Ağa Musa Nağıyev

Ağa Musa Nağıyev

Ağa Musa Nağıyev

            Bakı milyonçularından biri də Ağa Musa Nağıyev idi. Milyonşu Ağa Musa Nağıyev “əfsanəvi” bir şəxsiyyətə dönmüşdü. “Cəmiyyəti xeyriyyə” üçün şəhərin mərkəzində əzəmətli “İsmailiyyə” binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realnı məktəbinin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməyinə, şəhər kənarında (indiki Semaşko) xəstəxananı tikdirdiyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə baxmayaraq camaat tərəfindən xəsis sözü ilə damğalanmışdı.
   28 may küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində Qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları və sair bu kimi şəhərin gözə gəlimli binaları Musa Nağıyevin pulu ilə tikilmişdir.
Xalq içərisində onun xəsisliyi barədə çoxlu rəvayətlər yayılmışdı. Əslində Nağıyev deyildiyi dərəcədə də xəsis deyildi. Bəzən qəpiyə xəsislik eləyirdisə, böyük kapital qoyuluşunda başqa milyonçulardan də geri qalmırdı. Məsələn, O, birinci realnı məktəbin hamiliyini boynuna almışdı, ildə hazırlıq sinfinə iyirmi beş müsəlman uşağını əlavə qəbul etdirməyə nail olmuşdu. Bunun nəticəsində az bir zamanda məktəbdə müsəlman şagirdlərinin sayı əlli faizə çatmışdı.

Ağa Musa Nağıyev

Musa Nağıyev 1842-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olmuşdur. Onun atası saman satmaqla məşğul idi. İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edir. 25 yaşına çatanda atası ölür. Öləndə atasının 300 manat borcu qalır. Ruhdan düşməyən Musa 200 manat da borc eləyib, özünə kiçik bir dükan açır. Beləliklə cibində bir qəpik olmadan 500 manat borcla müstəqil fəaliyyətə başlayır. Iki ildən sonra Musa Nağıyev borcunu qaytarır və parça alverinə başlayır. 5 ildən sonra 2 000 manat qənaət toplayır. Topladığı pula Qara şəhərdə əl ilə işləyən kiçik bir kerosin zavodu alır. Sonra neftli torpaq sahaləri alaraq, böyük bir energiya ilə neft istehsalına başlayır. Xüsusilə Bibiheybətin mə’dənlərində birbirinin dalınca vuran neft fantanları başqaları kimi onu da milyonçu dərəcəsinə qaldırır. O müsəlman arvadını boşayıb, Yelizaveta Qriqoryevna adlı bir gürcü qadına evlənir. Müsəlman arvadından olan İsmayıl adlı oğlu vərəm xəstəliyinə tutulur və ölür. Istiqlaliyyət küçəsində tikdirdiyi bina da İsmayılın xatirəsinə “İsmailiyyə” adlandırılır. 1914-cü ilin maliyyə hesabına görə Musa Nağıyevin qızılla yetmiş milyon manata yaxın tanxası varmış. Mirasın ümumi dəyəri bundan qat-qat çox imiş. Musa Nağıyev 1919-cu ilin mart ayında 67 yaşında vəfat etmişdir.
Ağa Musa Nağıyev




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 8 noyabr 2011 13:46
    zor adam olub

  2. 6 mart 2012 04:13
    Oqlunun erken itirmesi ona cox pis tesir edib...Hem de Musa Naqiyevin xesis olduqu da bildirilir...Allah rehmet eylesin ki-yene ne ise qoyub gedib...indikiler ancaq ele ozleri ucun yiqirlar ki-gedende axiretine ne aparacaq hec bilmirem....Dunya mali hec kesi xilas etmeyib...yaxshi emmeler etmeyi bacarin!

  3. 6 mart 2012 10:01
    Hormetli Sevda,kim ki, Musa Nagiyev haqqinda xesis deyir cox boyuk sehv edir.Musa Nagiyev "Behai"teriqetine sitayish edirdi.O teriqetin baxishlarina gore eger adam 100 bina tikdirse idi o dunyada olmezlik ruhu qazanirdi.Ona gore de M.Nagiyev omru boyu dayanmadan ev tikdirirdi.Baki sheherinde onun qeder ev tikdiren milyoner yox idi.Indi o evlerin ekseriyyetinde azerbaycanlilar yashayir.Indi etrafimdakilarin shikayetini eshidende ki,varlilar ev,villa tikdirirler,onlara deyirem:qoy tiksinler,axirda bize qalacaqdir.Indi M.Nagiyevin de tikdirdikleri kime qaldi? Ele sen de bunu qeyd edirsen.Tebii ki,dogru deyirsen.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.