Atropatena

 

Atropatena


Atropatena

 

 

         …Maakedoniyalı İsgəndərin orduları Kiçik Asiyanqı tutub Əhəməni impnriyasının içərilərinə doğru irəliləyirdiö. Əhəməni hökmdarı III Dara  imperiyanı, özünün taxt-tacxını qorumaq üçün tabeliyində olan bütün ölkələrdən qoşun toplayıvr, döyüşə hazırlaşırdı.  Bu zaman Kiçik Midiyanın hökmdarı Atropat da öz atlı dəstəsi ilə III Darının köməyinə getmişdi. Amma III Darıvnn ciddi-cəhdinə baxmayaraq onun qocalmış səltənəti laxlamışdı. Qranik və İss döyüşlərindəki ağır məğlubiyyət bu səltənətin, bu zülm və haqsızlıq imperiyasının sonunu yaxınlaşdırırdı.

         Atropat ağıllı və uzaqgörən sərkərdə idi. O görürdü ki, Əhəmənilərin hakimiyyəti altında olan xalqların, tayfaların nümayəndələri könülsüz vuruşur. Əhəmənilərin zülmündən bezən əhali İsgəndərə xilaskar kimi baxır. Ona görə də Atropat qəti qərara gəldi ki,  bu yeni fatehin tərəfinə keçmək, Əhəmənilər imperiyası dağıldınqqdan sonra müstğəqil dövlət qurmaq lazımdır. III Daraya qallib gələn, Əhəmənilər imperiyasını darmadağın edən  İsgəndər Atropatın nüfuzunu, sərkərdəlik qabiliyyətini yüksək qiymətləndirir və onu e.ə.328-ci ildə yenidən Midiya strategi təyin edir. İsgəndər Hindistanda olarkən Midiyada baş verən qiyamı yatıraraq bir daha əsl dövlət xadimi olduğunu sübut edir. İsgəndər-bu dünya fatehi Atropatın sədaqətini, ona göstərilmiş etimadı doğrultduğunu nəzərə alı rvə onu özünün məşhur Suz şənliklərinə dəvət edir.

        

Atropatena

[/b]

 
[b]
Atropatın bir məsələ düşündürürdü. Necə etmək ki, Azərbaycanı qərbdən şərqə və əksinə hərəkət edən nəhəng orduların tapdağı altına düşməsinə, tapdalanmasına imkan verməmək? O çox yaxşı bilirdi ki, qılınc gücünə quralan bütün impeiiyalar gec-tez dağılacaq. Odur ki, mümkün qədər nəhəng imperiyanın zərbələrindən yayınmaq, xalqının, vətəinin istiqlaliyyəti və firəvan həyat üçün lazım olan hər şeyi etmək lazım idi. Nəhayət, bu uzaqgörən dövlət xaditmi, bunun yolunu tapır, makedoniyalılarla qohumluq əlaqalərini yaradır. Qızını İsgəndərin əmşhur sərkərdəsi Perdikkiyə ərə verən Atropat Makedoniya  sarayında nüfuz və mövqeyini möhkəmlədirö Onun düşündükləri çox tezliklə həqiqətə çevrilir. İsgəndərin ölümü ilə dağılan imperiyanın zərbəsindən yayına bilən  Azərbaycan torpaqlarında müstəqil Atropatena dövləti yaranır.  Bu dövlətin ərazisi Cənubi Azərbaycanq torpaqlarını, İranın bir hissəsini və indiki Azərbaycan Respkblikasının bəzi cənub bölgələrini əhatə edirdi. Şimalda Araz çayından başlayıb cənubda Əlvənd dağları ilə sərhədlənən Atropatena münbit torpaqları, axar sularının bolluğu ilə məşhur idi. Ölkəni hər tərəfdən zirvələri qarla örütəln dağlır-Savalan, Səhənd, Zaqros, Qaytanldı, Büzgüş dağları əhatə edirdi. Azərbaycanın ən böyük gölü olan Urmiya ölkənin sinəsində inci kimi idi. Bu gölün suyu duzlu olduğundan gəmiçilikdə və duz əldə edilməsində istifadə olunurdu. Şərqdən Qərbə, şimaldan cənuba doğru uzanan karvan yollarının qovuşunğunda yerləşən bu ölkə zəngjin flora və fanuası ilə tacirləri və səyyahları valeh edirdi.

 

 

         Əhalisinin əksəriyyətini türk tayfaları-kadusilər, maqlar, kaspilər, gəncəklər təşkil edirdiö.  Qədimdən mövcud olan şəhərsalma ənənələri yaşayır, ölkədə öz dövrünün məşhur ticarət və mədəniyyət mərkəzi olan şəhərlər ucalırdı .

         Atropatena  həmişə yadelilərin nəzəroində sərvət mənbəyi kimi qaldığından bir çox hökmdarlar buranı işğal etmək, sərvətlərinə yiyələnmək istəyirdilər. Əhəməni və Makedoniya imperiyalırının dağılmasından sonra müstəqil olan Atropatenadakı  inkişaf, var-dövlət Roma imperiyasının da diqqətində idi. E.ə. 38-ci ildə Roma sərkərdəsi Antonii bu ölkəni işğal edib sərvətlərinə yiyələnmək üçün Atropatenaya hücum edir. Yüz minlik ordu ilə gələn Antonii hökmdarın qış aqmətgahı olan Vera şəhərini tutub Fraaspanı mühasirəyə aldı. 40 minlik piyada və 10 minlik süvari qoşunu olan Atropaneta hökmdarı,  istedadlı sərkərdə II Artavazd Fraaspanın müdafiəsinə özü böaşçılıq edirdi. Antonii uzun müddət döyüşlər aparsa da heç bir müvəffəqiyyət qazanmır, əksinə ordusunun döyüş qabiliyyəti zəifləyirdi. Atropatenanın müttəfiqi olan parfiyalılar taktiki hiylə işlətdilər. Özlərini elə göstərdilər ki, guya qaçırlar. Romalılar onları təqib edərkən qəflətən dönüb hücuma keçdilər. Bundan sonra Atropatena ordusu şəhərin qapılarını açaraq romalıların üstünə atıldılar. Çox ağır və qanlı döyüş oldu. İki tərəfldən hücuma məruz qalan romalılar çoxlu sayda itki verərək Atropatena ərazisini tərk etdilər.

 

Din

 

        

Atropatena


Atropatena əhalisi dünyanın ən qədim dinlərindən biri olan Zərdüştilik dininə sitayiş edirdilər. Bu Dinin yaradıcısı olan Zərdüşt peyğəmbər real tarixi şəxsiyyət olub təqribən e.ə.VII-VI əsrlərdə Azərbaycanda yaşamışdır. Onun yaratdığı elm də Azərbaycanda meydana gəlmiş, İran, mərkəzi Asiya və Hindistana yayılmışdır. Bu Dinin meydana gəlməsi cəmiyyətdə baş verən sosial iqtisadi və siyasi dəyişikliklərlə sıx bağlı olimuşdur. Köçsmə maldarlığının inkişafı ilə əlaqədar  maldar tayfaların otlaqlar uğrunda qanlı toqquşmaları cəmiyyətdə ciddi sarsıntılar yaradırdı. Bu zaman meydana çıxan Zərdüuşt peyğəmbər bu halı qəti şəkildə pisləyərək cəmiyyəti güc vasitəsilə deyil, qayda-qanunlarla idarə etməyin gərəkliyini elan etdi.

 

         Zərdüştliyə görə dünyada əbədi olaraq iki  qüvvə-Xeyir və Şər arasındla mübarizə gedir. Xeyir allahı Hörmüzdün Şər allahı Əhrimanla mübarizəsi sonda Hörmüzdün qələbəsi ilə nəticələnir.. Bu Dinin etiqadçılarına  görə həyat əsasən dörd ünsürdən-torpaq, su, od və havadan ibarətdir. Bu ünsürləri müqəlddəs sayıb onların təmizliyinə səy göstərən zərdüştlər üçün ən müqəddəs, ülvi varlıq isə oddur. Onlar oda sityaiş edir, odun qarşısında səcdə qılıb dua edir, şərəfinə qurbanlar verirdilər.

         Zərdüşt dininin mqüəddəs kiitba ıolan «Avesta» 12000 dana dərisi üzərinə  yazılmışdı. Lakin Makedoniyalı İsgəndər Suz şəhərində Əhəmni hökmdarının saraylarını yandırarkən»Avesta»nın ilkin variantı da məhv olmuşdur. «Avesta» yanandan sonra bu Zərdüşi kahinlər  yaddaşlarda qalan əsas məzmununu bərpa edərək qoruya bilmişlər. Avropalılar «Avesta»nın məzmunu ilə 171-ci ildə fransız alimi Anketil Düpperonun tərcüməsindən sonra tanış olmuşlar. Bu qədim dinə  inananlar indii də Hindistanda və İrnanın bəzi vilayətlərində yaşayır. Bakıdakı Suraxanı atəşgahı həmin inancın  yadigarı kimi qalmaqdadır.

         Atropatenada yaşayan Maq tayfası Zərdüştilik dininin kahinləri hesab olunurdular. Ölkənin nüfuzlu tayfalarından olan maqlar geniş torpaq sahələrinə və cəmiyyətdə yüksək mövqeyə sahib olmuşlar. Ağəşpərəst Dinin kahinləri hökmdar sarayında da öyük rütbə daşıyaraq onun müşaviri olmuş,  dövlətin daxili və xarici siyasətinə təsir göstərə bilmişlər.

      

   Kaspilər də Atropatenada üstün mövqe tutan tayfalardan biri olmuşdur. Türk mənşəli bu tayfalar Xəzər dənizinin cənub-qərb sahillərində və Qafqaz dağlarındakı ərazilərdə yaşamış, balıqçılıq və maldarlıqla məşğul olmuşlar. Xəzər dənizinin Adı da bu tayfanın adından götürülmüşdür. Kaspilərin yaşadığı ərazi Kaspiana (sonradan Paytakaran) adlandırılmışdır.

         Adlı sanlı kaspilər dəvə yunundan hazırlanmış paltar jeyinirdilər. Zərifliyinə və keyfiyyətinə görə bu yun Mileet  yunundan geri qalmırdı. Mahirdənizçi və gəmiqayıranlar olan kaspilərin bu məharəti Əhəməni hökmdarlarının diqqətini cəlb etmişdi. Odur ki, bu sənətkarların əməyüindən Misirin Memfis şəhərində Əhəmənilərin donanmasınını yaradılmasında istifadə olşunmuşdurö. Kaspianadan keçən quru-dəniz ticarət yolu Hindistan, Mərkəzi Asiya və Avpropa  ölkələri arasında ticarəti təşkil edirdi.

 

Əhalinin məşğuliyyəti

         Tanrı Atropatenanın təbiətinə səxavətini əsirgəməmişdi. Sərin yaylaqları, genqiş otlaq və çəmənliklər, bol meyvəli ağaclarla zəngin meşələr göz oxşayırdı. Qədim tarixçi Strabon yazırdı: «Bu ölkə meyvə bağları ilə məşhurdur. Əhali alma, badam, zeytun və üzüm əkib becərir. Burada qiymətli zeytun yağı istehsal edilir».

         Əhalinin təsərrüfat həyatında ən önəmli yeri əkinçilik və maldarlıq təşkil edirdi. Yüksək əkinçilik mədəniyyətinə malik Atropatena əhalisi ARPA, buğda, darı, müxtəlif növ üzümdəro yetişirlməsi şərabçılığın da inkişafına zəmin yaratmışdı. Atropatena şərabçılarının üzümdən və bəzi bitkilərin köklərindən hazırladıqları ətirli şərab çox-çox uzaq  ölkələrdə belə tanınırdı.

         Yaylaqların və çəmənlərin çoxluğu maldarlığın inkişafında böyük rol oynamışdırö. Göz işlədikcə uzanan otlaqlarda saysız-hesabsız qoyun sürüləri, mal-aqara. At ilxıları Atropatena yaylaqlarının bəzəyi, sərvəti hesab olunurdu. Babilistanla Fars vilayəti arasında, habeləç Kaspii darvazası adlanan ərazidən məşhur «Nisey» atları yetişdirilirdi. Bu atlardan  həm əkin-biçində həm də döyüşlərdə istifadə olunurdu.

         Təbiət bu torpağa, bu yurda səxavətini əsirgəməmişdiö. Çaylar və göllərdə farel, qızıl balıq, kütüm o qədər bol idi kiÖ, həm yerli əhalini təmin edhir, həm də qurudlaraq başqa ölkələrə satılırdıö.  Atropatenalıların balıqdan hazırladıqları olduqca möhkəm yapışqan, balıq yağı dillər əzbəri idi. Qurudulmuş şor balıq, yapışqan, balıq yağı yüuklənmiş dəvə karvanları Ekbatana gedir, bu ölkənin sərvətlərinin şöhrəti eldə-elə yayılırdı.

         Zəngin miss, dəmir, gümüş və qızıl yataqları sənətkarlığın ən mühüm sahəyə çevrilməsində önəmli rol oynayırdı. Sənətkarların zərif, qiymətli əl işləri məşhur idi. Bu sahənin inkişafı ticarətin də gəlişməsinqə imkan verirdi. Bu öolkədə sənətkarlara və tacirlərə xüsusi rəğbət ıvə hörmət bəslənirdi. Tacirlər Ellin dövrünün (yunan, parfiya) pulları ilə ticarət edirdilər. PAtropatena ərazisindən tapılmış ən qədim pullar Makedoniyalı İsgəndərin adına kəsilmiş pullardır.

         Zəngin mədəniyyət, şəhərlərdə yüksək zövqlə tikilmiş saraylar, məbədlər və yaşayış evləri buraya gələn səyyahları heyrətə salırdı. Qədim dövrün elə bir səyyahı, elə bir səlnaməçisi tapılmaz ki, Atropatena haqqında, onun abad və gözəl şəhərləri haqqında nəsə yazmasın. İndi gəlditn bu zənjin mədəniyyətt mərkəzi olan şəhərləri səyahət edək.

        Qazaka-Atropatenanın paytaxtı, baş şəhəri hesab olunurdu. Düzənlikdə, indikiTəxt-Süleyman şəhərinin yerində salınmışdı. Əzəmətli sarayları, Daş döşənmiş küçələri və möhtəşəm atəşpərəst məbədləri ilə tanınırdıö. Şəhər hər tərəfdən hündür qala divarları ilə əhatə olunmuşdu. Burada Midiya dövründən də əvvəl, Şərqin ən möhtəşəm atğəşpərəstlik məbədi yerləşirdi. Atəşpərəst kahinlərin torpaq sahələrində on minə qədər Adam çalışırdı.

         Qazakanı qərbdən əhatə edən keeçilməz dağ silsiləsi bu müqəddjəs şəhəri yadelli basqınlarından mühafizə edirdi.

         Fraaspa (indiki Marağa)-tarixinə görə Azərbaycanın ən qədim şəhərlərindən hesab olunur. Səhənd dağının cənub ətəyində yerləşən bu şəhərin gözəl iqlimi və əlvaerişli təbii-coğrafi şəraiti dillər əzbəri idi.  Təbrizdən Səhənd dağı ilə ayralına Marağa  karvan yollarının üstündə yerşəşirdi. Bu xüsusiyyət onun inkişafına, daha da gözəl və aad şəhər olmasına şərait yaratmışdı. Şəhərin sərvəti, gözəlliyi çoxlarını cəlb edirdi. Tarixi mənbələrdə Rolma sərkərdəsi Antoninin ğburaya yürüşündən, onu tutmaq istəyinqdən bəhs edən kifayət qədər məlumat vardır.

         Təbriz (Tarmakis)- şəhərinin tarixi çox qədimlərə gjedib çıxır. Müxtəlif mənbələrdə Tavri-Tarmakis, Tavreş kimi anılır, haqqında söhbət açılırö ĞBu qədim, ulu şəhər «Təbriz» adını alana qədər uzun bir tarixi yol keçmiş, nağıllarda, dastanlarda əbədiləşmişdir. Səhənd dağının ətəyində, Acıçayın sahilində inşa edilən Təbriz qədim karvan yollarının üstüendə yerləşirdi. Bu  əsrlər, minilliklər yadigarı olan şəhər haqqında ilk və yeganə mənbə Assuriya padşahı II Sarqona məxsus asur dilində yazılmış kitabədir. Bu kimtabədə Tədbriz belə təsvir olunur.

         «…. Bu şəhərin divarları120 sıra kərpiclə  höroülüb. Mbhtəşəm və möhkəm darvazaları bir-birindən gözəl evoləri var. Bu evlər gözəlliyi və bənzərliyi ilə insanı heyran edən sütunlarla və taxta tavanlarla bəzədilir»

        Ərdəbil (Ordbil)- dəniz səviyyəsindən 1100 m hündürlükdə yerləşən qədim Atropatena şəhəridir. Tarixi Tunc döıvrünə qədər gedib çıxır. Bunu arxeoloji qazıntılar zamanı tapılmış çoxsaylıv mədəniyyət nümunələri isbatğ edirö. Hər tərəfdən hündür dağlarla əhatə olunmuş düzənlikdə yerləşən Ərdəbil məhsuldar torpağı və zəngin təbii sərvətləri ilə tanınırdı. Ucsuz-bucaqsız kkarvan yolları Ərdəbildə qovuşur, Ərdəbildə ayrılırdı. Ərdəbilə gələn səyyahlar, tacirlər bu gözəl şəhər haqqında maraqlı əhvalatlar danışırdılar.

        Siz şəhəri-indiki Zəncan şəhərinin yaxınlığında salınmışdı. Bu şəhər də başqa Atroopanea şəhərləri kimi əzəmətli qala divarları ilə məşhur idi. Şəhərin yaxınlığında yerləşən zəngin metal yataqları buranın təbii sərvəti hesab olunurdu. Siz şəhərinldəki atəşgah əhali arasında müqəddəs ocaq kimi ad qazanmışdı. 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 8 yanvar 2012 03:40
    meqalelerinizi cox beyenirem amma heddinden artiq cox herf sehvi var bunun mahiyeti bir wey deyl e sadece olaraq bawa duwmek yailan melumati yene de twk....

  2. 27 mart 2012 15:06
    bu,geniw melumata gore COX SAG OL un

  3. 22 avqust 2012 19:22
    vay anasni nelerde olmuw wink

  4. 24 fevral 2013 14:07
    cox maraqli melumatdir
    belay

  5. 18 may 2013 15:50
    men bunlari axira kimi oxuya bilmirem ya melumatlar yarim qalir her movzuda?meselen olkenin atewperest mebedleri devami nedir???


  6. 31 iyul 2013 00:19
    salam. maraqli melumatlardir. winked

  7. 23 sentyabr 2014 19:57
    cox sagolun maraqli melumatlariniz var

  8. 26 oktyabr 2014 19:59
    salam. cox sagolun melumata gore smile

  9. 27 oktyabr 2014 01:26
    salam.təşəkkürlər.cox maraqlı idi.ancaq onu da deyim ki,məqalədə coxlu səhvlər var və hər bölmə haqda qisa məlumat verilib.cümlələr bir-birini tam olaraq tamamlamir.amma butun bunlara baxmayaraq təşəkkür edirəm.yorulmayasiz.

    Hamlet müəllim , doğrusu mən bu xəbəri sizin yazmağınıza türklər demiş şaşırdım.çünki, məqalədə çoxlu hərf səhvi var.və qısa məlumat verilib,yəni məsələn, Atropatenanın xarici siyasətindən danışılmayıb.yenə də çoxxxxxxxxxxxxxx təşəkkürlər.yorulmayasız.

  10. 16 avqust 2015 13:33
    tsk melumatlara gore cox maraqlidi

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.