Radiodan televiziyayadək

[/b]

[b]Radiodan televiziyayadək

Telefon və teleqrafın əksinə olaraq radio və televiziya siqnalları kabelsiz və simsiz verilir. Bizim zəmanəmizdə  dünyanın bir nöqtəsindən digərinə səs və görüntülər peyk vasitəsi ilə ötürülür. Hər hansı bir hadisə baş verdikdən dərhal sonra onun haqqında məlumat dünyanın  hər yerinə yayılır.

 

         XIX əsrdə alimlər kəşf etdilər ki, elektromaqnit sahəsi də işıq kimi dalğalar şəklində yayılır. Alimlərin öncəgörməsinin dəqiqliyini 1888-ci ildə alman alimi Henrix Herts (1857-1894) əməli şəkildə isbatladı. O, öz laboratoriyasında  bir küncdə yaradılan elektrik qığılcımından yayılan dalğaların digər  küncdə qoyulmuş məftil halqa (vibirator) tərəfindən qəbul olunduğunu nümayiş etdirdi.

         Hertsin elektromaqnit dalğaları kəşf etməsindən cəmi bir neçə il sonra ondan artıq məlumat ötürmək üçün istifadə edilirdi. 1895-ci ildə rus ixtiraçısı V.Popov olduqca primitiv bir radiocihaz ixtira etdi.  Öz növbəsində italyan ixtiraçısı Qullyelmo Markoni (1874-1937) kabelsiz və simsiz radiodalğaların köməyi ilə bir nöqtədən digər nöqtəyə məlu­mat göndərilməsinin yolunu ixtira etdi. O,  20 yaşında olar­kən Hertsin elektromaqnit dalğala­rına dair tədqiqat larını öyrənərək öz xüsusi eksperiment­lərini həyata keçirməyə başlamışdı.  1896-cı ildə Markoni 9 metrlik məsafədə elek­trik zənginin səslənməsini təmin etdi. Zəngi çalmaq üçün hər hansı bir naqillə zəngə bağlanmış düyməni basmaq kifayət idi. Zəngin çalınmasına səbəb olmuş elektromaqnit dalğaları radio dalğaları  adlandırıldı. Radionun ixtirasında da çoxları iddialı idi. Lakin Markoni hamını qabaqladı.

         O, Londona gələrək öz ixtirasını patentləşdirdi və onu rabitə nazirliyinin nümayəndələri qarşısında nümayiş etdirdi. Onlar ixtiraçının tədqiqatlarını maliyyələşdirmək barədə razılığa gəldilər. Öz ixtirasını daha da təkmilləşdirən Markoni İngiltərədən Fransaya 50 km-lik məsafədə Morze kodu ilə məlumat göndərmyə nail oldu.

         1902-ci ildə Markoni ilk ləfə Morze əlifbası ilə Atlantika üzərindən radiosiqnal göndərdi. Bunula da ABŞ və Böyük Bri­ta­niya arasında rəsmi rabitə quruldu. Kral VIII Eduard və prezident Teodor Ruzvelt radioqramlarla bir-birlərini salam­ladılar. Beş il sonra isə kanadalı alim Redcinald Fessenden ilk dəfə radio ilə insan səsinin verilməsinə nail oldu. 1907-ci ildə Mar­koninin şirkəti Avropadan Amerikaya radioteleqrafla xəbər göndərmək istəyən bütün insanlar üçün ilk radioteleqraf stansiyasını açdı.

         Radio və televiziya sistemlərinin  işlənməsində britaniyalı mühəndis Con Flemi  1904-cü  ildə diodu ixtira etməsi mühüm əhəmiyyət kəsb etdi. Diodlardan  yaranmış radiodalğaları və elektrik siqnallarını böyük məsafəyə yaymaq üçün istifadə edirdilər.

         1884-cü ildə alman mühəndisi Paul Nikpou (1860-1940) üzərində spiralvari yollar olan kvadratşəkilli deşiklərin  olduğu bir disk ixtira etdi. Bu disk hər hansı bir cismin qarşısında fırlandıqda hər bir deşik həmin cismin kiçik hissəciyindən gələn işığı tuturdu. Əldə olunan görüntülər birləşdirib ekranda cismin tam bir görüntüsünü yaradan uzaqdakı başqa bir diskə ötrülürdü. Nipkonun diski televiziyanın ixtirasında mühüm bir addım oldu.

          Televiziyanın ixtiraçıları elektrik siqnallarını kabel vasitəsilə göndərmək üzərində düşünürdülər. Lakin radionun inkişafı onlarda siqnalları naqilsiz olaraq ötürmək imkanının olduğunu başa saldı. 1923-cü ildə ABŞ mühəndisi Çarl Cenkins radio ilə Vaşinqtondan Filadelfilyaya və Bostona hərəkətsiz əşyanın  rəsmini ötürə bildi.

         1926-cı ildə şotlandiyalı ixtiraçı Con Lodci Börd (1888-1946) ilk dəfə olaraq insanın təsvirini televiziya vasi­tə­silə əldə etdi. Bördün aparatı boş qutudan, bir tikiş iynə­sindən, velosiped fənərindən və Nikpovun kağız diskindən  ibarət idi. O, öz laboratoriyasında  ixtiraçı Vilyam Tulyunton adlı bir oğlanın boz-bulanıq təsvirini aldı. Börd öz eksperimentlərini təkmilləşdirdikcə, əldə olunan təsvirlər əslinə daha çox bənzəyirdi. Həmin ilin sonunda Börd öz ixtirasını  ictimaiyyətə açıqladı. Onun şirkəti ilk mexaniki televizorların istehsalına başladı.

 

Bu hadisədən sonra bir çox televiziya sistemləri işləndi. 1917-ci il oktyabr çevrilişi nəticəsində Rusiyadan ABŞ-a mühacirət etmiş Zvorıkin soyadlı bir mühəndis 1933-cü ildə işləyən televiziya trubkası düzəltdiyini elan etdi. Ondan xəbərsiz olaraq Fil Fransuort da eyni nəticə əldə etmişdi. Bu kameralara «ikonoskop» və ya «təsviri-ötürücü trubka» deməyə başladılar. 1945-ci ildə bu iki trubka daha mükəmməl sistemlərlə əvəz olundu.

1936-cı ildjə Britaniyanın «Bi-bi-si» radioyayımı kor­po­rasiyası ağ-qara rəngli televiziya yayımına başladı. Artıq 1939-cu ildə Böyük Britaniyada 20.000 televizor var idi. 1953-cü ildə ABŞ-da ilk dəfə olaraq rəngli televizorlar meydana çıxdı.

Radiodan televiziyayadək

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 23 noyabr 2013 22:04
    xeber rey verilmeyib.
    men rey vererem.
    xeber cox marqldir.
    cox xosum,a geldi.
    heqiqieten cox marqldir.


  2. 26 avqust 2014 11:32
    Yesilsu, bax men de geldim.Meqaleye gelince ise cox maraqlidir.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.