ərazi zolağı diqqəti çəkir. Məhz bu bölgədə XIII əsrin əvvəllərində güclü və möhkəm təşkilata malik olan Monqol dövləti yarandı. Dövlətin yaranması ilə monqol işğalları dövrü başladı. Bu işğallar bütünlüklə ümumdünya tarixinə geniş təsirə malik oldu. Bütün Asiyanı və bir çox Avropa ölkələrini əhatə edən monqol işğalları bu ölkələrin tarixində dərin iz buraxdı.

         Vahid dövlətin yaradılması monqol xalqının həyatında mütərəqqi hadisə idi. Bununla monqol cəmiyyətinin ictimai quruluşunun feodallaşması başa çatdı və monqol xalqının təşəkkülündə həlledici rol oynadı.

        

Monqol yürüşləri


Monqol işğalları çərçivəsində aparılan Qərb yürüşləri digər istiqamətlərdəki kimi qanlı müharibələrlə, qəddarlıqla və milyonlarla insanların zərər çəkməsi ilə müşayiət olunurdu. Tarixçilər bunu Monqolustanda XI - XIII əsrlərdə gedən bioloji-psixoloji və qeyri – adi  proseslərlə, Çingiz xanın ilahi qüvvəyə malik olması ilə bağlayırdılar. Bir nəfər bu şəxs hakimiyyətə ölkədə özü gəldi, təkbaşına monqol xalqını idarə etdi və təkbaşına monqol dünya müharibəsinə başladı. Təbii ki, tarix yenidən yazılmır. Çingiz xanın ölkəni birləşdirməsi baş tutmaya bilərdi, əgər o, şəxsi keyfiyyətlərə malik olmasaydı: siyasətçi, islahatçı, diplomat və sərkərdə.

         Monqol hücumlarına məruz qalmış ölkələrin tarixində, Monqol imperiyasının mövcud olduğu dövr – onların tarixinin ayrılmaz hissəsidir. Bu dövr fərqli qiymətləndirilir, ancaq onun əhəmiyyəti danılmazdır. Dünya imperiyasına çevrilmiş bu dövlət geniş əraziləri əhatə etmişdi : Şərqdə Sarı dənizdən qərbdə Atlantik okeanı sahillərinə kimi, şimalda qütb tundrasından cənubda Hind çayı sahillərinə kimi. Bu imperiya yüz milyonlarla insan cəmi bir milyona bərabər xalq tərəfindən tabe edilərək vahid qanunlarla idarə olunurdu. Bu imperiyanın başqa diqqətəlayiq  cəhəti, onun tərkibində güclü inkişafa malik sivilizasiyaların olması idi : Çin, İslam aləmi, Rusiya və qismən Şərqi Avropa. Belə vəziyyət praktiki olaraq bütün Avrasiya kontinentində nəinki mal mübadiləsinə, hətta insan, elmi biliklər və dini münasibətlərə imkan yaratmışdır.

        

Monqol yürüşləri


Qeyd olunan dövrün teatr səhnəsi çox genişdir, belə ki, XIII – XIV əsrlərdə monqol qoşunları dünyanın bir çox ölkələrində hərbi əməliyyatlar aparmışlar :  Mançjuriyadan Fələstinə və Yavadan Şərqi Almaniyaya kimi. Bu geniş ərazidə əməliyyatlar aparılarkən Sakit okeanı sahillərindəki hücumlar istisna olmaqla , monqollar heç gəmilərdən də istifadə etməmişlər. Ancaq  kommunikasiya xidmətləri yüksək idi. Monqol yürüşlərini öyrənməmişdən əvvəl onların ordusuna. Təşkilatçılığına, strategiyasına, taktikasına, silahına və s. Diqqət vermək lazımdır. Bununla yanaşı o dövrün monqol cəmiyyətinin sosial strukturasını, maddi-mədəniyyətini araşdırmaq əsasdır. Doğrudur monqollar keçirdikləri həyat tərzlərinin gündəlik ənənəsi, onun bir çox hissəsini, Asiya köçərilərindən mənimsəmişlər. Lakin onların həyatında baş vermiş köklü dəyişikliklərin əksəriyyəti monqol dühası – Çingiz xanın adı ilə bağlıdır.         

        

Monqol yürüşləri
 


Monqollar bütün sivilizasiya dünyasını ələ keçirməyə çalışan nə birinci, nə də ki, sonuncu köçərilər idi, lakin onlar öz hakimiyyətlərini bir çox xalqlara qəbul etdirməyə çalışan ən həlledici cəhdə imza atmışlar. Monqollardan sonra köçərilik oturaq həyat tərzinə alternativ olmaqdan qurtardı.

         Monqollar bir çox ölkələrdə müharibələr apardıqları və idarəçilik dövrü keçirdikləri onların tarixinin şahidliyi çoxsaylıdır və rəngarənglidir. Artıq işğalların ikinci dövranı zamanı öz şəxsi yazılı qaynaqlarını saxlamağa başlamışlar. Müasir  elmin standartlarına uyğun olaraq monqol dövrünün ümumi tarixi, etnologiyanı və coğrafiyanı bilmədən, monqol, çin, yapon, birman, türk, fars, gürcü, suriya, yunan, ərəb, rus, latın, fransız və italyan dillərində olan , orta əsrlər dövrünə uyğun dildə yazılan vacib sənədləri araşdırmadan öyrənmək çətindir. Təbii ki, indi bütün bu dilləri bilən alim tapılmaz. Ona görə mütəxəssislər bu mənbələrin tərcümələrinə və məlumatlarına əsaslanmaq qalır. Yazılı qaynaqlarla yanaşı arxeoloji qazıntılar və incəsənət əsərləri də qiymətli məlumatlar verir.

        

Monqol yürüşləri


Arxeoloji qazıntılar nəticəsində məlumatlar əldə edilmişdir : Krımda, Köhnə və Yeni Sarayda, Monqolustanda Qaraqorum qalıqlarında, Iranda və s. Asiyanın bir çox hissəsində monqol dövrlərinə aid çoxlu sayda pul dəfinələri də tapılmışdır. Çin, hind və fars rəsm əsərləri və miniyaturaları monqol əsgərlərinin xarici görkəmlərinin, onların

silahlarının və həyat tərzini əyani şəkildə öyrənməyə imkan verir.

Tədqiqatın məqsədi və vəzifələri. Monqolların Qərb istiqamətində apardıqları yürüşləri ayrı-ayrı tədqiqatçıların işlərində əhatə olunmuşdur. Lakin bütün bu araşdırmalar Böyük Monqol imperiyasının tarixi çərçivəsində və ya elmi məqalələr toplusu halında yazılmışdır. Mənbələri və müxtəlif əsərləri araşdırarkən əsas diqqət monqolların Qərb istiqamətindəki yürüşlərinə əsas diqqət verildiyini, köçərilərin İslam və Xristian dünyasına gətirdikləri faciələr, dağıntılar, tənəzzüllər və s.nəticələrin şahidi oluruq. Yalnız çox az sayda müəlliflər monqolların müsbət təsirlərinə əsas diqqət ayırmışdır. Monqol işğalçı yürüşlərinin uğurlarını sözügedən dövrdəki siyasi və iqtisadi vəziyyətlə bağlamışlar. Monqol yeniliyi, hərbi taktika və strategiya, elm və mədəniyyətə təkan, texniki proqress və s. tabe edilmiş xalqların nailiyyəti kimi qəbul edilir və köçərilik bəşəriyyət tarixində aşağı inkişaf səviyyəsi kimi qəbul olunurdu.

          

Monqol yürüşləri


Təqdim olunan işdə əsas diqqət monqolların işdə əsas diqqət monqolların Qərb yürüşlərinə yönəlmişdir. Monqolların Qərbdəki fəaliyyətində yalnız dağıdıcı zərbələr əks olunmamışdır. Monqol yürüşlərinə məruz qalan ölkələrin siyasi quruluşundan tutmuş ən adi gündəlik həyat tərzinə kimi önəmli dəyişikliklər geniş şəkildə təsvir olunub. Monqolların yaratdıqları beynəlxalq ticarət əlaqələri, iqtisadi yenidənqurmaları , yeni rabitə mərkəzləri böyük əhəmiyyətə malik olmuşdur. Məhz monqol dövlət strukturu, ordu quruluşu, döyüş taktikası və s. bir çox dövlətlərin formalaşmasına, güclü hərbi qüvvələrin yaradılmasına əsas olmuşdur. Dissertasiyanın əsas məqsədlərindən biri də monqol ordusunun mükəmməl quruluşunun döyüş taktikasını, kəşfiyyat əməliyyatlarının geniş təsvir etməkdir. XIII əsr üçün aparılmış müqayisələr köçəri monqol ordusunun qat-qat Avropa cəngavər qüvvələrindən üstün olmasıdır, hətta qarşı-qarşı görüşlərdə köçərilərin qələbə qazanması monqol hərbi sisteminin əyani təsdiqidir.

         Monqolların heç bir elmi kəşfləri olmamağına baxmayaraq, onlar işğal etdikləri ölkələrdə elm və mədəniyyəti himayə etmişlər. Monqol dühası Çingiz xan elmin böyüklüyünü anlayaraq bütün ətrafına yazıb-oxumağı , hesabı, tarixi, coğrafiyanı və s. öyrənməyi tapşırmışdı. İşğal olunan ölkələrdən ilk  növbədə həkimlərin, müəllimlərin, alimlərin, sənətkarların və s. siyahısı tutularaq xüsusi himayəyə alınırdı.

         Beləliklə dissertasiyada bir vəzifə kimi monqol yürüşlərindən güclü təsir olan Qərb ölkələri, dağıntılarla yanaşı əhəmiyyətli dərəcədə nəticələr də əldə etmişdir. Monqol istilaları və onların Qərblə Şərq arasında bir-başa əlaqə yaratmaları, dağıntılarla yadda qalmış XIII - XIV əsrlər XV – XVIII əsrlər üçün "böyük sülh” hazırlaması, Avropada yeni biliklərin əldə olunmasının mühüm ixtiralara və Böyük Coğrafi Kəşflərə yol çıxarması monqolların Qərb yürüşlərinin dünya sivilizasiyanın formalaşmasında ən mühüm göstəricisidir.

Tədqiqatın mənbə bazası. Monqol yürüşləri, Çingiz xan və onun varisləri, monqol-tatarlara qarşı mübarizə hərəkatı və s. kimi mövzular haqqında geniş sürətdə yazılmışdır və çoxlu sayda ədəbiyyat vardır. Monqol imperatorluğunun yaranması mövzusu Şərq tarixinin ən başlıca araşdırma mərkəzi olmuşdu. Lakin tarixçilər bu mövzunu başqa-başqa qiymətləndirir və araşdırırdılar. Bəziləri monqolları tənqid edir, başqaları tərifləyir və s.

           Monqol işğalları dövrünə ən qədim mənbələrdən biri "Monqolların  gizli tarixi” əsəridir. Bu əsər XIX əsrin sonunda Pekində aşkar edilmişdir. Əsər XIII əsrə adı monqol dilində Cin heroqlifləri ilə yazılmışdı. Alimlər əsəri oxumağa və aydınlaşdırmağa nail oldular. Bu tarixi əsər 1240-cı ildə yazılıb və qəhrəmanlıq dastanı janrında idi. Kitabın böyüklüyünün əhəmiyyəti onun yeganə monqolların şəxsən özlərinə aid olan yazılı qaynaq olmasıdır. Əsər Çingiz xanın zamanından Ugedeyin dövrünə kimi "qızıl nəslin” tarixini əks etdirir. Bu əsərin bir neçə tərcümə variantı məlumdur. Təqdim olunan dissertasiyada S.

Kozinin tərcümə variantında istifadə edilmişdir. Ehtimal olunur ki "Monqolların qızıl tarixi” Çingiz xanın oğulluğu Şiqi-Xutuxu tərəfindən yazılmışdır. Əsərdə əsas diqqət Çingiz xanın həyatında, onun sərkərdəlik məharətinə, monqol xanlarının hərbi yürüşlərinə,

monqol adət ənənələrinə , dininə, məşğuliyyətlərinə və s. verilmişdi.

         Çingiz xanın dövrünə aid əsas mənbələrdən biri də "Men-da bey-lu”(Monqol-tatarların tam təsviri). Əsər 1220-ci ildə monqollarla Sun imperiyası adından danışıqlara göndərilmiş Çjao Xun tərəfindən yazılmışdır. Çjao Xun Şimali Çində monqol düşərgəsində bir ilə yaxın qalmış və diplomatik – kəşfiyyat missiyası apararaq monqolların tarixi haqqında dövlət quruluşu, hakimləri, hərbi qüdrəti, iqtisadiyyatı və s. haqqında təsvir etmişdir. Əsərin qiymətli edən isə odur ki, o, Çingiz xanın yaşadığı dövrə aid yeganə Çin pənbəsidir.

Monqol imperiyasının işğalçı yürüşləri, onun hərbi-siyasi planları bır çox Avropa və Asiyə  

Xalqlarına aid edildiyi üçün təqdim olunan mövzu üçün mühüm əhəmiyyətə malikdir. Bununla əlaqədar dissertasiyanın hazırlanmasında Çin mənbələri ilə yanaşı İran və Avropa mənbələrindən də istifadə edilmişdir.                       

          Hülakilər dövlətində Qazan xanın vəziri olmuş məşhur Azərbaycan alimi Nəsrəddinin Tusinin nəvəsi Fəzlullah  Rəşidəddin tərəfindən yazılmış "Came ət- təvarix” (Tarixlər toplusu) əsəri qiymətli mənbədir. Əsərdə Hülakü xandan Qazan xanın hakimiyyətinin sonuna kini olan dövr müfəssəl şərh olunur. "Came ət-təvarix” dünyanın bir sıra ölkələrinin tarixini də əhatə edir. Əsər mühüm qiymətli sənəd olması onun ilkin mənbələr əsasında yazılmasıdır. Rəsidəddin bütün Şərq dünyasında ilk mənbələrə tənqidi yanaşaraq böyük tarixi əsər yaratmış ilk tarixçidir.

         Digər İran mənbələrindən birini isə Hülakilər dövlətinə yüksək məmur vəzifəsində işləmiş Cüveyin yazmışdır. Onun 1280-ci ildə Bağdadda qələmə aldığı "Tarix-i cahan şah” ("Dünyanın fatehinin tarixi”) əsəri XIII əsrə aid olan hadisələrin mühüm məlumatçısıdır. Cüveyni  Monqol imperiyası ərazisinə dəfələrlə səyahət etmiş. Monqolustanda olub, ilk mənbələrlə tanış olmuşdu. Onun əsərində monqolların həyatı, işğalları və yenidənqurmaları geniş surətdə əks olunmuşdu.    

           

Monqol yürüşləri


Avropa səyyahlarının XIII əsrdə Monqolustan haqqındakı qeydləri bütün dövrlərdə çoxsaylı araşdırmalara və monoqrafiyaların yazılmasına əsas olmuşdur. Monqolların Rusiya və Şərqi Avropaya yürüşlərindən sonra Avropa monarxları və Roma papalarının diqqət çəkməsinə səbəb olmuşdur. 1246-cı ildə Qaraqoruma çatmış fransıkan rahibi Covanni del Plano Karpini Roma papası IV İnnokenti tərəfindən göndərilmişdir. Onun buralarda olması , monqolların həyat tərzlərinə , adət-ənənələrinə aid , ordu quruluşu və taktikası, dövlət strukturu haqqında ətraflı məlumatlar toplusu "Monqolların tarixi” əsəri halında yazmışdır.

         Eyni məzmunlu qeydləri monqollar haqqında Fransa kralı IX Lyudoviq tərəfindən 1253-cü ildə monqol xanının yanına göndərilmiş Vilhelm Rubrukun yazıları və səyyah Marko Polonun kitablarıdır. Bu qeydlər xüsusilə sonrakı zamanlarda tacirlər üçün mühüm qeyd kitabçası olmuş, monqolların tarixinə , mədəniyyətinə , iqtisadiyyatına və s. ətraflı olmuşdur. 

 

Davamı olacaq.......İzləyin........Növbəti hissədə

"Çingiz xan və Monqolustanın birləşdirilməsi"

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 31 yanvar 2012 11:00
    Hamlet muellim, monqollar ozlerinin tarixini sizden yaxsi bile bilmez!

  2. 1 fevral 2012 00:32
    Cingiz xan yurushe bashlamaq istyeyende dizini atirdi yere ve 10 mine qeder sayirdi. O, ayaga qalxinca 200 min qoshun butun komekci hisseleri ile artiq yolda olurdu. Dushergede qalanin boynunu vururdular.ABSH generallarindan biri deyib ABSH ordusu bir nece 10 sonra bele operativliye nail ola bilse boyuk muveffeqiyyet elde ede biler.Niye biz hemishe "peygemberleri" kenarda axtaririq.Belke tariximizi yada salaq.Mehz buna gore sene teshekkur Hamlet muellim.

  3. 14 fevral 2012 19:24
    Medine men tapdm.Tarixi meqaleler bolmesinde. Cavabna gore cox
    saq ol.Derslerinde sene uqurlar.

  4. 14 fevral 2012 20:38
    teshekkurler,Allah komeyiniz olsun Amin!

  5. 17 yanvar 2013 22:38
    twk melumata gore

  6. 27 yanvar 2013 21:33
    melumat ucun tewekkurler men telebeyem ama minillik ve esr meni cawdirir muellimlerden soruwa bilmirem xaiw edrem bunu mene izah edinde

    Hormetli Gulya xanum Esr ve minilliki sorushmaq istediz Men bunu izah etmek ucun yeni bir meqale verecem bu qune baxarsiz orda Sizin tek ricaniz uzre !

  7. 28 yanvar 2013 11:08
    minillik 1000 ildir esr ise 100 il

  8. 26 dekabr 2014 08:12
    Çox sağ olun...

    --------------------

  9. 30 iyul 2015 20:47
    tesekkur.amma bu bir film olsa super olardi

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.