Əshabi Kəhf

Əshabi Kəhf

 

 

«Əshabi-Kəhf»lə bağlı uzun illərdən bəri müxtəlif istiqamətli kitablar, məqalələr yazılmış, filmlər çəkilmişdir. Qeyd edim ki, qaynaqlarda daha çox Türkiyədəki yeddi yatmış və onlarla bağlı rəvayətlərdən bəhs edilmişdir. Azsaylı müəlliflər istisna olmaqla, Naxçıvandakı «Əshabi-Kəhf» və onunla bağlı hadisələr lazımınca araşdırılmamışdır. Çap olunan materiallar isə daha çox rəvayəti, dini və mifik mətnləri əhatə edir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev hələ Sovet hakimiyyəti illərində xalqımızın dininə, inanclarına hörmət bəsləmiş və müqəddəs yerlərə qayğı göstərmişdir. Bu qayğı, müstəqillik dövrümüzdə də davam etmişdir. Onun 1998-cu ildə «Əshabi-Kəhf»in abadlaşdırılması və bərpa edilməsi barədə göstəriş verməsi, xalqımızın dininə və tarixinə göstərilən qayğının bariz nümunəsidir. Bu gün «Əshabi-Kəhf» tarixi abidəsi və ziyarətgahı yenidən qurulmuş, burada məscid tikilmiş, yol çəkilmiş, zəvvarlar üçün hər cür şərait yaradılmışdır.«Əshabi-Kəhf» tarixinə, «Qurani-Kərim»də adı çəkilən ziyarətgahın Naxçıvana aid olmasına yönəldilmişdir. Aparılmış hərtərəfli araşdırmalardan aşağıdakı nəticəyə gəlmək olar:

1. «Əshabi-Kəhf»lə bağlı rəvayət Naxçıvanda formalaşmaqla, əvvəlcə türk xalqları, sonra digər xalqlar arasında yayılmışdır.

2. "Qurani Kərim”də adı çəkilən «Əshabi-Kəhf» bütün əlamətləri ilə Naxçıvandakı «Əshabi-Kəhf»lə uyğun gəlir.

3. Mağara qədim ata ocağı, yaşayış məskəni kimi «Əshabi-Kəhf» hadisəsindən əvvəl mövcud olmaqla müqəddəs hesab olunmuşdur.

4. Buradakı inanclar heç bir dinə deyil, qədim türklərin inanclar sisteminə, təbiət kultuna aiddir.

5. «Əshabi-Kəhf» fiziki təmizlik, ruhu paklıq halında olan qulun Tanrıya yönəldiyi Ali məqamdır.

6. «Əshabi-Kəhf» Azərbaycan türkünün qədim ata yurdu, Naxçıvanda min illər boyu tapındığı mağaranın daşlarına hopmuş mənəvi, tarixi kimlik vəsiqəsidir.

İnanırıq ki, «Əshabi-Kəhf»lə bağlı mövzulara dönə-dönə qayıdılacaq, qulu Rəbbinə yaxınlaşdıran, çoxları üçün tövbə qapısı sayılan bu Ali Məqama zəvvarlarla bərabər, hələ çox araşdırıcılar gələcəkdir.

«Əshabi-Kəhf»i tədqiq məqsədi ilə gələnlər! Zahiri təmizlənmə ilə bərabər, mənəvi təmizliyi qoruyun! Unutmayın! Allah hər şeyi olduğu kimi biləndir.

Əshabi Kəhf

 

 


*Tugba Aziz*




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 10 sentyabr 2012 11:30
    AZERBAYCAN: qedim ve zengin tarixi ile yaddaslardan silinmeyecek qizildan bir kitabdir!!!
    *Tugba Aziz*

  2. 10 sentyabr 2012 13:49
    eladir.[hide][/hide]

  3. 10 sentyabr 2012 17:16
    maraqlidir

  4. 10 sentyabr 2012 17:22
    AVATARIM NECEDI TUGBA????

  5. 10 sentyabr 2012 19:42
    Bu hele bizm bildiyimiz yerlerdir,Azerbaycanin her qarisi bele gozel abidelerler,tarixlerle zengindir....MEn Fexr ediremki Azerbaycanliyam...

  6. 10 sentyabr 2012 19:52
    Xeber ucun cooox sag olun. Esitmisdim bu haqda. Ama tam melumatim yox idi. Orda olmagi cox isterdim. Mocuzedir

  7. 11 sentyabr 2012 20:05
    supperrrdi Gunka smile

  8. 11 sentyabr 2012 20:51
    KIM OZUNE GUVENIR MENE AZERBAYCAN TARIXINDEN SUAL VERSIN MEN SIZE VERIM?

  9. 12 sentyabr 2012 12:06
    yaxsi cecen bey sual:momin vacaqan necenci ilde aquen kilse meclisi cagirdi?

    men size yazdim de sual ay cecen bey niye oxumursuz

  10. 14 sentyabr 2012 12:58
    Cecen cavab verin gorek "Salyan" doyusu necenci ilde olub?Basqa bilen varsa o da cavab vere biler...buyurun)))

  11. 14 sentyabr 2012 17:47
    Suleyman men deyim cavab?

  12. 14 sentyabr 2012 18:39
    Deye bilersiz Hamlet muellim,tanidigim hec bir muellim sagird bilmeyib bu sualin cavabini,Ramin muellim(Axiles) istisna olmaqla...Birde ki yeqin ki siz duz cavabi yazacaqsiz...Buyurun

  13. 14 sentyabr 2012 20:11
    Suleyman sen sadece butun tarix muallimlerine ve tarixle maraqlananlara bu suali vermemisen onun ucun

    Mene maraqlidi sadece cavab demek istemirdim ki maraqli olsun

    Salayan doyushu 8-ci sinif Azerbaycan dersliyindedir
    1537-ci il Mehemmed Amin usyani dovrunde qiyamcilarla Sshirvanshah Shahrux arasinda olub Shirvanshahlar qalib qelib

    Men bu suali bashqa cur shaqirdlerime vermishdim bele
    Shirvanshahlar dovletinin qalib qeldiyi sonuncu qelebe doyushu hansidir?
    Uqurlar !

  14. 14 sentyabr 2012 22:37
    Hmm.sagolun genis izahat ucun , Hamlet muellim...Nezere carpmayacaq bir formada verilib deye cox adam fikir vermir...)))Birdeki Hamlet muellim, uzr isteyirem menim adim Ehtiramdir...Sultan Suleyman sadece nik gereyi yazmisam)))Bir daha tesekkur edirem...(InsAllah mende sizin kimi bir muellim olum oz ixtisasim uzre)

  15. 17 sentyabr 2012 22:13
    Salam olsun Sizlere!
    Azerbaycan tarixi maraglidir.
    Amma menim sualim Azerbaycanin kecmish ve gelecek tarixindendir:
    "Azerbaycani nece gormushuk ve nece gormek isterdik?"

  16. 11 oktyabr 2012 08:46
    Naxcianda yerlesen Eshabi Kehfde cox olmusam, Cox gozel yerdir insani heyran edir!
    smile

  17. 29 oktyabr 2012 17:43
    melumatlar cox maraqlidir. twk

  18. 24 noyabr 2012 11:26
    tsk eladiii

  19. 15 iyul 2013 11:42
    Cooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooox beyendim! winked

  20. 20 avqust 2014 14:18
    cox sagolun geniw melumata gore

    --------------------

  21. 11 noyabr 2014 16:20
    her hansi bir melumatin beynimizde yer almasina sebeb oldugunuz ucun bu saytda emeyi gecen hamiya tesekkurler

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.