İlk müsəlman qadın hökmdar


İlk müsəlman qadın hökmdar


Tarixdə ilk müsəlman qadın hökmdar kimdir?

Tarixin ilk müsəlman qadın hökmdarı Dehli sultanı Şəmsəddin Eltutmuş (1211-1236) xanın qızı  Raziyyə sultandır. Çox maraqlıdır ki, Eltutmuş xanın oğulları var idi. Lakin o, qızını oğullarından üstün tutdu. Hökmdarın bu qərarı verməsinin səbəbi nə idi?

Raziyyə oğullarımdan üstündür!

Vəzirlər sultana bir qadının dövləti idarə edə bilməyəcəyini xatırlatsalar da hökmdar onlara qulaq asmadı. Ətrafdakıların etirazına cavab olaraq o söyləmişdi ki, oğlanları əksər vaxtını sərxoşluqla və eyş-işrətdə keçirir, onlardan heç biri dövləti idarə etmək qabiliyyətinə malik deyil. Raziyə isə hökmdara məxsus olan ən gözəl keyfiyyətlərə malikdir və buna görə də oğullarımdan üstündür.

Taxt tac uğrunda mübarizə

     Sultan Eltutmuşun ölümündən sonra Raziyə xatın müvəqqəti olaraq taxtan salındı. Hakimiyyətə onun qardaşı Firuzşah keçsə də səltənəti çəkişmələr bürüdü. Firuzşah hakimiyyəti tamamilə öz əlində cəmləşdirmək üçün Raziyyə sultanın qardaşı Qütbəddini öldürdü.  Hakimiyyət böhranı yarandı. Yaranmış vəziyyətdən istifadə edən Raziyyə xatun hakimiyyətə qayıdır. Hakimiyyətə qayıtdıqdan sonra o, birinci növbədə taxt iddiasında olan və digər qardaşını öldürmüş Firuzşah ilə hesablaşdı.

Qadın hökmdarın idarəçiliyi

Raziyyə sultan taxta çıxar çıxmaz  dini fanatizmlə bağlı üsyanı, iri türk əmirlərinin onun hakimiyyətini devirmək üçün vəzirlə birlikdə qaldırdığı üsyanları yatırmalı, öz dövlətinin sərhədlərini möhkəmləndirmək üçün hərbi yürüşlər keçirməli olmuşdu.

   Raziyə xatın hamının unutmuş olduğu yaxud qardaşının hökmdarlıq etdiyi dövrdə əməl olunmayan Şəmsiyyə sülaləsinin ənənələrini və qaydalarını bərpa etdi və məhkəmə işlərini öz əlinə aldı. Hakimiyyətin yüksək pillələrinə öz inanılmış adamlarını gətirdi. Bütün Hindistan Raziyyə sultana tabe oldu. Rəiyətinə qarşı o, daha rəhmdil idi. Onun hökmdarlığının ilk illərində zərb olunan pullarin üzərinə "Umdat annisvan mələkə – i zaman sultan Raziyyə binti Şəmsəddin Eltutmuş" ("Qadınların həmdəmi, dövrünün hökmdarı sultan Raziyə, Şəmsəddin Eltutmuşun qızı") kəlimələri həkk olunurdu. Demək olar ki, dörd il (1236-1240) o, rəsmi və faktiki olaraq böyük bir ölkəni idarə etmişdi. O imanlı və güclü bir dövlət başçısı idi.  Qadın paltarını kişi libasına dəyişərək və yay-oxla silahlanaraq o, çox zaman xalq arasına çıxardı. Bu səbəbdən də çox tənqidlərə tuş gəlirdi.

1240-cı ildə sultan Raziyə taxtdan salındı və qalada dustaq edildi. Lakin  ikinci dəfə Dehli səltənətina sahib olmaq məqsədi ilə ətrafında özünə həmfikirlər toplamağı bacardı. Amma səltənəti geri qaytarmaq cəhdi baş tutmadı. Sultan Raziyə məğlub oldu və öldürüldü. Onun məqbərəsi isə səcdə yerinə çevrildi. Raziyyə sultan bir müsəlman qadın hökmdar kimi, elm adamlarını himayə etmiş, özü dövrünün yüksək təhsilini görmüşdü və mərd, ədalətli bir hökmdar kimi yadda qalmışdır. Bu xüsusiyyətləri ilə yanaşı sultan Raziyə həm də şeirləri ilə yadda qaldı. Ölümündən sonra onun Şirin Dihləvi və Şirin Quri təxəllüsləri adı altında yazılmış şeirləri qalmışdı. 1983-cü ildə Hindistanda Raziyyə sultan haqqında film çəkilmişdir.

 

İlk müsəlman qadın hökmdar

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 20 aprel 2015 23:05
    Çox maraqlı və dəyərli məqalədir......Təşəkkür edirik Mətanət müəllimə......

  2. 21 aprel 2015 14:51
    coook saolun muellime yaxsi ki varsiniz ki bize bele melumatlari verirsiniz love

  3. 21 aprel 2015 23:37
    Təəssüf ki, qədim və orta əsrlərdən bəhs edən tarixi ədəbiyyatlarda türk-müsəlman qadınların ictimai-siyasi həyatdakı rolu ya çox zəif, ya da qərəzli işıqlandırılmışdır. Halbuki, araşdırsaq təkcə nağıl və dastanlarda deyil, tarixi qaynaqlarda da türk qadınlarının müdrikliyi, cəsarəti və qəhrəmanlıqları barədə xeyli maraqlı məlumatların olduğunu görərik. Gənc qızlarımız üçün örnək ola biləcək bu qəbil məlumatların toplanıb oxuculara çatdırılması zənnimcə çox vacibdir. Bu istiqamətdə ilk addımlardan biri kimi təşəbbüsünüzü alqışlayır, Sizə təşəkkür edir və uğurlar diləyirəm.
    Yeni yazılarınızı görmək arzusu ilə: Aydın Allahverdiyev

  4. 22 aprel 2015 22:03
    Sitat: administrator
    Çox maraqlı və dəyərli məqalədir......Təşəkkür edirik Mətanət müəllimə......

    çox təşəkkür edirəm məllim

  5. 22 aprel 2015 23:16
    tesekurler love

  6. 23 aprel 2015 18:48
    dəyərli məlumata görə çox sağ olun müəllimə.

  7. 3 may 2015 09:10
    cox maraqli idi tesekkur ediem love

    ))
    tewekkurler

  8. 4 may 2015 13:02
    Çox sağ olun ki , oxudunuz və dəyərləndirdiniz.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.