Azərbaycan tarixi-7-test

Azərbaycan tarixi-7-test

Əziz şagird və abituriyentlər ! Sizlərə 7-ci sinif Azərbaycan tarixi fənni üzrə testlər təqdim edirəm. Buyurun həllinə keçin. Bu testlər 
yaxın bir mənbədən alınmışdır. Uğurlar !

 

 

1. Məşhur Bərdə bazarının əhəmiyyətini itirməsinin və pul kəsilməsinin dayandırılmasının səbəbi:

a) Şəddadilərin Gəncəni özlərinə paytaxt seçmələri

b) Slavyanların 909-cu il yürüşü

c) Slavyanların 910-cu il yürüşü

d) Mosul hakimi Əbu Məhəmməd Nəsrəddövlənin yürüşü

e) Slavyanların 944-cü il yürüşü


2. IX əsrin ikinci yarısı-XI əsrdə Azərbaycandakı feodal dövlətlərini idarə edən ərəb mənşəli sülalələr

  1. Sacilər
  2. Şəddadilər
  3. Rəvvadilər
  4. Eldənizlər
  5. Salarilər
  6. Məzyədilər

a) 1,3,6  b) 2,4,5  c) 3,5,6  d) 2,3,4 e) 3,4,5


3. Orta əsr mənbələrində Dağıstanda yaşayan xalq necə adlanırdı?

a) Alan     b) Qıpçaq

c) Sərir     d) Bulqar   e) Onoqur


4. Maymun ibn Əhmədin slavyanları köməyə çağırmasından neçə il sonra Dərbənd hakimi Mansur ibn Maymun slavyanların qoşunlarını məğlub etdi?

a) 46   b) 40   c) 45  d) 54  e) 56

 


5. Dərbənd hakimi Maymun ibn Əhmədin slavyanları köməyə çağırmaqda məqsədi nə idi?

a) Şirvanşahlardan özünü müdafiə etmək b) Yerli əyanlara qarşı mübarizə aparmaq

c) Qıpçaq və alan hücumlarının qarşısını almaq

d) Sərir tayfalarından müdafiə olunmaq

e) Şəddadilər üzərinə hücum etmək

 


5. Oğuz türklərinin Azərbaycanda mövqeyi xeyli gücləndi:

a) Sasani dövlətinin süqutu nəticəsində

b) Ərəb işğallarından sonra

c) Sacilər dövlətinin möhkəmlənməsi

d) Rəvvadilərin hakimiyyəti dövründə

e) Türkdilli tayfaların etnik axını zamanı

 


6. Saci hökmdarı Yusif Əbu Saca aid deyil:

a) Xilafət xəzinəsinə xərac göndərilm

sini tamamilə dayandırdı

b) Şirvanşahları tabe etdi

c) Dərbənd səddini təmir etdirdi

d) Təbriz, Marağa və Əhər hakimlərini tabe etdi

e) Müstəqil hökmdar kimi öz adından pul kəsdirdi

 


7. Slavyanların 909 və 914-cü il yürüşləri zamanı Azərbaycanda hansı dövlətlər var idi?

  1. Sacilər
  2. Salarilər
  3. Şirvanşahlar
  4. Rəvvadilər
  5. Şəddadilə

a) 1,3  b) 3,5  c) 2,4  d) 4,5  e) 2,3


8. Ərəb mənbələrində slavyanların rus adlandırılmasının səbəbi:

a) O vaxt Kiyev knyazlarının hərbi drujinalarının üzvləri «rus» adlanırdılar

b) Ros çayı sahilində yaşayırdılar

c) Ən böyük slavyan tayfası «Ros»un adı ilə belə adlanırdı

d) «Ros» adlı tayfa başçısının adı ilə adlanırdı

e) «Ros» sözü ərəbcə slavyan mənasını verirdi


8. Azərbaycan torpaqlarının Salarilər tərəfindən yenidən vahid dövlətdə birləşdirilməsinin əhəmiyyəti:

a) Azərbaycan türk xalqının formalaşması prosesi başa çatdı

b) Etnik fərqlər aradan qalxdı, xristianlıq sıxışdırıldı

c) Bütün ölkə miqyasında iqtisadi əlaqələr inkişaf etdi, sənətkarlıq və ticarətin tərəqqisinə, xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərdi

d) Dövlətin hərbi qüdrəti artdı, xarici əlaqələri gücləndi

e) Elm və mədəniyyətin inkişafı

 


9. Xronoloji ardıcıllığı göstərin:

  1. Bərdə faciəsi
  2. Xudafərin körpüsü salındı
  3. Şəddadilər dövləti yaradıldı
  4. İbrahim Osmanoğlu Gəncə qapılarını hazırladı

A) 3,4,2,1

B) 2,4,3,1

C) 1,3,2,4

D) 1,2,4,3

E) 3,2,4,1

 

 

10. Slavyanların 909-cu il yürüşünün nəticəsi:

A) 16 gəmi ilə Xəzər dənizinə daxil olaraq Abeskun adasını ələ keçirib sahil məntəqələrini qarət etdilər

B) Kür çayı vasitəsilə Bərdəyə soxularaq qarət və talanlar törətdilər

C) Sarı adası və sahil məntəqələrində yanğınlar törədərək Xəzərin İran sahillərinə hücum etdilər. Gilanşahın, sonra isə Şirvanşahların qoşunları tərəfindən darmadağın edildilər

D) 500 gəmi ilə Xəzərə daxil olaraq sahil məntəqələrini qarət etsələr də, əhali tərəfindən məğlub edilib qovuldular

E) Xəzərin İran sahillərində İran donanması tərəfindən darmadağın edildilər

 

 

11. IX-X əsrlərdə Azərbaycana aramsız yadelli basqınlarına qarşı mübarizəni çətinləşdirən amillər:

  1. Güclü ordunun olmaması
  2. Feodal dağınıqlığının hökm sürməsi
  3. Siyasi hərc-mərclik
  4. Ticarət dağınıqlığının hökm sürməsi
  5. Bütün ölkə ərazisini əhatə edən və uzun müddət davam edən qüdrətli dövlətin olmaması
  6. Etnik birliyin olmaması və Bizanspərəst ünsürlərin maneçilik törətmələri

A) 1,4,3  B) 2,3,4  C) 1,3,6  D) 2,5,6   E) 3,5,6

 


12. Slavyanların 944-cü il yürüşündə məqsəd:

A) Xəzərsahili vilayətləri talamaq

B) Şimali Azərbaycanda möhkəmlənmək və Bizans üzərinə yürüş etmək

C) Volqa-Xəzər su hövzəsinə yiyələnmək

D) Xəzərsahili vilayətlərdə həmişəlik möhkəmlənmək

E) «Arranın baş şəhəri» hesab edilən,

 


13. IX əsrin ikinci yarısı-X əsrdə yaranmış Azərbaycan dövlətlərinin xronoloji ardıcıllığı

  1. Şəddadilər
  2. Şirvanşahlar
  3. Rəvvadilər
  4. Sacilər
  5. Salarilər

A) 3,5,4,1,2   B) 2,4,5,3,1  

C) 2,4,5,1,3   D) 4,5,2,3,1   E) 3,2,4,5,1


14. Qanunauyğunluq pozulmuşdur:

A) Vəhsudan-Rəvvadi

B) Mənsur ibn Maymun-Dərbənd hakimi

C) Marağa-Salarilər dövlətinin paytaxtı

D) Sacilər-Usruşana vilayəti

E) Yezidiyyə-Şamaxı şəhəri

 

 

15. Şirvanşah Əbu Tahirin qədim Şamaxını bərpa etdirib paytayxtı bura köçürməsi nə ilə əlaqədar idi?

A) Sacilərin Gəncəni ələ keçirməsi ilə

B) Slavyanların Xəzərsahili vilayətlərə hücumlarının güclənməsi ilə

C) Lahıcanşahlığın Şirvanşahlar dövlətinə birləşdirilməsi ilə

D) Dərbəndin xəzərlərin hücumlarına məruz qalması ilə

E) Şirvanın xəzərlərin hücumlarına məruz qalması ilə

 


16. Şirvanşahların paytaxtının Şamaxıya köçürülməsinin əhəmiyyəti:

A) Qədim şəhər bərpa edildi, ticarət və sənətkarlıq inkişaf etdi

B) Dövlətin müdafiə qabiliyyəti artdı, şimaldan köçəri tayfaların hücumlarına son qoyuldu

C) Məzyədilər ərəb mənşəyini itirdilər

D) Şirvanşahlar dövlətinin müstəqilliyi daha da artdı, ərazisi genişləndi

E) Azərbaycan torpaqlarının vahid dövlət halında birləşdirildi


17. Ayrı-ayrı vaxtlarda Şirvanşahlardan asılı vəziyyətə salınmışlar:

1. Xursan         2. Şəki         3. Qarabağ

4. Sənariyyə   5. Dərbənd   6. Gəncə

A) 1,3   B) 2,4   C) 1,6  D) 2,6  E) 3,4


18. Sacilər mənşəcə mənsub idilər:

A) Bəsrə və Kufədəki ərəb nəsillərinə

B) Şərqi Anadoludakı müsəlman kürdlərinə

C) Mərkəzi Asiyanın Əsruşən vilayətinin Afşin ləqəbli qədim türk nəsillərinə

D) İranda yaşayan fars nəsillərinə

E) Mərkəzi Asiyada yaşayan oğuzların qayı boyuna

 


19. Şərqi Anadolu, İran və Cənubi Qafqazın, o cümlədən Azərbaycanın Xilafətin əlinə keçməsinin nəticəsi:

A) İslam dini bu ərazilərdə qəti olaraq möhkəmləndi

B) Azərbaycanda yerli dövlətçiliyin yaranması üçün şərait yetişdi

C) İslam dinini qəbul etmiş türk tayfalarının mövqeyi daha da möhkəmləndi

D) Həmin ərazilər arasında möhkəm iqtisadi əlaqələr yarandı

E) Ticarət inkişaf etdi, yeni şəhərlər yarandı, sənət sahələri tərəqqi etdi

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 dekabr 2011 08:52
    maraqli testlerdir.hazirlayana tewekkurler

  2. 13 yanvar 2012 23:11
    Maragli testlerdir...

  3. 2 fevral 2012 09:35
    bunu nisanlamaq olmur?

  4. 2 fevral 2012 13:05
    bunu ancaq baxaraq yazma olur

  5. 3 fevral 2012 15:55
    olar bu qun 8-ci sinifde elave edecem inshallah axshama

  6. 26 fevral 2012 03:33
    Cox saq olun...yorulmayasiz//

    Teshekkurler...

    BU kimin resmidir??Hurrem sultan olmaya?

  7. 25 mart 2012 17:16
    SAGOLUN'

  8. 18 aprel 2012 17:32
    Minnetar feel am

  9. 7 iyun 2012 14:59
    cavablari yoxdu?

  10. 22 iyun 2012 18:56
    tewekkurler

  11. 27 iyun 2012 12:11
    tewekkurler. bunlarin cavablari yoxdur?

  12. 6 avqust 2012 16:46
    cox gozel testlerdir.ahmisini aysdim.cox sade idi love

  13. 13 avqust 2012 20:57
    Cox asan testlerdi mence hamisini iwleye bildim winked

  14. 21 avqust 2012 20:09
    of bu cox cetindir of of of angry

  15. 15 sentyabr 2012 19:18
    maraqlidi amma cetindi what

  16. 20 oktyabr 2012 17:26
    suallar xosuma geldi

  17. 20 oktyabr 2012 18:21
    hamisini yazdim cox asandir

  18. 10 dekabr 2012 19:25
    cox sagolun amma bir prablem var 17 ci testde sehvlik var sirvansahlar sekini xursan senariyyeni derbendi oz hakimiyyeti altina salib onda cavab ne olur xahis edirem duzgun cavabi yazin twk



  19. 10 dekabr 2012 20:45
    Hormetli Pepi bu suallari mene tanish bir muallim gonderib duzu 17 sual ise kitab cumlesi ile verilib Sheki ve Sanariyye ayri ayri vaxtlarda Asili olub Xursan ve Tabasaran ise Derbenden sonra tutulub

  20. 15 yanvar 2013 20:22
    cox ela testlerdir. wink winked tongue

  21. 16 yanvar 2013 11:28
    cavablarinida verinde recourse

  22. 22 yanvar 2013 15:57
    cox maraqli ve intelektual testlerdir ancaq bunlarin cavablari olsaydi yoxlayardiq

  23. 6 fevral 2013 15:25
    maraqlidie winked

  24. 6 fevral 2013 15:30
    HMMM........

  25. 12 fevral 2013 11:36
    salam mene bu wekli kim qoyub???

    twk qewengdi love

  26. 21 fevral 2013 17:09
    Salam mellim.Men hene baadmrem.Cavab semek olmur?Baxb bir-bir yazmalyq?

    Menede cavab yazn ne olar

    Hormetli Meftuneq buradakini beli ancaq yazmalisan vereqlerine Ancaq onlayn etmek isrteyirsense ana sehifede solda Onlayn test yazilib Ora qir ve icerisindeki Teste bashlani vur orada onlayn ele BUyur !

  27. 11 mart 2013 21:20
    salam cox sevindim ki bura qebul olundum. smile

    history my favorite subject.that is why ay give 3 groups. winked

  28. 19 mart 2013 18:49
    salam ikinci sualda duzgun cavab varianti yoxduuuuu

  29. 20 aprel 2013 15:55
    cox tesekkur bu testleriri artiq hell etmisem smile

  30. 11 iyun 2013 13:36
    cox ela testler idi ozumuzu sinamaga cox tewekkur edirem
    smile smile smile

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.