Tarixe aid 100 test

 

Tarixe aid 100 test

 

 

Tarix Testləri

1.Xilafət ordularının hücumu ərəfəsində Azərbaycan uğrunda mübarizə gedirdi.
A) Roma Xəzər
B) Bizans Xəzər
C) Sasani Bizans
D) Sasani Roma
E) Roma Bizans
2. VII əsrin 30-cu illərinə aiddir:
A) Biləncər döyüşü
B) Xəzərlərin Azərbaycana yürüşü
C) Cavanşirin Xəlifə Müaviyyə ilə döyüşü
D) Ərdəbil əhalisinin ərəblərə qarşı üsyan qaldırması
E) Kadisiyyə döyüşü.
3. VIII əsrin 30-cu illərinə aiddir:
A) Biləncər döyüşü
B) Sasani Bizans müharibələri
C) Xəzərlərin böyük ordu ilə Albaniyaya hücumu
D) Ərəblərin Ərdəbili işğalı
E) Cavanşirin Bizans imperatoru ilə görüşməsi.
4. Ərəblərin hücumu ərəfəsində Azərbaycan:
A) Xəzərlərin tərkibində idi
B) Bizansın nüfuz dairəsinə daxil idi
C) Müstəqil dövlət idi
D) Sasanilərə tabe olub, şimal canişinliyi deyilən inzibati vahidin tərkibinə daxil idi.
E) Hun tayfalarının aramsız hücumlarına məruz qalırdı
5. Ərəblər əsarətə aldıqları geniş əraziləri idarə etmək üçün yaratdılar:
A) Əmirlik sistemi
B) Mərzban sistemi
C) Şahənşah sistemi
D) Şəhridar sistemi
E) Canişinlik sistemi.
6. Ərəblər Azərbaycanda özlərinə etibarlı dayaq yaratmaq məqsədi ilə:
A) Yerli əhaliyə İslamı zorla qəbul etdirdilər
B) Ərəbistandan buraya çoxlu sayda ərəb əhalisi köçürtdülər
C) Yerli gəncləri hərbi xidmətə başqa əraziyə göndərirdilər
D) Bu ərazilərin idarəçiliyi yeni əyanlara həvalə olundu
E) Əhali arasında təbliğat işini genişləndirdilər.
7. Ərəb işğalı dövründə Azərbaycanda Xilafətin kilsəyə münasibəti:
A) İslam qanunlarına zidd olduğuna görə ləğv edildi
B) Vergilərdən azad edilməklə yanaşı, həm də dövlət tərəfindən himayə olunurdu
C) Üzərinə ən ağır vergilə qoyulmaqla fəaliyyətinə icazə verildi
D) Onun fəaliyyəti islam qanunlarına uyğunlaşdırıldı
E) Kilsənin fəaliyyəti qismən məhdudlaşdırıldı
8. Ərəb işğalı dövründə Albaniyanın xristian əhalisinin islam dininin təsirindən kənarda qalması səbəbi:
A) Xristian əhalisinin güclü müqaviməti
B) Ərəblərin kifayət qədər qüvvəsinin olmaması
C) Təkallahlı dinlərə sitayiş edənləri müsəlmanlaşdırmağın islam dininə zidd olması
D) Xristian əhalisinin küllü miqdarda vergi verərək öz dini inamlarını qo-ru¬ma¬ları
E) Bu ərazilərin ərəblər üçün əhəmiyyət kəsməməsi.
9. Əməvilər dövründə keçirilən vergi islahatı nəticəsində:
A) Yoxsul kəndlilərin vəziyyəti bir qədər yaxşılaşdı
B) Təkcə yoxsullar deyil, orta və iri feodallar da müflisləşdi
C) Rahiblərdən alınan cizyə vergisi ləğv edildi
D) Kəndlilərin torpağa təhkim edilməsi qadağan edildi
E) Əhalinin vəziyyəti daha da ağırlaşdı.
10. Xilafət dövründə Azərbayjanda «iqta» hüququ dövlət tərəfindən verilirdi:
A) İslamı qəbul etmiş yerli əhaliyə
B) Ərəb ordusunda könüllü xidmət edən xristianlara
C) Yalnız Ərəbistandan Azərbaycana köçürülən əhaliyə
D) Orduda göstərdiyi hərbi hünərə və sədaqətli xidmətə görə
E) Vergiləri vaxtında ödəyən şəxslərə.
11. İslam dini Azərbaycanda əsas yayılmışdır:
A) Dağlıq və dağətəyi ərazilərdə
B) Azərbaycanın Şimalında
C) Azərbaycanın güneyində, Mildə, Muğanda
D) Kürlə Arazın qovuşduğu ərazilərdə, xüsusi ilə dağətəyi bölgələrdə
E) Sasanilərlə sərhəd olan düzən ərazilərdə.
12. Xəzər-ərəb müharibələrinin nəticəsi:
A) Xəzərlərin tam qələbəsi ilə başa çatdı
B) Ərəblər məğlub olaraq Azərbayjanın quzey hissəsini tərk etdilər
C) Xəzərlərin Bizansdan kömək alması nətijəsində ərəblərə sarsıdıjı zərbə vuruldu
D) Xəzərlər Xilafətin mərkəzi Bağdadı tutub ərəblərlə sülh bağladılar
E) Ərəblər Xəzərləri Azərbayjandan çıxartdı və onlarla sülh bağladı, Xəzər¬lərin bir hissəsi islam dinini qəbul etdi.
13. Tarixdə ilk dəfə yadelli işğallılara qarşı mübarizədə qırmızı bayraq qaldır¬mışdılar:
A) Məzdəkilər
B) Xaricilər
C) Əbu Musa üsyanı iştirakçıları
D) Xürrəmilər
E) Maniçilər.
14. Xürrəmilərin əsas məqsədlərindən idi:
A) Vergi islahatı keçirmək
B) Torpağı milliləşdirmək
C) Maddi nemətləri insanlar arasında bərabər bölüşdürmək
D) Köçürmə siyasətini məhdudlaşdırmaq
E) Ərəblərdən xilas olmaq.
15. Xürrəmiləri məzdəkilər hərəkatından fərqləndirən amillərə daxil deyil:
A) Mübarizənin əhatə etdiyi dövr
B) Sasani zülmünə qarşı yönəlməsi
C) Xilafət zülmünə qarşı mübarizə
D) Xristian dövləti ilə müttəfiq olmaları
E) Maddi nemətləri insanlar arasında bərabər bölmələri.
16. Xürrəmilərlə mübarizədə Xilafət ordularının uğursuzluqlarını səbəblərin¬dən biri:
A) Suriya və Misirdə Xilafətə qarşı eyni vaxtda üsyanların başlanması
B) Bizans qoşunlarının Xilafət paytaxtını mühasirəyə alması
C) Yerli feodalların Babəkin tərəfinə keçməsi
D) Azərbaycanda qışın sərt keçməsi
E) Xürrəmilərin əzmkar mübarizəsi.
17. Xürrəmilər hərəkatının nəticəsi:
A) Məğlubiyyətə uğradı və Xilafət öz qüdrətini daha da artırdı
B) Qalib gəldi və digər xalqların azadlıq mübarizəsini alovlandırdı
C) qalib gəlsədə Xilafətin qüdrətinə nəzərə çarpacaq bir təsir göstərmədi
D) Məğlub olsa da Xilafəti lərzəyə saldı və kökündən sarsıtdı
E) Bu hərəkat tamamilə məğlub oldu və Xilafətə heç bir təsir göstərmədi.
18. Abbasilər Xilafətinin dağılması gedişində Azərbaycanda yaranmış feodal döv¬lətlərinin sırasına daxil deyil:
A) Şirvanşahlar
B) Sacilər
C) Atabəylər
D) Salarilər
E) Rəvvadilər.
19. Şirvanşahlar dövlətinin ərazisi:
A) Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaqları
B) Kürlə Arazarası torpaqlar
C) İndiki Güney Azərbaycan və Azərbaycan Respublikasının əraziləri
D) Dərbənddən Kürə qədərki Xəzərsahili vilayətlər
E) Urmiya gölü ərazisi.
20. Şirvanşahların qüvvətlənməsi və Dərbənd keçidinin möhkəmlən-dirilmə¬si¬nin əhəmiyyəti:
A) Slavyanlardan asılılığına son qoyuldu
B) Azərbaycanın quzeyi ilə güneyi vahid dövlətin tərkibinə qatıldı
C) Ölkəmizin bütövlüyü üçün yaranmış təhlükə aradan qalxdı və Dərbəndlilər sülaləsi hakimiyyətə gəldi
D) Azərbaycan torpaqlarının yadellilərin basqınlarına qarşı mübarizəsini asanlaşdırıdı
E) Şəddadilər və Rəvvadilər hücum təhlükəsi aradan qalxdı.
21. Sacilər dövlətinə aid deyil:
A) Türk mənşəli sülalə tərəfindən idarə edilmişdi:
B) Bü sülalənin nümayəndələri bir qayda olaraq Afşin ləqəbi daşıyırdı
C) Sülalənin banisi Əbu Sac Divdad idi
D) İlk dəfə olaraq Azərbaycanın ticarət gəmiləri Xəzərdə Sacilərin dövründə üzməyə başlamışdılar
E) Sacilər Xilafətin xəzinəsinə ildə 120 min dinar verirdi.
22. Salarilərlə Sacilərin oxşarlıqları sırasına daxil deyildir:
A) Azərbaycanı vahid dövlət halında birləşdirmələri
B) Şirvanşahları özlərindən asılı vəziyyətə salmaları
C) Paytaxtlarının Ərdəbil olmaları
D) Eyni əsrdə süqut etmələri
E) 944-cü ildə Bərdənin Slavyanlar tərəfindən qarət olunmasının süqutlarına səbəb olmaları.
23. Rəvvadilər dövlətinin yaradıcısı:
A) İbrahim ibn Mərziban
B) Mərzban ibn Məhəmməd
C) Fəzl ibn Məhəmməd
D) Əbülhica
E) Yezid ibn Məhəmməd.
24. Sədddilər dövlətinin varlığına son qoyan hökmdar:
A) Mərziban ibn Məhəmməd
B) Sultan Məlikşah
C) Mənucöhr
D) Deysəm
E) Yusif Sac.
25. Bərdənin öz əhəmiyyətini itirməsini və onun süqutunu daha da sürətlən¬dir¬di:
A) Slavyanların 914-cü il yürüşü
B) Səddadilərin Gəncəni özlərinə paytaxt seçməsi
C) 944-cü ildə rusların Bərdəni qarət etməsi
D) Salarilərin öz iqamətgahlarının Bərdədən Mağaraya köçürməsi
E) Şəhərdə yolxucu xəstəliklərin kütləvi qırğınlara səbəb olması.
26. Slavyanlar Bərdəni qarət etərkən əhalinin ağır günündə onların köməyinə gəldi:
A) Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd
B) Səlcuq hökmdarı Toğrul
C) Atabəy Şəmsəddin Eldəniz
D) Salari hökmdarı Mərzban ibn Məhəmməd
E) Dərbənd hakimi Mansur ibn Maymun.
27. IX-XI əsrlər tariximiz üçün xarakterik idi:
A) Azərbaycan hökmdarlarından heç birinin dənizdə qüvvətli donanma yaradılmasına və Azərbayjanı qüdrətli dəniz dövlətinə çevrilməsinə qayğı göstərməmələri
B) Azərbaycan ərazisinin davamlı olaraq Xəzər, alan və ərəblərin hücumuna məruz qalması
C) Bizans-erməni feodallarının Şirvanşahlara hücumu
D) Monqolların Azərbaycana davamlı hücumları
E) Səlcuqlarla Azərbaycanda yerli əhalinin qaynayıb qarışması.
28. Səljuq türklərinin əsas hücum hədəfi idi:
A) Rus torpaqları
B) Osmanlı əraziləri
C) Ərəb Xilafəti torpaqları
D) Bizans torpaqları
E) Xəzər xaqanlığı əraziləri.
29. 1040-cı ildə baş verib:
A) Səljuqların Bağdadı tutması
B) Şirvanşahların tabe edilməsi
C) Dandənəkən döyüşü
D) Mərv qurultayı
E) Səlcuq imperiyasının yaranması.
30. Səlcuq axınları nətijəsində:
A) Azərbayan ərazisində erkən feodal dövlətləri yarandı:
B) Azərbayan ərazisi Eldənizlər dövləti tərkibində birləşdirildi.
C) Azərbayan türk xalqının təşəkkülü prosesi qəti olaraq başa çatdı.
D) Azərbayan ərazisində ərəb ağalığına son qoyuldu
E) Sasanilərin aramsız hücumlarının qarşısı alındı.
31. Sonuncu Səlcuq hökmdarı Sultan Səncərin hakimiyyəti illərində:
A) Rəvvadilər dövləti Səljuqlardan asılı vəziyyətə düşdü
B) Abbasilər Xilafəti Səljuqlardan asılı vəziyyətə düşdü
C) Qəznəvilər məğlub oldu
D) İmperatorluq ayrı-ayrı müstəqil dövlətlərə parçalandı
E) Bizans asılı vəziyyətə salındı.
32. Səlcuq imperiyasının ərazisi əhatə edirdi:
A) Zənjandan Dərbəndə qədər
B) Mərkəzi Asiyadan Aralıq dənizi sahillərinə qədər
C) Balkanlardan Hindistana qədər
D) Dərbənd keçidindən İran körfəzinə qədər
E) Mərkəzi Asiyadan Çinə qədər
33.Səlcuq imperiyasının parçalanmasından sonra ən qüdrətli dövlətlərdən biri idi:
A) Şirvanşahlar
B) Elxanilər
C) Eldənizlər
D) Albaniya
E) Rəvvadilər.
34. Monqolların Azərbaycana 1 yürüşü əhatə edir:
A) 1121-1122-i illəri
B) 1220-1222-i illəri
C) 1231-1239-u illəri
D) 1256-1258-ci illəri
E) 1310-1320-ci illəri.
35. Monqolların Azərbayjana 1 yürüşü hansı xarakter daşıyırdı?
A) Azərbayjan və qonşu dövlətləri işğal etmək və Güney Qafqazda möhkəm¬lən¬mək
B) Eldənizlər dövlətini işğal edərək Atabəy Özbəyi xərac verməyə məcbur et¬mək
C) Feodal dağınıqlığının qarşısını almaq
D) Bu yürüş kəşfiyyat xarakteri daşıyırdı
E) Mərkəzi Asiyanı ələ keçirmək üçün bu torpaqlardan istinadgah kimi isti¬fa¬də etmək.
36. Monqolların 1 yürüşü ilə 11 yürüşü arasında Azərbaycan hücumuna mə¬ruz qaldı:
A) Slavyanların
B) Xəzərlərin
C) Alanların
D) Teymurun
E) Xarəzm şahların
37. Monqolların Azərbayjana II yürüşünün əvvəlkindən fərqi:
A) İşğal etdikləri ərazilərdə o cümlədən Azərbaycanda və qonşu ərazilərdə möhkəmlənmək
B) Talan, qarət, soyğunçuluq etmək
C) Azərbaycanı Xarəzmşahların hücumundan xilas etmək
D) İşğal etdikləri ərazilərdə o cümlədən, Azərbayjanda itirilmiş dövlətçiliyi bərpa etməkdə yerli əhaliyə köməklik göstərmək
E) Bu ərazilərdən İran ərazisini ələ keçirmək üçün strateci mərkəz kimi istifadə etmək.
38. Usta Bəndər üsyanı zamanı üsyan iştirakçılarının ən böyük səhvi:
A) Cəlaləddinin yalan vədlərinə inanmaları
B) Həlledici məqamda üsyan rəhbərliyini tərk etmələri
C) Şəhərdən çıxaraq Sultan ordusuna hücum etmələri
D) Qonşu ərazilərdən göndərilən köməkdən imtina etmələri
E) Sultanın ciddi intizama malik ordusuna çox da əhəmiyyət verməmələri.
39. Təbriz şəhəri ilə bağlı fikirlərdən biri doğru deyildir:
A) Monqollar şəhəri tutmaq üçün üç dəfə hüjum etsələrdə istədiklərinə nail ola bilmədilər
B) Bu dövrdə Atabəylər dövlətinin paytaxtı idi
C) 1225-ci ildə Cəlaləddin şəhərə hücum edərkən Atabəylər sülaləsi üzvləri arasında birliyin olmamasından istifadə edərək şəhəri ələ keçirmişdi
D) Monqolların II yürüşü zamanı Təbriz xilas olmuşdur
E) Cəlaləddin Azərbaycanı tutduqdan sonra özünə iqamətgah məhz Təbrizi seçmişdir.
40. 1227-ci ildə süqut etdi:
A) Atabəylər
B) Ağsunqurilər
C) Şəddadilər
D) Rəvvadilər
E) Şirvanşahlar.
41. Arqun adanın Azərbayjanda həyata keçirdiyi siyasətin əsas mahiyyətini təşkil edirdi:
A) Yerli feodalları torpaq sahələri ilə təmin etmələri
B) Yerli feodalların köçmə monqollardan asılılığını güjləndirmək
C) Köçəri monqol əmirlərini torpaq sahələrindən məhrum edərək onların əl-qolunu yığmaq
D) Yerli və köçərilərin birlikdə normal yaşayışını təmin etmək
E) Yerli əyanlarla ittifaq yaratmaq.
42. Abbasilər Xilafəti süqut etdi:
A) 1258-ci ildə Qazan xanın Bağdadı tutması ilə
B) 1256-cı ildə Hülaki xanın Xilafətin mərkəzini ələ keçirməsi ilə
C) 1255-ci ildə Səlcuq hökmdarı Alparaslanın həmləsi ilə
D) 1258-ci ildə Hülaki xanın Bağdadı tutması ilə
E) XIII əsrin əvvəllərində Cəlaləddin tərəfindən .
43. Hülaki dövləti Azərbayjanda mövjud oldu:
A) XII əsrin ortalarından XIII əsrin ortalarınadək
B) XIII əsrin əvvəllərindən XIV əsrin sonuna qədər
C) XIII əsrin ortalarından XIV əsrin ortalarına kimi
D) XI əsrdən XII əsrədək
E) XIV əsrin ortalarından XV əsrin əvvəllərinə qədər.
44. XIV əsrdə Azərbaycana hücum etməyib:
A) Qızıl Ordalılar
B) Teymurilər
C) Cəlairilər
D) Xarəzmşahlar
E) Canı bəy.
45. Teymurun vəfatından sonra Azərbayjanın Şirvana qədər ərazilərinin ida¬rə¬si kimi tapşırıldı
A) Miranşaha
B) Şahruxa
C) Əbu Səidə
D) Miranşahın oğlu Mirzə Ömərə
E) Pirbudağa.
46. Əmir Teymurla Şirvanşah I İbrahimin Qarabağdakı görüşünün nəticəsinə aid deyildir:
A) Əmir Teymur Şirvanı ona tapşırdı və onu Şirvan hakimi kimi tanıdı
B) Şimal sərhədlərinin mühafizəsi I İbrahimə tapşırıldı.
C) Şirvan bağlanmış bu ititifaqla Teymurun qarətlərindən xilas oldu
D) I İbrahim Teymurun timsalında Toxtamışa qarşı mübarizədə güjlü bir müttəfiq qazandı
E) Teymur bütün Azərbayjanın idarəsini I İbrahimə həvalə etdi.
47. Şirvanşah I İbrahimin 1406-ci ildə Təbrizi tərk etməsinin səbəbi:
A) Şəhər əhalisinin üsyanı nəticəsində İbrahimin geri çəkilməyə məcbur olması
B) Teymurun hücum xəbəri
C) Qızıl Orda xanı Toxtamışın Təbrizə gəlməsi
D) Cəlairi Sultan Əhməd və Qaraqoyunlu Qara Yusifin şəhərə yaxınlaşması
E) Şirvanda Saray əyanlarının İbrahimə qarşı çevriliş hazırlamaları.
48. Mərkəzi Van olmaqla Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsasını qoydu:
A) Bayram Xoca
B) Pəhləvan bəy
C) Teymur
D) Qara İsfəndiyar
E) Qara Məhəmməd.
49. Qara Yusiflə Sultan Əhməd əbədi dostluğa and içərək?
A) Teymurilərə qarşı birgə mübarizə aparacaqlar
B) Sultan Əhməd Bağdada, Qara Yusif Təbrizə yiyələnəcək
C) Qara Yusif Bağdada, Sultan Əhməd isə Təbrizə sahib olsun
D) Hər ikisi Şirvanşahlarla mübarizədə birgə hərəkət etsinlər
E) Teymuriləri buradan qovduqdan sonra müstəqil Qaraqoyunlu dövlətini ya¬rat¬sınlar.
50. Qaraqoyunlu dövləti yarandı:
A) Sultan Əhmədin məğlub edilməsindən sonra
B) Teymurilərin Azərbaycandan çıxarılması ilə
C) Şirvanşah İbrahimin qoşunlarının Kür sahilində darmadağın edilməsi ilə
D) I Şənbi Qazan döyüşündən sonra
E) Teymurun vəfatı ilə.
51. Qaraqoyunlu dövlətinin ərazisi əhatə edirdi:
A) Şirvan da daxil olmaqla bütün Azərbayjan torpaqları
B) Dərbənddən Kürə doğru bütün Xəzərsahili əraziləri
C) Şirvanşahlar istisna olmaqla, qalan Azərbayjan torpaqları, Şərqi Anadolu, Gürcüstanın şərq hissəsi, qərbi İran və İraq
D) Şimali və Cənubi Azərbayjan torpaqları ilə birlikdə, İran, İraq bütün Gürcüstan və Şimali Mesopatamiya əraziləri
E) Azərbaycanın Cənub hissəsi, Dəclə və Fərat çaylarının yuxarı axarları.
52. Qaraqoyunlu dövlətinin zəifləməsinə səbəb oldu:
A) Osmanlılarla aparılan amansız müharibələr
B) Xalq kütlələrinin son dərəjə ağır vəziyyəti, feodal çəkişmələri
C) Şirvanşahlar dövləti tərəfindən məğlubiyyətə uğramaları
D) Cahan şahın uğursuz daxili və xarici siyasəti nətijəsində dövlətin əsasla¬rı¬nın sarsılması
E) Hakimiyyət uğrunda fasiləsiz müharibələr, qonşu dövlətlərin müdaxiləsi və saray çevrilişləri.
53. Ağqoyunlu dövləti yarandı:
A) 1410-cu ildə
B) 1467-ci ildə
C) 1468-ci ildə
D) 1453-cü ildə
E) 1478-ci ildə.
54. Ağqoyunlu dövləti bu vaxta qədər ki, mövjud olmuş dövlətlərimizdən fərqli olaraq ilk dəfə:
A) Torpaqlarımızı vahid dövlətdə birləşdirdi
B) Avropa ölkələri ilə çox geniş əlaqə yaratdı
C) Paytaxtı Təbriz şəhəri idi
D) Qalibiyyətli müharibələr nətijəsində yarandı
E) Yadelli işğalçıları ölkədə qovub çıxarmağa nail oldu.
55. Ağqoyunluların xarici siyasətində əsas istiqaməti təşkil edirdi:
A) Rusiya dövləti ilə əlaqələr
B) Osmanlı imperatorluğu ilə münasibətlər
C) Venesiya dövləti ilə ittifaq
D) Teymurilər ilə diplomatik münasibətin yaradılması
E) Qaraqoyunlularla birgə ittifaq yaratmaq.
56. Göstərilən hansı tarixi hadisə nəticəsində Ağqoyunlu dövləti Qara dənizə çıxış yolunu itirdi:
A) Ağqoyunluların Osmanlıya qarşı Venesiya ilə ittifaqa girməsi
B) Ağqoyunlulara məxsus ipəklə yüklü gəmilərin Osmanlılar tərəfindən talan edilməsi
C) Trabzonun Osmanlılar tərəfindən fəthi
D) Strateci cəhətdən əlverişli yerdə yerləşən Qarahisar şəhərinin itirilməsi
E) Malatiya yaxınlığında Ağqoyunluların məğlub olması.
57. 1468-ji ildə yaradılmış Azərbayjan dövləti.
A) Atabəylər
B) Qara qoyunlular
C) Cəlairlər
D) Ağqoyunlular
E) Səfəvilər
58. Bu döyüşdən sonra Ağqoyunlu dövləti zəiflədi və onun dağılmağı sürət¬ləndi:
Göstərilən əlamətlərin aid olduğu döyüş
A) Beyşehir
B) Qoylhisar
C) Şəməsi
D) Otluqbeli
E) Malatya.
59. Ağqoyunlu dövlətinin dağılmasını sürətləndirən səbəblərə daxil deyildir:
A) İqtisadi tənəzzül



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 14 noyabr 2012 22:10
    bes 100 dene idi nooldu 59 dene di ki bu!yenede min sukur hec olmazsa yazmisiz

  2. 15 noyabr 2012 19:14
    Men 100 dene gondermisdim... wink

  3. 15 noyabr 2012 21:39
    Hormetli Rocstar Sayt ancaq bu tutumda qebul edir suallari Men nece var hele sayta verdim ancsq tesuf ki az oldu Neynek Uqurlar qelen defeye

  4. 16 noyabr 2012 17:36
    Testi qebul etdiyiniz ucun tesekkur edirem Men bu saytdan coxlu melumatlar aliram Yadiqiniz ucun cox sagolum

  5. 17 noyabr 2012 00:36
    salam cox yaxsi testlerdi.sizde 8-9 cu sinif 2009cu il az-tarixi testlerinin cavablari var?varsa yaza bilersiz?

  6. 17 noyabr 2012 11:39
    cox gozel testlerdi

  7. 18 noyabr 2012 17:21
    cox xosuma geldi feel

  8. 18 noyabr 2012 22:04
    ela testlerdi munkunse 11-ci sinife aid testler veresiniz.sebirsizlikle gozleyecem.birdeki men burda yeniyem. love

  9. 23 noyabr 2012 22:44
    tqdk sinif kitabcalrindan olan eyni testlerdi cox asantdirlar

  10. 5 dekabr 2012 11:21
    TEWEKKURLER

  11. 5 dekabr 2012 23:07
    Maraqli testlerdir.

    Maraqli testlerdir. Tewekkurler

  12. 7 dekabr 2012 23:09
    men bu syatda tezeyem mene tarix haqda bezi melumatlar lazimdi harda tapa bilerem ve nece ? komek eleye bilersiz?

  13. 8 dekabr 2012 15:17
    6 sinif yoxdu sad

  14. 22 dekabr 2012 16:40
    cavablari yoxdur?

  15. 22 dekabr 2012 18:43
    59 dene buna da sukur winked

    aysel sen 6 da oxuyurasan?

  16. 28 dekabr 2012 15:14
    cox beyendim

  17. 13 aprel 2013 20:39
    cox sagolun

  18. 4 may 2013 17:54
    qeseng suallar idi cox sag olun smile

  19. 3 avqust 2013 18:56
    testin cavablari olsaydi lap yaxwi olardida hm

    testin cavablari olsaydi lap yaxwi olardida hm

    testin cavablari olsaydi lap yaxwi olardida hm

  20. 23 sentyabr 2013 22:02
    salam suallarin capina icaze var lutfen cavab verin

    xahis edirem suali cavablayin


  21. 9 yanvar 2014 14:42
    Salam.testlərə görə çox sağolun.bes cavabları yoxdu?yəni həll edəndən sonra necə yoxlayacağıq?


  22. 14 yanvar 2014 15:27
    hec beyenmedim  lol lol lol lol tongue tongue tongue tongue tongue tongue tongue tongue tongue tongue tongue tongue tongue tongue tongue


  23. 6 avqust 2014 14:41
    bəs 100 dənə idi?

  24. 6 avqust 2014 15:07
    nuray2001,, herweyi diqqetle nezerden kecirin sonra.administratorun reyine baxin,orda qeyd edilibki sayt buqeder tutdugu ucun 59testdir.onagore.

    --------------------

  25. 27 oktyabr 2014 19:30
    mana tarixn 1-ci faslina qadar lazimdir

    yaxsi ozuvuz necasiz

    burdaki suallar 59 danadi

    eladuda
    ela

  26. 5 noyabr 2014 02:01
    suallar yaxsidi amma cetinliyi biraz artirilsa daha yaxsi olardi)
    tsk

  27. 6 noyabr 2014 02:34
    Suallar ucun twk. love

  28. 1 avqust 2015 19:27
    cavab olsa ela olardi

    cavab olsa lap yaxsi olar

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.