NOSTRADAMUS KİMDİR?

Müharibə olur, deyirlər ki, Nostradamus bunu yazmışdı. Zəlzələ baş verir, yenə də Nostradamusun proqnozlarının doğru çıxdığını iddia edirlər. Bəs əslində, Nostradamus kimdir?
Nostradamus 16-cı əsrdə yaşayan astroloq, kahin, münəccim və ya bir falçıdır... Mudafiəçilərindən biri olan Çarles Vardın sözlərilə "gələcəkdə baş verəcək anormal hadisələrdən” xəbər verən bir insan...
Tarixdə bir çox insanın gələcəklə bağlı xəbərlər verdiyi məlumdur. Belələrini peyğəmbərlər və kahinlər kimi iki qurupa ayırmaq olar.
Peyğəmbərlər bir möcüzə olaraq gələcək haqqında məlumatlar verib və onların dedikləri eynilə düz çıxıb. Onların xəbərlərinin əsası vəhy və ilahi elmdir. Zamanı yaradan Allah göndərdiyi peyğəmbərləri insanlara təsdiq etdirmək üçün onlara möcüzəli bir şəkildə gələcək haqqında xəbərləri bildirib.
Kahinlər isə bunu özlərinə bir məslək, sənət olaraq seçiblər. Vəhyə əsaslanmayan insanların gələcəklə bağlı xəbərləri bilmələri qeyri-mümkündür. Bu, açıq bir həqiqət olduğu halda, bəziləri insanların zəif cəhətlərindən faydalanıb, şöhrətə yiyələnib və maddi mənfəətlər əldə edi(r)blər. Kahinlikdən bu cür qazanc məqsədilə istifadə edilib. Belələrinin sözünə nə dərəcədə inanmaq olar?
Əsrimizin insanı maddəçiliyin boğucu qaranlığından xilas olmağın yollarını axtarır, buna görə də bəzi fırıldaqçılar tərəfindən aldadılır. İnsanın astrologiyaya olan marağını da bu səbəbdə axtarmaq lazımdır. Amerikada hər dörd insandan birinin astrologiya ilə maraqlanması da bu həqiqətin göstəricisidir. Nostradamus kimilərin hələ də aktual olmalarının səbəbi budur.
Bu mövzuda ciddi tədqiqatları ilə tanınan Erik Russel bir kahinlikdən (gələcək haqqında xəbərvermə) bəhs edir: "Avropalı astroloqlar gələcəkdə baş verəcək bir daşqından xəbər verərək: "Planetlər balıq bürcündə bir yerə gəldikləri zaman bütün dünya su altında qalacaq”, - deyirlər. hər kəs bundan qorxmağa başlayır. Bəzi insanlar guya bu daşqından qorunmaq üçün qayıq belə alırlar. Onların dedikləri zaman gəlib çıxır, lakin heç bir daşqın olmur. Lakin zamanın axarı bu açıq yalanı da silir və untdurur.
Bundan sonra astronomiya alimləri yenidən bu mövzuya qayıdır, onu tədqiq etməyə başlayır və "Planetlərin balıq bürcündə bir yerə gələcəyi” sözünün heç bir elmi əsası olmadığı qənaətinə gəlirlər.”
Nostradamus kimi insanların ən yaxşı dostu yalanları unutduran zamandır. Məsələn onlar, "filan tarixdə filan insan öldürüləcək”, - deyirlər. Əgər həmin insan həqiqətən də öldürülsə, bu müsbət bir göstərici olur və uzun müddət unudulmur. hadisə baş vermədiyi zaman isə bu yalan qısa bir müddətdə unudulub gedir.
Nostradamusun gələcəklə bağlı verdiyi 946 xəbərdən yalnız 70- i müəyyən mənada doğru çıxıb. Onun doğru söyləmək nisbəti yeddi faizdir. Bunların da əksəriyyəti demək olar ki, hər bir insanda ola biləcək normal hadisələrdir.
Nostradamus özünün gələcəklə bağlı xəbərlərində "müqəddəs yazıları əsas götürərək, astronomik hesablarla nəticə əldə etdiyini” etiraf edir. Onun gələcəklə bağlı müxtəlif işarələrini, öz ağlına görə izah etmək tam Nostradamusa uyğun olan bir saxtakarlıqdır.
Çarles Vard onun haqqında belə deyir: "Tapmacalarla danışan bir insandır. Səthi bir xristian, səmimi bir bütpərəstdir. Yanacağını əvvəlcədən xəbər verdiyi Rouzin şəhərini də o özü yandırıb!”
Nostaradamus qeyri-müəyyən, ikimənalı, hər bir şərhə açıq sözlər deməkdə usta idi. Bernard Cap isə onun haqqında: "O öz sözlərinə drammatik don geyindirməkdə mahirdir. Buna görə də gələcək haqqında verdiyi xəbərlər bu günə qədər diqqət mərkəzində oldu” ifadəsini işlədib.
Məşhur tədqiqatçılardan Cames Laverin ifadələri isə daha maraqlıdır: "Onun yazıları şer və ədəbiyyat qaydalarına uyğun gəlməz; nizamsız, uydurmalarla dolu olan mənasız sözlər yığnağıdır. Şerlərindən doğru məna çıxarmaq mümkün deyil. Dediklərinin əksəriyyəti mənasız sözlərdən ibarətdir”.
Qısası, Nostradamus bəzi mənfi niyyətli insanlar tərəfindən şişirdilmiş fırıldaqçıdır. Lakin məsələnin çətin tərəfi odur ki, Allah, axirət və alın yazısı kimi açıq həqiqətlərə inanmaqda çətinlik çəkənlər belə fırıldaqçıların boş sözlərinə aldanır, hətta bəziləri buna inanırlar.
Mövzunu həzrət peyğəmbərin (s) bir hədisi ilə bitirək: "Bütün münəccimlər yalançıdır”.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 11 noyabr 2012 10:59
    qabaqgoren

  2. 11 noyabr 2012 21:18
    MARAQLIDI hec bele duwunmemiwdim tewekkurler

  3. 12 noyabr 2012 21:09

  4. 13 noyabr 2012 16:57
    gelecekle baqli verdikleri praqnozlarin coxusu muqqedes kitabdada var.nostradamus kitabin oxuyub ona serf elediyin vaxti Qurani kerimi oxusunlar onda ozleride geleckle baqli praqnoz verecekler Muqqedes kitabda heyatla b agli her wey aciq weiklde izah olunub.

  5. 8 dekabr 2012 15:19
    ekstrahissdir ve alim olub deye oxumusdum men

  6. 6 yanvar 2013 00:02
    SNN YAZILARININ HE BR SASI YOXDUR.FAKTLARA DA SASLANMIR.

  7. 6 yanvar 2013 12:48
    Carles Vardla men raziyam.Umumuiyyetle men bele praqnozlara inanmiram,inananlarada meslehet gormurem ki, inansinlar.Her seyi yaradan ALLAHdi ve ne vaxt neyin sonu olacaqinida o bilir."Qurani-Kerim" de dunya haqqinda her sey yazilib ve dunyanin ne vaxt dagilmaqininda yalniz ALLAH bilir. angry angry angry

  8. 25 yanvar 2013 17:31
    men bunlarin hec birine inanmiram

  9. 12 mart 2013 15:00
    Nostradamusun dediyine gore 2015 -ci ilde Chin Turkiyeye muharibe elan edecek. Bu melumat duz chixsa dogurdanda ona mueyyen menada inanmaq olar ..

  10. 31 mart 2013 09:06
    gelecekde bash vere bilecek hadiseler haqda , hechkes melumat vere bilmez..HER SHEY QURANA BAQLIDI... NASTURADAMISA YOXXXXXXXXXX

  11. 31 mart 2013 15:13
    cox dogru soyledin,men de hec birine inanmiram.... lol

  12. 3 may 2013 19:06
    Uca Tanriya inanin. Allaha inanin Sheytanlara yox.

  13. 7 may 2013 12:40
    menim bir tanidigim var onun gelecekle bagli yox ani olaraq hissleri ozunu cox dogruldum men sahidi olmusam ....maraqli idi cox saq ol

  14. 18 may 2013 21:51
    Bu fırıldaqçı yəhudiyə hələ də inananlar var.

  15. 23 iyun 2013 10:21
    Birinci nastradamus verdiyi praqnozlari katren seklinde yazib ve hec kes hadise bas vermemisen qabaq o katrenin menasinin ne olduqunu bilmiyib.kim deyirseki nastradamus deyirki filan vaxt bu hadise olacaq yalandi..nastradamusun dediyini ancaq hadise olandan sora bilmek olubki bu hadiseni nastradamus deyib.tarixde nastradamus kimi insanlar coox olub. Nastradamusa subhesi olan Qezenfer Kazimovun Nastradamusun mocuzeli alemi kitabini oxusun orda hamisi deqiq faktlarla yazilib. ondan sora bu yazinin yalan olduqunu anlayacaqsiz>

  16. 3 iyul 2013 17:12
    • Men bele praqnozlara hec vaxt inanmamisam.Gelecekdeki bas vere bilecek hadiseleri yalniz ve yalniz uca ALLAH bile biler.Nastradamus kimi yalancilara inananlar helede var.Amma bendenin ureyinde zerre qeder de olsa ALLAH xofu varsa hec vaxt belelerine inanmaz.Menim fikrimce bele fikirlere inananlar yalniz BIDET EHLIDIR.

  17. 19 sentyabr 2013 20:14
    men buna hec vaxt inanmamisham yalandi hamisi

  18. 15 oktyabr 2013 19:54
    maraqlidi......

  19. 7 noyabr 2013 20:26
    maarlidirda

  20. 8 noyabr 2013 10:02
    melumat ucun sagolun onon adini hec esitmemisdim.

    --------------------

  21. 23 noyabr 2013 21:54
    cox marqldir

    intelektula
    tesk
    uler
    ma
    rqldir
    men
    xber yaz

    bilmirem
    amma 
    siz 
    ytaxsi 
    yazirsan



  22. 24 yanvar 2014 18:52
    Mən əslində belə məlumatlara inanmıram.Çünki hər şey ALLHIN əlindədir.

  23. 5 mart 2014 17:58
    Bilmeyim maraqli oldu.elave 1 sey oyrendim .tesekkur

  24. 12 iyul 2014 21:04
    maraqlidi ama

  25. 10 sentyabr 2017 06:53
    axirinci Peygemberimizin dediyi bes eliyir

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.