Tir şəhərinin müqaviməti

[/b]

Tir şəhərinin müqaviməti

Makedoniyalı İsjəndər görkəmli sərkərdə hesab edlir. O, nə kiçik, nə də böyük döyüşlərdə bir dəfə də məğlub olmamışdı. İsgəndər həm ordusuna komandanlıq edir, həm də həmişə ön sıralarda, ən təhlükəli yerlərdə döyüşürdü. Yunan və makedoniyalıların saysız-hesabsız qələbələri təkcə onun sərkərdəlik məharətinin deyil, həm də şəxsi igidliyinin, əldə silah rəşadətlə döyüşməsinin nəticəsi idi.Tirin mühasirəsi. İsgəndər Misirdə

 


Alınmaz şəhərin taleyi. İsgəndər hələlik III Daranı təqib etmək, onun paytaxtını ələ keçirmək planını təxirə salaraq və öz ordusunu cənuba- Finikiyaya yeridir. Farslara tabe olan Finikiya donanması Aralıq dənizində hökmranlıq edirdi. Arxa tərəfdən öz təhlükəsizliyini təmin etmək üçün İsgəndər Finikiyanın ən mühüm şəhərlərini-Tir, Sidon və Bibli tutmağı əmr edir. Sidon və Bibl şəhərləri öz qapılarını dünya fatehinin üzünə açır. Lakin Tir şəhərinin əhalisi elan edir ki, makedoniyalılara bu şərtlə tabe olurlar ki, onlar şəhərə daxil olmasınlar və onun idarəçilik işinə qarışmasınlar. İsgəndər elçi göndərək özünün ulu əcdadı Heraklın məbədinə hədiyyə vermək üçün şəhərə buraxılmasını tələb edir. Tirlilər elçini öldürür və cəsədini dənizə atırlar. Qədimdə insan meyitinin dəfn olunmaqdan məhrum edilməsi ən ağır təhqir və hörmətsizlik sayılırdı. İsgəndər inadkar şəhəri ələ keçirməyi əmr edir. Tir şəhəri sahildən dar boğaz vasitəsi ilə ayrılan bir adada yerləşirdi. Hər tərəfdən möhkəm qala divarları ilə əhatə olunmuşdu. Tirlilər öz şəhərlərini alınmaz hesab edirdilər.

Makedoniya ordusunda Diad adlı bir məşhur yunan mühəndisi var idi. O, qalanın alınması üçün texniki vasitələr –təkərlər üzərində hərəkət edən taran, divarların devşilməsi üçün burğu və mühasirə qüllələri ixtira etmişdi. Lakin bu vasitələri Tir şəhərinin divarları yanına gətirmək mümkün deyildi. Ona görə də İsgəndər quru ilə şəhəri ayıran boğazı doldurmağı əmr edir. Düşmən donanması bu işə mane olduğundan İsgəndər qonşu Finikiya şəhərlərindən gəmilər tələb edir. İMəğlub olan donanma geri çəkilir və makedoniyalılar adanı quru ilə birləşdirirlər.

[b]Tir şəhərinin müqaviməti

Tir sakinləri öz şəhərlərini qəhrəmancasına müldafiə etsələr də, makedoniyalılar divardeşən maşınlarla qurudan və dənizdən onun divarlarını dağıtmağa nail olurlar. İşğalçılar əhalinin bir hissəsini qırır, qalanlarını isə qula çevirirlər.


Tir dövrünün ən alınmaz şəhəri hesab olunurdu. İsgəndər onu almaqla sübut edir ki, heç bir şəhər onun qarşısında tab gətirə bilməz. Tir üzərində qələbədən sonra bütün Finikiya sahilləri makedoniyalıların əlinə keçir. Limana malik olmayan Əhəməni donanması daha yunan və Makedoniya üçün qorxu törətmir.

Amon ilahının oğlu. Bu qələbədən sonra İsgəndər öz ordusunu Şərqə deyil, Misirə doğru yönəldir. Əhəməni imperiyasının tərkibində olan Misirin əhalisi dəfələrlə işğalçılara qarşı üsyan qaldırmışdılar. Ona görə də onlar fatehi xilaskar kimi qarşılayırlar. İsgəndər Misirdə öz qarnizonunu qoyaraq III Daraya qarşı hərbi yürüşü davam etdirmək istəyir. Bütün bu müddət ərzində III Dara yeni ordu toplayır və ümid edir ki, tezliklə əvvəlki məğlubiyyətlərinin əvəzini çıxacaqdır.

Lakin İsgəndər qədim dünyanın ən möcüzəli ölkəsində bir qədər ləngiməli olur. O, ölkənin paytaxtı Memfisə daxil olaraq Misir ilahlarına və müqəddəs Apis öküzünə hədiyyələr verir, kahinlərə ehtiram göstərir və onları mükafatlandırır. Bunun əvəzində isə kahinlər İsgəndəri Misirin qanuni hökmdarı-fironu elan edirlər. Firon Misirdə Günəş ilahı Amon-ranın oğlu hesab olunurdu. Buna görə də kahinlər İsgəndəri ilah, Amonun oğu kimi tanıyırlar.

İsgəndər gələcəkdən xəbər verən münəccimlərə çox inanırdı. Misirdə ən məşhur münəccimlərdən biri sussuz bir səhrada yerləşən Amon ilahının məbədində yaşayırdı. İsgjəndər onunla görüşmək üçün kiçik bir dəstə ilə yola düşür. On gün öz dəstəsi ilə qumlu səhrada hərəkət edir. Bir əfsanədə deyilir ki, artıq makedoniyalılar bürküdən məhv olmaq təhlükəsi ilə üzləşdiyi zaman yağış yağır. Onalar yollarına davm etdikdə isə iki qarğa və iki ilan bu yolu onlara göstərir. Münəccim-kahin İsgəndərə bildirir ki, o, bütün dünyanı öz iradəsinə tabe edəcəkdir. Belə bir cavab böyük fatehi digər məsələlərdən daha çox qane edir.

Tir şəhərinin müqaviməti

İsgəndərin əmri ilə e.ə. 331-ci ildə Misirdə İsgəndəriyyə şəhərinin əsası qoyulur. Bu şəhər Nilin Aralıq dənizinə tökuldüyü yerdə, Faros adasının yaxınlığında gəmilərin dayanması üçün əlverişli limanın sahilində salınır. Şəhərin planını Yunanıstanlı memar Deynokrat hazırlamışdı. O, bu planı İsgəndərə izah etmək üçün təbaşir tapmadağından, qara torpağın üstündə buğda unu vasitəsi ilə gələcək şəhərin küçə və meydanlarının sxemini çəkir. Bu zaman quş sürüsü yerə qonaraq unu bütünlüklə yeyir. İsgəndər bu gözlənilməz hadisədən təşvişə düşür. Münəccimlər bu hadisəni belə izah edirlər ki, onun əsasını qoyduğu şəhər çiçəklənəcək və müxtəlif ölkələrdən gəlmiş insanları yedirib doyuzduracaqdır.


Bütün yürüşləri zamanı İsgəndər Frakiyada Kiçik Asiyada, İranda və Hindistanda öz adını daşıyan çoxlu şəhərlər saldırır. Lakin onlardan yalnız Misir İsgəndəriyyəsi öz adını və şöhrətini qoruyub saxlayır.
«Dəvə tövləsi» döyüşü. Tirin işğalı və Misir yürüşü təqribən 2 il vaxt aparır. Bu müddətdə III Dara nəhəng bir ordu toplayır. O, öz ordusuna imperiyanın şərq hissəsinin bütün döyüşçülərini səfərbər edir. Qədim dünya hələ bu sayda bir ordu görməmişdi. Tarixçilər yazırlar ki, fars ordusunun sayı milyona çatardı. Müasir tədqiqatçılar də belə hesab edirlər ki, istənilən halda III Daranın ordusu makedoniyalılardan sayca on qat çox idi. Bu döyüşün onun taleyini həll edəcəyini yaxşı bilən III Dara ona yaxşı hazırlaşmışdı. O, Qavqamela kəndi (mənası «Dəvə tövləsi») yaxınlığındakı əlverişli düzənliyi döyüş yeri seçir. Makedoniya falanqasına zərbə endirmək üçün 200 döyüş arabası hazırlanmşdı. Həmin arabaların təkərinə kərənti bərkidilmişdi. Orduda Hindistandan göndərilmiş 500 döyüş fili də var idi. Əhəməni ordusuna təcrübəli və amansız Əhəməni satrapı Bess komandanlıq edirdi.

Bu döyüşdə də İsgəndərin sərkərdəlik istedadı özünü göstərir. Say və texniki üstünlüyünə baxmayaraq Əhəməni ordusu məğlub olur. III Dara kiçik bir dəstə ilə qaçır. İsgəndər onu təqib etmək üçün ardınca dəstə göndərir. Özü isə ordusunun başında Babilə daxil olur. Babil hakimləri şəhərin darvazalarını qaliblərin üzünə açırlar. Babil kahinləri isə İsgəndəri Babislitan padşahı elan edirlər. İsgəndər Babili öz dövlətinin paytaxtına çevirmək qərarına gəlir. Onun əmri ilə dağılmaqda olan Babil qülləsi sökülür və yerində daha əzəmətlisi inşa olunur. Babil ilahlarına qurbanlar verdikdən sonra İsgəndər öz yürüşünü davam etdirir. Hələ III Darının zəngin xəzinəsinin saxlandığı iki paytaxt şəhəri-Suz və Persepol tutulmamışdı.
Hökmdar hədiyyəsi. Suz şəhəri döyüşsüz ələ keçirilir. Persepol isə Fars əyalətində yerləşirdi. Oraya yalnız «Fars darvazası» adlanan dağ aşırımlarından keçən dar bir yolla getmək mümkün idi. Bu yolu III Daranın ordusunun qalıqları qoruyurdu. İsgəndər öz ordusunu iki dəstəyə bölür. Birinci dəstə dağ çığırları ilə farsların arxasına keçir. Siqnal verildikdən sonra hər iki Makedoniya dəstəsi farsların üzərinə hücum edərək «Fars darvazasını» tutur. Persepola gedən yol açılır. Fasrlar şəhərin müdfaiəsini təşkil edə bilmirlər. Nəticədə şəhər makedoniyalıların əlinə keçir.

Suzdakı dövlət xəzinəsində 50 min talant, Persepoldakında isə 120 min talant, təxminən 5 min ton qızıl var idi. Bu sərvət əsrlər boyu əsarət altında olan xalqların talan edilməsi nəticəsində toplanmışdı. İndi bu zəngin sərvət bütünlüklə İsgəndərin əlində idi.

Hökmdar bu saysız-hesabsız qənimətin bir hissəsini anası Olimpiadaya göndərir. Öz tərbiyəçisi Leonidə isə 500 talantıq ladan və 100 talantılq mirra göndərir. Ladan və mirra nadir ağacların qətranından hazırlanırdı. Onu məbədlərdə qurbankəsmə mərasimi zamanı yandırırdılar. Bu maddənin qiyməti çox baha idi. Bir dəfə uşaq yaşlarında İsgəndər odda yandırmaq üçün ladan götürmüşdü. Bunun üçün Leonid onu ciddi cəzalandırmış və demişdi:
-Yandırmaq üçün ətirli maddələri yalnız ölkələr işğal etdikdən sonra əldə edə bilərsən.
Bu hadisədən xatirə olaraq İsgəndər Leonidə belə bir hökmdar hədiyyəsi göndərmişdi.
İsgəndərin səxavəti və səhvi. Ümumiyyətlə İsgəndər öz səxavəti ilə həmişə fəxr edirdi. Bir dəfə dostu Perill öz qızına cehiz vermək üçün İsgəndərdən pul xahiş edir. Hökmdar ona 50 talant qızıl verir. Bu məbləğdən heyrətə gəlmiş Perill qışqırır:

-On talant artıqlaması ilə bəsdir!

-Sənə artıqlıması ilə bəsdir, -deyə İsgəndər cavab verir. Makedoniyalı İsgəndər üçün isə yetərli deyildir.

Bir dəfə hökmdar fiolsof Anaksarxa bildirir ki, nə qədər istəyirsə, o qədər qızıl götürə bilər. Tezliklə hökmdar əmlkaını idarə edən şəxs dəhşət içərisində İsgəndərin yanına gələrək filosofun 100 talant istəyidini bildirir.
-Düz eləyir, -deyə İsgəndər sakitcə cavab verir. O, bilir ki, onun istədiyini verə biləcək dostu vardır.
İsgəndər ona xahişlə müraciət edəndə sevinir, heç kimin xahişini cavabsız qoymurdu. İsgəndərin yaxınlarından olan Serapion bir dəfə də olsun hər hansısa bir xahişlə ona müraciət etməmişdi. Bir dəfə dostları ilə top oynayan İsgəndər görür ki, Serapion ona top ötürmür.
-Sən nə üçün mənə top ötürmürsən- deyə hökmdar soruşur.

-Axı sən istəmirsən,- deyə Serapion cavab verir.
İsgəndər onun eyhamını başa düşərək gülümsünür və Serapiona böyük məbləğdə pul verlməsi göstərişini verir.

Persepolda Əhəməni şahlarının sarayında İsgəndər İran üzərində qələbə münasibəti ilə ziyafət təşkil edir. Filippin köhnə dostu, yunanlarla makedoniyalıların ittifaqının qızğın tərəfdarı olan yunan Demarat öz ordusu ilə Persepola gələrək sevincindən ağlayır və deyir:
-Ellinlərin öz rəhbərlərinin düşmən taxtında əyləşməsi təntənəsini görməyən yunanlar gör necə səadətdən məhrumdurlar!

Afinadan gəlmiş və və ziyafət zamanı İsgəndərin yanında əyləşmiş məşhur gözəl Tais qədəhi əlinə alaraq qışqırır:

-Afinanın dağıdılmasına cavab olaq gəlin padşah sarayını yandırağın.

İçdikləri şərabın təsirindən İsgəndər və digər makedoniyalılar möhtəşəm saraya od vururlar. Bu İsgəndərin bağışlanılmaz səhvlərindən biri idi.

Bundan sonra İsgəndər III Daranın təqibini davam etdirir. Tezliklə ona xəbər çatır ki, fars ordusunun komandanı Bess III Daranı əsir götürmüş və özünü Əhəməni hökmdarı elan etmişdir. Makedoniyalı atlıları on bir gün sonsuz çöllərlə Bessi təqib edir və nəhayət ona çatırlar. Vəziyyəti belə görən Bess araba karvanını tərk edərək özünə sadiq döyüşçülərlə qaçıb gizlənir. Arabalardan birində İsgəndər III Daranın meyitini görür. Onun yanında yalnız sadiq iti qalmışdı. İsgəndər öz plaşını çıxararaq meyitin üstünə örtür. Sonradan onun əmri ilə III Dara hökmdara layiq dəbdəbə ilə dəfn edilir. III Daranın qatili Bess isə ələ keçirilərək edam olunur.

Hindistan səfəri. E.ə. 330-cu ildə Daranın və Bessin öldürülməsitndən sonra İsgəndən İran dövlətinin tam hüquqlu hökmdarına çevrilir. Makedoniyalı sərkərdələrin bir çox belə hesab edir ki, artıq müharibə qurtarmışdır və İsgəndər İran üzərinə xərac qoyaraq Makedoniyaya qayıtmalıdır. Lakin Makedoniya padşahı bu barədə heç düşünmək belə istəmirdi. O, öz ətrafına fars əyanlarını toplayır, al-əlvan fars paltarları geyinir, fars hakimlərindən birinin gözəl qızı Roksolona ilə evlənir. Onun toyu da fars adət-ənənəsi üzrə keçirilir. İsgəndər III Daranın qızı Statira ilə də evlənir.

Bütün bunlar qocaman Makedoniya əsilzadələrinin xoşuna gəlmirdi. Onlar deyirdilər ki, hökmdar öz vətəinini unutmuşdur, onu barbar ölkə ilə dəyişməyə hazırdır. İsgəndər qəbul zamanı fars adəti üzrə hüzurunda diz çökməyi və təzim etməyi tələb edirdi. Belə adəti azad makedoniyalılar özləri üçün təhqir hesab edirdilər. Onlar bir yerdə döyüşməyə və bir yerdə şənlənməyə adət etmişdilər.

İsgəndərlə dostları və tərəfdarları arasında münasibətlər getdikcə pisləşir. Ziyafətlərin birində İsgəndər olnunla mübahisə edən Qara Kliti nizə ilə vurub öldürür. Sərxoşluqdan ayıldıqdan sonra isə bu hadisədən çox peşiman olur, bir neçə gün tənhalığa qapılaraq ağlayır.

Tir şəhərinin müqaviməti

Hökmdarın yaxınları ilə münasibətinin pilsləşməsindən istifadə edərək ona qarşı iki sui-qəsd təşkil olunur. Bunlardan birinə sərkərdə Permanionun oğlu başçılıq edirdi. İsgəndər onu hərbi şuranın mühakiməsinə verir. Məhkəmə qocaman sərkərdənin oğlu barəsində ölüm hökmü çıxardıqda, İsgəndər onunla birlikdə ona və atasına sədaqətlə xidmət etmiş Permanionun da edam olunmasını əmr edir.


Fars döyüşçü dəstələr ilə tamamlanmış Makedoniya ordusu Hindistana yürüşə başalyır. Bir çoxları səfərə çıxarkən ümid edirdilər ki, bu yürüş sonuncu olacaq və onlar nəhayət doğma Makedoniyaya qayıdacaqlar. Makedoniya ordusu e.ə. 326-cı ildə Hind padşahı Porun torpaqlarına soxulur. Por böyük bir ordu toplayır. Onun sərəncamında 2000 döyüş fili də var idi. Gidasp çayı sahilində döyüş olur. Bu döyüşdə Por özü xüsusi igidlik göstərir. Fillər çoxlu makedoniyalı döyüşçünü tapdalayıb məhv edir. Lakin İsgəndərin süvari dəstələri düşmənə güclü zərbə endirərək onun arxasına keçirlər. Nəticədə makedoniyalılar döyüşü udurlar. Por ağır yaralanaraq əsir düşür.

İsgəndər hind padşahının igidliyini yüksək qiymətləndirir. Onu öz torpaqlarının hökmdarı kimi tanıyır və özünün Şərqə getmək niyyətini açıqlayır. Por izah edir ki, Şərqdə güclü orduya və döyüş fillərinə malik digər knyazlıqlar və padşahlıqların torpaqları yerləşir. Bu yol çox uzun və təhlükəlidir. Makedoniya ordusu da irəli getməkdən imtina edir. Bundan sarsılan İsgəndər bir neçə gün öz çadırından bayıra çıxmır. Bu vaxt onun sevimli atı Bukefal da ölür. Padşah öz sevimlisini dəbdəbə ilə dəfn etməyi və həmin yerdə onun şərəfinə Bukefaliya şəhərini salmağı əmr edir.

İsgəndər Hindistan səfərini yarımçıq qoyaraq geriyə qayıtmağa məcbur olur. Bundan sonra o, öz ordusunda qayda-qanun yaratmaq qərarına gəlir. O, elan edir ki, qocalmış və sağlamlığını itirmiş bütün əsgərlər mükafatalandırılacaq və Makedoniyaya yola salınacaqlar. Bu tədbiri makedoniyalılar kəskin etirazla qarşıladılar.

-Qocalar və gücsüzlər, deməli indi biz öz hökmdarımıza lazım deyilk! O, özünü farslarla əhatə edir, bizi isə evə göndərir. Biz gedirik, ancaq hamılıqla!-deyə döyüşçülər qışqırırlar.

Əsgərlərin qarşısına çıxan İsgəndər qəzəblə deyir:

-Siz kasıb, dəridən paltarlar geyinmiş dağlılar idiniz, özünüzü hətta frakiyalı və illiriyalılardan belə müdafiə edə bilmirdiniz. Mənim atam Filipp sizi ellinlər arasında birinci döyüşçü etdi. Mən isə sizləri çoxlü təhlükə və əziyyətlərdən sonra bütün Asiyanın sahibinə çevridim. İndi isə məni tərk edib getməklə hədələyirsiniz? Eybi yoxdur, Makedoniyaya qayıdın, qoy hamı görsün ki, siz öz hökmdarınızı məğlub edilmiş barbarların ümidinə qoyub gəlmisiniz!

İsgəndər öz ətrafından uzaqlaşır və bir neçə gün onların arasında görünmür. Bir müddətdən sonra o, fars əyanlarını yeni yaratdığı orduya sərkərdə təyin etməyə başlayır. Fars ənənəsinə görə onlara hökmdarın «yaxınları» titulu verilir. Bu xəbəri eşidən makedoniyalılar padşah sarayına toplaşırlar. Onlar silahlarını yerə tullayır, qışqırıb ağlayır və bağışlanmalarını xahiş edirlər. İsgəndər onların qarşısına çıxan zaman bir çox döyüşlərdə iştirakçı olmuş qocaman makedoniyalı döyüşçülər həyəcanla ona müraciət edirlər:

-Sən bizi özündən uzaqlaşdırır, farsları isə «yaxınların» adlandırırsan.

-Siz hamınız mənim «yaxınlarımsınız» deyə İsgəndər qışqırır və öz silahdaşlarını qucaqlayraq öpür.

Bundan sonra hökmdar evə qaytmaq istəyənlərin hamısını mükafatlandırır və onları yola salır. Qalanlar isə yeni səfərə hazırlaşırlar. İsgəndər gəmilərlə bütün Afrikanı dolanıb Aralıq dənizinə gəlməyi, İspaniya, İtaliya və Karfageni tutmağı planqlaşdırır. Artıq yunan mühəndisləri Babili dəniz limanına çevirmək üçün Fərat çayının enləndirilməsi və dərinləşdirilməsinə başlayırlar. İsgəndər Babili özünün dünya imperiyasının paytaxtına çevirmək istəyirdi.

E.ə. 323 –cü ildə İsgəndər qəflətən qızdırma xəstəliyinə tutulur. O, günü-gündən zəifləyir. Nə həkimlərin müalicəsi, nə də kahinlərin ibadəti ona kömək etmir. İyunun 10-da dünya fatehi vəfat edir.

Onun ölümündən dərhal sonra sərkərdələr arasında mübarizə başalyır. Əvvəlcə onlar padşahın meyitinə sahiblik, sonralar isə hakimiyyət və torpaq uğrunda vuruşurlar. İsgəndərin meyiti sərkərdə Ptolomeydə qalır. İmperiyanın bölüşdürülməsi nəticəsində ona verilmiş Misirə yola düşən Ptolomey İsgəndəri qızıl tabutda İsgəndəriyyə şəhərində dəfn edir.

Makedoniyalı İsgəndər qeyri-adi imkanlara malik olan nadir və bənzərsiz tarixi şəxsiyyətlərdəndir. O, yüksək fiziki keyfiyyətlərə- gjüclülük, çevikilik və sağlamlığa malik idi. Özü gözəl olmaqla yanaşı, gözəlliyi də qiymətləndirir, xeyirxahlığı və alicənablığı ilə seçilirdi. Ancaq həyatının son illərində hakimiyyətsevərliyi İsgəndərin xasiyyətində bir sıra dəyişiklərə səbəb olmuşdu.

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 8 may 2012 15:30
    Tarixde en sevdiyim shexsiyyet Makedoniyali Isgenderdir .. melumata gore de tesekkurler ..

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.