Hava şarından təyyarəyədək

[/b]

[b]Hava şarından təyyarəyədək
 

Göyə uçmaq insanların lap qədimlərdən bəri böyük arzularından biri  olmuşdur. Yəqin ki, qədim yunan əsatiri «Dedal və İkar»ı  oxumusunuz.  Dedal və İkar-ata və oğlu özlərinə quş lələklərindən qanad düzəltmiş, onu mumla bədənlərinə bərkitmiş və uçmuşlar. Lakin günəş şüaları mumu əritmiş, qanadlar qopmuş, onlar yerə düşərək həlak olmuşlar. Elə götürək nağıllarımızı.  Uçan xalçalardan bəhs edən nə qədər sehrli nağıllarımız var!

 

         İnsanlar tonqal qalayarkən müşahidə etmişdilər ki, alovun dilləri yuxarıya üz tutur və tüstü getdikcə göyə qalxır. Görəsən, isti havanı nəyi isə özü  ilə yuxarı qaldırmağa məbur etmək olarmı? Hava şarı ideyası da beləcə meydana çıxıb. İlk hava şarını Fransada 1783-cü ildə Jozef (1740-1810) və Etyen (1745-1799) Monqolfye qardaşları düzəltmişdilər.  Bu şarın içərisi isti hava ilə doldurulmuşdu. Hava şarının ilk sərnişinləri qoyun, ördək və xoruz olmuşdur. Onların uçuşu 8 dəqiqə davam etmişdir. Hava şarında insanın özünün uçuşu 25 dəqiqə davam etmiş və şar 8 km uçmuşdur.

         Sonralar şarları isti hava ilə deyil, havadan yüngül qazlarla, məsələn, helium və hidrogen qazları ilə doldurmağa başladılar. Şarlarla uçuş ən populyar idman növünə çevrilmişdi. Ancaq bir dəfə belə şarlardan birinin  məcburi enməsi zamanı insanlar onda  əyləşəni əjdaha bilərək öldurmək də istəmişdilər.

         Hava şarını idarə etmək çox çətin idi. Çünki yüksəklikdə o bütünlüklə küləyin istiqamətinə tuş olur, tez-tez öz üolundan kənara çıxırdı. Bəzən isə elə yüksəkliyə qalxırdı ki, pilotların nəfəs alması çətinləşirdi.

         Hava şarlarının inkişafı tarixində sonrakı addım dirijbalların düzəldilməsidir. Bu istiqamətdə 18 2-ci ildə Anri Jaffer (1825-1925) ilk addımı atmışdır. Onun qurduğu  «hava gəmisi» uzunluğu 44 metr olub, uzunsov və ucları iti ellips formasında idi. Bu maşın buxar mühərrikinin fırlatdığı hava vintinin köməyi ilə hərəkət edirdi.

         1898-ci ildə Ferdinand fon Seppelin (1838-1917) yüngül metaldan sərt daxili karkaslı dirijbal düzəltdi. Beləliklə, nəhəg sərnişin dirijballarının düzəldilməsinə başlandı. Bunlardan biri- «Qraf Serrelin» 144 tranatlantik reys etmişdi. 1937-ci ildə dünyada ən böyük dirijbal sayılan «Hindenburq»da yanğın baş verdi. Nəticədə 35 adam həlak oldu. Bu faciə dirijbalların uçuşunun dərhal  kəsilməsinə səbəb oldu.

         Alman ixtiraçısı Otto Liliyental (1849-1896) motorsuz uçmağın sirrini açmağa çaplışırdı. Bahalı maşınların əvəzinə o, yüngül plaerlər düzəldir və onların təkmilləşdirilməsi üzərində işləyirdi. O, ilk dəfə olaraq havada süzməklə uçmağın mümkün olduğunu sübut etdi. Liliyentilin bu təcrübəsi başqa ölkələrdə də diqqətlə qarşılandı. Lakin uçuşların birində planer qəzaya uğradı və Liliyental həlak oldu.

         Amerikalı yepiskopun oğlanları Uilbur (1867-1912) və Orvil (1871-1948) Rayt qardaşları yüngül mühərrikli «Flayer» adlı təyyarə düzəltdilər. Bu dünyada ilk  təyyarə idi.  1903-cü il dekabrın 17-də Orvil Rayt tarixdə ilk dəfə ola­raq təyyarədə göyə qalxdı. Həmin gün o, 4 saat uçuş etdi.  1905-ci ildə qardaşlar «III Flayer» adlı yeni bir təyyarə qu­raş­dırdılar. Bu təyyarə daha yaxşı idarə olunur və 1, 5 saat uça bilirdi. 1909-cu ildə ABŞ hərbçiləri Rayt qar­daş­la­rının ixtirasını yüksək qiymətləndirərək bu təyyarənin hərbi variantını hazırlamaq sifarişini verdilər.

         Bu hadisədən sonra  aviasiya sürətlə inkişaf  etməyə başladı. 1909-cu ildə görkəmli fransız təyyarəçisi Blerio özünün «Blerio-2» təyyarəsində La-Manşın üzərindən uçub Böyük Britaniyada yerə endi. Artıq 1928-ci ildə ABŞ təyyarəçisi Çarlz Lindberq (1902-1974) ABŞ-dan Fransaya uçaraq 5800 km məsafə qət etdi. Bunun üçün ona 33 saat 30 dəqiqə vaxt tələb olundu.

         ABŞ-a mühacirət etmiş rus mühəndisi  İqor Sisorski (1889-1970) 1939-cu ildə «Sisorski YS-300» adlı ilk müasir vertolyot (helikopter) quraşdırdı. 1942-ci ildə isə ABŞ ordusu bu vertolyotu döyüş maşını kimi qəbul etmişdi.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 23 noyabr 2013 22:03
    xeber cox maraldir.teskuler.cox xosuma geldi.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.