Məkkə

Məkkə

 

Məkkə – Dünya müsəlmanlarının əsas müqəddəs şəhəridir. İslam dininin banisi Məhəmməd qədim ticarət mərkəzi olan bu şəhərdə doğulmuş, yaşamış və öz təbliğatına başlamışdır. O, Allaha iman gətirməkdən boyun qaçıran həmvətənlərinin təqibindən yaxa qurtarmaq üçün 622-ci ildə bir dəstə tərəfdarı ilə birlikdə Yəsribə (sonradan Mədinə adlandırılmışdır) köçmüş, oradan məkkəlilərə qarşı mübarizə aparmış, nəticə etibarı ilə onları özünə tabe etdirmişdir. 
Məhəmməd Məkkənin qədim bütpərəst ziyarətgahı olan Kəbəni islamın başlıca müqəddəs ocağı elan etmiş və bütün müsəlmanlara oranı ziyarət etməyi (həccə getməyi) əmr etmişdir. Kəbə Məkkənin əl-Məscid əl-Haram adlanan əsas məscidində yerləşir.
Orta əsrlərdə Məkkə Hicazın (Ərəbistanın) inzibati mərkəzi idi, şəhərdə din elmləri tərəqqi edirdi. XX əsrin əvvəllərində Məkkə şəhər şəriflərinin türk hökmranlığına qarşı qaldırdıqları üsyanın siyasi mərkəzinə çevrilmişdi. 
Məkkədə dörd sünni məzhəbinin və cəfəri şiələrinin tədris müəssisələri yerləşir. 
Hazırda Məkkə dünya islam hərəkatının mərkəzinə çevrilməkdədir. Beynəlxalq müsəlman təşkilatları öz iqamətgahlarını Məkkədə yerləşdirirlər, orada getdikcə daha tez-tez ümummüsəlman konfransları keçirilir; zəvvarların Məkkəyə gəlməsindən müsəlman həmrəyliyi ideyalarının təbliği üçün geniş istifadə olunur.
Tam adı Məkkə Əl-Mükərrimə olan şəhər Səudiyyə Ərəbistanı Krallığının Qərbində Mədinə və Taif şəhərləri arasında yerləşmışdır. Ərəb dilində Mərkəz mənasını daşıyan şəhər Ummul Qura, Beyt ul-Əmin, Bəkkə kimi də qeyd olunur.
Məkkə ilk əvvəl susuz səhra olmuş sonradan İbrahim peyğəmbərin həyat yoldaşı Həcər xanım oğlu İsmayıl peyğəmbər ilə buraya gəlmiş və Allaha dua edərək ona su verilməsini istəmişdi. Allah Təala da duasını qəbul edib və bugün Zəm-zəm adlanan bulağ səhrada yoxdan var etmişdi. Məkkəyə sonradan başqa ərəb qəbilələri də axışmağa başlamışdı. Məkkə ilk orta əsrlərdə müxtəlif dövlət ərazilərinə tabe olsa da sonradan Allah Təala tərəfindən elçi olaraq Məhəmməd Əleyhissəlamı göndərmiş və İslam dininin qalib gəlməsindən sonra yaranan ilk Müsəlman Xilafətinin paytaxtı olmuşdur. Məkkəni daha çox məşhur edən orada yerləşən Kəbə evidir. Qurani Kərimdə Allah Təlanın evi adlandırılan Kəbə İbrahim peyğəmbər tərəfindən ilk dəfə tikildiyi bildirilir. Bu gün bütün dünyada namaz qılan və dua tutan müsəlmanlar üzlərini məhz Qibləyə yəni Məkkə şəhərində yerləşən Kəbə evinə(Bəkkə) tərəf tuturlar.
Məkkə şəhəriində 1700000 insan yaşayır. Həcc ziyarəti zamanı şəhərin əhalisi dəfələrlə artır. Səudiyyə Ərəbistanı kralı Məkkə və Mədinə şəhərlərinin müdafiəcisi sayılır.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 fevral 2014 21:06
    cox saqolun ki, bele gozel bir meqale hazirlamisiz.ALLAH sizden razi olsun

  2. 1 mart 2014 16:31
    cox sagolun

  3. 5 mart 2014 16:44
    ALAH RAZI OLSUN.

    --------------------

  4. 11 mart 2014 17:58
    ALLAH komeyiniz olsun

  5. 13 mart 2014 21:44
    Peygemberimizin adinin sonunda s.a.v.s isletseydin daha yaxsi olardi.Cunki Məhəmməd coxdur,HZ Məhəmməd peygəmbər s.a.v.s bir

  6. 23 iyun 2014 13:04
    canim MEKKEM.CANIM PEYGAMBERIM.CANIM DINIM.

    --------------------

  7. 21 sentyabr 2014 13:18
    salam.Evvala mInnetdaram Peygamber Efendimiz Muhammed(s.a.s) hakkinda meqaleye gore,Allah razi oLsun.Muqeddes mekanimiz..ancaq coxlari ele bilirki Peygamber Efendimiz Mekkeni terk edib.bu esla bele deildir.Hicret edibdir.Hicret yolculux Demeydi yeni dinimizi yaymag ucun hicret etmiwdir.1daha cox sagoLun.. Nurlan212

    --------------------

  8. 6 fevral 2015 12:03
    Hamınıza çox sağol deyirəm,bu məqaləni oxuduğunuza görə.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.