8 Mart Qadinlar Gunu

8 Mart Qadinlar Gunu

 

Beynəlxalq Qadınlar Günü — Hər il 8 mart tarixində qeyd olunan beynəlxalq bayram.
8 mart – ənənəyə görə bu gün qadınlar əks cinsin nümayəndələrindən diqqət, gül və hədiyyə gözləyirlər. 8 mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanıyıb.
Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı.
1908-ci il Nyu-Yorkda 15000 qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.
1909-cu ildə isə Avropadaki qadınlar, fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq keçirdi.

8 Mart Qadinlar Gunu

 

1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.

Bəzi tarixçilərin fikrincə, 8 martın təqvimə qırmızı rəqəmlərlə düşməsinin səbəblərini bilmək üçün 1910-cu ildə həmin günün bayram kimi qeyd olunması təşəbbüsünü irəli sürmüş Klara Setkinin şəxsiyyətinə, xüsusən onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir.
Bibliya rəvayətlərinə görə, miladdan əvvəl 480-ci ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib. Amma "özünü tutmuş" yəhudilər bunun üçün tələsmirdilər. Bu vəziyyət iranlıları getdikcə daha çox narahat etməyə başlayırdı. İran ordusunun baş komandanı Aman İran şahı Kserksin yanına gedərək vəziyyəti ona danışır. Kserks isə bütün yəhudiləri qırmağı qərara alır. Kserksin arvadı, özünün yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir ərinin qəbul etdiyi qərarı dəyişdirməyə nail olur. Nəticədə İran şahının çıxardığı qərarda yəhudilərin deyil, onların düşmənlərinin öldürülməsi nəzərdə tutulur. Tezliklə yəhudilər antisemit iranlıları darmadağın edərək Amanın qulağını kəsirlər. Yeri gəlmişkən, indiyədək yəhudilər Purim bayramında Amanın qulağını rəmzləşdirən üçbucaq şirniyyat növü bişirirlər. Çox güman ki, Klara Setkinin təklifinin əsasında şəxsi maraqlar durub. İnqilabi hərəkatın da öz bayramlarının olması istəyi aydındır. Məsləkdaşlarını həvəsləndirmək, fəhlə kişilərlə yanaşı, qadınları da mübarizəyə qatmaq ağıllı və effektli ideya idi.

8 Mart Qadinlar Gunu

 

1911-ci ildə Kophenagen qərarından sonra ilk dəfə olaraq 19 martda Avstriya, Danimarka, Almaniya və İsveçrə də bu bayram qeyd edilmişdir.
1917-ci ildə Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı "çörək və sülh" adlı nümayiş keçirdilər. 8 mart günü olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı.
1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi. İki il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.
Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının genişləndirilməsinin və bu günkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür.
Bütün bunları nəzərə alaraq, demək olar ki, 8 mart, sadəcə, qadınlar günü yox, qadın-inqilabçılar günüdür.

8 Mart Qadinlar Gunu

 

Beynəlxalq Qadınlar Günü Azərbaycanda

8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.
1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.

Analar günü
Amma dünyanın bir çox ölkələrində müxtəlif vaxtlarda qeyd olunan Analar günü bayramı var. Avstraliya, Belçika, Danimarka, İtaliya, Türkiyə, Finlandiya, ABŞ və Yaponiyada Analar günü mayın ikinci bazar gününə düşür. Hindistanda oktyabrın əvvəllərində on əli olan Durqa adlı ana-ilahənin şərəfinə on günlük Durqa Puca bayramı keçirilir. İspaniya və Portuqaliyada anaları dekabrın 8-də, Fransa və İsveçdə isə mayın sonuncu bazar günündə təbrik edirlər. Amma analar günü ən orijinal şəkildə Serbiyada qeyd edilir. Miladdan 2 həftə əvvəl qeyd olunan həmin bayram günündə sübh tezdən uşaqlar analarının yatağına yaxınlaşıb onu çarpayıya bağlayırlar. Ana əsirlikdən qurtulmaq üçün bir gün əvvəldən balışının altında hazır qoyduğu hədiyyələri balaca "quldurlar"a verməli olur. 8 Martın beynəlxalq qadınlar günü elan edilməsi haqda qərar 1910-cu ildə, sosialist qadınların Konpenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib. Bayram ilk dəfə 1911-ci ildə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ rəhbəri Leonid Brejnevin sərəncamı ilə qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilib.

Mənbə: vikipediya



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 8 mart 2014 00:25
    Teymurləng qoşunu ilə gəlib bir kəndə çatır.O,qrşıdakı kənddə çapar göndərir ki, qadınlar qiymətli şeylərini götürüb kəndən çıxsınlar. Bizim işimiz kişilərdir. Onlarla vuruşmağa gəlmişik.
    Qoşun çöldə gecələyir.Sübh tezdən əsgərlər kəndə girirlərş.
    Teymuləng kəndi bom-boş görüb mat qalır. əsgərlər bir qoca tapıb onu Teymurləngin hüzuruna gətirirlər.Teymurləng qocadan soruşur:
    -Hanı bu kəndin kişiləri?
    Qoca deyir:
    -Hörmətli hökmdar,siz xəbər göndərdiniz ki, qdinlar ən qiymətli şeylərini götürüb kənddən aralansınlar.Onlar da sizin əmrinizə əməl etdilər.
    Teymurləg qocanın sözünün canını başa düşmətib qeyzlə deyir:
    -Bəs kişilər hanı?
    Qoca aramla deyir:
    -Ey böyük hökmdar.dünyada qıza qardaşdan.anaya övladdan,qarıya öz ömür-gün yoldaşından qiymətli nə ola bilər ki?
    Qocanın bu cavabından Teymurləng dərin fikrə gedir və qoşununun kənddən çıxmasına əmr verir.


    Əziz tarix infoçu xanımlar ! Biz Sizi Bizi nə qədər dəyər verirsinizsə Biz Sizə bir o qədər yox bir çox qədər Sizə dəyər verirk ! Allah ürəyinizə görə versin ! Allah Sizi qorusun ! Sizi təbrik edirəm ! 


  2. 8 mart 2014 11:39
    mende oz novbemde butun tarix infocu xanimlari tebrik edirem.Allah sizleri bize cox gormesin!

  3. 8 mart 2014 20:55
    çox sağ olun.

  4. 8 mart 2014 22:27
    sende sag ol.

  5. 9 mart 2014 00:59
    deyirler 8MART gunu kiwilerden bawka hami sevinir ama mence bu ele deyil..hemin gunu sevgi artir mence,,ama muselmanciliqda 8mart qeyd elemek gunahdi..cunki o vaxdi qadinlarin cadradan cixmasini qelebe ve azadliq gunu yeni qadin azadliqi sayiblar..azadliq bildiyleri weye baxin eee azadliq cadradan cixmaga deyirlermiiw..yaxwiki o zemanede yawamamiwiq bezen bezi weylere gore o vaxdi qiniyiram.bezende oz zemanemizi.ancaq esas qinaq abyekti insan ozu olamlidi mence.. fellow
    neisee..cox daniwdiim.. BAYRAMINIZ MUBAREKK..

    --------------------

  6. 9 mart 2014 20:13
    cox saqolun her biriniz.bu gunde belke coxlari hediye gozleyir ve tebriki yalniz hediyye ile qebul edirler.ancaq qadinin en gozel hediyyesi urekden edilen (sozle edilen )tebrikdi.bizlercun azadliq qarwi terefin bizi bawa duwmesidi.

  7. 19 mart 2014 11:56
    Cox sag olun.maraqli idi.

  8. 25 mart 2014 00:36
    Menim xowuma geldi.Men butun qadinlari gule benzedirem.Amma hec biri solan gul kimi olmasin/

  9. 6 aprel 2014 22:11
    6 aprelde kecirilen TQDK sinaginin suallarini vere bilersinizmi? am am fellow

  10. 10 may 2014 23:15
    ela melumatdi !!! bu bayram çox gözel bayramdır !!!!!!!!!!!!!

  11. 8 noyabr 2014 01:45
    melumat ucun tesekkurler,cooooox sag olun

  12. 5 yanvar 2015 19:56
    Təşəkkürlər!

  13. 13 fevral 2016 12:23
    Hamlet muellim Teymurleng hekayesi lap lezzet eledi)

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.