Orta Tunc dövrü

Orta Tunc dövrü

Orta Tunc dövrü

 

 

         Azərbaycan tarixinin miladdan  əvvəl III minilliyin sonundan II minilliyin sonuna qədər olan dövrü Orta Tunc dövrü adlanır.  Bu dövr şəhər tipli yaşayış məskənlərinin, tayfalaraası əlaqələrin genişlənməsi ilə səciyyələnir. Dünyanın ən qədim şəhəri olan, 3500 il bundan əvvəl salınmış Naxçıvan şəhəri Azərbaycanda ilkin şəhər-dövlətlərdən biri olumşdur. Bu qədim, ulu məskən əsrlərin daş yaddaşında özünün sirli, sehrli aləmi ilə abidələşmişdir. Yaxın Şərqin ən qabaqcıl mədəniyyət mərkəzləri ilə yanaşı duran Naxçıvanın əhalisi Oğlanqala, Govurqala, Qalacıq kimi şəhər tipli yaşayış yerlərində yerləşmiş, bu ərazi Cənubi Qafqazın əsas iqtisadi və mədəni mərkəzlərindən biri olmuşdur.

         Bəşər tarixinin bu mərhələsində sənətkarlıq əkinçilikdən ayrılmış, ikinci böyük ictimai əmək bölgüsü baş vermişdir.

         Tayfa daxilində əmlak və sosial bərabərsizlik artmış, başçı icmaya məxsus əmlakı mənimsəyərək varlanmışdır.

         Bu dövrə qədər  yaşayış uğrunda sərt mübarizə təbiətlə insan arasında gedirdisə, artıq bu dövrdə həmin mübarizə insanla insan arasfında davam etməyə başladı. Məhsuldan əkin yerləri, yaxşı otlaqlar uğrunda  tayfalalaraası mübarizə aha qanlı və amansız  olurdu. Buna görə də kiçik tayfalar daha güclü tayfalarla birləşmək məcburiyyətində qalırdı. Bunun nəticəsiolaraq iri tayfa ittifaqları yaanır, ilkin dövlətin rüşeymləri formalaşırdı.

         Orta Tunc mərhələsində  insan süni suvarma kanalları çəkməklə əkinçiliyi inkişaf etdirdi. Bununla da o, artan təlabatını daha çox məhsul istehsal etməklə ödəməyi qarşısına məqsəd qoyur, tədricən məqsədinə nail olurdu. Yeni təsərrüfat sahələri olan üzümçülük,  şərabçılıq, bağçılıq və bostançılıq yaranıb inkişaf edirdi.

         Maldarlıqda atçılıq mühüm yer tutmağa başlamışdı. Sənətkarlığın ayrıca peşə sahəsinə çevrilməsi ticarətin yaranmasına, bu da öz növbəsində və ölkələrarası əlaqələrin inkimşafına səbəb oldu.

        Azərbaycanda dulusçuluq məmulatlarına boyaq vurulmasına Eneolitdə başlansa da, bu iş özünün ən yüksək zirvəsi nə məhz Orta Tunc dövründə çatmışdır. İndii insan saxsı qağbları təkcə boyamır, onların üzərində insan, heyvan, quş və səma cisimləri rəsmlərindən  ibarət daha mürəkkəb məzmunlu səhnələr təsvir edirdi. Belə qablar Naxçıvanda Qızılvəng nekropolundan, Nəhəcəridən, Şahtaxtından, Xanlar rayonunun Zurnabad kəndindəki kurqandan daha çox tapılmışdır. Uzun bir dövrü əhatə edən bu mədəniyyət elmdə «boyalı qablar mədəniyyəti» adını almışdır.

        Bu dövrün əsas yaşayış məskənləri ilə tanış olaq:

        Üzərliktəpə—Orta Tunc dövrünün ən möhtəşəm abidəsidir. Ağdam şəhərinin yaxınlığında  yerləşən bu yaşayış məskənini Qarbaağ sakinləri hündür təpə üzərində müdafiə məqsədi  ilə salmışlar. Olduqca sərt və amansız olan qəbilə müharibələri dövründə təpə sakinləri, kənardan gələn düşmən qüvvələrini görür və müdafiə tədbirləri hazırlayırdılar. Üzərliktəpə ilk şəhər mədəniyyətini özündə əks etidərn naidr abidələrimizdəndir. Çiy kərpicdən tikilən evlərin döşəməsi gillə suvanırdı. Buranın sakinləri bitkilərdən boyaq almağın sirrini bilir, düzəltdikləri qabları bu boya ilə boyayırdılar. Yaşayış məskənində aparılan qazıntılar nəticəsində məlum olumşdur ki, Qarabağın sakinləri bərk metalın, yəni tuncun sirrinə 4500 il əvvəl bələd olmuşlar.

         Oğlanqala abidəsi 1936-cı ildə  Naxçıvanın Şərur rayonu ərazisində aşkar olunsmuşdur. Kobud yonulmuş iriqaya parçalarından tikilmiş abidə öz möhtəşəm müdafiə sistemi ilə insanı heyrətə salır.  Tonlarla ağırlığı olan nəhəng mərmər qayalar sanki müasir texnikanın köməyi ilə qaldırılaraq üst-üstə qoyulmuşdur. Bu abidə babalarımızın tikinti  səriştəsinin və qabiliyyətinin parlaq və sirrli təzahürü  olaraq qalır.

         Oğlanqala yaxınlığında Qalacıq və Fərhad arzu ilə tanınan qədim suvarma  kanallarının olması bu dövrdə suvarma əkinçiliyinin meydana gəldiyini sübut edir.

         Bu dövrdə insanın inamında, dini görüşlərində də yeniliklər baş vermişdir. Üzərliktəpədən tapılmış qadın bütləri əhali arasında bütpərəstliyin yayıldığını sübut edir. Belə bütlərin çoxluğu  anının nəsilartırma rəmzi və ona həyatın başlanğıcı kimi baxılmasından irəli gəlmişdir.

[/b]

[b]Orta Tunc dövrü

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 8 may 2012 14:36
    bunu dunen oxudum Naxcivanin bu dovrde yaranmasi ile bagli melumatim var idi . tesekkurler :)

  2. 8 may 2012 14:38
    Sen saqol Fatime saytda aktiv ishtirakin ucun cox saqol !

  3. 8 may 2012 15:04
    menim ucun boyuk zovqdur . hele ki tarix saytidirsa :) bele gozel, maraqli sayt acdiginiz ucun minnetdaram ..

  4. 12 may 2012 12:01
    melumatlar cox gozeldir

  5. 4 avqust 2012 18:12
    melumata gore cox sag olun

  6. 4 avqust 2012 20:01
    Bunlarin hamisini ezberr bilirem . Muellim yenede cox saqolun eziyyetinize gore. Elleriniz dert gormesin :)

  7. 21 sentyabr 2012 08:23
    bilirdim,amma tekrar niliyin anasidi.cox sag olun,cox maraqli idi.

  8. 22 sentyabr 2012 15:26
    Melumatlarin hamisi ucun cox sagolun.

  9. 11 oktyabr 2012 18:34
    melumatlara gore coxsagolun

  10. 11 oktyabr 2012 18:54
    [spoiler]

  11. 30 yanvar 2013 18:16
    maraqli melumat idi twk smile

  12. 9 fevral 2013 18:49
    maraqli melumatlar ucn cox sag olun,

  13. 24 iyun 2013 14:15
    cok maraqli melummatlardi cok sagolun

  14. 28 oktyabr 2013 19:35
    men naxcivanliyam ve Naxcivanin tarixi menum ucun cox maraqlidi. melumat ucun cox sagolun.

    --------------------

  15. 28 oktyabr 2013 22:05
    coox sagolun lazimli melumatdi

    --------------------

  16. 17 noyabr 2016 10:40
    eladi hemise bele

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.